“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

47 

 

2.5 ,  kənd təsərrüfatında isə 11-ə yaxındır. Belə  bir  əlaqənin  müəyyən olunması 



ölkəmiz  üçün  də  çox  önəmlidir.  Belə    ki,  Azərbaycan  bir  tərəfdən  neft 

ixracatçısıdır  (neftin  dünya  bazar  qiymətinin  qalxması    əlavə    gəlir  gətirir  və    ya  

əksinə),  digər  tərəfdən  isə,    artan  neft  qiymətləri  dünyada    ərzaq  qiymətlərinin,  o 

cümlədən  idxal  olunan    ərzağın  qiymətinin  yüksəlməsinə    səbəb  olur.    Dünya 

Bankının  hesablamalarını  və    ölkədə    ərzağın  istehlak  səbətində  payını  nəzərə 

alsaq, deyə bilərik ki, neftin dünya bazar qiymətinin hər 10 qalxması ölkədə 1.5-2 

inflyasiyaya səbəb ola bilər [1].  

İqtisadiyyatda  liberallaşmanın  davam  etdirilməsi,  biznes  mühitinin  yaxşılaş-

dırılması, xüsusi mülkiyyətin qorunması, qanunların aliliyi, vergi yükünün azaldıl-

ması  və  iqtisadiyyatın  inzibati  metodlarla  tənzim  edilməsindən  imtina  edilməsi, 

beynəlxalq  standartlara  uyğun  demokratik  vətəndaş  cəmiyyətinin  qurulması 

Azərbaycan  hökuməti  və  Azərbaycan cəmiyyəti  qarşısında duran prioritet  vəzifə-

lərdəndir.  Artıq  bütün  dünyada  iqtisadi  azadlıq,  kapital  və  malların  hərəkətinə 

maneələrin aradan qaldırılması, sərbəst ticarət, vətəndaşların iqtisadi və mülkiyyət 

hüquqlarının  qorunması  prosesləri  çox  sürətlə  gedir.  Azərbaycanda  da  bu 

proseslərin həyata keçirilməsi üçün siyasi və iqtisadi islahatlar aparılır. Qeyd edək 

ki,  bu  problemlərin  həlli  sahəsində  əsaslı  tədbirlərin  və  islahatların  həyata 

keçirilməsinə baxmayaraq, hələ də həllini gözləyən xeyli problemlər qalmaqdadır.  

 Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında önəmli vəzifələrdən biri 

də    beynəlxalq  təşkilatlarla  əməkdaşlığın  genişləndirilməsidir.  Azərbaycanın 

Dünya  Bankı,  BVF,  AYİB  və  BMT-nin  təşkilatları  ilə  ikitərəfli  əlaqələri  keçən 

əsrin  90-cı  illərində    yaradılıb.    Lakin  dünyanın  aparıcı  reytinq  təşkilatları  ilə 

əməkdaşlıq  hələ    yüksək  səviyyədə  qurulmayıb.  Son  illər  liberallaşma,  özəl 

mülkiyyətin  inkişafı,  biznes  mühitinin  yaxşılaşdırılması  və  xarici  investisiyalara 

əsaslı  güzəştlərin  edilməsi  sahəsində    islahatların  aparılmasına    baxmayaraq, 

beynəlxalq təşkilatların reytinqində ölkəmizin tutduğu mövqe hələ də yüksək deyil. 

Reytinqin 

aşağı 


olması 

isə 


Azərbaycanın 

xarici 


iqtisadi 

əlaqələrinin 

genişlənməsinə  mənfi  təsir  göstərir.  Xarici  iqtisadi  sferanın  və  bütünlükdə  biznes 



48 

 

mühitinin yaxşılaşdırılması məqsədilə  ölkədə baş verən iqtisadi proseslər haqqında 



dolğun məlumatların beynəlxalq səviyyədə təbliğ edilməsinə ehtiyac vardır.  

 

2.2. Azərbaycanda investisiya fəaliyyətinin mövcud vəziyyətinin təhlili 

Ölkənin  sosial-iqtisadi  inkişafı  investisiya  fəaliyyətinin  miqyas  və  istiqamət-

lərindən  əhəmiyyətli  dərəcədə  asılıdır.  Həyata  keçirilən  investisiya  qoyuluşları 

istehsalın  texniki-iqtisadi  səviyyəsini,  iqtisadiyyatın  struktur  baxımından  yenidən 

qurulmasını, bütövlükdə, sosial-iqtisadi problemlərin həllini müəyyən edir.  

Azərbaycan  iqtisadiyyatının bazar  münasibətlərinə keçidinin  ilk  dövürlərində 

iqtisadi  fəallığın  aşağı  düşməsi  ilə  yanaşı  ölkədə  investisiya  qoyuluşlarının  həcmi 

də  kəskin  şəkildə  azalmışdır.  Belə  ki,  1993-cü  ildə  həyata  keçirilmiş  kapital 

qoyuluşlarının  həcmi  1990-cı  il  səviyəsinin  28,8  faizini  təşkil  etmişdir.  Keçid 

dövrünün  ilk  dövrlərində  belə  azalma  əsasən  iki  qrup  amillərin  təsiri  ilə  baş 

vermişdir. Birinci qrup amillər, ölkədə istehsalın texniki-iqtisadi səviyyəsinin aşağı 

olması  və  onun  dünya  iqtisadiyyatına  inteqrasiya  imkanlarının  məhdudluğu  ilə, 

ikinci  qrup  amillər  isə  ölkədə  həyata  keçirilən  islahatların  gedişi  ilə  əlaqədar 

olmuşdur. Bu dövürdə ölkədə baş verən siyasi və iqtisadi qeyri-sabitlik və iqtisadi 

islahatların 

ardıcıl 


həyata 

keçirilməməsi 

yüksək 

investisiya 



riskinin 

formalaşmasına  gətirib  çıxarmışdır.  Belə  ki,  1990-1996-cı  illər  ərzində  ölkədə 

qiymətlərin  səviyyəsi  təqribən  26  min  dəfə  artmışdır  ki,  bu  da  iqtisadi  fəallığın 

aşağı  düşməsinə  səbəb  olmuşdur.  Qeyd  edilən  dövürdə  ümumi  daxili  məhsulun 

həcminin  təqribən  2,4  dəfə  azalması  istehsal  güclərinin  yüklənmə  səviyyəsinin 

aşağı  düşməsinə  gətirib  çıxarmışdır.  Ölkədə  məcmu  təklifin  azalması  əsasən 

qiymətlərin  liberallaşması  nəticəsində  daxili  tələbin  azalması,  xarici  rəqabətin 

güclənməsi  hesabına  ölkənin  ixrac  imkanlarının  məhdudlaşması,  istehsalçıların 

yeni 

qiymət 


proporsiyalarına 

və 


bazar 

münasibətlərinin 

tələblərinə 

uyğunlaşmasında  yaranan  problemlərlə  əlaqədar  olmuşdur.  Satışın  həcminin 

azalması  ilə  yanaşı  təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətlərinin  pisləşməsi 

investisiya qoyuluşlarının maliyyələşdirilməsinin daxili mənbələrini kəskin şəkildə 

məhdudlaşmışdır.  Belə  ki,  sərəncamda  qalan  gəlirlərdə  qənaətin  payı  1990-cı  ildə 



49 

 

29,8  faizdən  1996-cı  ildə  2,4  faizə  qədər  azalmışdır  (Cədvəl  2.1).  Qeyd  edilən 



dövürdə  gəlirlərin  təqribən  2,5  dəfə  azaldığını  nəzərə  alsaq,  onda  ölkədə  1996-cı 

ildə  investisiya  qoyuluşlarının  daxili  mənbəyinin  həcminin  1990-cı  ilə  nisbətən 

təqribən  30  dəfə  azaldığı  qənaətinə  gəlirik.  1990-1996-cı  illərdə  daxili  mənbələr 

hesabına investisiya qoyuluşları 2,6 dəfə azalmışdır ki, bu da ölkədə ümumi daxili 

məhsulun  kəskin  şəkildə  azalması  nəticəsində  qənaətə  meyilliliyin  azalması 

hesabına baş vermişdir.  

Cədvəl 2.1 

Sərəncamda qalan gəlirlərin bölgüsü (milyard manat) 

Göstəricilər 

Illər 


1995  2000  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 

Ümumi daxili məhsul  

2,1 

8,5  12,5  18,7  28,4  40,1  35,6  42,5  52,1  54,7  58,2  59,0 



Sərəncamda qalan 

gəlirlər 

2,2 

5,1  12,1  17,5  25,4  37,3  34,0  40,8  49,4  52,0  55,6  12,1 



o cümldən: 

 

Son istehlak xərcləri 



2,1 

3,8 


6,6 

8,6  12,2  16,8  19,2  21,3  24,7  27,4  30,4  6,6 

Qənaət 

0,2 


1,4 

5,5 


9,0  13,2  20,5  14,8  19,5  24,8  24,7  25,3  25,5 

 

Əsas  kapitala  investisiya  qoyuluşlarının  maliyyələşdirilməsinin  əsas 



mənbələrindən  biri  bank  kreditləridir.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki, 

iqtisadiyyatın maliyyələşdirilməsində banklar mühüm rol oynayır. 1995-2014-ci 

illərdə əsas kapitala investisiya qoyuluşarının maliyyələşdirilməsinə yönəldilmiş 

kreditin  həcmi  təqribən  63,9  dəfə  artsa  da,  investisiya  qoyuluşlarının  ümumi 

həcmində  payı  8,4  faizdən  6,8  faizə  qədər  azalmışdır.  Buna  da  ölkədə  neft 

kontraktlarının  və  Bakı-Ceyhan  boru  xəttinin  çəkilməsi  ilə  əlaqədar    xarici 

investisiya  qoyuluşlarının  həcminin    və  büdcə  və  büdcədən  kənar  fondlar 

tərəfindən maliyyələşmənin artması  səbəb olmuşdur.  

Cədvəl  2.2  -nin  məlumatlardan  göründüyü  kimi,  ölkə  iqtisadiyyatına  kredit 

qoyuluşlarının  həcmi  artmaqdadır.  Hazırda,  uzunmüddətli  kreditlərin  payı  ümumi 

kredit  qoyuluşlarının  həcmində  payı  artmaqdadır.  Bununla  belə,  uzunmüddətli 

kredit  qoyuluşlarının  heç  də  hamısı  əsas  kapitala  investisiya  qoyuluşlarına 

yönəldilmir. Bu əsasən ölkədə uzunmüddətli istifadədə olan istehlak məhsullarının 

kreditləşdirilməsi ilə əlaqədar olmuşdur. 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə