“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

63 

 

strukturların  dəyişkənlik  indeksi  arasında  (ilk  növbədə  sahələrarası)  və  təsərrüfat 



dinamikasının artımı ifadə edən mühüm göstəricilərinin əlaqəsini ifadə edir. 

Tədqiqatlar göstərir ki, yüksək əmək tutumlu istehsal sahələri (məs. toxuculuq 

sənayesi, geyim və ayaqqabı sənayesi) o ölkələr üçün xarakterlidir ki, bu ölkələrdə 

elmtutumlu  və  texnika  tutumlu  istehsal  sahələri  ya  heç  yoxdur,  ya  da  cüzi 

miqdarda  inkişaf  etdirilir.  Bu  səbəbdəndir  ki,  əmək  tutumlu  istehsal  inkişaf  etmiş 

ölkələrdən  zəif  inkişaf  etmiş  ölkələrdə  yerləşdirilir  və  inkişaf  etdirilir.  Təkrar 

istehsalın  strukturu  dedikdə,  biz  nəyi  başa  düşürük?  Bu,  elə  bir  istehsal 

strukturudur  ki,  iqtisadiyyatın  artım  imkanı  ilə  onun  səmərəliliyinin  arasında  olan 

müqayisənin  nəticəsini  ifadə  edir.  Burada  isə  üç  nisbətin  mühümlüyü  nəzərə 

alınmalıdır.  

Məlumdur  ki,  iqtisadi  fikir  tarixində  istehsal  vasitələri  istehsal  ilə  istehlak 

şeyləri  istehsalı  arasında  olan  nisbətin  təhlili  həmişə  elmi  mühasibəyə  səbəb 

olmuşdur. Hətta deyə bilərik ki, iqtisad elmində bu mübahisə ənənəvi bir problemə 

çevrilmişdir.  Digər  tərəfdən  deyə  bilərik  ki,  istehlak  yığım  arasında  olan  nisbət 

geniş təkrar istehsalın  mühüm şərtlərindən biridir. Prinsip etibarilə deyə bilərik ki, 

əgər  yığım  fondunun  payı  istehlaka  nisbətən  çoxdursa,  iqtisadiyyatın  artım  tempi 

də yüksək olacaqdır. 

Qeyd  edək  ki,  investisiya  qoyuluşlarının  məhdudlaşdırılması  hesabına 

istehlakın  həcmini  artırmaq  olar.  Lakin  bu  proses  daxilinda  kapital  qoyuluşunun 

səmərəliliyini  artırmaq  lazımdır.  Gələcək  baxımından  investisiyanın  məhdud-

laşdırılması iqtisadi inkişafın dinamikasına mənfi təsir göstərə bilər. Təkrar istehsal 

strukturlarında  maddi  məhsul  istehsalı  ilə  bu  maddi  məhsulların  istehlakı  üçün 

zəruri olan iqtisadi sistemin elementləri arasında olan nisbət bu sahələrin səmərəli 

fəaliyyətini  təmin  edən  ünsürlərdir.  Başqa  sözlə  desək,  onlar  təkarar  istehsalın 

infrastruktur  elementləridir.  Öz  funksional  xarakterlərinə  görə  həmin  elementləri 

iki  yerə  bölmək  olar:  birinci,  istehsal  infrastrukturları;  ikinci,  qeyri-istehsal 

infrastrukturları. 

Birinci  qrupa  o  sahələr  aid  edilir  ki,  onlar  əmtəələrin  və  xidmətlərin 

istehsalında  bilavasitə  iştirak  edirlər.  Bu  infrastrukturlara  aşağıdakılar  daxildir: 



64 

 

dəmiyryol  nəqliyyatı,  şose  yolları,  enerji-su-qaz  təchizatı,  təbiəti  müdafiə  binaları 



və tikililəri və s. 

Ikinci  qrupa  dolayısı  yolla  istehsala  xidmət edən sahələr aiddir ki, buraya da 

ümumi professional təsir və s. aid edilir.  

Sahələrin  infrastrukturu  iki  xarakterə  malikdir.  Əvvəla,  qeyd  edək  ki,  bu 

infrastrukturlar olmasa, istehsalın səmərəliliyi xeyli aşağı düşə bilər. 

Bazar  iqtisadi  sisteminin  bir  çox  problemlərinin  təhlili  göstərir  ki,  iqtisadiy-

yatın  kəmiyyət  və  keyfiyyət  baxımından  innkişafı  birbaşa  infrastrukturların 

vəziyyətindən asılıdır. Digər tərəfdən, infrastrukturların elementləri dərhal mənfəət 

gətirmir.  Kim  kapital  qoyursa,  o,  bir  müddət  gözləməlidir.  Lakin  kapital 

qoyulmasa, infrastrukturlardan istifadə etmək olmaz.  

Iqtisadi  strkturlarda  baş  verən  dəyişikliklər  istər  milli  iqtisadiyyat 

səviyyəsində,  istərsə  də  beynəlxaəq  iqtisadi  münasibətlər  səviyyəsində  baş  versə 

də,  o,  dərin    və  kəskin  nəticələrə  səbəb  ola  bilər.  Iqtisadi  strukturlar  həmişəlik 

deyil,  onlar  keçici  xarakter  daşıyırlar.  Iqtisadi  strukturlarda  nə  qədər  tez-tez 

dəyişikliklər baş verərsə, strukturlar zamanın tələbinə daha elastik uyğunlaşa bilər. 

Bu zaman iqtisadi inkişaf da həyata uyğun keçirilə bilər. 

Ikinci  Dünya  müharibəsindən  sonra  bütün  dünya  ölkələrində  xeyli  dərəcədə 

iqtisdi  təkrar  istesalbaş  verdi.  Onların  inkişaf  yolu  eyni  olmasa  da,  struktur 

dəyişikliklərində  baş  verən  iki  mühüm  istiqaməti  qeyd  etmək  məqsədəuyğun 

olardı. 


Sırf  bazar  iqtisadi  münasibətlərinin  təsiri  nəticəsində  meydana  çıxan  təbii 

qüvvələr.  Bu  zaman  mənfəət  normasında  dəyişikliklər  baş  verir.  Çünki  iqtisadi 

strukturlardan  asılı  olaraq  sahibkarlar  ya  iflasa  uğrayırlar,  ya  da  az  gəlir  əldə 

edirlər.  Bu  da  onunla  əlaqədardır  ki,  sahibkarların  istəfadə  etdikləri  texnika  az 

məhsuldardır.  Iqtisadi  strukturlar  inkişaf  etdikcə  onların  məhsuldarlığı  artdıqca 

mənfəət  norması  yüksəlir.  Bununla  əlaqədar  olaraq  kapital,  iş  qüvvəsi  və  s.  o 

sahələrə  axır  ki,  həmin  sahələrdə  fəaliyyət  göstərən  strukturlar  daha  çox 

səmərəlidir.  Digər  yol  ondan  ibarətdir  ki,  tərəqqipərvər  iqtisadi  strukturları 

sürətləndirmək  məqsədi  ilə  iqtisadi  rıçaqlardan  istifadə  olunmalıdır.  Bu  proses 



65 

 

adətən  irəlicədən  müəəyyən olunmalıdır ki, strukturların  hansı elementləri  ixtisara 



salınmalıdır  və  ya  strukturların  hansı  ünsürlərini  (elementlərini)  təzələmək,  bərpa 

etmək, modernləşdirmək lazımdır. 

Birinci    yolu  şərti    olaraq  Amerikanın  “iqtisadi  inkişaf”  yolu  kimi  adlandır-

maq olar və 80-ci illərdə Böyük Britaniya da bu yolla inkişaf etmişdir. Bu inkişaf 

yolunda  nəzərə  almaq  lazımdır  ki,  iqtisadiyyata  passiv  müdaxiləsi  ilə  yanaşı, 

bazarın  kortəbii  qüvvələri  mühüm  rol  oynamışdır.  Bu  yol  real  həqiqitdə  uzun  bir 

inkişaf yolu idi. Burada sosial xərclərə geniş yol verilirdi və istehsalın artım tempi 

az səmərəli idi. 

Ikinci  yol  Yaponiya  yoludur  ki,  bu  yol  ilə  artıq  30  ildir  ki,  Cənubi  Koreya 

inkişaf edir. Bu iqtisadi inkişaf yolunda rıçaqların istifadəsindən mərkəzləşdirilmiş 

qayda  tənzimləşdirilməsindən  istifadə  edilmir,  resusrların  bölüşdürülməsi  planı 

sürətli  həyata  keçirilmir.  Bu  yol  iqtisadiyyatın  sürətli  inkişaf  yoludur,  sosial 

xərclərə qənaət edilir və məhsuldarlığın artımı yüksək templərlə həyata keçirilir.  

Öyrəndiyimiz  problemlərlə  yanaşı,  iqtisadi  artımın  dinamikası  ilə  istehlak 

səviyyəsinin arasında olan qarşılıqlı əlaqə üzərində dayanma məqsədəuyğun olardı. 

Iqtisadi  artım  bir  neçə  spesifik  göstəricilərlə  xarakterizə  olunur.  Məsələn,  iqtisadi 

artım tempinin göstəricisi dinamik göstərici hesab olunur. Bu göstərici geniş təkrar 

istehsalın  sürətini  və  potensial  istehsal  resurlarının  real  nemətlərlə  çevrilməsini 

özündə  əks  etdirir.  Əgər  ümummilli  məhsul  müqasyisəli  qiymətlərlə  ifadə 

olunmursa,  bu  zaman  real  iqtisadi  artımdan  söhbət  gedə  bilər.  Əgər  ümummilli 

məhsul  cari  qiymətlərlə  ifadə  olunursa,  o  zaman  ümummilli  məhsuldan  söhbət 

gedə bilər. 

Potensial  iqtisadi  artım  ümumi  məhsul  buraxılışı  ilə  müəyyən  olunur  ki,  bu 

proses  daxilində  yeni  texnologiyadan  iş  günlərindən  və  istehsal  vasitələrindən 

maksimum istifadə edilir. 

Iqtisadi  artımın  həlledici  rollarından  biri  əmanətlər  və  investisiya  təşkil  edir. 

Məlumdur  ki,  investisiya  qoyuluşları  nə  qədər  çox  olarsa,  istehlak  bir  o  qədər 

məhdudlaşar, gələcəkdə onun artmasına yol açıla bilər. Iqtisadi artımın permanent 

ziddiyyətlərindən  biri  yığım  fondu  ilə  istehlak  fondu  arasında  nisbətin  optimal 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə