“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   21   22   23   24   25   26   27   28   29

66 

 

təzahürünün müəyyən edilməsidir. Əgər belə bir nisbətin optimal variantı müəyyən 



olunarsa,  istehsalın  təkmilləşdirilməsinə  və  milli  gəlirin  artmasına  geniş 

perspektivlər açıla bilər. Əmanətlərin artmasının iqtisadi məzmunu ondan ibarətdir 

ki, vəsaitlər istehsal məhsulları ilə bərabər investisiyalaşdırılmış məntəqələrə daxil 

edilir.  Əmanətlərin  və  investisiyaların  bərabərləşdirilməsi  isə  o  deməkdir  ki, 

iqtisadi  artım  sabit  olaraq  qalır.  Əgər  əmanətlər  investisiyanı  üstələyərsə,  onda 

ehtiyatların  yaranmasında  dəyişiklik  baş  verəcəkdir.  Çünki  bu  zaman 

avadanlıqlardan  tam  istifadə  olunmur  və  işsizlik  artır.  Əgər  investisiya  tələbi 

əmanətləri üstələyərsə, bu zaman iqtisadiyyatda canlanma daha da genişlənəcək və 

investisiya qiymətləri artacaqdır. 

Iqtisadi  artım  dinamikasında  əmanətlərlə  investisiyalar  arasında  olan  nisbət 

daha  mürəkkəb xarakter alacaqdır. Əgər bu gün əldə olunan əmanətlərdən istifadə 

olunmursa,  sabah  həmin  əmanətlər  investisiyaya  transformasiya  olunacaqdır. 

Deməli, bu  günki əmanətlər sabahkı  investisiyaya  uyğun  gəlməlidir. Bu  günün  və 

sabahın  baxımından  belə  bir  uyğunluq  çox  mürəkkəb  problemdir.  Çünki  əslində 

göstərilən  vaxt  ərzindəki  uyğunluq  faktiki  əmanətlərlə  gözlənilən  investisiya 

arasında  olan  uyğunsuzluqdan  söhbət  gedir.  Bu  problemlərə  Keynsçilər  xüsusi 

diqqət yetirirlər. 

Müasir  iqtisadi  artım  nəzəriyyəsi  iki  mənbə  əsasında  yaranmışdır.  Bu 

mənbələrdən  biri  neoklassik  nəzəriyyədir  ki,  bu  nəzəriyyənin  də  kökləri  I.B.Jeyin 

fikirləri  ilə  (baxışları)  əlaqədardır.  Qeyd  edək  ki,  bu  sahədə  Amerika  alimi 

C.B.Klarkın  da  xidmətləri  böyükdür.  Müasir  iqtisadi  artım  nəzəriyyəsinin  ikinci 

mənbəyini Keynsin makroiqtisadi müvazinətlik nəzəriyyəsi təşkil edir. 

Qeyd edək ki, iqtisadi artım nəzəriyyəsinin neoklassik məktəbi əlverişli bazar 

sistemi  ideyalarına  əsaslanır.  Burada  öz-özünə  tənzimlənən  iqtisadi  mexanizm 

istehsal  amillərindən  ayrı-ayrılıqda  istifadə  deyil,  onlardan  kompleks  istifadəsi 

nəzərdə  tutulur.  Lakin  real  iqtisadi  həyatda  bu  müvazinətlik  pozulur.  Ancaq 

müvazinətliyi modelləşdirmək yolu ilə real proseslərin bir-birindən uzaqlaşması və 

ya yaxınlaşması dərəcəsini mümkündür. 

 



67 

 

Qeyd  olunduğu  kimi,  iqtisadi  artım  probleminin  həllinin  vacib  istiqamət-



lərindən  biri  investisiyadan  istifadə  etmək  və  onun  təsirini  artırmaqdır. 

İinvestisiyadan  effektli  təsiri  isə  investisiya  siyasətinin  uğurla  həyata 

keçirilməsində  asılıdır.  Başqa  sözlə,  investisiya  siyasəti  iqtisadi  artımın 

stimullaşdırılması  istiqamətdində  həyata  keçirilməlidir.  Investisiya  siyasəti 

haqqında  bir  sıra  tədbirlərin  olmasına  (praktiki  olaraq  hamı  razıdır  ki,  vergiləri 

azaltmaq zəruridir və pul kütləsinin genişləndirilməsi yalnız müəyyənləşmiş şərait 

üçün  müsbətdir)  müasir  şəraitdə  iqtisadi  artımın  stimullaşmasına  yanaşma  çox 

genişdir. Fikrimizcə, bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçirilməlidir: 

1. Əsas  məqsəd  istehsal  sferasına  vəsaitin  cəlb  edilməsinə  iqtisadi  stimul 

yaratmaqdır.  Bunun  üçün,  hər  şeydən  əvvəl,  ödəmə  qabiliyyətli  müəssisələrin 

qiymətli  kağızlarının  girovu  əsasında  kommersiya  banklarının  kreditləri  hesabına 

Mərkəzi Bankın istehsal fəaliyyətinin maliyyələşdirilməsini təşkil etmək lazımdır. 

2. Pul-kredit siyasətinin daxili tələbi stimullaşdırılmasına əsaslanması. Bunun 

üçün  investisya  və  istehlakçı  tələbinin  eyni  vaxtda  stimullaşdırılması  həyata 

keçirilmişdir..  

3. Iqtisadi  artımın  stimullaşdırılmasına  yeni  yanaşma  kimi  struktur  və 

instutisional  yenidənqurma.  Bu    məqsədə  nail  olmaq  üçün  ilkin  şərait  yüksək 

iqtisadi  sərbəstlik  səviyyəsinin  təmin  edilməsi  ilə  investisiya  və  sahibkarlıq 

fəaliyyəti üçün əlverişli mühit yaranmalıdır.  

 

Fikrimizcə,  bu  iki  məqsəd  bir-birinə  qarşı  ziddiyyət  təşkil  edirlər.  Belə  ki, 



dövlətin  institutlarının  hər  hansı  birinin  yaxşılaşdırılması  üçün  bir  sıra  xərclərin 

artırılması zəruridir.  

Keçid iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, liberallaşma yalnız institut 

və  infrastrukturun  effektli  təsirinin  mövcudluğu  üzrə  iqtisadi  artıma  xidmət  edir. 

Məlumdur  ki,  Azərbaycanda  iqtisadi  resurslardan  tam  və  keyfiyyətli  istifadə 

edilmir.  Bu  resursların  müəyyən  aqreqatlaşdırılmış  tələbin  genişləndirilməsi 

hesabına sürətli iqtisadi artım tempi əldə edilə bilər. Sonrakı mərhələdə isə iqtisadi 

artım  istehsalın  effektliyinin  kordinal  artırılması  və  əsas  kapitalın  mərhələdə 

aşağıdakı suallara cavab axtarmaq lazımdır: 



68 

 

  tələbin əsas elementləri iqtisadi artımı necə zənginləşdirə bilər? 



  “Keynsçilik” artım mərhələsi nə qədər davam edə bilər? 

  göstərilən mərhələdə maliyyə siyasətinin hansı tədbirləri zəruridir? 

Müasir  şəraitdə  tələb  tərfindən  artım  mənbələri  yaxşı  nəticə  vermişdir.  Belə 

ki,  ÜDM  keçən  illə  müqayisədə  məcmu  qoyuluşun  artırılması  hesabına  (1,2)  və 

istehsakın  genişləndirilməsi  hesabına  (1,3)  9.9  artmışdır.  Lakin  potensial  artımın 

müəyyənləşdirilməsi üçün tələbin artırılması hesabına sənayenin gücündən birbaşa 

istifadə etmək olmaz. Ona görə ki: 

1.  Bu göstərici sahələr üzrə müxtəlifdir. 

2.  Normal yükləmə 100-dən aşağı olmalıdır. 

Iqtisadi artımla əlaqədar olaraq makro maliyyə sabitliyinin təmin olunmasının 

mühüm 

istiqamətlərindən 



biri 

də 


iqtisadi 

proseslərin 

dinamikasının 

proqnozlaşdırılmasından  ibarətdir.  Məlumdur  ki,  iqtisadi  proseslərin  idarə 

olunması  mürəkkəb  bir  hadisədir.  Idarəetmə  prosesinə  bu  baxımdan  aşağıdakıları 

daxil  etmək  məqsədəuyğun  olardı:  obyektin  baza  vəziyyətinin  təhlili,  arzu  olunan 

məqsədin  formalaşdırılmasını,  nəzərdə  tutulan  məqsədi  həyata  keçirərkən  optimal 

trayektoriyaların  hesablanaraq  müəyyən  edilməsi,  buraxılan  xətaların  gələcəkdə 

nəzərə alınması.  

Göstərdiyimiz  amilləri  iqtisadi  inkişaf  prosesində  müəyyən  səviyyələrdə  bu 

və  ya  başqa  səviyyələrdə  həyata  keçirilir.  Burada  biz  ayrı-ayrı  kompaniyalardan 

tutmuş  dövlət  səviyyəsində  problemlərin,  xüsusilə  büdcənin  formalaşdığı  zaman 

həyata keçirilməsini nəzərdə tuturuq. 

Dövlət  orqanları  qarşısında  duran  mühüm  vəzifələrdən  biri  iqtisadi  inkişafın 

formalaşdırılmasından  ibarətdir.  Bu  prosesin  proqnozlaşdırılması  zamanı  makro-

maliyyə  sabitliyinin  təmin  olunmasının  əsas  istiqamətlərinə  təsir  edə  biləcək 

amillərin də nəzərə alınması bu gün üçün daha səciyyəvidir. 

Bilirik  ki,  Azərbaycan  iqtisadiyyatının  bir  neçə  müddətə  aşağı  düşməsi 

nəticəsində ölkəni iqtisdi böhran, inflyasiya, işsizlik və s. bürümüşdür. Hal-hazırda 

isə  iqtisadiyyatımız  sabit  inkişaf  yoluna  qədəm  qoymuşdur.  Belə  bir  şəraitdə 

makromaliyyə sabitliyinin təmin olunmasının da xüsusi əhəmiyyəti vardır. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə