“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   21   22   23   24   25   26   27   28   29

75 

 

  torpaq  sahələri  üzərində  mülkiyyət,  istifadə  və  icarə  hüquqlarının 



rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi. 

Beləliklə,  hazırda  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  dövlətin  iqtisadi 

siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. 

Beləliklə,  investisiya  qoyuluşlarının  prioritet  istiqamətlərini  müəyyən 

edərkən, ilk növbədə, iqtisadi resursların iqtisadiyyatın real sektoruna yönəldilməsi 

və  onun  digər  sahələrin  inkişafı  üçün  əsas  olmasını  nəzərə  almaq  zəruridir. 

Bununla  belə,  investisiya  qoyulularının  istiqamətlərinin  müəyyən  edilməsinə 

əlaqədar  sahələrin  inkişaf  səviyyəsi  əhəmiyyətli  şəkildə  təsir  göstərir.  Ölkədə 

iqtisadiyyatın  səmərəli  inkişafını  təmin  etmək  üçün  yüksək  səviyyəli  enerji 

kompleksinin, nəqliyyat sisteminin, sənaye və kənd təsərrüfatının satışı sisteminin 

və s. mövcud olması vacibdir.  

Ölkənin maddi istehsal sahələrinin inkişafı infrastrukur sahələrin inkişafından 

əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də, gələcəkdə istehsala xidmət sahələrinin 

inkişaf  səviyyəsi  ölkədə  həyata  keçiriləcək  investisiya  qoyuluşlarına  əhəmiyyətli 

dərəcədə təsir göstərəcəkdir. 

Bazar  iqtisadiyyatı  istehsal  infrastrukturuna  xüsusi  tələblər  irəli  sürür, 

çünki  ölkənin  müəssisə  və  təşkilatlarının  iqtisadi  fəaliyyəti,  dolayı  yolla  isə 

əhalinin  həyat  səviyyəsi  bu  sahənin  inkişafından  əhəmiyyətli  dərəcədə  asılıdır. 

Istehsala  xidmət  sahələrinin  inkişaf  səviyyəsi  ölkədə  istehsal  olunun  məhsulun 

maya  dəyərinə,  istehsalın  səmərəliliyinə,  iş  vaxtı  itkisinin  azaldılması  və  əmək 

məhsuldarlığının yüksəldilməsinə bilavasitə təsir göstərir.  

Təhlil göstərir ki, hazırda ölkədə istehsala xidmət sahələrinin əsas fondlarının 

əhəmiyyətli  hissəsi  köhnəlmişdir  və  yenidən  qurulmaya  ehtiyac  vardır.  Bu 

sahələrin  texniki-texnoloji  bazası  keyfiyyətli  xidmət  göstərilməsi  imkanlarını 

məhdudlaşdırdığından, bu amil iqtisadi inkişafa mənfi təsir göstərməklə investisiya 

qoyuluşlarının  səmərəliliyini  aşağı  salır.  Ölkədə  istehsala  xidmət  sahələrinin 

texniki-iqtisadi  vəziyyətinin  yaxşılaşdırılması  bu  sahədə  sahibkarlığın  və  rəqabət 

mühitinin  inkişafına  yönəldilmiş kompleks tədbirlərin  həyata keçirilməsi hesabına 

mümkündür.  Məhsul  istehsalı  sahələri  ilə  infrastruktur  sahələrinin  qarşılıqlı 



76 

 

əlaqədə  inkişafını  nəzərə  alaraq  bu  sahələrin  sinxron  inkişafının  təmin  olunması 



məqsədəuyğundur.  Maddi  istehsal  və  istehsala  xidmət  sahələri  arasında  sıx  qar-

şılıqlı əlaqə onların inkişafının struktur proporsiyalarının müəyyən olunması və bu 

proporsiy 

aların  təmin  olunmasını  mühüm  məsələ  kimi  qarşıya  qoyur.  Ölkədə 

struktur proporsiyalarının formalaşdırılması real sektorla ona xidmət edən istehsala 

xidmət  sahələri  arasında  nisbətin  təmin  edilməsinə  istiqamətlənir.  Bu  sahələrin 

inkişafının  əlaqələndirilməsi  çox  mühüm  məsələdir,  çünki  struktur  pro-

porsiyalarının  pozulması  maddi  itkilərə  və  iqtisadiyyatın  səmərəliliyinin  aşağı 

düşməsinə  səbəb  olur.  Dünya  təcrübəsi  göstərir  ki,  yalnız  maddi  istehsalın  in-

kişafına  yönəldilmiş birtərəfli tədbirlər arzu  olunan  nəticənin əldə olunmasına  gə-

tirib  çıxarmır.  Inkişaf  etmiş  ölkələr  sənayedə,  kənd  təsərrüfatında  və  tikintidə 

inkişafa  nail  olaraq,  hər  şeydən  əvvəl  istehsala  xidmətlər  bazarınının  genişlənmə-

sinə  və  burada  rəqabətin  inkişafına  nail  olmuşlar.  Çünki  çox  vaxt  maddi  istehsal 

sahəsində  böhran  vəziyyətinin  yaranması  səbəblərindən  biri  istehsala  xidmət 

sahələrinin inkişaf səviyyəsinin maddi istehsalın təlabatlarına cavab verməməsi ol-

muşdur.  Məsələn,  kənd  təsərrüfatı  məhsullarının  rəqabət  qabiliyyətlərinin  aşağı 

olmasının  səbəblərindən  biri  istehsalçı  ilə  istehlakçını  əlaqələndirən  informasiya 

sisteminin olmaması, soyuducu qurğuların  istifadə olunması əsasında onların sax-

lanması  sisteminin  inkişaf  etməməsi,  alıcılar  üçün  servis  xidmətlərinin  məhdud 

olması  və  s.  ilə  əlaqədardır.  Digər  misal,  yolların  pis  vəziyyətdə  olmasından 

daşınan  məhsullarda  itkilər  artır,  nəqliyyat  vasitələrinin  xidmət  müddəti  azalır. 

Buna  görə  də,  infrastruktur  sahələrin  inkişafı  investisiya  qoyuluşlarının  prioritet 

istiqamətlərindən olmaldır.  

Bütövlükdə,  istehsala  xidmət  sahələrinin  təkmilləşdirilməsinin  bir  neçə  yolu 

vardır.  Birinci  variant  dövlətin  aktiv  rounu  nəzərdə  tutur.  Dövlət  infrastruktur 

sahələrin  inkişafına  böyük  həcmdə  investisiya  vəsaitləri  qoymalı,  bu  sahələrin 

inkişafını  stimullaşdırmalıdır.  Ikinci  variant,  xüsusi  sektorun  istehsala  xidmət 

sahələrinin  inkişafına  cəlb  olunmasının  stimullaşdırılması  ilə  əlaqədardır. 

Praktikada  istehsala  xidmət  sahələrinin  inkişafı  həm  dövlətin,  həm  də  xüsusi 

sektorun iştirakı ilə təmin olunur.   




77 

 

Azərbaycan  Respublikasıda  bazar  münasibətlərinə  keçidin  ilk  illərində  ya-



ranmış  böhran  ölkənin  hərtərəfli  sosial-iqtisadi  inkişafını  məhdudlaşdırmışdır. 

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində yaranmış imkanlar uzun 

illər  ərzində  yığılıb  qalmış  problemlərin  həllini  tələb  edir.  Sosial-iqtisadi  inkişaf 

qarşısında duran problemlərin çoxluğu həyata keçirilən investisiy 

a  qoyuluşları 

arasında  tam  əlaqəliliyin  və  kompleksliliyin  təmin  olunmasını  çətinləşdirir. 

Ölkənin  maliyyə  imkanlarının  artması  və  son  illərdə  həyata  keçirilmiş  tədbirlər 

gələcəkdə  investisiya  qoyuluşlarının  prioritet  istiqamətlərinin  seçilməsini  də 

asanlaşdıracaqdır.  Eyni  zamanda,  sosial-iqtisadi  problemlərin  nisbətən  azalması 

həyata 


keçirilən 

investisiya 

layihələrinin 

bir-birləri 

ilə 

tam 


şəkildə 

əlaqələndirilməsinə imkan verəcəkdir.  

Hazırda  hökumətin  iqtisadi  siyasətinin  prioritet  istiqamətlərindən  bir  də 

məhsuldar qüvvələrin ərazi  üzrə  rasional  yerləşdirilməsinə  nail olmaqdır. Təcrübə 

göstərir  ki,  bazar  qüvvələri  məhsuldar  qüvvələrin  ərazi  üzrə  optimal  bölgüsünə 

gətirib  çıxarır.  Buna  görə  də,  iqtisadiyyatın  ərazi  strukturunun  təkmilləşdirilməsi 

məqsədilə  dövlət  tərəfindən  tədbirlərin  həyata  keçirilməsi  vacibdir.  Hazırda  ölkə-

nin regionlarında biznesin inkişaf səviyyəsi mövcud olan potensialdan əhəmiyyətli 

şəkildə  geri  qalır.  Bununla  əlaqədar  olaraq,  bu  sahədə  11  fevral  2004-cü  il 

tarixində  qəbul  edilmiş  «Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  in-

kişafı Dövlət Proqramı (2004-2008-ci illər)» həyata keçirilməkdədir. 

Qeyd  etmək  lazımdır  ki,  kiçik  dövlətlərdə  realaşdırma  problemini  milli 

iqtisadiyyat  çərçivəsində  həll  etmək  mümkün  deyildir  və  ictimai  əmək  bölgüsü 

beynəlxalq əmək bölgüsü ilə sıx əlaqədar olur. Hələ 1987-ci ildə ölkədə istehlakın 

44,0 faizi idxal hesabına ödənirdi, istehsalın isə 49,0 faizi ixrac olunurdu. 2014-ci 

ildə idxalın  ümumi daxili  məhsula  nisbəti  35,5 faizə, ixracın  nisbəti  isə 36,6  faizə 

bərabər  olmuşdur.  Təcrübə  göstərir  ki,  kiçik  ölkələrdə  iqtisadi  inkişafa  xarici 

iqtisadi  əlaqələr  əhəmiyyətli  şəkildə  təsir  göstərir.  Belə  şəraitdə  ölkədə 

ixracyönümlü  istehsalların  inkişaf  etdirilməsi  və  istehsal  edilən  məhsulun  rəqabət 

qabiliyyətinin  yüksəldilməsi  iqtisadi  siyasətin  əsas  istiqamətlərindəndir.  Bu  isə 

bilavasitə istehsalının texniki-iqtisadi səviyyəsinin yüksəldilməsindən asıldır. Buna 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə