“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

Kobb-Duqlas  istehsal  funksiyası  riyazi olaraq,  məhsul  istehsalı (Y)  ilə ona təsir 



edən  əsas  fondlar  (K  –  kapital  )  və  işçi  qüvvəsi  (L)  arasındakı  kəmiyyət 

xarakteristikasını öyrənir və aşağıdakı şəkildədir.  

1















,

L

aK

Y

 

 



 

 (1.1) 


burada,  ,  parametrlərdir  və  Y-in  uyğun  olaraq  K  və  L-ə  görə  elastiklik 

əmsallarıdır; a- sabit ədəddir. 

Kobb-Duqlas  funksiyasında 

mənfəətin  və  xərclərin  xüsusi  çəkisinin 

dəyişmədiyi,  yığımın  olmadığı  və  istehsalın  (əmək  və  kapital)  elastikliyinin  vahidə 

bərabər  olduğu  fərz  edilir.    Istehsal  amillərinin  bir-birini  əvəz  etmələri  sıfırla  vahid 

arasında  tərəddüd  edir  və  adətən,  vahiddən  kiçikdir.  Burada  qarşılıqlı  əvəzetmələrin 

hüdudu  texniki  inkişaf  səviyyəsi  ilə  müəyyən  edilir  və  əməyin  kapital  ilə  əvəz 

olunması  imkanları  nəzəri  cəhətdən  sonsuzdur.    Istehsal  amilləri  keyfiyyətinin 

dəyişməsi  nəzərə  alınmır,  yəni,  texniki  tərəqqi  sərfnəzər  edilir.  Buradan  da  belə  bir 

nəticə çıxarmaq olar ki, funksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir. 

İqtisadi  artım  modellərinin  müəyyən  edilməsində  əhəmiyyətli  nəzəriyyələrdən 

biri də neoklassik sintez nəzəriyyəsidir. Neoklassizm və keynsçilik sintezinin əsasını 

neokeynsçi  iqtisadçılar  (Nobel  mükafatı  laureatları  C.Hiks  və  P.Samuelson) 

qoymuşdu.  Onlar  Keynsin  nəzəriyyəsinə  neoklassik  təsvir  vermiş,  onu  neoklassik 

iqtisadçı adlandırmış  və onun  iqtisadi  nəzəriyyəsinin  neoklassik ənənələri  və kökləri 

haqqında  danışmışlar.  "Neoklassik  sintez"  anlayışı  ilk  dəfə  1937-ci  ildə  ingilis 

iqtisadçısı  C.Hiks  tərəfindən  işlənilmişdi.  Neoklassik  sintez  keynsin  nəzəriyyəsilə 

neoklassik iqtisadi artım nəzəriyyəsinin sintezidir. 

İqtisadi  tsiklin  sintetik  nəzəriyyələrində  müntəzəm  olaraq  makroiqtisadi 

proseslərin bütün  müəyyənedici amillərinin təsvirini  vahid  modeldə  vermək cəhdləri 

edilir. Bu istiqamət üzrə C.Hiks, P.Samuelson, M.Kaletski, Y.Tinberqen və başqaları 

tərəfindən  mühüm  işlər  görülmüşdür.  P.Samuelson  multiplikator  və  akselerator 

mexanizmlərini  daxil  etməklə  investisiya  və  istehlak  proseslərinin  qarşılıqlı  təsirini 

birgə  əks  etdirən  modelin  qurulmasına  nail  olmuşdur.  Model  əsasında  istehlaka 

meylin müxtəlif səviyyələrində iqtisadi artımın xarakteristikaları tsiklik dəyişmələrin 




14 

 

parametrləri  və  müəllifin  vahid kimi qəbul etdiyi  nisbət  və  ya akselerator  hesablanır 



[61

]. 


Lakin bu sahədə D.Hiksin tədqiqatları daha çox tanınmışdır və iqtisadi dinamika 

onun  tədqiqatında  bir-biri  ilə  bağlı  modellər  şəklində  təsvir  edilir  [56].  Hiks 

modelinin  maraqlı  cəhətlərindən  biri  multiplikator-akselerator  birgə  mexanizminin 

nəticələrinin  araşdırılmasıdır.  Belə  ki,  multiplikasiya  -  akselerator  mexanizminin 

törətdiyi  enib-qalxmalar  bir  qayda  olaraq  üç  kateqoriyaya:  sönən,  sıçrayışlı  və 

müntəzəm  enib-qalxmalara  bölünür.  Sönən  enib-qalxmada  kənarlaşmanın  həddi  yox 

olanadək  azalır  və  gəlir  əldə  olunan  səviyyəni  saxlayırsa,  sıçrayışlı  enib-qalxmada 

kənarlaşmanın  həddi  tədricən  artır,  müntəzəm  enib-qalxmada  isə  kənarlaşmanın 

həddi  sabit  olur.  Enib-qalxmanın  forması  isə  istehlaka  maksimal  meylliyin  və 

akseleratorun kəmiyyətindən asılı çıxış edir. 

Əsərləri  bütün  dünyada  məşhur  olan,  hətta  Sovet  İttifaqında  da  dəfələrlə  çap 

olunan  P.Samuelson  da  iqtisadi  artım  və  inkişaf  problemlərinə  xüsusi  diqqət 

vermişdir.  O,  iqtisadi  artımın  çoxaspektli  olmasına  diqqəti  çəkərək,  iqtisadi  artımın 

müxtəlif ölkələrdə aşağıdakı təzahürlərini qeyd edirdi: 

  əhalinin artımı; 

  istehsalın ümumi miqyas və məşğulluğun dinamikası; 

  milli məhsulun artımı; 

  həyat səviyyəsi standartları ilə müqayisədə tipik ailənin həyat səviyyəsinin 

yüksəlməsi; 

  günlük vaxt balansında asudə vaxtın payının dəyişməsi; 

  daim ağır və yorucu əməklə məşğul olanların vəziyyətinin yüngülləşməsi. 

P.Samuelson  iqtisadi  artımın  bütün  sadalanan  aspektlərini  insanların  ömür 

müddətinin  bioloji  fakt  kimi  uzanması,  xəstələnmə  hallarının  azalması  ilə,  həmçinin 

təhsilin, elmin və texnologiyanın inkişafı ilə bağlayır. Samuelsonun əsərləri məhz bu 

aspektdə,  monetaristlərin birtərəfli əsərlərindən  fərqlənir. P.Samuelsonun əsərlərində 

iqtisadiyyatın makrotənzimləmə problemlərinə böyük diqqət yetirilir. Lakin dövlətin, 

az  qala  hər  şeyi,  antiböhran  tənzimlənməsi,  iqtisadi  artıma  mane  olan  bütün  neqativ 

təsirləri neytrallaşdırması və s. imkanları və rolu bir qədər şişirdilir.  




15 

 

P.Samuelsonun  əsərlərində  dövlətin  iqtisadi  siyasətinin  reallaşması  üçün 



aşağıdakı tədbirlərin görülməsi tövsiyə edilir: 

1. Dövlət borcunun da satın alınması daxil olmaqla, dövlət ssudasının verilməsi 

və yeni özəl müəssisələrə kreditləşmənin genişləndirilməsi; 

2. İnflyasiyanın  dayandırılması  və  ya  iqtisadiyyatın  müxtəlif  sektorlarında 

dinamik inkişafı stimullaşdıran və «gizli işsizliyi» azaldan səviyyədə buraxılması;  

3. Kütləvi istehsalın inkişafı, yoxsulluğun azaldılması üçün kapital yaranmasının 

həvəsləndirilməsi; 

4. İnvestisiyaların  strukturuna  yenidən  baxılması,  onun  keyfiyyət  strukturunun 

formalaşması.  Burada,  məhdud  əmanətlərin,  xüsusən  defisit  xarici  valyutanın  əksər 

hissələrinin  ölkəyə  leqal  və  qeyri-leqal  yolla  gətirilən  qızıl  və  qiymətli  daş-qaşlara 

çevrilməsi  qeyri-məqbul  hesab  edilir  (məsələn,  Hindistanda).  Yaxud  xroniki 

inflyasiyadan  əziyyət  çəkən  Braziliya  və  Çili  kimi  ölkələrin  vəsaitlərinin  daşınmaz 

əmlaka  verilməsi  və  ya  mal-material  ehtiyatlarının  yaradılması  yolverilməz  hesab 

edilir.  Belə  hallarda,  əmanətlərin  millət  tərəfindən    yığım  və  iqtisadi  inkişaf  naminə 

istifadə olunması qeyri-mümkündür [56]. 

5. İnvestisiyaların aktiv stimullaşdırılması, öncül xarici texnikadan geniş istifadə 

edilməsi,  belə  texnikanın  idxalının  həvəsləndirilməsi,  gömrük  maneələrinin 

götürülməsi. 

Göründüyü kimi, P.Samuelsonun artım nəzəriyyəsində şərh olunan müddəalarda 

bütün  qarşılıqlı  əlaqələr  müəyyən  qanunauyğunluğa  tabe  edilməmişdir  və  sərt 

determinasiya  olunmamışdır.  İqtisadi  artım  amilləri  arasında  qarşılıqlı  əlaqələrin  bir 

qismi nəzərə alınsa da,  milli məhsulun artım tempi və sənaye istehsalının artım tempi 

arasındakı  qarşılıqlı  əlaqələr,  həmçinin  dövlət  alışları  ilə  investisiyalar  arasındakı 

qarşılıqlı əlaqələr qiymətləndirilməmişdir.  

İqtisadi  artımla  bağlı  nəzəriyyələrdən  biri  də  sovet  iqtisadçısı  Q.A.  Feldman 

tərəfindən  irəli  sürülüb.  Feldman  iqtisadi  artımın  riyazi  modelinin  yaradıcısıdır.  Bu 

model  marksizmin  geniş  təkrar  istehsal  sxeminə  əsaslanıb.  Bu  modeldə  əsasən  milli 

gəlirin  artım  templəri,  fondverimində  və    əmək  məhsuldarlığında  dəyişiklik,  milli 

gəlirin istifadə edilməsi ilə strukturu arasındakı qarşılıqlı əlaqə araşdırılır. Feldmanın 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə