“magistratura məRKƏZİ”


 Azərbaycanda investisiya qoyuluşlarının prioritetləri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   21   22   23   24   25   26   27   28   29

69 

 

3.2. Azərbaycanda investisiya qoyuluşlarının prioritetləri 

 

Ölkə  iqtisadiyyatının  dayanıqlı  və  tarazlı  inkişafının  təmin  edilməsinə 



investisiya  qoyuluşlarının  həcm  və  strukturu  birbaşa  təsir  göstərir.  Buna  görə  də, 

investisiya  qoyuluşlarının  prioritetləşdirilməsinin  iqtisadi  inkişaf  istiqamətlərinin 

müəyyən  olunması  baxımından  mühüm  əhəmiyyətə  malikdir.  Istənilən  ölkədə 

iqtisadi  resursların  məhdudluğu  iqtisadi  inkişafın  əhəmiyyətli  və  səmərəli 

istiqamətləri  içərisindən  məhdud  sayda  prioritet  istiqamətlərin  seçilməsini  zəruri 

edir.  Bu  baxımdan,  investisiya  qoyuluşları  sahəsində  prioritet  istiqamətlərin 

seçilməsi  ölkədə  bütün  sahələrin  inkişafı  üçün  investisiya  resurslarının 

məhdudluğu ilə əlaqədardır.  

Ölkənin  iqtisadi  inkişafının  prioritet  istiqamətlərinin  müəyyən  olunması 

haqqında  qərarın  verilməsi  kompleks  təhlil  və  ciddi  qiymətləndirmələr  əsasında 

qəbul edilir. Çünki, ayrı-ayrı dövürlərdə iqtisadi inkişafın prioritet istiqamətləri bir-

birindən  fərqlənir.  Adətən,  inkişafın  aşağı  səviyyələrində  iqtisadiyyatın 

ixtisaslaşması  onun  təbii  üstünlüklərinə  əsaslanır.  Belə  üstünlüklərin  mövcudluğu 

iqtisadi  inkişaf  üçün  əlverişli  şərait  yaradır.  Lakin  elmi-texniki  tərəqqinin  sürətli 

inkişafı  və  ictimai  tələbatların  dəyişməsi  belə  üstünlüklərin  uzunmüddətli  təsirini 

məhdudlaşdırır.  Buna  görə  də,  investisiya  faliyyətinin  prioritet  istiqamətlərinin 

müəyyən  olunması  metodikasının  hazırlanmasının  iqtisadi  siyasətin  hazırlanması 

və  həyata  keçirilməsi  baxımından  mühüm  əhəmiyyəti  var.  Ölkə  iqtisadiyyatında 

investisiya qoyuluşlarının prioritet istiqamətlərinin sosial-iqtisadi inkişafın və ayrı-

ayrı sahələrin inkişaf məqsədlərinə uyğunluğu, xüsusilə də yoxsulluğun və regional 

bərabərsizliyin azaldılmasına təsiri baxımından seçilməsi üçün həm mikro, həm də 

makro  səviyyədə  prioritetləşdirilməlidir.  Lakin  hazırda  ölkədə  investisiya 

siyasətinin 

həyata 


keçirilməsi 

üçün 


investisiya 

qoyuluşlarının 

prioritetləşdirilməsinin  xüsusi  metodikası  hazırlanmamışdır.  Bu,  ilk  növbədə, 

dövlətin  investisiya  qoyuluşlarında  birbaşa  iştirakı  ilə  əlaqədar  qəraların  qəbul 

edilməsi üçün hazırlanmalıdır. Çünki dövlət büdcədən investisiya proqramına daxil 

edilən layihələri maliyyələşdirilməsini, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 




70 

 

sahibkarların  investisiya  layihələrinin  güzəştli  şərtlərlə  maliyyələşdirilməsini, 



«Azərbaycan Investisiya Şirkəti» açıq səhmdar cəmiyyəti vasitəsilə ölkə iqtisadiy-

yatının qeyri-neft sahələrində  fəaliyyət  göstərən səhmdar cəmiyyətlərinin  və digər 

kommersiya  təşkilatlarının  nizamnamə  kapitalında  iştirak  etməklə,  o  cümlədən 

səhmlərini  almaqla  müddətli  investisiya  qoyuluşlarını  həyata  keçirir.  Eyni 

zamanda,  dövlət  lizinq  fəaliyyətini  stimullaşdırmaq  və  sahibkarlığın  inkişafı  üçün 

güzəştli  şərtlərlə  maşın  və  avadanlıqların  lizinq  verilməsini  təşkil  edir.  Bu  zaman 

məhdud vəsaitlərin alternativ variantlar arasında bölüşdürülməsini həyata keçirmək 

üçün  müəyyən  metodlardan  istifadə  edilməsi  vacibdir.  Investisiya  qoyuluşu 

haqqında  qərarın  verilməsi  müəyyən  prioritetləşdirmə  meyarlarına  təklif  olunan 

layihənin  hansı  səviyyədə  cavab  verməsindən  asılı  olur.  Bu  meyarlar  layihənin 

gəlirlik səviyyəsi, risk səviyyəsi, məşğulluğa təsiri,  iqtisadiyyatın ərazi strukturuna 

təsiri səviyyəsi və s. ola bilər.      

Son  illərdə  ölkədə  neft  strategiyasının  uğurla  reallaşdırılması  iqtisadi  artıma 

səbəb  olmaqla  yanaşı,  iqtisadiyyatın  xammal  yönümlülüyünün  artmasına  səbəb 

olmuşdur 

Neft 


strategiyasının 

reallaşması 

nəticəsində 

iqtisadiyyatın 

maliyyələşdirilməsi  üçün  zəruri  vəsaitlərin  formalaşdığı  şəraitdə  qeyri-neft 

sektorunun  inkişaf  etdirilməsi  və  iqtisadiyyatın  diversifikasiyasına  nail  olmaq 

iqtisadi inkişafın prioritet istiqamətinə çevrilmişdir.       

Hazırda  Azərbaycanın  müstəqillik  qazanması  və  bazar  münasibətlərinin 

təşəkkülü ilə əlaqədar sənayenin strukturunda dəyişikliklərin baş verməsi labüddür. 

Lakin belə şəraitdə mövcud istehsal potensialının saxlanması və inkişaf etdirilməsi 

istiqamətində tədbirlərin həyata keçirilməsinin mühüm əhəmiyyəti vardır. Bununla 

belə, bazar münasibətləri şəraitində sənayenin bir sıra sahələrinin inkişafının təmin 

edilməsi imkanları məhduddur.  

Ölkədə  inkişaf  perspektivləri  yüksək  olan  sahələrdən  biri  neft  emalı  və  neft-

kimya sahəsidir. Bu sahələrin inkişafı üçün əlverişli şərait yaradan amillərdən biri 

ölkədə neft və qaz ehtiyatlarının olmasıdır.  

Müasir  dövürdə,  ölkədə  neft-maşınqayırma  sahələrinin  inkişaf  etdirilməsi 

investisiya  qoyuluşlarının  prespektiv  istiqamətlərindən  biridir.  "Azneftkimyamaş" 




71 

 

ASC 6000 nəfərə qədər işçinin çalışdığı 14 zavoddan və 4 elmi-tədqiqat və layihə 



institutundan  ibarətdir.  Respublika  neft  maşınqayırma  sahəsinin  payına  keçmiş 

SSRI-də  istehsal  olunan  neft  maşınqayırma  məhsullarının  70  faizi  düşürdü. 

Hazırda "Azneftkimyamaş" ASC istehsal gücünün 10-15 faizi səviyyəsində işləyir. 

Maşınqayırma  sənayesində  istehsalın  həcminin  1990-cı  il  səviyyəsinə  nisbətən 

kəskin şəkildə azalmasının əsas səbəblərindən biri bu sahənin əsas fondlarının çox 

hisəsinin  fiziki  və  mənəvi  aşınmaya  məruz  qalmasıdır.  Belə  ki,  maşınqayırma 

sənayesinin  istehsal  əsas  fondlarının  fiziki  köhnəlməsi  1988-ci  ildə  38,3  faizdən 

2013-ci  ildə  təqribən  133  faizə  qədər  artmışdır.  Təhlili  göstərir  ki, 

"Azneftkimyamaş"  ASC-də  avadanlıq  parkının  80  faizindən  çoxunu  yaşı  20  ildən 

artıq  olan  maşın  və  avadanlıqlar  təşkil  edir.  Əsas  istehsal  fondlarının  fiziki  və 

mənəvi  cəhətddən  köhnəlməsi  ilə  yanaşı,  "Azneftkimyamaş"  ASC-də  onlardan 

səmərəli  istifadə  olunmur.  Belə  ki,  2014-ci  ildə  maşın  və  avadanlıqların  istehsalı 

sahəsində  fondverimi  1990-cü  ilə  nisbətən  təqribən  9  dəfə  azalmışdır.  Beləliklə, 

təhlil göstərir ki, "Azneftkimyamaş" ASC-də istehsalın texnoloji cəhətdən yenidən 

qurulmasına ehtiyac vardır.  

Son illərdə Yaponiya hökumətinin ayırdığı qrant hesabına "Azneftkimyamaş" 

ASC-in  istehsal  etdiyi  bir  çox  məhsullar  Amerika  Neft  Institutunun  (API) 

standartları  və ISO-9001 beynəlxalq sistemi  üzrə sertifikatlaşdırılmışdır.  Lakin bu 

tədbirin həyata keçirilməsi istehsalın texniki-iqtisadi cəhətdən yenidənqurulması və 

şirkətin  restrukturizasiyası  ilə  əlaqədar  yerinə  yetirilməlidir.  Bu  şirkətin  inkişaf 

etdirilməsinə  müsbət  təsir  göstərən  amillərdən  biri,  elmi-tədqiqat  və  təcrübə 

konstruktor  fəaliyyəti  ilə  əlaqədar  bölmələrlə  istehsal  bölmələrinin  bir  şirkətdə 

birləşməsidir. Digər sahələrdə,  məsələn,  nisbətən elm tutumlu sahə olan kimya  və 

neft-kimya  sahəsində  elmi-tədqat  və  təcrübə  konstruktor  bölmələri  arasında 

əlaqələr faktiki olaraq kəsilmişdir. "Azneftkimyamaş" ASC, öz vəsaitləri hesabına 

istehsalın  yenidənqurulmasını  həyata  keçirmək  imkanlarına  malik  deyildir.  Buna 

görə də, strateji investorun cəlb edilməsi və dövlətin iştirakı ilə "Azneftkimyamaş" 

ASC-nin yenidən qurulması məqsədəuyğundur. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə