“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   21   22   23   24   25   26   27   28   29

72 

 

Ölkədə  qara  və  əlvan  metallurgiya  sahələrinin  inkişaf  etdirilməsi  üçün 



imkanlar  mövcuddur.  Keçmiş  Ittifaq  dövründə  Daşkəsəndən  dəmir  filizi 

konsentratı  Gürcüstandakı  Rustavi  metallurgiya  zavoduna  göndərilərək  emal 

edilirdi.  Burada  istehsal  edilmiş  çuqun,  polad,  dəmir  xəlitələri  (ferroərintilər)  isə 

Sumqayıt  boru-prokat  zavoduna  müxtəlif  təyinatlı  borular  istehsal  etmək  üçün 

göndərilirdi.  Ittifaqın  dağılması  ilə  əlaqədar  belə  ünvanlı  əlaqələrin  qırılması 

Azərbaycanın qara metallurgiya sənayesində ciddi geriləmələrə səbəb olmuşdur.  

2006-cı  ildən  başlayaraq  «Det.  Al  Limted»  şirkəti  tərəfindən  250  mln.  ton 

ehtiyata  malik  olan  Daşkəsən  dəmir  filizi  yatağının  istismarına  başlanmışdır.  Bu 

yataqdan  çıxarılan  dəmir  filizinin  Gəncə  şəhərində  emalı  və  bundan  da  boru, 

armatur  istehsalı  nəzərdə  tutulmuşdur.  Bu  şirkət  tərəfindən  Gəncə  şəhərində 

istehsal gücü 160 min ton olan aliminium zavodunun tikintisi də planlaşdırılır.  

Ölkədə  investisiya  qoyuluşlarının  perspektiv  istiqamətlərindən  biri  tikinti 

materialları sənayesinin inkişafı ilə əlaqədardır. Belə ki, ölkədə mənzil tikintisinin 

inkişafı  etməsi  proqnozlaşdırılır.  Son  illərdə  əhalinin  maddi  rifah  halının 

yaxşılaşması və dövlət tərəfindən ipoteka kreditlərinin verilməsi  mənzil tikintisinə 

investisiya  qoyuluşlarını  artırmaqla  tikinti  materiallarına  da  tələbatı  artıracaqdır. 

Bu  baxımdan,  ölkədə  sementə  artan  tələbatın  ödənilməsi  üçün  sement  istehsalına 

investisiya  qoyuluşunun  həyata  keçirilməsi  mühüm  əhəmiyyətə  malikdir.  Hazırda 

Qaradağ sement zavodu ölkənin sementə  olan tələbatının  təqribən  yarısını ödəyir. 

Bununla əlaqədar olaraq Tovuz rayonunda sement zavodunun tikilməsinin mühüm 

əhəmiyyəti  vardır.  Çünki,  rayonun  ərazisində  ehtiyatları  sement  istehsalı  üçün 

yararlı  olan  Daş  Salahlı  və  Yuxarı  Öksüzlü  əhəngdaşı  yataqları,  Koroğlu  tras 

yatağı,  həmçinin  qonşu  rayonda  -  Ağstafa  rayonunda  Acıdərə  vulkan  külü  yatağı 

yerləşir.  

Ölkədə  sənaye  sahəsində  iqtisadi  siyasətin  əsas  məqsədlərdən  biri  kimi, 

regionlardakı  sənaye  müəssisələrinin  fəaliyyətinin  bərpası,  yeni  müəssisələrin 

yaradılması  qəbul  edilmişdir.  Burada  kənd  təsərrüfatı  məhsullarının  emalı 

müəssisələrinin bərpasına və bu istehsalla bağlılığı olan fermerlərin yetişdirdikləri 

məhsulların  satış  imkanlarının  artırılmasına  xüsusi  diqqət  yetirilməsi  nəzərdə 



73 

 

tutulmuşdur  [6].  Bu  baxımdan,  ölkədə  yüngül  və  yeyinti  sənayesinin  inkişaf 



etdirilməsinin mühüm əhəmiyyəti vardır. 

1990-2006-cı  illər  ərzində  ölkə  iqtisadiyyatında  ən  ciddi  gerilmələrin  baş 

verdiyi  sahələrdən  biri  yüngül  sənaye  olmuşdur.  Belə  ki,  qeyd  edilən  dövürdə 

yüngül  sənaye  məhsulu  10  dəfə,  bu  sahədə  çalışan  işçilərin  sayı  isə  97,4  min 

nəfərdən  14  min  nəfərə  qədər  azalmışdır.  Yüngül  sənyedə  istehsalı  həcminin 

azalması  ilə  yanaşı,  bu  sahənin  strukturunda  da  geriləmə  baş  vermişdir.  Nisbətən 

əməktutumlu  olduğuna  və  bir  iş  yerinin  yaradılmasına  nisbətən  investisiya 

qoyuluşu  tələb  olunduğuna  görə  yüngül  sənayenin  inkişaf  etdirilməsinin 

məşğulluğun  təmin  edilməsi  baxımından  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki, 

yüngül  sənayenin  əməktutumluğu  yeyinti  sənayesindən  təqribən  3  dəfə  çoxdur. 

Lakin,  2006-cı  ildən  başlayaraq  yüngül  sənaye  məhsulunda  pambıq  mahlıcı  nis-

bətən yüksək çəkiyə malik olmuşdur ki, bunun da əmək tutmluğu hətta yeyinti sə-

nayesi  üzrə  orta  göstəricidən  də  bir  neçə  dəfə  aşağıdır.  Buna  görə  də,  yüngül  sə-

nayendə  həm  məhsulunun  azalması,  həm  də  strukturunda  baş  vermiş  dəyişiliklər 

ölkdə  məşğulluğun  təmin  edilməsində  bu  sahənin  rolunu  azaltmışdır.  Hazırda 

ölkədə yüngül sənayenin inkişaf etdirilməsi sahəsində imkanlar böyükdür. Yüngül 

sənayenin inkişaf etdirilməsi məşğulluğun təmin olunması ilə yanaşı, kənd təsərrü-

fatının da bəzi sahələrinin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyətə malikdir. 

1990-2006-cı  illər  ərzində  yeyinti  sənayesində  istehsalın  həcmi  təqribən  5 

dəfə  azalmışdır.  Nəticədə,  sənaye  məhsulunda  yeyinti  sənayesinin  payı  1990-cı 

ildə  27,8  faizdən  2006-cı  ildə  2,6  faizə  qədər  aşağı  düşmüşdür.  Yeyinti  sənaye-

sində məhsul istehsalının azalması ölkədə məşğulluğun səviyyəsinin azalmasına da 

təsir göstərmişdir.     

Kənd təsərrüfatı sahəsi regionların iqtisadiyyatının əsasını təşkil etdiyindən bu 

sahənin  inkişaf  etdirilməsinin  məhsuldar  qüvvələrin  rasional  yerləşdirilməsi  və 

məşğulluğun  təmin  edilməsi  baxımından  mühüm  əhəmiyyəti  vardır.  Qeyd  etmək 

lazımdır  ki,  ölkənin  kənd  rayonlarının  iqtisadiyyatında  əsas  yeri  kənd  təsərrüfatı 

tutur.  Bununla  əlaqədar  kənd  təsərrüfatının  və  onun  məhsullarının  emalı 

sahələrinin  yaradılması  ölkənin  iqtisadi  inkişafı  baxımından  mühüm  əhəmiyyətə 



74 

 

malikdir. Bununla əlaqədar «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 



inkişafı Dövlət Proqramı»nda aşağıdakılar nəzərdə tutulmuşdur: 

  kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi; 

  dövlət investisiyalarının əsasən istehsal müəssisələrinin bərpasına, region-

ların  infrastruktur  və  kommunal  xidmət  təminatının  yaxşılaşdırılmasına,  sosial 

obyektlərin inşasına yönəldilməsi; 

  kənd təsərrüfatı istehsalçılarına vergi tətillərinin tətbiq edilməsi; 

  aqrar-sənaye  kompleksi  müəssisələrinə,  fermer  təsərrüfatlarına  dövlətin 

maliyyə  yardımı  proqramlarının  davam  etdirilməsi,  sahibkarlıq  fəaliyyəti  ilə  məş-

ğul olmaq istəyən əhalinin müxtəlif təbəqələrinə mikrokreditlərin verilməsi sxemi-

nin  hazırlanması  və  bu  sektorda  layihələri  maliyyələşdiriləcək  mikrokredit  bank-

larının, kredit ittifaqlarının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatında bazar 

prinsiplərinə əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması; 

  fermerlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici ba-

zarlarda  satışına  dövlət  tərəfindən  hərtərəfli  dəstəyin  göstərilməsi,  Ixraca  Yardım 

Fondunun, birjaların, topdansatış anbarlarının, auksionların yaradılması; 

  baytar-sanitar,  texniki  nəzarət,  fitosanitar,  toxumçuluğun  və  damazlıq 

işlərinin dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi; 

  aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsi; 

  mövcüd meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidənqurulması, 

yeni  sistemlərin  tikilməsi  hesabına  suvarılan  torpaqların  su  təminatının 

yaxşılaşdırılması,  torpaqların  şoranlaşmasının  qarşısının  alınması,  magistral 

kollektorlar vasitəsilə şor suların maneəsiz Xəzər dənizinə axıdılması; 

  su  çatışmazlığının  aradan  qaldırılması,  bu  məqsədlə  yeni  su  anbarlarının, 

magistral kanalların və digər su təsərrüfatı obyektlərinin tikilməsi; 

  torpaqların eroziyasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi; 

  torpaqların rekultivasiyası layihələrinin hazırlanması; 

  torpaq kadastrının yaradılması; 

  ölkədə torpaq bazarının yaradılması; 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə