“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

57 

 

Azərbaycanın sosial-iqtisadi  vəziyyəti,  milli təsərrüfatçılıq ənənələri dövlətin 



fəal  iştirakı  olmadan  iqtisadiyyatda  nou  xauya  əsaslanan  modernləşdirmələrin 

aparılmasının  qeyri-mümkün  olduğu  göstərir.  Bu  respublikamızın  təsərrüfatçılıq 

ənənələri, keçid dövrünün xüsusiyyətləri ilə əlaqədardır. 

Qeyd  edək  ki,  keçid  dövrü  hazırkı  mərhələdə  Azərbaycanda  institusional 

dəyişikliklərin təkamülünü nəinki dayandırmış, hətta onun daha da intensivləşdiril-

məsini və sürətləndirilməsini ön plana keçirmişdir. 

Bu  gün  hamı  tərəfindən  qəbul  olunmuş  bir  anlayışdır  ki,  büdcənin 

imkanlarının məhdud olduğu  və əhalinin yığımının kifayət qədər olmadığı şəraitdə 

respublikamızda  əlverişli  investisiya  mühiti  yaradılsın,  xarici  investisiyalar  cəlb 

etmək, xaricilərlə birgə müəssisələr yaratmaq, xüsusi kapitalın fəaliyyətinə meydan 

açmaq, iqtisadiyyata dinamizim gətirmək başlıca şərtlərdən biri olmaqla bu prosesi 

inkişaf etdirmək lazımdır. 

Azərbaycan  Respublikasının  elmi-texniki,  iqtisadi  və  intellektual  poten-

sialından  daha  uyğun  və  səmərəli  istifadə  olunmalıdır.  Məhsul  bolluğu  yaratmaq 

müstəqilliyimizin, suverenliyimizin, iqtisadi təhlükəsizliyimizin təmin edilməsinin 

maddi  əsasını  milli  istehsalımızın  inkişafı  təşkil  edir.  Milli  istehsalın  inkişafının 

məşğulluq  və  yoxsulluq  problemlərinin  həllində,  dövlət  büdcəsi  gəlirlərinin 

artırılmasında,  ölkənin  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsində,  xalqın 

rifah halının yüksəldilməsində mühüm rolu vardır. Milli istehsaıln inkişafı ölkənin 

sosial-iqtisadi  tərəqqisinə  dinamik  təsir  göstərir.  Eyni  zamanda  o,  bir-biri  ilə 

vəhdət  təşkil  edən  müxtəlif  amillər  sistemindən  ibarətdir.  Milli  iqtisadiyyat  bir 

tərəfdən  yeni  iş  yerlərinin  yaradılmasına,  əhalinin  pul  gəlirlərinin  artmasına, 

tələbatın  yüksəldilməsinə  təsir  edir,  digər  tərəfdən  isə  tələbatın  artımasına  və 

istehsalın  yeni  yüksəlişinə  təkan  verir,  sosial-iqtisadi  inkişaf  amillərinin 

fəallaşmasını və real iqtisadi artımın sürətlənməsini təmin edir. 

Bazara transformasiya şəraitində respublikamız rəqabət qabiliyyətli məhsullar 

istehsalının  artımına  yönəlmiş  xeyli  əhəmiyyətli  addımlar  atmışdır.  Görülən 

təşkilati,  sosial-iqtisadi,  texniki-texnoloji  tədbirlər  nəticəsində  rəqabət  qabiliyyətli 

məhsullar, istehlak şeyləri və istehsal vasitələri istehsalı artmışdır. 



58 

 

Yerli  istehsal  məhsullarının  tədricən  daxili  bazara  yiyələnməsi  1994-2000-ci 



illərdə  ölkənin  xarici  ticarət  dövriyyəsində  idxalın  əhəmiyyətli  dərəcədə 

azalmasına, onun strukturunda müsbət dəyişikliklərin baş verməsinə təsir etmişdir. 

Əlverişli  coğrafi  mövqe,  zəngin  təbii  sərvətlər,  kadr  potensialı  və  bazar 

infrastrukturlarının  formalaşması  rəqabətliliyi 

milli 

məhsullar  istehsalını 



artırmağın, 

iqtisadi 

inkişafa 

dinamizm 

gətirməyin 

zəruri 


şərtləridir. 

Respublikamızda bu amillər mövcuddur. Lakin ən əlverişli şərtlərin belə öz-özünə 

reallaşma xassəsinə mlik olmağı nəzərə alımalıdır. 

Baxmayaraq  ki,  iqtisadi  inkişafın  meyarlarından  (kriteriyalarından)  biri 

iqtisadi  artım  olsa  da,  iqtisadi  inkişaf  prosesini  ölçmək  qeyri-mümkündür.  Lakin  

makroiqtisadi  səviyyədə  mütəmadi  olaraq  iqtisadi  artım  həmişə  təhlil  edilir. 

Məlumdur  ki,  bütün  dövlətlər  üçün  iqtisadi  artım  mühüm  problemdir  və  o,  artan, 

tərəqqipərvər,  inkişaf  edən  iqtisaidyyatı  xarakterizə  edən  bir  kateqoriyadır. 

Bütövlükdə  iqtisadiyyat  və  onun  ayrı-ayrı  bölmələrinin  inkişafı  iqtisadi  artım 

baxımından  dinamik  bir  proses  kimi  nəzərdə  tutulmalıdır.  Inkişaf  edən,  daima 

artan  iqtisadiyyat  həm  ölkə  daxilində,  həm  də  dünya  səviyyəsində  sosial-iqtisadi 

problemlərin optimal həll edilməsinə qadirdir. 

Iqtisadi  artım  eyni  zamanda  iqtisadi  inkişafı  özündə  əks  etdirir  ki,  bu  da  öz 

ifadəsini  ümumi  daxili  məhsulun  real  həcminin  mütləq  formada  artmasında  və  ya 

adambaşı əhaliyə düşən məhsulda tapır. 

Struktur dəyişikliklər ilə əlaqədar olaraq, başqa sözlə desək, ölkənin  maliyyə 

resurslarından  və  elmi-texniki  tərəqqinin  nailiyyətlərindən  istifadə  səviyyəsini 

nəzərə  almaqla  deyə  bilərik  ki,  iqtisadi  artım  bütün  dövlətlər  üçün  eyni  səviyyəli 

ola  bilməz.  Burada  biz  yüksək,  aşağı  və  sıfır  dərəcəli  iqtisadi  artımı  nəzərdə 

tuturuq.  Belə  bir  sual  meydana  çıxır.  Cəmiyyət  üçün  bu  üç  tipli  iqtisadi  artımdan 

hansı daha faydalıdır? 

Ilk  baxışda  deyə  bilərik  ki,  yüksək  səviyyəli  iqtisadi  artım  cəmiyyət  üçün 

daha  məqsədəuyğundur.  Çünki  yüksək  səviyyəli  iqtisadi  artım  nəticəsində 

cəmiyyət daha çox məhsul əldə edir və əldə etdiyi yüksək məhsul hesabına iqtisadi 

tərəqqini həyata keçirə bilir. Lakin real həyatda bu belə olmur. Çünki iqtisadiyyatın 



59 

 

artım sürəti onun kəmiyyət göstəricisidir. Praktikada iqtisadi artımın sürətlə həyata 



keçirilməsi  istehsal  olunan  əmtəələrin  keyfiyyətinə  mənfi  təsir  göstərir.  Digər 

tərəfdən bu orta səviyyəyə gətirilmiş göstəricidir. Bu göstərici buraxılan məhsulun 

strukturunu xərəkterizə etmir. Əgər istehsal olunan  məhsulda istehsal vasitələrinin 

payı  çoxdursa,  onda  əhali  üçün  nəzərdə  tutulan  əmtəələrin  qiymətləri  xeyli 

artacaqdır.  Çünki  belə  bir  hal  cəmiyyətdə  sosial  problemlərin  həll  edilməsini 

çətinləşdirir,  nəticə  etibarilə  isə  əsaslandırılmayan  yığımın  istehlakın  hesabına 

artmasına səbəb olur. 

Bəzi  iqtisadçıların  fikrincə,  iqtisadi  artım  sıfır  variantı  da  fayfalı  olar.  Belə 

qəbildən  olan  iqtisadçıların  fikrincə,  əgər  elmi  texniki  tərəqqini  nailiyyətlərindən 

istifadə  edərək  qeyri-istehsal  xərclərinin  ümumi  çəkisini  azaltmaq  yolu  ilə 

ehtiyatları  əhalinin  həyat  səviyyəsinin  artmasına  və  yaxşılaşdırılmasına 

istiqamətləndirmək olar. 

Iqtisadi  nəzəriyyədə  ən  çətin  problemlərdən  biri  iqtisadi  artım  tempinin 

optimal variantının müəyyən edilməsidir. Iqtisadi artımın optimal variantı dedikdə, 

yığılan  və  istehlak  olunan  vəsaitin  və  yaxşı  sürətdə  istifadə  olunaması  nəzərdə 

tutulur.  Arzu  olunan  tempin  təmin  olunması  bir  neçə  amildən,  o  cümlədən  eli 

texniki  tərəqqinin  nailiyyətlərindən,  istifadə  səviyyəsindən,  iqtisadi  proseslərin 

daxili və xarici iqtisadi sabitliyindən və s. asılıdır. 

Yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alaraq  belə  bir  nəticəyə  gələ  bilərik  ki, 

iqtisadi  artım  dedikdə,  müəyyən  dövrlər  ərzində  istehsal  edilmiş  və  ya  yaradılmış 

əmtəələr    və    xidmətlər    nəzərdə  tutulur.  Iqtisadi  artımın  son  məqsədi  istehlak  və 

əhalinin rifah halının yaxşılaşdırılmasında ibarətdir. 

Iqtisadi  artımı  iki  yolla  ölçmək  olar:  fiziki  artım  və  dəyər  baxımından  artım. 

Iqtisadi  artımın  ölçülməsinin  birinci  yolu  daha  etibarlıdır.  Çünki  bu  zaman 

inflyasiyanın  təsirini  nəzərə  almamaq  olar.  Lakin  birinci  ölçü  vahidi  universal 

deyildir. Çünki iqtiadi artımın tempini hesablayan zaman müxtəlif çeşidli malların 

istehsalı üzrə nəzərdə tutulan ümumi göstəriciləri çətin üzə çıxarmaq olur. Iqtisadi 

artımın  ölçülməsində  ikinci  üsula  üstünlük  verilsə  də,  burada  inflyasiyanı  nəzərə 

almamaq olmur. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə