“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   10   ...   29

19 

 

  dini (buddizm, konfusizm və islam artıma müsbət, protestantizm və katolizm 



mənfi təsir göstərir); 

  bazar  mexanizmlərində  kənarlaşmalar  (məsələn,  rəsmi  valyuta  məzənnəsi  və 

qara bazar məzənnəsi arasındakı yüksək fərq artıma mənfi təsir göstərir); 

  istehsal  və  qeyri-istehsal  aktivlərinə  qoyulan  investisiyalar  iqtisadi  artıma 

pozitiv təsir edir; 

  iqtisadi açıqlıq səviyyəsi və liberallaşma artıma müsbət təsir edir; 

  iqtisadi  təşkilatların  tipi  (əgər  iqtisadiyyat  nə  qədər  kapitalizmə  yaxındırsa, 

iqtisadi artım bir o qədər yüksək olur). 

Digər bir empirik araşdırmada keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi artımın əsas 

mənbələri araşdırılır. Bu tədqiqatlardan alınan nəticələr aşağıdakı kimidir: 

  keçid  iqtisadiyyatlı  ölkələrdə    iqtisadi  artımın  əsas  mənbələri  makroiqtisadi 

sabitləşmə, struktur islahatları və dövlət xərclərinin azalmasıdır; 

  bazar  institutlarının  inkişafı  iqtisadi  artımın  əsas  mənbəyi  olmasa  da, 

mühümdür; 

  Avropa  Birliyinə  üzv  olmağı  qarşısına  məqsəd  qoyan  ölkələrdə  maddi  rifah 

artımı daha çox əldə olunub; 

  təbii  resurslarla  zənginlik  investisiya  qoyuluşunu  sürətləndirsə  də,  islahatlara 

əngəl olan əsas amildir. 

XX  əsrin  iqtisadi  nəzəriyyələri  arasında  xüsusi  yer  tutan  Keyns  nəzəriyyəsi 

səmərəli  artımın  makroiqtisadi  problemlərinə  geniş  yer  ayırır.  İqtisadi  artımın  bütün 

keynsçi  modellərində  strateji  dəyişən  investisiyalar  vasitəsilə  iqtisadi  artımı    idarə 

etmək  olur.  Ümumiyyətlə,  postkeynsçilər  o  modelləri  iqtisadi  artım  modelləri  hesab 

edirlər  ki,  qısamüddətli  dövrdə  iqtisadi  konyunkturun  təhlili  üçün  qəbul  edilən  ilkin 

şərtlər  və  istifadə  edilən  keynsçi  metodlar  uzunmüddətli  dövrdə  iqtisadi  proseslərin 

təsviri üçün istifadə edilə bilsin [40].  

Yuxarıda  irəli  sürülən  modellərdə  müəyyən  olunan  amillər  bütün  ölkələrdə 

iqtisadi  artımın  baş  verməsi  üçün  əsas  şərt  deyil.  Məsələn,  inkişaf  etmiş  ölkələrdə 

iqtisadi artımın baş verməsində rol oynayan əsas amil inkişaf etməkdə olan ölkələrdə 

neqativ rol oynaya bilər.  



20 

 

İqtisadi  artımın  amilləri  barədə  deyilən  bütün  fikirləri  ümumiləşdirərək  onları 



aşağıdakı kimi qruplaşdırmaq olar: 

1. «Təbii (obyektiv) amillər»: 

a)  təbii  ehtiyatlar;  a.1.  «abstrakt»  təbii  ehtiyatlar  –  ölkə  ərazisində  bütün  növ 

təbii  ehtiyatlar;  a.2.  «mövcud»  təbii  ehtiyatlar  –  bu  ehtiyatların  hasil  edilməsi  üçün 

ilkin  kapital  qoyuluşu  həyata  keçirilib  və  hasilat  bazar  parametrləri  –  qiymət,  vergi  

xərcləri və nəqliyyat tarifləri baxımından rentabellidir; a.3. coğrafi yerləşmə və iqlim 

–  ölkənin  okeana  çıxış  imkanları,  inkişaf  etmiş  ticarət  mərkəzlərinə  yaxınlıq,  təbii 

iqlim şəraiti və s.; 

b)  fiziki  kapital  yığımı:  b.1.  kapitalın  sahələr  üzrə  yerləşməsi;  b.2.  fiziki 

aktivlərin  keyfiyyəti  (məsələn,  istehsalın  yüksək  texnika  ilə  təmin  olunması);  b.3. 

müxtəlif sahələrdə əsas kapitalın köhnəlməsi dərəcəsi; 

c) insan kapitalı: c.1. insan kapitalının tələbin strukturuna uyğunluğu; c.2. insan 

kapitalının  dəyəri  (real  əməkhaqqı  səviyyəsi);    c.3.  insan  kapitalının  keyfiyyəti  – 

təhsil, səhiyyə;  

d)  innovasiya  potensialı:  d.1.  «ümumi»  innovasiya  potensialı  –  müəyyən  dövr 

ərzində  yaradılmış  elm  mərkəzləri  və  alimlərin  sayı;  d.2.  «tətbiqi»  innovasiya 

potensialı – kommersiya əsasları ilə sifariş olunmuş elmi kəşflər; 

2.  Xarici amillər: 

a)  ölkənin  qlobal  iqtisadi  məkana  inteqrasiyası:  a.1.  xarici  tələbin  səviyyəsi, 

liberallaşma və inteqrasiya; a.2. ixrac edilmiş məhsulların qiymətinin dəyişməsi; 

3. İnstitusional amillər: 

a) qanunlar və qaydaların dəyişməsi tezliyi; 

b) demokratik institutların mövcudluğu və vətəndaş cəmiyyətinin formalaşması;  

c) mülkiyyətin qorunma səviyyəsi;  

d) məhkəmə sisteminin keyfiyyəti;  

k) korrupsiya və rüşvətxorluq; 

İqtisadi  artımın  əsas  amillərinin  ümumi  cəhətlərə  görə  qruplaşdırılması  şərti 

xarakter  daşıyır.  Ancaq  bütün  nəzəri  və  empirik  tədqiqatlarda  iqtisadi  artımın 

amillərinin  təsnifləşdirilməsi  daxili  (endogen)  və  xarici  (ekzogen)  istiqamətlər  üzrə 



21 

 

aparılır.  Daxili  və  xarici  amillər  bir-biri  ilə  sıx  əlaqəlidir.  Belə  ki,  qloballaşmanın 



genişlənməsi  iqtisadi  artımın  daxili  amillərinə  daha  çox  xarici  amillərin 

transformasiya  olunmasına  zəmin  yaradır.  Digər  tərəfdən,  ekzogen  amillər  ancaq 

səmərəli  daxili  istehsal  amillərinin  mövcudluğu  halında  səmərəli  ola  bilər. 

Ümumilikdə  iqtisadi  artımın  endogen  və  ekzogen  amillərini  aşağıdakı  kimi  qrup-

laşdırmaq olar (Bax: Şəkil 1.3.).  

İqtisadi  artıma  təsir  edən  əsas  amillərdən  biri  iqtisadiyyatın  inkişaf  dinamikası 

və  onun  strukturunda  baş  verən  dəyişikliklərdir.  İqtisadiyyatda  səmərəliliyin 

yüksəlməsi,  infrastrukturun  inkişafı,  iqtisadiyyatda  liberallaşma  və  s.  də  iqtisadi 

artımın endogen amilləri içərisində mühüm yer tutur. 

Endogen amillər 

Ekzogen amillər 

Təbii ehtiyatlar 

Xarici ticarət 

İnsan kapitalı 

Xarici investisiyalar 

Sosial-iqtisadi vəziyyət 

Miqrasiya 

Məhsuldarlıq 

Xarici borc və yardımlar 

İnfrastrukturun inkişaf səviyyəsi 

Beynəlxalq turizm 

Siyasi-hərbi vəziyyət 

İqtisadi açıqlıq səviyyəsi 

Elmi-texniki tərəqqi 

Ideyalar 

İqtisadi islahatların səviyyəsi 

İnteqrasiya 

Ekoloji vəziyyət 

Valyuta məzənnəsi 

 

Şəkil 1.3. İqtisadi artımın amilləri 

Qeyd  edək  ki,  iqtisadi  artımın  endogen  amilləri  arasında  təbii  ehtiyatların 

mövcudluğu da xüsusi rola malikdir: 1) Təbii ehtiyatlar iqtisadi inkişaf səviyyəsindən 

asılı  olmayaraq,  dünyanın  ən  kasıb  ölkəsini  də  investisiya  qoyuluşu  üçün  cəlbedici 

edir.  2)  Təbii  ehtiyatlar  iqtisadiyyatın  inkişafı  üçün  əsas  maliyyə  mənbəyidir.  Təbii 

ehtiyatlardan  milli  sərvətin  digər  tərkib  hissələrinin,  o  cümlədən  insan  kapitalının 

maliyyələşdirilməsində  istifadə  edilə  bilər.  İnsan  kapitalı  milli  sərvətin  əsasını  təşkil 

etməklə, iqtisadi artımın  mühüm amillərindən biridir. 80-ci  illərin ortalarından sonra 

yeni  iqtisadi artım  nəzəriyyələrində belə bir  fikir  irəli sürülürdü ki,  iqtisadi  inkişafın 

əsas  hərəkətverici  qüvvəsi  insandır.  Tanınmış  iqtisadçılar  Pol  Romer,  Robert  Lukas, 

Heri Bekker, Teodor Şults öz araşdırmalarında göstərirlər ki, insan kapitalına qoyulan 

sərmayə uzunmüddətli iqtisadi artıma səbəb olan əsas amillərdəndir.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə