“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

25 

 

xarakterlərinə  və  həmin  vaxtda  maddi  vəziyyətlərinə  görə  müxtəlif  şəkildə 



qiymətləndirirlər).   

Investisiya  makroiqtisadi  baxımından  ölkədə  çəkilən  xərclərin  əhəmiyyətli  və 

dəyişən  hissəsidir  və  onun  azalması  və  ya  artması  məcmu  tələbə  ciddi  təsir  etməklə 

ölkədə məhsul və xidmətlərin buraxılışına və  məşğulluğun səviyyəsinə təsir göstərir. 

Digər tərəfdən, investisiya ölkədə kapitalın yığımına gətirib çıxarır ki, bu da ölkənin 

istehsal  imkanlarının  artması  hesabına  məhsul  və  xidmətlərin  buraxılışı  potensialını 

artırır.  Ölkədə  investisiya  qoyuluşları  iqtisadi  artımın  təmin  edilməsinin  əsas  vasi-

təsidir. Investisiya prosesinin imkanları və onun reallaşdırılması iqtisadi artımın əsas 

hərəkətverici qüvvəsi  və  tənzimləyicisidir  [49]. Iqtisadi artım  investisiya qoyuluşları 

əsasında  mövcud  istehsal  güclərinin  artırılması  əsasında  təmin  edilir.  Beləliklə, 

investisiya  qısamüddətli  dövürdə  məcmu  tələbin,  uzunmüddətli  dövürdə  isə  məcmu 

təklifin artmasına təsir göstərir. 

Ölkə  iqtisadiyyatında  struktur  dəyişikliklərinin  həyata  keçirilməsi  investisiya 

qoyuluşlarının  istiqamətindən  bilavasitə  asılıdır.  Investisiya  qoyuluşlarının  daha  bö-

yük  hissəsinin  yönəldiyi  sahənin  inkişaf  tempi  də  yüksək  olur.  Lakin  nəzərə  almaq 

lazımdır  ki,  investisiya  qoyuluşlarının  sahənin  inkişaf  templərinə  təsiri  həm  də 

sahənin  fondtutumluğundan  asılıdır.  Müəyyən  həcmdə  investisiya  qoyuluşu  yüksək 

fondtutumlu sahələrə nisbətən aşağı fondtutumlu sahələrdə daha çox məhsul artımına 

səbəb olur. Bütövlükdə, qeyd etmək lazımdır ki, bazar qüvvələrinin təsiri nəticəsində 

investisiyalar  əsasən  gəlirli  sahələrə  qoyulur.  Gəlirlilik  investisiya  qoyuluşunun 

istiqamətini müəyyən edən mühüm stuktur əmələ gətirici amildir. 

Investisiya  iqtisadiyyatın  sabitləşməsinin  və  perspektiv  inkişafının  əsas 

vasitələrindən biri kimi çıxış etməklə, ölkədə ümumi kapitalın artırılmasında, iqtisadi 

səmərəliliyin  yüksəldilməsində,  bütövlükdə  isə,  rəqabətqabiliyyətli  milli  iqtisadiy-

yatın formalaşdırılmasında mühüm rol oynayır.  

Investisiya  qoyuluşları  real  və  maliyyə  investisiyalarına  bölünürlər.  Real 

investisiyalar  maddi  cəhətdən  hiss  oluna  bilən  aktivlərə,  məsələn  torpaq,  avadanlıq, 

zavodlara investisiyalar formasında olur. Maliyyə investisiyaları isə kağızda yazılmış 

kontraktları,  məsələn,  adi  səhmləri  və  istiqrazları  əks  etdirir.  Primitiv 



26 

 

iqtisadiyyatlarda investisiyanın əsas hissəsi real investisiyaların payına, inkişaf etmiş 



iqtisadiyyatlarda isə maliyyə investisiyalarının payına düşür. Qeyd etmək lazımdır ki, 

investisiya qoyuluşlarının real və maliyyə investisiyalarına bölünməsi və bu formada 

uçotu  dövlətin  investisiya  siyasətinin  işlənib  hazırlanması,  maliyyə  sektoru  ilə  real 

sektorun qarşılıqlı əlaqələrinin öyrənilməsi və  investisiya  layihələrinin  maliyyələşdi-

rilməsi mənbələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.  

Qeyd  etmək  lazımdır  ki,  ölkənin  ümumi  daxili  məhsulunda  məcmu  investisiya 

xərclərinə  əsas  kapitala  investisiya  (adətən  məcmu  investisiya  qoyuluşlarının  70-80 

faizi), mənzil tikintisinə investisiya (məcmu investisiya qoyuluşlarının 15-25 faizi) və 

ehtiyatların  artırılmasına  (məcmu  investisiya  qoyuluşlarının  3  faizindən  çox  olmur, 

adətən ümumi investisiyanın təqribən 1 faizi) investisiya qoyuluşları daxil edilir [33]. 

Ehtiyatların  miqdarının    dəyişməsinin  investisiya  kimi  nəzərə  alınması  onunla 

əlaqədardır  ki,  onların  artması  mahiyyətinə  görə  «istehlak  olunmamış  məhsulu»  əks 

etdirir [47].  

Ölkədə  ehtiyatların  həcmi  azalırsa,  onda  bu  göstəricinin  qiyməti  mənfi  olur  və 

investisiya  qoyuluşlarının  azaldığını  göstərir.  Məcmu  investisiya  xərclərinə  həm 

istehlak  olunmuş  kapitalın  dəyəri,  həm  də  kapitalın  artımı  daxildir.  Ölkədə  istehlak 

olunmuş  kapitalın  həcmi  qədər  investisiya  qoyuluşu  sadə  təkrar  istehsalın  baş 

verməsinə  gətirib  çıxarır.  Geniş  təkrar  istehsalın  baş  verməsi  üçün  isə  istehsal 

prosesində istehlak edilmiş kapitaldan əlavə xərclərin çəkilməsi vacibdir. Bu əlavə in-

vestisiya xərcləri xalis investisiya adlanır. Ölkədə məhz xalis investisiyanın həcminin 

artması iqtisadi artımın təmin olunmasına gətirib çıxarır.  

Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər 

formada  inkişafına  investisiya  yönəldilməsi  kapital  qoyuluşları  şəklində  həyata 

keçirilir  [21].  Kapital  qoyuluşları  real  investisiyaların  əsas  hissəsini  təşkil  edir. 

Kapital  qoyuluşlarına  tikinti-quraşdırma  işlərinə,  müxtəlif  maşın  və  avadanlıqların, 

əsas  fondlara  aid  olunan  alət  və  inventarların  alınmasına,  tikinti  obyektlərinin 

layihələndirilməsi  ilə  əlaqədar  olan  geoloji-kəşfiyyat,  axtarış  və  gələcək  tikintinin 

əsaslandırılmasına,  tikinti  üçün  torpaq  sahəsinin  ayrılması,  tikilən  müəssisə  üçün 

kadrların  hazırlanması  və  onun  idarə  heyətinin  saxlanılmasına  sərf  edilən  xərclər 



27 

 

daxil  edilir.  Qeyd  edilən  elementlərin  kapital  qoyuluşlarında  payı  onun  texnoloji 



strukturunu  əmələ  gətirir.  Kapital  qoyuluşunda  maşın  və  avadanlıqlara,  yəni  əsas 

fondların aktiv hissəsinə çəkilən xərclərin payı artdıqca, kapital qoyuluşlarının səmə-

rəliliyi  də  artır.  Çünki  bu  zaman  həyata  keçirilən  kapital  qoyuluşları  hesabına  daha 

çox məhsul istehsal etmək imkanı yaranır və buraxılan məhsul vahidinə düşən kapital 

qoyuluşu  xərcləri  azalır.  Qeyd  etmək  lazımdır  ki,  kapital  qoyuluşlarının  texnoloji 

strukturuna  elmi-texniki  tərəqqi  ilə  yanaşı,  kapital  qoyuluşunun  həyata  keçirildiyi 

sahənin  xüsusiyyəti  də  təsir  göstərir.  Bu  baxımdan,  ayrı-ayrı  sahələrdə  kapital 

qoyuluşlarının texnoloji strukturu fərqlənə bilər. 

Kapital qoyuluşuna, onun təkrar istehsal qurluşuna görə, yeni tikintiyə, mövcud 

güclərin  genişləndirilməsinə,  müəssisənin  rekonstruksiya  edilməsinə,  texniki 

cəhətdən  silahlandırılmasına  çəkilən  xərclər  aiddir.  Qeyd  etmək  lazımdır  ki,  ölkənin 

iqtisadi  inkişafının  qarşısında  duran  vəzifələrdən  asılı  olaraq  kapital  qoyuluşunun 

iqtisadi  səmərəliliyi  əsas  fondların  təkrar  istehsal  formalarından  hansına  üstünlük 

verilməsindən əhəmiyyətli  dərəcədə asılıdır. Belə ki, elmi-texniki  tərəqqinin  inkişafı 

nəticəsində istehsalın texniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə zərurətlə əlaqədar 

intensiv  amillər  hesabına  istehsalın  inkişaf  etdirilməsinin  əhəmiyyəti  artmışdır. 

Mövcud  potensialın  istifadə  səmərəliliyinin,  istehsal  güclərinin  istifadə  səviyyəsinin 

artırılması  zəruriliyini  nəzərə  almaqla,  mövcud  müəssisələrin  texniki  cəhətdən 

yenidən qurulması və rekonstruksiyası investisiyanın nisbətən az xərcli üsuludur [36].  

Lakin  qeyd  etmək  lazımdır  ki,  yalnız  texniki  yenidənqurma  və  rekonstruksiya 

yolu  ilə  ölkədə  iqtisadi  artımın  yüksək  tempinə  və  iqtisadiyyatın  texniki-iqtisadi 

səviyyəsinin  artırılmasına  nail  olmaq  mümkün  deyildir.  Iqtisadi  inkişafın  yüksək 

tempinə  nail  olmaq  üçün  yeni  müəssisələrin  yaradılması  zəruridir.  Bu  baxımdan, 

kapital qoyuluşlarının təkrar istehsal qurluşunun iqtisadi inkişaf  məqsədlərindən asılı 

olaraq optimalaşdırılmasının mühüm əhəmiyyəti vardır. 

Praktikada  investisiya  qoyuluşları  birbaşa  və  portifel  investisiyası  kimi  də 

təsnifləşdirirlər. Bəzi iqtisadçılar birbaşa investisiyanı real aktivlərin əldə edilməsinə, 

istehsal  vasitlərinin  yaradılmasına  çəkilən  xərcələr  kimi,  yəni  bilavasitə  real  kapital 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə