“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Belə müzakirələrin aparılması, xarici şirkətlərlə bağlanmış neft müqavilələrinə əsasən 



xam  neft  və  qaz  hasilatının  və  ixracının  ölkə  tarixində  yüksək    səviyyəyə  çatdığı, 

ölkədə  yaradılan  əlavə  dəyərin  əsas  hissəsinin  xarici  iqtisadi  əlaqələr  hesabına 

formalaşdığı bir vaxtda daha da aktuallaşıb. 

Azərbaycanda  iqtisadi  göstəricilərin  təhlili  belə  bir  qənaətə  gəlməyə  imkan 

verir ki, son illər baş vermiş iqtisadi dəyişikliklər bütövlükdə müsbətdir. Lakin nəzərə 

almaq  lazımdır  ki,  uzunmüddətli  dövr  üçün    dayanıqlı  iqtisadi  inkişafın  təmin 

edilməsinə    mane  ola  biləcək  faktorlar  hələ  də  qalmaqdadır.  Belə  ki,  makroiqtisadi 

göstəricilərin  yüksəlməsi  iqtisadi  artımın  ancaq  kəmiyyət  tərəfidir.  Əsas  məsələ, 

iqtisadi  artımda  keyfiyyət  dəyişikliklərinin  baş  verməsidir.  Buna  görə  də,  ölkədə 

iqtisadi  artımın  əsas  problemlərinin  araşdırılması  və  milli  hesablar  sisteminin  əsas 

göstəriciləri  arasındakı  ziddiyyətlərin  aşkar  edilməsi  çox  mühümdür.  Ölkədə  son 

illərdə  nail  olunmuş  iqtisadi  artımda  əsasən    investisiyanın  da  rolu  olduğundan  bu 

sahəsində  mövcud  problemlərin  aradan  qaldırılması,  milli  müəssisələrin  beynəlxalq 

istehsal  prosesində  iştirakının  təmin  edilməsi,  ölkələr  arasında  investisiya  və  mal 

mübadiləsindən maksimum fayda əldə olunması vacibdir.   

Hazırda dünya bazarlarında Azərbaycan üçün əlverişli qiymət konyunkturunun 

yaranması  iqtisadi  artımın  keyfiyyət  parametrlərinin  yüksəldilməsi,  iqtisadiyyatın 

struktur yenidənqurulması məqsədilə yeni texnologiyaların, maliyyə və birbaşa xarici 

investisiyaların  cəlb  edilməsi  üçün  yeni  imkanlar  açır.  Lakin  bu  proseslərin  inkişafı  

ləng  gedir  və  mövcud  qanunvericiliyin  qeyri-təkmilliyi,  gəlirlərin  və  əmanətlərin 

investisiyaya  çevrilməsindəki  əngəllər,  əsas  kapitalın  və  milli  sərvətin  deformasiyalı 

strukturu,  daxili  tələbin  və  daxili  bazarın  məhdud  olması,  istehsalın  yüksək  resurs 

tutumu,  əsas  fondların  köhnəlməsi,  iqtisadiyyatın  diversifikasiyasının  zəif  olması  ilə 

gecikdirilir. Xammal və qeyri-xammal sektorlarındakı gəlir normasında böyük fərqlər 

olduğuna  görə  iqtisadiyyatın  qeyri-xammal  sektoru  investisiyalar  üçün  cəlbedici 

deyildir. 

Bütün  bunlar  təqdim  edilən  mövzunun,  yəni  qloballaşma    şəraitində    iqtisadi 

artım  və  təkrar  istehsalın  ınvestisiya  problemlərinin  öyrənilməsinin  və  dayanıqlı 




 

iqtisadi  inkişafın  təmin  edilməsi  üçün  bu  problemin  nəzəri  və  metodoloji 



əsaslandırılmasına yönəldilmiş tədqiqatların aktuallığını bir daha təsdiq edir. 

Problemin  öyrənilmə  səviyyəsi.    Müasir  “iqtisadi  artım”  anlayışı  elmi 

ədəbiyyata  S.Kuznets  tərəfindən  daxil  edilmişdir.  İqtisadi  artımın  nəzəri  təhlilinin 

tədqiqinə,  onun  amillərinin  təsnifatına  və  qarşılıqlı  əlaqə  mexanizminə  M.Alle, 

R.Braun  Lester,  M.Bruno,  D.Helbrayt,  Y.Domar,  P.Duqlas,  E.Denison,  U.İsterli, 

N.Kaldor,  Ç.Kobb,  R.Lukas,  U.Lyuis,    Q.Menkyu,  C.Robinson,  U.Rostou, 

P.Samuelson, R.Solou, C.Stiqler, C.Stiqlits, Y.Tinbergen, O.Uilyamson, C.Forrester, 

R.Friş,  F.Hayek,  E.Hansen,  R.Harrod,  D.Hiks,  H.Çeneri,  T.Şults,  Y.Şumpeter  və 

başqaları  tərəfindən  təklif  edilmiş  neokeynsçi  və  neoklassik  artım  modelləri  böyük 

töhfələr vermişdir. Bu iqtisadçılar iqtisadi dinamikanın bir çox amil və parametrlərini 

tədqiq və təhlil etmişlər.  

Azərbaycanlı  iqtisadçı  alimlər  tərəfindən,  o  cümlədən  A.A.Nadirov, 

Z.Ə.Səmədzadə, 

A.K.Ələsgərov, 

Ş.H.Hacıyev, 

İ.H.Alıyev, 

Ə.B.Bayramov, 

A.A.Şəkərəliyev,  M.X.  Meybullayev,  T.S.  Vəliyev,  Ə.P.  Babyev,  F.F.Mustafayev, 

H.B.Rüstəmbəyov,  Z.F.Məmmədov,  D.Ə.  Vəliyev,  İ.A.Kərimov,  Ş.S.Qafarov, 

R.B.Quliyev  və başqaları tərəfindən  müasir dövrdə dünya  iqtisadiyyatında baş verən 

proseslər və Azərbaycanda investisiya formaları və problemləri araşdırılmışdır. Yerli 

və  xarici  iqtisadi  ədəbiyyatlarda  milli  iqtisadi  inkişaf,  iqtisadi  artım,  təkrar  istehsal, 

onu  müəyyən  edən  amillər,  iqtisadi  artımın  milli  iqtisadi  maraqların  qorunması  ilə 

qarşılıqlı  əlaqəsi,    iqtisadiyyatda  investisiyaların  əhəmiyyəti  və      bir  sıra  digər 

məsələlər  ətraflı  təhlil edilmişdir. 

Yaxın  xarici  ölkələrin  iqtisadçı  alimləri  arasında  dayanıqlı  inkişaf  nəzəriyyəsi 

problemləri  ilə  L.Abalkin,  L.Ançişkin,  A.Arxipov,  A.R.Belousov,  B.E.Bolşakov, 

A.Buzqalin,  Y.Qaydar,  S.Qlazyev,  A.Qranberq,  A.Dobrınin,  A.N.İllarionov, 

D.S.Lvov, 

S.Menşikov, 

Y.Olseviç, 

V.Polteroviç, 

V.Popov, 

M.Pivovarova, 

V.L.Sençaqov,  Y.Slutski,  V.Sokolov,  S.Strumilin,  M.N.Uzyakov,  S.L.Çernikova, 

S.S.Şatalin, Y.Şişkov, Y.Yakovets və başqaları məşğul olmuşlar.  

Təqdim  edilən  tədqiqat  işi    iqtisadi  artım    və  təkrar  istehsalın  ınvestisiya 

problemlərinə,  xüsusiyyətlərinə  və  dayanıqlığına,  dair  xarici  alimlərin  müxtəlif 



 

nəzəriyyə  və  konsepsiyalarına,    əsaslanaraq  aparılıb.Tədqiqat  işində  iqtisadi  artım 



nəzəriyyəsinin  müxtəlif  «bloklar»ı  formalaşdırılıb  və  təsnifləşdirilib,  göstərilən 

aspektlər  üzrə  iqtisadi  dinamikanın  qanunauyğunluqları  aşkar  edilib,  iqtisadi  artımın 

amilləri və şərtləri müəyyən edilib və  iqtisadi artım və və təkrar istehsalın ınvestisiya 

problemlərininə təsir edən iqtisadi amillər aşkar edilib.  

Məhz  qeyd  edilən  bu  məsələlər,  dissertasiya  işinin  mövzusunun  seçilməsini 

şərtləndirmiş  və  tədqiqatın  məqsədini,  vəzifələrini,    obyekt  və  predmetini  müəyyən 

etmişdir.   

Dissertasiya işinin məqsədi – Qloballaşma şəraitində Azərbaycanda dayanıqlı 

iqtisadi  artım  və  təkrar  istehsalın  təmin  edilməsi  üçün    investisiya  problemlərinə 

nəzəri-metodoloji  yanaşmanın    hazırlanmasından  və    investisiyanın  səmərəliliyinin 

yüksəldilməsi üçün elmi –praktiki təkliflərin verilməsindən ibarətdir. 

 

Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata 



keçirilməsi nəzərdə tutulmuşdur: 

  iqtisadi  artım   

haqqında  elmi  konsepsiyaların 

ümumiləşdirilməsi, 

sistemləşdirilməsi,  həmçinin  iqtisadi artımın  və təkrar istehsal amillərinin  müəyyən 

edilməsi; 

  Azərbaycan  iqtisadiyyatında  iqtisadi  artım  amillərinin  dinamikasının  təhlil 

edilməsi və iqtisadi artımın Azərbaycan modelinin xüsusiyyətlərinin aşkar edilməsi; 

  Azərbaycanda  iqtisadi  artım  və  təkrar  istehsalın  ınvestisiya  problemlərinə 

təsir    göstərən  iqtisadi  meyllərin  aşkar  edilməsi  və  tədqiqi,  onların  dayanıqlığının 

qiymətləndirilməsi; 

  Azərbaycanın  dünya  iqtisadi  sisteminə  inteqrasiyası  şəraitində    xarici 

maliyyələşmə mənbələrinin iqtisadi artıma təsir imkanlarının müəyyən edilməsi;               

  Azərbaycanda  iqtisadi  artımın  təmin  edilməsində  xarici  investisiyaların  

rolunun qiymətləndirilməsi;                                                                       

  Azərbaycanda  xarici  iqtisadi  əlaqələrin  modernləşdirilməsi  yolu  ilə  iqtisadi 

artımın 

intensivləşdirilməsinə 

yönəldilmiş 

kompleks 

tədbirlərin 

işlənib 


hazırlanması. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə