“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

44 

 

subyektlərinin  dünya  iqtisadiyyatına  səmərəli  inteqrasiyasını  təmin  etmək 



makroiqtisadi siyasətin əsas hədəflərindəndir.  

Dünyada  baş  vermiş  son  iqtisadi  böhran  Azərbaycan  üçün  də  müəyyən 

nəticələrin çıxarılmasına imkan verdi: 

1)  Böhran  son  on  ildə  həyata  keçirilən  makroiqtisadi  siyasətin,  yəni  geniş 

həcmli  infrastruktur  layihələrinin  həyata  keçirilməsi  ilə  yanaşı,  həm  də  neft 

gəlirləri  hesabına  strateji  valyuta  ehtiyatlarının  artırılmasının  doğru  olduğunu 

göstərdi; 

2) bir daha təsdiq olundu ki, son illər əldə edilmiş sürətli iqtisadi artım iqtisadi 

inkişaf üçün zəruri olsa da, kifayət deyil. İqtisadi artımın həm cəmiyyətdə, həm də 

ölkənin  təsərrüfat  sistemində    keyfiyyət  amillərinin  hesabına  baş  verməsi  və 

iqtisadi  inkişafa  nail  olunması,  Azərbaycan  hökumətinin  iqtisadi  strategiyasının 

prioritet  istiqamətidir.  Azərbaycan  iqtisadiyyatının  gələcəkdə  baş  vermiş  qlobal 

iqtisadi böhranlara qarşı dayanıqlığı da məhz bundan asılı olacaq; 

3)  böhran  onu  göstərdi  ki,  iqtisadiyyatın  diversifikasiyası  və  modernləşməsi 

davamlı inkişaf üçün qaçılmaz bir zərurətdir. İqtisadiyyatın modernləşməsi ictimai 

həyatın  bütün  tərəflərini  -  texnologiya,  institutlar  və  ideologiyanı  əhatə  etməlidir. 

İqtisadiyyatın  modernləşməsi  üçün  insan kapitalının  inkişafı, enerji effektivliyi  və 

institutların keyfiyyətinin yüksəldilməsi vacibdir. 

Avropa  və  Şimali  Amerika  ölkələrinin  yüksək  inkişaf  etməsinin  əsas  səbəbi 

sərbəst  bazar  iqtisadiyyatının  formalaşması,  innovasiyanın  istehsal  prosesinə 

tətbiqinin  sürətlənməsi,  demokratik  institutların  formalaşması  və  sairdir. 

Yaponiyada  və  «Asiya  pələngləri»  adlanan  ölkələrdə  iqtisadi  inkişaf  daha  çox 

texniki  yeniliklərə,  insan  kapitalının  inkişafına,  menecmentin  yüksək  səviyyəsinə, 

yüksək keyfiyyətli və ucuz malların istehsal edilməsinə əsaslanıb.  

Qloballaşmanın  əsas  xarakterik  xüsusiyyətlərindən  biri  də    birbaşa  xarici 

investisiyaların  artmasıdır.  Son  20  ildə  birbaşa  investisiyalar  dünya  üzrə  ümumi 

daxili məhsulun  və beynəlxalq ticarətin həcminə nisbətən daha sürətlə artıb. 2010-

2013-cü  illərdə  dünya  üzrə  birbaşa  investisiyaların  həcmi  əvvəlki  illərəə  nisbətən 

4.6  artaraq  28.9  trln.  dollara  çatıb.  Ümumiyyətlə,  birbaşa  xarici  investisiyaların 



45 

 

yığımı  cari  qiymətlərlə  1982-ci  ildə  710  mlrd.  dollardan  1990-cı  ildə  1889  mlrd. 



dollara,  2000-ci  ildə  6.3  trln.  dollara  və  2010-cu  ildə  isə    19.1  trln.  dollara  çatıb. 

İnkişaf  etmiş  ölkələrə  birbaşa  xarici  investisiya  qoyuluşu  2010-cu    ildə  602  mlrd. 

dollar  olub.  Bu,    ümumi  investisiya  qoyuluşlarının  46.1-ni  təşkil  edir.  Ümimi 

investisiya qoyuluşlarında inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi 36, Cənubi-

Şərqi Avropa və MDB ölkələrinin xüsusi çəkisi isə 5.5 olmuşdur.   

Azərbaycana  qoyulan  xarici  investisiyalar  sürətli  olsa  da,  dünya  üzrə  xarici 

investisiya  qalığında  onun  xüsusi  çəkisi  çox  azdır.  Statistik  məlumatlara  görə, 

2013-cü  ildə  Azərbaycanda  xarici  investisiya  qalığının  dünya  üzrə  xarici 

investisiya  qalığında    xüsusi  çəkisi  0.05  ,  MDB  ölkələri  üzrə    investisiya  qalığında  

xüsusi çəkisi isə 1.57 təşkil edib. Azərbaycanın xarici ölkələrdəki investisiya qalığının 

idünya üzrə investisiya qalığında  xüsusi çəkisi 0.028, MDB ölkələri üzrə investisiya 

qalığında xüsusi çəkisi isə 1.25 olub. 

Ümumiyyətlə, 

xarici 


investisiyalarda 

əsas 


meylləri 

aşağıdakı 

kimi 

qruplaşdırmaq olar: 



1. inkişaf  etmiş  ölkələrdə  iqtisadi  artımın  aşağı  olması  kapital  axınının 

zəifləməsinə gətirib çıxarıb; 

2. sərmayə  ixracatçısı  ölkələrdə  maliyyə  böhranının  baş  verməsi  ehtimalının 

böyük olması; 

3. neft,  qızıl  və  bir  çox  xammal  qiymətlərində  kəskin  dalğalanmalar 

investisiyaların istiqamətində dəyişiklik edib; 

4. xarici investisiyalarda yeni məhdudiyyətlərin tətbiq edilməsi; 

5. regionlarda  siyasi  böhranlar  və  hakimiyyət  dəyişiklikləri  investisiya 

axınlarını zəiflədib. 

Dünya ölkələrində insan kapitalına tələbat getdikcə artır. Dünyada ixtisaslı və 

yüksək  intelektual  işçi  qüvvəsinə  malik  olan  ölkələrdə  iqtisadi  inkişaf  daha 

dayanıqlı  və  sürətli  olur.  Ona  görə  də,  dünyada  elm  və  təhsilə,  ixtisaslı  işçi 

qüvvəsinə  çəkilən  xərclər  getdikcə  artır.  Əsas  fondlara  qoyulan  investisiyalara 

nisbətən  insan  kapitalına  qoyulan  investisiyalar  daha  sürətlə  artır.  Məsələn,  keçən 




46 

 

əsrin 90-cı illərində İƏİT (OECD) ölkələrində əsas fondlara qoyulan investisiyalar 



orta hesabla 2.25 , insan kapitalına qoyulan investisiyalar isə 3.4 artmışdır. 

Son  10  ildə  dünya  iqtisadiyyatına  təsir  edən  amillərdən  biri  də,  neftin 

qiymətinin ilbəil yüksəlməsidir. Neftin qiymətinin qalxması dünya iqtisadiyyatında 

disbalansın  yaranmasınasəbəb  olur.  Təəssüf  ki,  enerji  daşıyıcılarına  olan  tələbatın 

ilbəil artması  və  yeni ehtiyatların çətinliklə kəşf edilməsi    yaxın  gələcəkdə enerji 

daşıyıcıları  ilə  bağlı    ciddi  iqtisadi  problemlərin  olacağından  xəbər  verir.    Neft 

idxal  edən  ölkələrdə  xarici  ticarət  balansı  pisləşir,  cari  əməliyyatlar  hesabının 

defisiti  artır,  ümumi  tələb  aşağı  düşür,  şirkətlərin  xərci  artır  və  rentabellik  azalır. 

Neft  ixrac edən ölkələrdə  isə əksinə,  xarici  ticarət balansının profisiti artır  və real 

valyuta  məzənnəsi  bahalaşmağa  başlayır.  Statistik  məlumatlara  görə,  2005-ci  ildə 

neft  ixrac  edən  ölkələrin  (OPEK)  gəlirləri  500  mlrd.  dollara  çatıb.  Bu,  2003-cü 

ildəki  gəlirdən    2  dəfə  çoxdur.  Neftin  qiymətinin  artması  bütünlükdə  dünyada 

ümumi  tələbi  aşağı  salır  və  iqtisadi  artımı  zəiflədir.  Bu  proses,  həmçinin  maliyyə 

bazarlarına  da  ciddi  təsir  göstərərək  qiymətli  kağızların  və  istiqrazların 

ucuzlaşmasına səbəb olur.  

 2010-cu  ildə  dünyada  gündəlik  neft  istehlakı  87.38  mln.  barrel  olub.  Bu 

göstərici 2000-ci illə müqayisədə 14 artıb [87].  

Neft  istehsalında  isə  risklər  hələ  də  qalmaqdadır.  Neft  istehsalına  çəkilən 

xərclər  də  artmağa  başlayıb.  Belə  ki,  iri  neft  yataqlarının  tapılması 

çətinləşdiyindən,  neft  hasilatı  daha  çox  böyük  xərclər  və  risklər  olan  rayonlarda 

həyata  keçirilməyə  başlayıb.  Digər  tərəfdən,    neft  ixrac  edən  ölkələrdə  xarici 

şirkətlərə  qoyulan  əlavə  vergi  və  royalti,  həmçinin  onlarının  fəaliyyətinin 

lisenziyalaşdırılması neft hasilatına çəkilən xərclərin artmasında əsas rol oynayır. 

Dünya  Bankı  ekspertləri  tərəfindən  dünyada  neftin  və  ərzağın  qiymətləri  arasında 

tarixi  asılılıq  araşdırılmışdır.  Məlum  olmuşdur  ki,  neftin  dünya  bazar  qiymətinin 

hər  10-lik  artımı  ərzaq  qiymətlərinin  2-3  artımına  səbəb  olur.  Bu  əlaqə,  kənd 

təsərrüfatı  məhsullarının  maya  dəyərində  xərc  maddəsi  kimi  neft  və  neft 

məhsullarının daha böyük paya malik olması ilə bağlıdır. Müqayisə üçün deyək ki, 

dünya  üzrə  sənaye  məhsullarının  maya  dəyərində  neft  və  neft  məhsullarının  payı 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə