“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Tədqiqatın  obyekti  -  milli  iqtisadiyyatın  rəqabətqabiliyyətlilik  səviyyəsinin 

yüksəldilməsi  kontekstində  iqtisadi  artım  və  təkrar  istehsalı  təmin    edən  investisiya 

amilidir. 



Tədqiqatın  predmetini  -  edən  investisiya  amilinin  təsiri  ilə  iqtisadi  artımın 

intensivləşdirilməsi prosesində yaranmış iqtisadi münasibətlərin məcmusu təşkil edir. 



Tədqiqatın nəzəri və metodoloji əsasını - iqtisadiyyatın dövlət tənzimlənməsi 

sahəsində keynsçi  və  neokeynsiçi  məktəb  və cərəyanlarda  formalaşmış  nəzəriyyələr,  

neoklassik artım  və onun amillərinin  inkişafı  nəzəriyyəsi,  istehsal amillərinin  nisbəti 

nəzəriyyəsi, beynəlxalq ticarətdə ümumi tarazlıq nəzəriyyəsi, dünya və ölkə iqtisadçı-

alimlərin  iqtisadi  artım  və  təkrar  istehsalın  ınvestisiya  problemlərinə  dair  elmi 

tədqiqatları  və  konsepsiyaları,  həmçinin  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanları,  Azərbaycan  Respublikası  Milli  Məclisi  tərəfindən  qəbul  edilmiş 

qanunvericilik və normativ aktlar  təşkil edir. 



Tədqiqatın  məlumat-empirik  bazasını  -  Azərbaycan  və  xarici  ölkə 

müəlliflərinin  ınvestisiyaların  iqtisadi  artıma  və  təkrar  istehsala  təsir  edən 

məsələlərinə,  Azərbaycan  iqtisadiyyatının  müasir  inkişaf  meyllərinə,  sənaye  və 

ınvestisiya  siyasət  sahəsində  dövlət  tənzimlənməsinə  həsr  olunmuş  əsərləri,  

tədqiqatçıların  ekspert  qiymətləndirmələri,  elmi  məqalələrin  və  dövri  mətbuatın 

informasiya  materialları,  həmçinin  Azərbaycan  Respublikası  Statistika  Komitəsinin, 

Gömrük  Komitəsinin  və  Mərkəzi  Bankın  rəsmi  məlumatları,  beynəlxalq  iqtisadi 

təşkilatların  (BVF,  Dünya  Bankı,  BMT  bölmələri)  illik  hesabatları  və  statistik 

məcmuələri təşkil edir.  

Dissertasiya  işinin  nəzəri  əhəmiyyəti  ondan  ibarətdir  ki,  tədqiqatda  verilmiş 

nəzəri  nəticələr  iqtisadi artım  və onun  formalaşması  xüsusiyyətlərini,  iqtisadi artımı 

və  təkrar  istehsalın  ınvestisiya  amillərinin  meyar  və  göstəricilərini,  milli 

iqtisadiyyatın 

rəqabərqabiliyyətliliyinin 

artmasının 

bir 

sıra 


müddəalarını 

dəqiqləşdirir. Tədqiqatda böyük həcmdə informasiyanın təhlili, sistemləşdirilməsi və 

ümumiləşdirilməsi  aparılmış,  həmçinin  Azərbaycanın  dünya  iqtisadi  sisteminə 

səmərəli inteqrasiyası haqqında nəzəri biliklərin gələcəkdə toplanmasına kömək edən 

nəzəri-metodoloji müddəalar işlənib hazırlanmışdır. 



 

Dissertasiya  işinin  elmi  yeniliyi  -  Azərbaycan  Respublikasında  ınvestisiya 

amillərin iqtisadi artım və təkrar istehsala təsiri üzrə müvafiq konsepsiyasının işlənib 

hazırlanmasına  imkan  verən  nəzəri-metodoloji  ümumiləşdirmələr,  təhlil  və 

qiymətləndirmə  materialları,  həmçinin  şəxsən  müəllif  tərəfindən  əldə  edilən,  ən 

mühüm  elmi  yenilik  kimi  nəticələr  və  təkliflər  şəklində  irəli  sürülən  aşağıdakı 

müddəalardır

  iqtisadi  artım  və  təkrar  istehsalın,  investisiyaların    mahiyyəti  və  məzmununa 



dair  əsas  nəzəri-metodoloji  yanaşmalar  şərh  edilmiş,  sistemləşdirilmiş  və  

qloballaşma  şəraitində  makroiqtisadi  dəyişmələrin  şərtləri  və  iqtisadi  artım 

amillərinin təsnifatı  verilmişdir;                                                                                                       

  iqtisadi  artımın  və  təkrar  istehsalın  amillərinin  əsas  meyarları  müəyyən 

edilmiş və onların milli iqtisadiyyatın inkişafında rolu  göstərilmişdir;  

  Azərbaycanda  iqtisadi  artımın  əsas  mərhələləri  tədqiq  edilmiş  və  iqtisadi 

artımın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətləri müəyyən edilmişdir;                                                                                 

  Azərbaycanda  iqtisadi  artımın  və  təkrar  istehsalın  təmin  olunmasının 

ınvestisiya  amilləri    təhlil  olunmuş  və  hər  bir  amilin  rolu  ayrıca 

qiymətləndirilmişdir;                                                                                                                 

  iqtisadi  sistemin  tərkib  hissəsi  kimi  investisiyaların  rəqabət  üstünlüklərinin 

formalaşmasına təsiri aşkar edilmiş, Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb 

edilməsinin müasir formalarının effektivliyi qiymətləndirilmişdir;  

Dissertasiyanın  strukturu  tədqiqatın  məqsədi,  vəzifələri  və  ümumi  məntiqi  ilə 

müəyyən  edilmiş  və  ümumi  həcmi  89  səhifə  olan  giriş,  üç  fəsil,  7    paraqraf, 

nəticədən, istifadə olunmuş mənbələrin siyahısından ibarətdir. 



 

 

 

 

 

 


 

I FƏSİL İQTİSADİ ARTİM, TƏKRAR İSTEHSAL VƏ İNVESTİSİYANIN 



NƏZƏRİ METODOLOJİ ƏSASLARI VƏ MƏNBƏLƏRİ 

1.2. İqtisadi artım modellərini müəyyən edən nəzəriyyələr və metodoloji 

yanaşmalar 

 

Iqtisadi  artımın  tədqiqində  onun  modellərinin  müəyyən  olunması  mühüm  yer 



tutur.  Merkantilizmdən  başlayaraq  müasir  iqtisadi  nəzəriyyələrə  qədər  bütün 

iqtisadçılar  iqtisadi  artım  problemini  və  onun  yaradılması  amillərinin  müəyyən 

edilməsini  tədqiq  ediblər.  Lakin  XX  əsrin  30-cu  illərindən  başlayaraq  bu  problemin 

öyrənilməsi müstəqil nəzəriyyəyə çevrilib. İqtisadi fikir tarixinin müxtəlif dövrlərində 

yaradılan iqtisadi artım nəzəriyyələrini aşağıdakı kimi qruplaşdırmaq olar: klassik və 

neoklassik  nəzəriyyələr,  keynsçi  və  neokeynsçi  nəzəriyyələr,  institusionalizm  və 

müasir  iqtisadi  artım  nəzəriyyələri.Siyasi-iqtisadi  xarakterli  doktrinalardan  biri  olan 

merkantilizmdə (U.Petti, T. Men və A. Monkretyen)  başqa ölkələrlə ticarət əlaqələri, 

hansı  formada həyata keçirilməsindən asılı olmayaraq, qeyd-şərtsiz artım amili kimi 

qəbul  edilirdi.  Beynəlxalq  ticarətin  klassik  nəzəriyyələrinin  əsasında  isə  mütləq 

(A.Smit) [64] və ya nisbi (D. Rikardo [58], C.S. Mill) üstünlüklərə dayanan qarşılıqlı 

faydalı ticarətin həyata keçirilməsi imkanı dururdu. Klassik siyasi iqtisad məktəbinin 

mühüm  istiqaməti olan əhali artımı  nəzəriyyəsinə  görə real  gəlir  yaşayış  üçün  lazım 

olan  real  gəlirdən  çox  olarsa  əhali  artır.  Əhali  artımı  isə  işçi  sayına  düşən  sərmayə 

miqdarının və dolayısıla əmək məhsuladrlığının aşağı düşməsinə səbəb olur. Nəticədə 

əhalinin  hər  nəfərinə  düşən  real  gəlir  azalır.  Klassik  iqtisadi  artım  nəzəriyyələrinin 

dayandığı təməl nöqtələr aşağıdakılar olub [70, s.70 ]: 

1)  Əmək  və  sərmayə  qalıqlarının  artımı;  2)  Texnoloji  inkişaf  və  iş  bölgüsü 

vasitəsilə əldə edilən artım; 3) bazarı genişləndirən xarici ticarət. Klassiklər bu şərtlər 

daxilində  iqtisadi  artımın  başlayacağını,  öz-özünü  tənzim  edərək  davam  edən  bir 

formul əldə olunacağını qeyd edirlər. 

 

A.  Smitə  görə  fiziki  sərmayə  yığımı  texnoloji  inkişaf,  əməyin  ixtisaslaşması, 



iqtisadi  sərvət  artımının    mənbələridir.  Sərmayə  yığımı  artdıqca  və  yeni  texnologiya 

istehsala cəlb edildikcə iqtisadi artım davam edəcəkdir. Rəqabət və sərbəst ticarət bu 

müddətin kumilyativ olmasına kömək edəcək. Smitə  görə  illik  məhsulun  və sərvətin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə