Magistratura məRKƏZİ



Yüklə 0,71 Mb.
səhifə1/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


MAGİSTRATURA MƏRKƏZİ




Quliyev Emin Şöhrəddin oğlu

(MAGİSTRANTIN A.S.A.)

«Azərbaycanin ixrac potensialinin inkişaf problemləri» mövzusunda



MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı İİM 060401- Dünya iqtisadiyyatı

İxtisasın adı İİM 060401-Gömrük işi

Elmi rəhbər Magistr proqramının rəhbəri



(A.S.A., elmi dərəcə və elmi ad) (A.S.A., elmi dərəcə və elmi ad)
Prof.A.Ş.Şəkərəliyev ________ İ.e.n.M.M.Aslanova_ __

Kafedra müdiri _______i.e.d.prof.A.Ş.Şəkərəliyev________________________



(A.S.A., elmi dərəcə və elmi ad)
BAKI - 2017
MÜNDƏRİCAT
Giriş

I FƏSİL. Ölkənin İxrac potensialının iqtisadi inkişafda rolu

1.1.İxrac potensialının tənzimlənməsinin nəzəri – konseptual əsasları

1.2.Ölkə iqtisadiyyatının inkişafı və ixrac potensialından səmərəli istifadədə onun əhəmiyyəti


II FƏSİL: İxrac potensialından istifadənin mövcud durumu

2.1. İxrac potensialından istifadənin ixrac əməliyyatlarını xarakterizə edən göstəricilərinin müqayisəli təhlili və onun qiymətdirilməsi

2.2. İxrac potensialının strateji inkişaf istiqamətlərinin təhlili
III FƏSİL: İxrac potensialının inkişaf strategiyası

3.1. İxrac potensialının genişləndirilməsində beynəlxalq iqtisadi əlaqələrin əhəmiyyəti

3.2. Qeyri-neft sektorunda ixrac potensialından istifadnin proiritet istiqamətləri

3.3. İхраc potensialından istifadənin iqtisadi tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri

NƏTİCƏ VƏ TƏKLİFLƏR
İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT
GİRİŞ

Tədqiqatın aktuallığı. Həm dünya ölkələrinin təcrübələri təsdiq edir ki, müasir dövrdə heç bir ölkə beynəlxalq ticarət sistemindən kənarda qala, ixrac-idxal əməliyyatlarsız milli iqtisadiyyatın inkişafını təmin edə bilməz. Milli iqtisadiyyatların inkişafı ölkələrin beynəlxalq əmək bölgüsündə səmərəli iştirakından, beynəlxalq inteqrasiyaların cəmərəli təşkilindən, iqtisadiyyatın real sektorlarının ixrac potensialından səmərəli istifadədən birbaşa asılıdır.

Hazirda iqtisadiyyatında qloballaşma proseslərinin daha da sürətlənməsi ölkələrin beynəlxalq iqtisadi ixtisaslaşmada aktiv iştirakını zəruri etmişdir. Dünya təsərrüfat sisteminin müasir inkişafı beynəlxalq ticarətin daha da genişlənməsini və inkişafını, onun liberallaşdırılmasını, ölkələr arasında ticarət-iqtisadi əlaqələrin ildən-ilə həm coğrafi, həm də əmtəə strukuturu baxımından dinamik şəkildə dəyişilməsini özündə təcəssüm etdirir.

Ölkəmizdə müstəqillik əldə etdikdən sonra qarşıda duran ən mühüm iqtisadi problemlərdən biri ölkənin dünya iqtisadiyyatına inteqrasiyasının təşkili, xarici ticarət əlaqələrinin qurulması, ixrac potensialının artırılması və bu proseslərdən səmərəli istifadə məsələləri olmuşdur. İlk illərində respublikamızın iqtisadiyyatı əsasən idxaldan asılı vəziyyətdə olmuş, iqtisadiyyatın vaxtı ilə prioritetini təşkil etmiş sahələrdə belə dərin böhran prosesləri müşahidə edilmişdir. Lakin bu gün vəziyyət tamamilə fərqlidir, ölkə iqtisadiyyatında sürətli inkişaf prosesləri müşahidə edilir, milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində böyük nailiyyətlər əldə edilmiş, ticarət-iqtisadi əlaqələrin qurulduğu ölkələrin sayı 150-ə çatmışdır. 2009-2015-ci illər ərzində xarici ticarət dövriyyəsinin həcmi 13 dəfədən çox artmışdır. Belə ki, illər ərzində idxal 1 dəfədən çox, ixrac isə 16 dəfəyə qədər yüksəlmişdir.

Hal-hazırda inteqrasiya proseslərinin sürətlənməsi, xarici-iqtisadi əlaqələrin genişlənməsi milli iqtisadiyyatımızı dünya iqtsadiyyatının ayrılmaz bir hissəsinə çevirməkdədir. Ölkəmizin müqayisəli üstünlüklərə malik olduğu sahələrdə ixtisaslaşması, bu sektorlarda beynəlxalq rəqabətə davamlı ixrac məhsulları istehsal etməsi, xarici ticarət strategiyasının milli iqtisadi inkişafa xidmət edəcək şəkildə qurulması müasir dövrün ən aktual problemlərindən birinə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, ölkənin ixracının 90-95 faizini neft və neft məhsulları təşkil edir. 2014-cü ildə ölkədə neft hasilatı 32 milyon, 2015-2016-cı ildə isə 50 milyon tona çatdırılması planlaşdırılmışdır. Belə ki,yaxın illərdə neft ixracı və onun xarici ticarətdəki çəkisi daha da artacaqdır. Gələcək illərdə təbii qaz ixracının da sürətlə artacağı gözlənilir. Azərbaycanın iri həcmli karbohidrogen ixracatçısına çevrilməsi, bu sahədən böyük məbləğdə valyuta ehtiyatlarının daxil olması digər bir sıra neft ixracatçısı ölkələrində müşahidə edilmiş mənfi tendensiyaların, xüsusilə də iqtisadiyyatın digər real sektorlarının ixrac potensialının azalması təhlükəsinin sığortalanmısı üçün dərin elmi araşdırmalara əsaslanan iqtisadi siyasətin gerçəkləşdirilməsini zəruri edib. Həm beynəlxalq təcrübə, həm dövlətin formalaşdırdığı iqtisadi strategiya neft ixracından daxil olan valyuta ehtiyatlarının səmərəli istifadəsinin prioriteti kimi qeyri-neft sektorlarının inkişaf etdirilməsi, bu sahələrin ixrac potensialının yüksəldilməsi olduğunu göstərir. Hazırda elmi iqtisadçıları daha çox düşündürən, dərin elmi müzakirə və mübahisələrin predmeti olan məsələ də məhz bunun necə və hansı yollarla həyata keçirilməsidir.

Hazırda Respublikamız ÜDTT –na üzv olma prosesini keçir. Beynəlxalq təşkilata üzv olmaq xarici ticarətin liberallaşdırılmasını, idxal-ixrac əməliyyatlarını tənzimlənmə, xüsusilə proteksionizm məqsədilə tətbiq edilən tarif və qeyri-tarif maneələrinin kəsgin şəkildə azaldılmasını öhdəlik kimi qarşıya qoyur. Təşkilata üzvolma ərəfəsində yerli məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsi, qeyri-neft sektorlarının ixrac potensialının tənzimlənməsinin mükəmməl mexanizminin formalaşdırılması əsas vəzifə kimi qarşıda qoyulur.

Qeyd etmək lazımdır ki, müasir iqtisadi inteqrasiyalar şəraitində, ölkəmizin iri karbohidrogen ixracatçısına çevrilməsi fonunda, həmçinin hazırda dünya iqtisadiyyatında müşahidə edilən qlobal iqtisadi böhran şəraitində ölkənin ixrac potensialının tənzimlənməsi problemlərinin tədqiq olunması, ixrac potensiallarından səmərəli istifadə istiqamətlərinin müəyyənləşdirilməsi olduqca vacibdir.

Tədqiqatın öyrənilmə vəziyyəti. Respublikamızın beynəlxalq iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiya məsəlləri, xarici-iqtisadi əlaqələr strategiyası, milli iqtisadiyyatın müxtəlif sahələrinin ixrac potensiallarının artırılması və digər bu kimi məsəllər müxtəlif dövrlərdə Respublikanin alimləri Z.Ə.Səməd-zadə, Ə.C.Muradov, A.Ş.Şəkərəliyev, Ə.İ.Bayramov, Ə.P.Babayev, M.X.Həsənli, R.T.Həsənov və digərlərinin elmi işlərində tədqiqat obyekti olmuşdur. Lakin bu sahədəki proseslərin dinamik xüsusiyyətli olduğunu, ölkənin xarici ticarətinin ilbəil yeni xarakter aldığını nəzərə alsaq, deyə bilərik ki, problemin öyrənilməsinin mütəmadiliyi zəruridir.

Xarici ölkə iqtisadçılarından isə İ.Dyumilen, L.Abalkin, A.Şişayev, A.Kiryev, A.Yevdokimov, V.Rıbalkin, V.Pokrovski, V.Buqlay, B.Olin, V.Leontyev, C.Stiqlist və digər bu kimi tanınmış alimlərin tədqiqat-ları diqqəti cəlb edir.



İşin məqsəd və vəzifələri. İşin əsas məqsədi qlo-ballaşma, beynəlxalq inteqrasiya şəraitində Azərbaycanın ixrac potensialının tənzimlənməsinin müasir vəziyyətinin tədiqiqi, mövcud problemlərinin öyrənilməsi və onun həlli istiqamətlərinin göstərilməsi olmuşdur.

Dissertasiya işinin vəzifələri aşağıdakılardan ibarət olmuşdur:



  1. ixrac potensialının tənzimlənməsinin nəzəri konseptual məsələlərinin öyrənilməsi;

  2. İqtisadiyyatın inkişafında ixracın və iqtisadi sahələrin ixrac potensiallarının yuksəldilməsinin rolunun qiymətləndirilməsi;

  3. Respublikanın iqtisadi inkişaf xüsusiyyətlərinin təhlili, müasir iqtisadi tendensiyaların öyrənilməsi;

  4. Respublikanın ixrac potensialının tənzimlənməsinin qanunvericilik bazasının tədqiqi;

  5. Respublikanın xarici ticarətinin dinamikasının və əsas xüsusiyyətlərinin öyrənilməsi;

  6. Azərbaycan Respublikasının qeyri-neft sektoru üzrə ixrac prioritetlərinin müəyyənləşdirilməsi;

  7. Ölkənin ixrac potensialının artırılmasına yönəldilmiş dövlət iqtisadi siyasətinin, proqram və konsepsiyalarının öyrənilməsi və təhlili;

İşin nəzəri və metodoloji əsaslarını klassik və müasir nəzəriyyələr, Qərbi Avropa və Rusiyanın, həmçinin respublikanın tanınmış alimlərinin əsərləri, Beynəlxalq Valyuta Fondu, ÜDTT və digər bu kimi qurumların tövsiyyələri və s. təşkil etmişdir.

İşin informasiya bazasını isə beynəlxalq təşkilatların illik hesabatları, dünya iqtisadiyyatı və beynəlxalq ticarət ilə bağlı statistik məcmuələr, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, İqtisadyyat Nazirliyinin, Dövlət Neft Fondunun hesabatları təşkil edir.

Elmi yeniliyi: Respublikada ixrac potensialının tənzimlən-məsinin müasir problemlərinin öyrənildiyi və bu problemlərin həlli istiqamətlərinin göstərildiyi işinin elmi yenilikləri aşağıdakılardan ibarətdir:

  1. Hazırkı iqtisadi meylləri şəraitində milli iqtisadi inkişafla ixrac potensialından istifadə səviyyəsi arasında qarşılıqlı əlaqə öyrənilmişdir;

  2. Ölkədə qeyri-neft sektorlarının ixrac potensiallarından istifadəyə neqativ təsir göstərən və iqtisadi inkişaf xüsusiyyətlərindən irəli gələn müasir problemlər göstərilmişdir;

  3. Respublikada xarici ticarətin liberallaşdırılmasının ixrac potensialından istifadəyə perspektiv təsirləri proqnozlaşdırılmışdır;

  4. Respublikanın qeyri-neft sektorunun beynəlxalq bazarlarda müqayisəli üstünlüyə malik ola biləcək sahə və məhsulları müəyyənləşdirilmişdir;

  5. Dünyada qloballaşma və beynəlxalq ticarətin liberallaşdırılması şəraitində ixrac potensialının tənzimlənməsinin prioritetləri müəyyənləşdirilmişdir;

  6. Hazırki şəraitdə dünya maliyyə böhranının ixrac potensialından istifadəyə mümkün təsirləri proqnozlaşdırılmış, bu neqativ təsirlərin məhdudlaşdırılması istiqamətləri göstərilmişdir;

  7. Respublikanın ixrac potensialının tənzimlənməsi mexanizminin iqtisadi inkişafla uzlaşdırılmış şəkildə təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir və s.

İşin praktiki əhəmiyyəti. Tədqiqat şində beynəlxalq ticarət əlaqələri, dünya iqtisadiyyatına inteqrasiya prosesləri, ixrac potensialının tənzimlənməsi məsələləri barədə kifayət qədər geniş informasiyalar öz əksini tapmışdır. Respublikanın xarici ticarətinin müasir vəziyyətinin təhlili aparılmış, ixrac potensialından istifadə səviyyəsi qiymətləndirilmişdir.

Göstərilənləri nəzərə almaqla, tədqiqat işinin Respublikanın beynəlxalq inteqrasiya prosesləri, ixrac strategiyası, ixrac potensialı və ondan istifadə ilə məşğul olan dövlət qurumları, eləcə də bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, çoxsaylı mütəxəssislər üçün səmərəli bir əyani vasitə olduğunu göstərmək olar.




FƏSİL I: ÖLKƏNİN İXRAC POTENSİALININ İQTİSADİ İNKİŞAFDA ROLU

1.1. İxrac potensialının tənzimlənməsinin nəzəri konseptual əsasları
Dünya ölkələrində xarici ticarət əlaqələrinin ölkənin iqtisadi inkişafındakı rolu ilə bağlı hələ çox qədim zamanlarda müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Sonradan bunların bir çoxu klassik beynəlxalq ticarət nəzəriyyələri kimi iqtisadi nəzəriyyəyə daxil olmuşdur. Hazırda da ölkənin xarici ticarət əlaqələrinin tənzimlənməsində, ixrac strategiyalarının müəyyənləşdirilməsində, həmçinin müasir beynəlxalq ticarət nəzəriyyələrinin meydana gəlməsində sözügedən nəzəriyyələr həlledici rol oynayırlar.

Qeyd etmək lazımdır ki, XVI-XVII əsrlərdə meydana gəlmiş Merkantlizm nəzəriyyəsi demək olar ki, belə baxışların başlanğıcı olmuşdur. Bu nəzəri məktəbin tanınmış nümayəndələri olan V.Stoffor, T.Man, Q.Skarufari, A.Monkretyen ilk dəfə ticarətin milli iqtisadiyyatdakı rolunu əsaslandıran sanballı əsərlər yazmışlar. Belə ki, merkantlistlər iddia edirdilər ki, İngiltərə, Fransa və İtaliya kimi dövlətlər xarici ticarəti himayə etməli, idxal-ixrac üzərində yüksək nəzarət həyata keçirməlidirlər. Merkantlistlər tərəfindən beş əsr əvvəl idxal-ixracla bağlı, gömrük siyasəti ilə bağlı irəli sürülmüş ideyalar bu gün də ölkənin xarici-iqtisadi əlaqələr strategiyasında özünü göstərməkdədir. A.Monkretyenin nəzəriyyəsinə görə hər bir ölkədə xəzinədə qiymətli metallar toplanılmalıdır, müasir dildə desək qızıl ehtiyatı formalaşdırılmalıdır. Onlar hesab edirdilər ki, sərvətin yeganə mənbəyi xarici ticarətdir. Merkantlistlər əsaslandıra bilməmişdilər ki, ölkələr hansı ölkələrlə, hansı formada xarici ticarət həyata keçirməlidirlər, hansı əmtəələri satmağa, hansıları almağa üstünlük verməlidirlər. Belə ki, klassik iqtisadçılar A. Smitin «Mütləq üstünlüklər», D. Rikardonun isə «Müqayisəli üstünlüklər» nəzəriyyəsi daha mükəmməlliyi ilə diqqəti cəlb edir.

Belə ki, monkretyen xaricdən gətirilən mallara yüksək gömrük rüsumunun qoyulması təklifi ilə çıxış edir və bunu belə əsaslandırırdı ki, xaricdən gətirilən əmtəələr baha başa gələrsə, onda sahibkarlar məcburiyyət qarşısında qalıb həmin məhsulu ölkə daxilində istehsal edəcək. Nəticədə ölkə daxilində sənayeçilərin, tacirlərin, əkinçilərin sərbəst inkişaf etməsi üçün şərait yaranacaq.

Qeyd etmək lazımdır ki, A. Smitin «Gözə görünməz əl» nəzəriyyəsinə əsaslanan merkantlistlərin yanaşmalarının əksinə olaraq xarici ticarət sərbəst olmalı, dövlət müdaxiləsi edilməməlidir. A. Smitin fikrincə, idxal-ixracın sərbəst buraxılması milli iqtisadiyyatların inkişafına stimul verir. Belə ki, dünya iqtisadiyyatının inkişafı da xarici ticarətin sərbəstliyindən asılıdır.

A.Smitə qədər merkantilizm” cəmiyyətdə elə təsəvvürlər yaratmışdı ki, əmtəələrin xaricdən idxal olunması zərərli sayılırdı və elə hesab edilirdi ki, sərvətlər – yəni qızıl, gümüş o mallara odənilib tükədilir. Həmin vaxtlar malların ixracı xeyirli hesab olunurdu, çünki əmtəələr xaricə satılmaqla bu qiymətli metallar ölkəyə geri qayıdırdı. Belə ki, ticarətin alıcıdan deyil, yalnız satıcıdan mənfəət götürürdüyü təsəvvürü formalaşdırılmışdı. Belə ki, əsasında ölkənin sərvətinin qorunması məqsədilə idxala xüsusi nəzarət sistemləri formalaşdırılırdı. Adam Smit sübüt etmişdir ki, merkantlist nəzəriyyəsi yanlışlığa əsaslanır və səmərəsizdir. İqtisadçı əsaslandırmışdır ki, azad mubadilədə hər iki tərəf varlana bilər: «Kimsə mubadilədən itirəcəyini gozləsəydi, ona qoşulmazdi. Satıcı kimi, alıcı da mənfəət götürür. Bizim ixrac etdiklərimiz başqalari üçün dəyərli olduğu kimi, idxal da bizim üçün qiymətlidir. Biz özümüzü zənginləşdirmək üçün başqalarini yoxsullaşdirmaga ehtiyac duymuruq». Ölkənin sərvəti qızıl-gümüşlə yox onun ümumi istehsal və ticarəti ilə ölçülür deyən klassiq iqtisadçı iqtisad elminə ilk dəfə ümumi daxili məhsul anlayışını gətirmişdir.

Qeyd etmək lazımdır ki, Smit - iqtisadiyyatın əlifbası» adlı kitabda iqtisadçının xarici ticarətin sərbəstləşdirilməsi təklifi ilə bağlı qeyd edilir ki: «Həmin ideya XVI əsrdən bəri Avropa olkələri ətrafında qurulmuş ticarət divarlarından böyük bir intellektual oyuq açdı və onun təcrubi nəticələri də oldu»...

Belə ki, beynəlxalq ticarətdə ixtisaslaşmanın zəruri olduğunu bildirən A.Smit bu baxışları əsasında özünün əvvəldə qeyd etdiyimiz «Mütləq üstünlüklər nəzəriy-yəsi»ni formalaşdırmışdır.

Adam Smit həmin dövrdə Sancaq fabrikini nümunə göstərərək təhlillər aparib, b elə bir qənaətə gəlir ki, əməyin ixtisaslaşmasi məhsuldarlığın xeyli dərəcədə yuksəlməsinə imkan yaradır: «Sancaqdüzəltmə «əhəmiyyətsiz bir istehsal sahəsi» sayıla bilər, amma əslində bu, yetərincə qəliz işdir. Məftil dartılmalı, düzəlməli, kəsilməli və ucu itilənməlidir. Yuxarı hissəsi baş ucun içinə uyğun yonulmalıdır ki, duzəlsin və bərkisin. Sancaq ağardılmalı və bundan sonra kağıza taxılmalıdır və s. Bütün bu muxtəlif əməliyyatları icra edən tək adam bəlkə də gundə heç 20 sancaq, əgər o, həmçinin, tələb olunan metalı hasil edir və əridirsə, bəlkə heç ildə birini də duzəldə bilməzdi. Amma fabrikdə iş muxtəlif adamlar arasında bölüşdürülərsə, onlardan hər biri bir və ya iki ayrı əməliyyat yerinə yetirəcək. Bunların içərisində sancaqduzəldən on güclü qrup əsasən gundə 4800 sancaq hazırlaya biləcək ki, bu da gundəlik hər tək adamdan əldə olunan məhsulun 240 mislidir». Adam Smit yazır ki, ixtisaslaşma elə səmərəlidir ki, yalnız şirkətlərin daxilində deyil, sənaye sahələri və hətta olkələr arasında da meydana çıxır. Dövlətlər daha yaxşi istehsal etdikləri malların ixracı uzrə ixtisaslaşirlar və başqalarinin daha yaxşi istehsal etdikləri malları idxal edirlər.

Məhsulların mübadiləsini, xüsusilə də onların idxal-ixrac edilməsini istehsalın gətirdiyi faydanın cəmiyyətə yayılması vasitəsi kimi qiymətləndirən A.Smit bu işdən əldə edilən ümumi gəlirlər barəsində konkret misallarla təhlil aparmışdır: Bir insan «ibtidai bir olkədə» ox duzəltmək işində başqalarindan daha yaxşi olduğu halda, bir başqasi da metal işində daha yaxşi ola bilər. İxtisaslaşmaqla, oxçu daha çox ox və dəmirci daha çox ülgüc istehsal edir ki, onları hər ikisi istifadə edə bilər. Belə ki, onlar oxlarla ülgucləri mubadilə edirlər. İndi hər ikisinin sərfəli mubadilə vasitələri var və hər biri digərinin bacarığından, ixtisaslaşmiş məhsulundan faydalanır. Əmtəə mubadiləsinə, barter və mübadilə ilə ticarətə həvəs insan təbiətinin təbii və xarakterik cəhətidir, əlbəttə, ona gorə ki, bundan hər iki tərəf faydalanır. Belə ki, əgər tərəflərdən hər hansı biri özünü bu prosesdə itirən hesab etsəydi, mubadilə baş verməzdi. Səmərə qarşiliqlidir, mubadilə ilə hər iki tərəf özü üçün məhsul hazırlamağa cəhd gostərməkdənsə, istədiyi məhsulu daha az səylə əldə edir. Bu prosesdə hər biri mubadilə sayəsində zənginlik, sərvət yaranır.

Qeyd etmək lazımdır ki, merkantlistlərin idxalı məhdudlaşdırmaq çağırışına qarşı çıxan A.Smit qeyd etmişdir ki, nə zaman ki, biz öz qızıl və gümüş yataqlarımızı qorumaq ümidi ilə idxalı məhdudlaşdırırıq, bu o deməkdir ki, yerli istehlakçıların seçimi azdır, onlar muxtəlif xarici istehsalçılardansa, yerli istehsalçılardan almalıdırlar, hansı ki, xarici istehsalçıların məhsulları daha yaxşi və daha ucuz ola bilər. İqtisadçının gəldliyi qənaət belədir ki: Ticarət sahələri arasında əmək bölgüsü olduğuna gorə, olkələr də yaxşı bacardıqları işlə məşğul olmalı və öz artıq məhsullarını mubadilə etməlidirlər. İqtisadçılar sonralar A.Smitin bu ideyasını «mutləq mənfəət» prinsipi adlandırıblar, hansı ki, bu «mütləq üstünlüklər nəzəriyyəsi»nin əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, A.Smit əsaslandırmışdır ki, beynəlxalq ticarətdə, dünya iqtisadiyyatında ixtisaslaşma labüddür, qaçılmazdır və həmçinin faydalıdır. Ölkələr ixrac və idxal əməliyyatlarını ixtisaslaşmaya uyğunlaşdıraraq daha çox səmərə əldə edə bilərlər. İndi sual oluna bilər ki, Adam Smitin bu nəzəriyyəsinin bizim üçün, bizim tədqiqat mövzumuz üçün əhəmiyyəti nədir? İqtisadçı bu ideyaları XVIII əsrdə irəli sürmüşdür. Həmin vaxt müqayisədə dünya təsərrüfat sistemində, beynəlxalq ticarətdə hansı dəyişikliklərin baş verdiyinin şərhə ehtiyacı yoxdur. Yalnız bir məsələni xüsusi vurğulaya bilərik ki, dünya ticarətində ixtisaslaşma hədsiz dərəcədə dərinləşmişdir, bu proses bu gun də bir sıra beynəlxalq təşkilatların, ölkə qruplarının, iqtisadi ittifaqların timsalında davam etməkdədir. Dövlətlər dunya iqtisadiyyatının inkişafını ixtisaslaşmanın dərinləşməsində, xarici iqtisadi əlaqələrin genişlənməsində, bütövlükdə iqtisadi qloballaşmada görürlər və buna öz töhfələrini verməkdədirlər. Təkcə son 50 ildə dünya iqtisadiyyatında gedən prosesləri nəzərə alaraq deyə bilərik ki, A.Smitin bu ideyaları təcrübü olaraq özünü doğrultmuşdur. Adam Smitin nəzəriyyəsinin bu günukü gün üçün də qüvvədə olması şəksizdir. İndi bir çox iqtisadçı alimlər iddia edirlər ki, hər bir ölkə ixtisaslaşdığı əmtəə istehsalı üzrə ixrac potensialını artırmağa, ondan səmərəli istifadəyə səy göstərməlidir. Belə ki, A.Smitin demək olar ki, XVIII əsrdəki ideyasıdır. Bu prizmadan yanaşsaq Respublikamızda karbohidrogen ixracından səmərəli istifadəyə diqqət yetirilməsi aktual görünür. Bundan qeyri-neft sektoru üzrə kənd təsərrüfatı məhsullarının ixracı da prioritet istiqamət təşkil etməlidir.

Qeyd etmək lazımdır ki, Adam Smitə «Xalqların sərvətlərinin təbiəti və səbəbləri» adlı əsəri 5 hissədən ibarət idi və sonuncu hissə «Dövlətin gəlir və xərcləri» adlanırdı. Bu kitabda iqtisadiyyatda dövlətin rolundan bəhs edən iqtisadçı hokumət və bürokratik aparatın tənqidcisi kimi çıxış edir və azad ticarətə siyasi mudaxilənin tərəfdarı olmadığını bildirir. Onun təsvir etdiyi bazar iqtisadiyyatı yalnız mülkiyyətin təhlukəsiz olduğu və muqavilələrə əməl olunduğu zaman işləyə və öz faydalarını verə bilər.

Klassik ingilis iqtisadçısının nəzəriyyələrini təhlil edən tədqiqatçı Eamon Butler yazır: «Smitin dövrü bizim yaşadigimiz dövrdən çox fərqlidir, şübhəsiz, sənaye inqilabından əvvəlki hər şey dəyişib. O, bu gün kapitalizmin əsasında dayanan şərik muəssisələrə şübhə edirdi, mubahisə edirdi ki, böyük sayda sahibkar” onları heç zaman mərkəzləşdirilmiş halda saxlaya bilməz. Birləşmiş guclərin artmasını, sənaye tullantıları ilə bağlı problemləri, kağız pulların infliyasiyasını və bu gün iqtisadçıları narahat edən bir çox başqa məsələləri proqnozlaşdirmamişdı. «Xalqların sərvəti» hələ də işləmək, ticarət aparmaq, qənaət etmək və sərmayə qoymaq üçün birbaşa hakimiyyətə ehtiyac duymadan azadlıq və təhlukəsizliyin bizi necə irəli apardığını gostərməklə, içinə düşdüyümüz ən ağır iqtisadi problemlərin güclü həll yollarını verir. Azad iqtisadiyyat çevik və adaptasiya olunan bir sistemdir ki, yeni gələn bir sistemin zərbəsinə dayana bilər və hər hansı gələcək sistemlərin də ohdəsindən gələr.

Belə ki, A.Smitin klassik nəzəri baxışlarının təhlilindən belə nəticə çıxır ki, ölkə ixrac potensialından səmərəli istifadə etmək üçün, onun yüksəldilməsi üçün azad xarici ticarətin bərqərar edilməsinə çalışmalıdır. Ticarətin liberallaşdırılması prioritet təşkil etməlidir.

Adam Smitin «Mütləq üstünlüklər nəzəriyyəsi»ni digər klassik iqtisadçısı David Rikardo inkişaf etdirərək özünün «Müqayisəli üstünlüklər nəzəriyyəsi»ni meydana gətirmişdir. Kitablarda bu ingilis iqtisadçısı ilə bağlı qeyd edilir: David Rikardo (1772-1823) klassik siyasi iqtisadın görkəmli nümayəndəsidir. O, London səhm birjasında uğurlu əməliyyatlar apararaq böyük sərvət sahibi olmuş, sonra isə İngiltərə parlamentində çalışmışdır. Ölkənin ictimai həyatında fəal iştirak edərək həmişə təsərüffat həyatının sərbəstləşdirilməsinin tərəfdarı olmuşdur. 1817-ci ildə ən məhşur əsəri olan «Siyasi iqtisadın və vergiqoymanın əsasları» adlı kitab nəşr olunmuşdur. Məhz bu əsər onu A.Smitdən sonra klassik siyasi iqtisadın ən nüfuzlu nümayəndəsi kimi tanıtmışdır.

Qeyd edək ki, David Rikardo belə qənaətə gəlmişdir ki, sərbəst ticarət nisbi üstünlük prinsipi əsasinda daha çox faydaya malikdir. Portuqaliya və İngiltərənin idxal-ixrac əlaqələrini təhlil edərək Rikardo bu ideyasını əsaslandırmışdır. Parlament üzvi kimi Rikardo hökümətə təzyiq göstərirdi ki, ticarət maneələri siyasətindən əl çəksin. Məhz bu uzunmüddətli səylərin nəticəsi olaraq 1840-cı illərdə İngiltərə azad ticarət siyasətini qəbul etmiş birinci sənaye dövləti olmuşdur. Bir sözlə D.Rikardo özünün və Smitin ideyalarının gerçəkləşdirilməsinə nail olmuşdur. Sonrakı 70-80 il ərzində İngiltərədə müşahidə edilmiş iqtisadi yüksəliş iqtisadçılar tərəfindən azad ticarətin nəticəsi kimi qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, Rikardo əsaslandırıb ki, əməyin beynəlxalq bölgüsü dünyanın iqtisadi artım tempində müstəsna rol oynayır. Belə ki, ixtisaslaşma və ölkənin hər-hansı əmtəə üzrə üstünlüyünü aşagıdakı misalla şərh etmişdir:

Alimlərin yekdil rəyi belədir ki, D.Rikardonun nəzəriyyəsi sübut edir ki, dövlətin inkişafı, onun dünya iqtisadiyyatında yerini möhkəmlətməsi «müqayisəli üstünlüyə» malik əmtəə və ya xidmətlərin istehsalına səylərin cəmləşməsi üçün onların öz resurslarından necə istifadə etməsindən asılıdır. Ticarətin liberallaşdırılması əmtəələrin, xidmətlərin və istehsal amillərinin maneəsiz axınını təmin etməklə ölkələrin mənfəətlərini artırır.

Müasir neoklassik-iqtisadçılar Eli Hekşer və Bertil Olinin «İstehsal amillərinin nisbəti nəzəriyyəsi» ölkələlərin hansı əmtəələr üzrə ixtisaslaşmalı və hansı əmtəələrin ixracından daha çox fayda götürə bilmələri məsələsinə bir qədər də aydınlıq gətirmiş oldu. İqtisadçıların nəzəriyyələrinə görə ölkə hansı istehsal amili ilə zəngindirsə, məhz həmin amillər əsasında istehsalı həyata keçirilən əmtəələr üzrə ixtisaslaşmalıdır. Belə ki, ölkə həmin əmtəələr üzrə müqayisəli üstünlüyə malik olacaqdır. İqtisadçı alimlərin gəldiyi nəticə belədir ki, Hekşer-Olin modelinə görə, Respublikamız daha çox malik olduğu neft sərvətlərindən istifadə edərək neft məhsulları istehsalında ixtisaslaşmalıdır.

Məşhur İsveç iqtisadçısı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı B.Olinin ticarət nəzəriyyəsi haqqında yazılır: «Bertil Olin ticarətin gəlirə və onun paylanmasına təsirini aydanlaşdırmaq üçün ümumi tarazlıq nəzəriyyəsinin geniş sferası ilə ticarət nəzəriyyəsini birləşdirmək üçün struktur əsas yaratmışdır. Həqiqətən, onun işi Volfqan Stopler və Pol Samuelsonun işləyib hazırladıqları «İstehsal amillərinin qiymət nisbətinin bərabərləşdirilməsi haqqında teorem»in yaranmasına təkan vermişdir».

Belə ki, B.Olin də digər iqtisadçılar kimi ixrac-idxalın səmərəliliyini azad ticarətdə görmüşdür. İqtisadçının ticarət nəzəriyyəsinin praktik tətbiqi belə bir nəticədən ibarət olmuşdur:


  1. Tariflər və digər ticarət məhdudiyyətləri ticarətdə gəlirlərin paylanılmasına mənfi təsir göstərir;

  2. İstehsal amillərinin qiymətlərinin bərabərləşməsinə maneə olur.

Bu baximdan məsələyə yanaşsaq Respublikamızda ixrac potensialından istifadənin tənzimlənməsi, əmtəə ixracının artırılması, ixrac məhsullarının ucuz başa gələrək rəqabətdə üstünlük əldə etməsi üçün istehsal amillərinin, istehsal vasitələrinin idxalına tarif və ya qeyri-tarif maneləri aradan qaldırılmalıdır.

Qeyd etmək yerinə düşərdi ki, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Vasiliy Leontyev Hekşer-Olin nəzəriyyəsinin tətqiqi və onun real iqtisadi göstəricilərlə yoxlanılması zamanı mühüm elmi nəticələr əldə etmiş və özünün «Leontyev effekti» nəzəriyyəsini formalaşdırmışdır. ABŞ-ın xarici ticarət əlaqələrinin strukturunu təhlil edən V.Leontyev belə qənaətə gəlmişdir ki: inkişaf etmiş bazar iqtisadiyyatı ölkəsi əlavə əmək sərfi tələb edən məhsulları, yəni xammal və yarımfabrikatları idxal, əvəzində isə əmək tutumlu malları, yəni hazır məhsulları ixrac etməlidir. Müqayisə zamanı ABŞ-da 1920-30-cu illərdə bunun əksinin müşahidə edildiyini deyən V.Leontiyevin fikrincə, ABŞ-da investisiya təbəqəsinin güclü və əmək haqqının yüksək olmasına baxmayaraq belə prosesin müşahidə edilməsi paradoksdur. Vasili Leontyev göstərib ki, xarici iqtisadi əlaqələrdən səmərəli istifadə üçün işçilərin ixtisaslaşmış əməyini özündə birləşdirən məhsullar ixrac edilməlidir.

İkinci dünya müharibəsindən sonra ABŞ iqtisadiyyatında struktur dəyişikliklərinin aparılması və bunun nəticəsi olaraq sürətli iqtisadi inkişafa nail olunması tədqiqatçılar tərəfindən V.Leontyevin modelinin tətbiqinin nəticəsi kimi qiymətləndirilmişdir.

Göstərmək lazımdır ki, beynəlxalq ticarətlə bağlı məhşur nəzəriyyələrdən birinin müəllifi tanınmış ABŞ iqtisadçısı, 1970-ci ildə iqtisadi təhlilə gətirdiyi mühüm elmi zənginliyə – statistik və dinamik iqtisadi nəzəriyyəyə görə Nobel mükafatına layiq görülmüş Pol Samuelson olmuşdur. Pol Samuelson istehsal amillərinin qiymətlərinin bərabərləşməsi, müqyayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə aid edilməsi təklifini edərək Hekşer-Olin nəzəriyyəsini inkişaf etdirmiş və bunun nəticəsi olaraq «Hekşer-Olin-Samuelson modeli» meydana gəlmişdir.

Volfqan Stopler və Pol Samuelson birlikdə «İstehsal amillərinin qiymət nisbətinin bərabərləşdirilməsi haqqında teorem» işləyib hazırlamışdılar. Bu nəzəriyyəyə görə, beynəlxalq ticarət nəticəsində qiyməti bahalaşan əmtəənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti də yüksəlir. Belə ki, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır, belə olan halda onun istehsalında əsas çəkiyə malik olan əməyin qiyməti də bahalaşacaq. İxrac olunan məhsullardan daha çox səmərə götürülməsində onun yaradılmasında amillərin rolu, xüsusi çəkisi də əhəmiyyətə malikdir. Tədqiqatlar göstərir ki, iqtisadiyyat inkişaf etdikcə, istehsala elmi-texniki yeniliklər daha intensiv tətbiq edildikcə hər yeni yaranan məhsulda istehsal amilləri sırasından işçi qüvvəsinin, daha doğrusu mürəkkəb əməyin payı artır. İxrac olunan əmtəələrin tərkibində ixtisaslaşmış əməyin çəkisinin artırılması da ölkənin inkişafı üçün vacibdir. Bunu əvvəldə qeyd etdiyimiz kimi, V.Leontyev və digər iqtisadçıların nəzəriyyələri də təsdiq edir.

Müasir xarici ticarətlə bağlı nəzəriyyələrdən biri də Amerikalı neoklassik iqtisadçı Maykl Porterə məxsusdur. Bu nəzəriyyə daha çox «Porterin dörd amili» kimi tanınır. M.Porter ölkələrin dünya bazarında rəqabət qabiliyyətini əsasən dörd amilin müəyyən etdiyini iddia etmişdir:



  • Amillərin şərtləri;

  • Tələb şərtləri;

  • Qohum və ona xidmət edən sahələr;

  • Firmaların strategiyası və rəqabət səviyyəsi.

Alimin fikrincə, M.Porterin ölkələrin rəqabət üstünlükləri ilə bağlı bu nəzəriyyəsinə görə, dünya bazarında Azərbaycanın neft məhsulları üzrə rəqabət üstünlüyünə malik olması ilə bağlı nəticə çıxır. Çünki iqtisadçının nəzəriyyəsində göstərilən hər dörd amil neft məhsulları istehsalı və ixracı sahəsində mövcuddur. Bu aşağıdakılardan ibarətdir:

    1. Göstərilən qeyd edilən sahədə əsas istehsal amilllərindən olan əmək resursları və neft ehtiyatları neft emalı sənayesinin inkişafı üçün geniş imkanlar açır;

    2. Respublikanın neft məhsullarına istər daxili, istərsə də dünya bazarında tələbat ilbəil artır;

    3. Respublikanın neft emalı və umimiyyətlə neft sektorundakı müəssisələrin inkişaf strategiyası müasir tələblərə uyğun qurulmuş, yeni mütərəqqi texnologiyalardan istifadə, beynəlxalq əməkdaşlıq məsələləri onların rəqabət qabiliyyətini get-gedə artırmaqdadır.

Dünyada mövcud nəzəriyyələrin zəruriliyini kifayət qədər sübüt etdiyi xarici ticarətin liberallaşdlırılması keçid iqtisadiyyatını yaşayan Azərbaycanda da dünya təsərrüfat sisteminə inteqşrasiyanın başlıca istiqaməti kimi qəbul edilmişdir. Ölkə Prezidenti İ.Əliyev demişdir: «Biz iqtisadiyyatımızı liberallaşdırırıq. Bunu etmək üçün müxtəlif qərarlar qəbul edilibdir, proqramlar icar olunur Respublikanın xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə Prezident fərmanı ilə «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyat-larının tənzimlənməsi Qaydaları»ı təsdiq edilmişdir ki, bu sənəddəki müddəalar xarici ticarətin liberallaşdırılmasına geniş imkanlar açır.

Mövcud beynəlxalq nəzəriyyələrin, istərsə də ölkə iqtisadçılarının müasir dövrdəki tədqiqatlarının, nəzəri baxışlarının təhlili, apardığımız tədqiqatların nəticələri göstərir ki, ölkənin ixrac potensialının tənzimlənməsində aşağıdakı nəzəri fikirlər əhəmiyyət kəsb edir:



    1. Ölkə beynəlxalq əmək bölgüsü və istehsalın ixtisaslaşması sahəsində dünya ölkələri arasında öz iqtisadi potensialına, resurslarına uyğun mövqeyini tutmalıdır;

    2. Ölkələr arasında müqayisəli üstünlüklərə malik olunan sahələr müəyyənləşdirilməli və ölkələr bu sahələri inkişaf prioritetlərinə daxil etməlidirlər;

    3. Ölkədə makroiqtisadi sabitliyin, davamlı inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya proseslərinin sürətləndirilməsi hökumətlərin qarşısında duran əsas vəzifə olmalıdır;

    4. Ölkə ixrac olunan əmtəələrdə əmək tutumunun artırılmasına çalışılmalıdır;

    5. Daxili bazarın qorunması ilə yanaşı xarici ticarətin daim liberallaşdırılmasına çalışmalıdırlar;

    6. Respublikadan İxrac olunan əmtəələrin beynəlxalq rəqabətqabiliyyətinin artırıdması daim diqqət mərkəzində olmalıdır və s.

1.2. Ölkə iqtisadiyyatının inkişafı və ixrac potensialından səmərəli

istifadədə onun əhəmiyyəti
Ölkəmizdə İxrac potensialının tənzimlənməsində başlıca məqsəd milli iqtisadiyyatın davamlı inkişafının təmini və makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Digər tərəfdən də ixrac potensialının yüksəldilməsi, ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsi üçün makroiqtisadi sabitlik və davamlı inkişaf əsas şərtlər kimi çıxış edir. Buna görə də ixrac potensialının tənzimlənməsi məsələlərindən bəhs edərkən makroiqtisadi inkişaf göstəricilərinin öyrənilməsi və iqtisadi inkişaf xüsusiyyətlərinin, milli iqtisadiyyatda müşahidə edilən tendensiyaların tədqiqi zəruri görünür.

Respublikamızın iqtisadiyyatında əldə edilmiş sabitlik makroiqtisadi inkişafın əsasına çevrilmişdir. Ölkəyə xarici investisiyaların cəlb edilməsi, xarici-iqtisadi əlaqələrin qurulması, maliyyə sabitliyinin təmini və digər bu kimi amillər nəticə etibarilə özünü əsas makroiqtisadi göstərici olan ÜDM-in artımında göstərmişdir. İndi Azərbaycan iqtisadi artım sürətinə görə dünya ölkələri arasında ön sıralarda durur. 2013-cü ildə ÜDM-in 34,5 %-lik, 2014-cü ildə isə 25,0 faizlik artımı daha diqqətəlayiq olmuşdur. Belə ki, neft sektorunda əldə edilmiş nailiyyətlər, bu sektordan qazanılan gəlirlər hesabına iri investisiya layihələrinin reallaşdırılması, dövlət büdcəsi gəlirlərinin son bir neçə il ərzində 3 dəfəyə qədər artması, xarici iqtisadi əlaqələrin genişlənməsi, hökumətin regionların inkişafına daha ciddi diqqət yetirərək bir sıra proqramların icrasına başlaması və digər bu kimi amillər sürətli iqtisadi inkişafın əsasına çevrilmişdir. 2002-2015-ci illər ərzində ölkədə istehsal olunan ÜDM-in adambaşıda düşən dəyəri 282 manatdan 3200 manata qədər yüksəlmişdir. Aşağidakı cədvəldən bu pozitiv dinamika daha aydın şəkildə görünür.



Tədqiqatlar göstərir ki, milli iqtisadiyyatda inkişaf proseslərinin sürətlənməsi iqtisadi sahələrin ixrac potensiallarından istifadə imkanlarını da yüksəltmişdir. Lakin bununla yanaşı bir sıra strateji sahələrin ixrac potensialının tənzimlənməsinə daha böyük zəruriət yaranmışdır.
Respublikamızda ÜDM-in 2002-2014-cü illər üzrə artım dinamikası

İllər

Milyon manat

Milyon ABŞ dolları

Dinamika

Adambaşına

manat

$

2002

2133.8

2415.2

88,2

282.1

319.3

2003

2732.6

3180.8

101,3

357.5

416.1

2004

3158.3

3960.7

105,8

409.2

513.2

2005

3440.6

4446.4

110,0

441.5

570.6

2006

3775.1

4583.7

107,4

480.1

582.9

2007

4718.1

5272.8

111,1

595.1

665.1

2008

5315.6

5707.7

109,9

665.2

714.3

2009

6062.5

6235.9

110,6

752.9

774.4

2010

7146.5

7276.0

111,2

880.8

896.8

2011

8530.2

8680.4

110,2

1042.0

1060.3

2012

12522.5

13238.7

126,4

1513.9

1600.4

2013

18746.2

20983.0

134,5

2241.1

2508.5

2014

25228.1

29399.9

125,0

2980.9

3473.9

Cədvəl DSK-nın və İİN-in hesabatları əsasında hazırlanmışdır

İqtisadiyyat Nazirliyinin hazırladığı «Azərbaycan Respublikasının iqtisadi-sosial inkişaf konsepsiyasi və proqnoz göstəriciləri» adlı sənəddə yaxın üç ildə əsas makroiqtisadi göstərici olan ÜDM-də daha ciddi artımların müşahidə ediləcəyi proqnozlaşdırılmışdır. Bu inkişaf proseslərinə aşağıdakı amillər təsir göstərir:



  1. Neft sektorunda istehsalın fiziki həcminin xeyli artması;

  2. Ölkənin neft və neft məhsulları üzrə ixracın həcminin və dünya bazarlarında neftin qiymətinin artması;

  3. Həyata keçirilən iqtisadi siyasətdə məcmu tələbin stimullaşdırılmasına üstünlük verilməsi;

  4. Respublikamızda xüsusilə daxili mənbələr hesabına investisiya fəallığının yüksəlməsi və sahibkarlığın inkişafının sürətlənməsi.

Qeyd etmək lazımdır ki, Respublikada dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi qeyri-neft sektorlarının inkişaf etdirilməsi, regonların inkişafına nail olunması göstərilmişdir. Bu baxımdan ölkənin aqrar sektoru xüsusilə diqqəti cəlb edir. Kənd təcərrüfatı həm də böyük ixrac potensialına malikdir və bu potensialdan istifadənin yüksəldilməsi uzun illərdir ki, qarşıda duran aktual məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, Ümumi Daxili Məhsulun sahələr üzrə strukturuna diqqət yetirsək, görərik ki, kənd təsərrüfatının buradakı çəkisi 2008-ci ildəki 15,9 faizdən 2014-cü ildə 5,9 faizə enmişdir. Bu daha çox neft sektorunun ÜDM-dəki çəkisinin durmadan artması və 27,6 faizdən 52,8 faizə çatması ilə izah edilə bilər. Belə ki, nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının qeyri-neft sektorundakı çəkisi də bu illər ərzində 3 dəfədən çox azalmışdır. Bununla yanaşı son bir neçə ildə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarına, müxtəlif sahibkarlıq subyektlərinə dövlət dəstəyinin yüksəldiyi müşahidə olunur. Bu tədbirlərin kompleks şəkildə davamlı olaraq həyata keçirilməsi aqrar bölmənin ixrac potensialından istifadənin yüksəldilməsində müstəsna rol oynaya bilər.



ÜDM-in iqtisadi fəaliyyət növləri üzrə strukturu, 2008-2014-cü illər



2008

2009

2010

2011

2012

2013

2014

Cəmi

100

100

100

100

100

100

100

Kənd təsərrüfatı, ovçuluq və meşəçilik

15.9

13.8

12.2

10.8

9.0

6.7

5.9

Balıqçılıq

0.2

0.2

0.2

0.2

0.2

0.4

0.3

Sənaye – cəmi

36

37.4

37.2

38.3

47.5

57.3

59.1

Mədənçıxarma sənayesi və karxanaların işlənməsi

27.6

28.9

27.5

29.0

39.4

50.9

52.9

o cümlədən

xam neft və təbii qaz hasilatı, neft və qaz hasilatı ilə əlaqədar xidmətlər

27.6

28.8

27.5

28.9

39.3

50.8

52.8

Emal sənayesi

5.3

7.4

8.6

8.3

7.2

5.8

5.3

Elektrik enerjisi, qaz və su təchizatı

3.1

1.1

1.1

1.0

0.9

0.6

0.9

Tikinti

6.5

8.7

11.2

12.5

10

7.7

7.1

Ticarət, ictimai iaşə, mehmanxanalar

6.7

7.9

7.6

7.7

6.9

5.9

5.9

Nəqliyyat, anbar təsərrüfatı və rabitə

12

9.8

10

9.5

8.1

6.6

6.0

Sosial və qeyri-formal xidmətlər

16.5

14.2

13.8

13.8

10.6

9.9

8.4

Xalis vergilər

6.2

8

7.8

7.2

7.7

5.5

7.3

Cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır

Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət 2015-ci ildə də okəmizin davamlı dinamik inkişafını şərtləndirmiş, dovlətimizin siyasi və iqtisadi qudrətinin artması, xalqın rifah halının yaxşılaşdırılması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həyata keçirilmiş işlərin, əldə edilmiş nailiyyətlərin həcmi baxımından diqqətəlayiq olmuşdur. ÜDM-in istehsalı 2014-cü ildə də yuksək olmuş və 25,2 milyard manata çatmışdır ki, bu da 2013-cü illə muqayisədə 25,0 faiz səviyyəsində real artım deməkdir. İl ərzində ÜDM-in adambaşına düşən həcmi 23,6 faiz artaraq 2 981,0 manata, yaxud 3 473,9 ABŞ dollarına çatmışdır və bu göstəriciyə görə ölkəmiz dünya ölkələri sırasındakı mövqeyini xeyli yaxşılaşdırmışdır. İqtisadi İnkişaf Nazirliyinin hesabatında qeyd edilir ki: 2014-cü ildə qeyri-neft sektoru uzrə artım 12 faiz təşkil etmiş, ümumilikdə son 4 ildə olkə iqtisadiyyatı təxminən 2 dəfə, qeyri-neft sektoru 1,8 dəfə artmışdır. 2014–cü ildə 2010-cu illə müqayisədə dövlət investisiya qoyuluşunun həcmi 2 dəfədən çox artmışdır. İqtisadiyyatda müşahidə olunan sıçrayışlı artım 2014-cü ilin dövlət və icmal büdcələrinin göstəricilərində də özünü aydın şəkildə büruzə vermişdir. 2003-cü illə muqayisədə 2007-ci ildə dövlət büdcəsinin cari xərcləri üzrə səhiyyə xərcləri 4,6 dəfə, kənd təsərrüfatı xərcləri 4,4 dəfə, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idman xərcləri 3,1 dəfə, təhsil xərcləri 3,2 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 2,9 dəfə, mənzil-kommunal təsərrüfatı xərcləri 3,2 dəfə artmışdır.

Son dövrdə kənd təsərrufatı sahəsində dovlət dəstəyinin gücləndirilməsi müşahidə edilir. Ölkə Prezidentin Sərəncamına əsasən 2014-cü ilin dovlət budcəsindən 80,0 milyon manat vəsaitin ayrılması hesabına həmin ildə 598,8 min nəfər fiziki və 12 hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda istehsalçılarına səpilən hər hektar sahəyə gorə 40 manat yardımın verilməsi təmin edilmişdir. Belə ki, bu məqsədlə 68,9 milyon manat vəsait sərf olunmuşdur. Təhlillər göstərmişdir ki, belə yardımların nəticəsi olaraq əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsulları üzrə bütovlukdə əkilən sahə 2,0 min hektar, payızlıq taxıl və buğda sahələri isə 261 min hektar artmışdır.

Statistik məlumatlara görə sahibkarlığın, o cumlədən aqrar sektorda sahibkarlığın inkişafına dovlət qayğısı 2014-ci ildə daha da artırılmış, fermer təsərrufatlarına mikrokreditlərin verilməsi, lizinq xidmətinin gostərilməsi istiqamətində mühüm addımlar atılmışdır. «Aqrolizinq» ASC üçün nəzərdə tutulmuş 40,0 milyon manat, Kənd Təsərrufatı Kreditləri uzrə Dovlət Agentliyinə nəzərdə tutulmuş 5,0 milyon manat vəsaitlərin təyinatı uzrə istifadəsi təmin edilmişdir.

Qeyd etmək lazımdır ki, aqrar sektorda fəaliyyət gostərən fermerlərə və sahibkarlara dovlət dəstəyi gücləndirilməkdə davam etmişdir. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının, aqrar sənaye məhsullarının istehsalına və həm də ixracına müsbət təsir göstərmişdir. Belə ki, kənd təsərrufatı məhsulları istehsalı ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər isə əlavə dəyər vergisini və əmlak vergisini odəməkdən azad ediliblər. Ölkə Prezidentinin «Aqrar bolmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 2004-cü il 23 oktyabr tarixli Sərəncamına uyğun olaraq aqrar bolmənin müasir texnika ilə təchizatının mükəmməlləşdirilməsi məqsədilə «Aqrolizinq»” ASC yaradılmış, beş ilə qaytarmaq şərtilə kənd təsərrufatı texnikalarının alınıb lizinqə verilməsi üçün 2010-cu ildən başlayaraq dövlət büdcəsindən iri məbləğdə vəsaitlər ayrılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına zəruri aqrokimyəvi xidmətlərin gostərilməsi üçün bu səhmdar cəmiyyətinin tərkibində 61 rayonda təsərrufat hesablı Aqroservis filialları yaradılmış və onların texnika ilə təchiz olunması sahəsində tədbirlər həyata keçirilməkdədir. SC-nin məlumatına görə: «2012-2014-cü illərdə ölkəyə səhmdar cəmiyyət tərəfindən gətirilmiş kənd təsərrufatı texnikalarından 270 ədəd taxılyığan kombayn, 486 ədəd traktor, 11 ədəd mini traktor, 19 ədəd ekskavator-buldozer və 1061 ədəd kotan və muxtəlif kənd təsərrufatı təyinatlı qoşqular rayon Aqroservis filiallarının və ayrı-ayrı şəxslərin istifadəsinə verilirmişdir». Azərbaycan Hökümətinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə «Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalçılarının stimullaşdırılması məqsədilə dovlət budcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»” təsdiq edilmişdir ki, bu sənədə əsasən, buğda istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur və bu ötən illər ərzində həyata keçirilməkdədir.

Azərbaycan Respublikasında Kənd təsərrüfatı məhsulları istehsalı, 2008-2014-cü illər (mln. manat.)





2008

2009

2010

2011

2012

2013

2014

Bütün təsərrüfat kateqoriyaları

1060.7

1270.5

1366.5

1476.6

1732.1

1969.7

2318.3

Dinamika

-

119.7

107.5

108.0

117.0

113.7

117.7

o cümlədən:

bitkiçilik

617.7

774.1

807

874.8

988.2

1124.3

1303.1

heyvandarlıq

443

496.4

559.5

601.8

743.9

845.4

1015.2

Kənd təsərrüfatı müəssisələri

23.9

22.8

41.6

63.2

68.9

63.6

98.8

o cümlədən:

bitkiçilik

17.8

11

10.3

13.0

14

15.9

17.7

heyvandarlıq

6.1

11.8

31.3

50.2

54.9

47.7

81.1

Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları

1036.8

1247.7

1324.9

1413.4

1663.2

1906.1

2219.5

o cümlədən:

bitkiçilik

599.9

763.1

796.7

861.8

974.2

1108.4

1285.4

heyvandarlıq

436.9

484.6

528.2

551.6

689

797.7

934.1

Cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır

Azərbaycan Respublikasının aqrar bölmənin inkişaf prioritetləri aşağıdakı kimi müəyyən edilmişdir:



  1. Respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini;

  2. Respublikada kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası;

  3. Respublikada aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;

  4. Ölkədə aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi;

  5. Ölkədə rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;

  6. Respublikanın aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması;

  7. Ölkədə aqrar bölmənin hüquqi normativ bazasının təkmilləşdirilməsi;

  8. Respublikada aqrar bölmənin elmi-metodiki təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi.

Aparılmış tədqiqatlar və proqnozlara görə 2008-2014-cü illərdə aqrar bölmədə məhsul istehsalı 40 faizə qədər artmışdır və eyni göstərici ixracda da öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, istər aqrar bölmənin, istərsə də digər sahələrin ixrac potensialının yüksəldilməsində və ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsində özəl bölmənin, xüsusi mülkiyyətə əsaslanan sahibkarlığın rolu xüsusilə vurğulanmalıdır. Belə ki, qeyri-neft sektoru üzrə ixrac əsasən özəl bölmə hesabına formalaşır. Bu baxımdan müasir iqtisadi proseslər şərəaitində dövlətin sahibkarlığa dəstəyi xüsusi əhəmiyyətə malikdir.

Belə ki, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dovlət Proqramı»nın (2014-2018-ci illər)” qəbulundan və həmin proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırıldığı bu illər ərzində ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində özəl sektora maraq xeyli artmışdır. 2012-ci ildə ÜDM-in strukturunda özəl bölmənin payı əvvəlki illərə nisbətən xeyli artaraq 84 faizə çatmış, son dörd il ərzində açılmış yeni iş yerlərinin də 85 faizindən çoxu özəl sektorun payına düşmüşdür. Dövlət büdcəsi gəlirlərinin də böyük hissəsi bu sektorda formalaşır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə 2014-cü ildə ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin sayı 77 mini keçmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə muqayisədə təxminən 26 faiz çox olmuşdur. Bu ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinin əsas göstəricisi kimi də xarakterizə edilə bilər. Bu müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 255 mini ötmüşdür.



Azərbaycan Respublikasının ixrac potensialının artmasında son illər sənaye sahəsində əldə edilmiş nailiyyətlər, inkişaf prosesləri də xüsusi rola malikdir. 2008-2014-cü illər ərzində ölkədə sənaye məhsulu istehsalının həcmi 4020 milyon manatdan 20277 milyon manata yüksəlmişdir. Respublikada sənaye istehsalını mədənçıxarma və emal sənayeləri kimi qruplaşdırsaq, görərik ki, son illər birincinin ümumi sənaye məhsulu istehsalında çəkisi durmadan artmışdır. Belə ki, neft sektorunda hasilatın artımı ilə bağlıdır. Amma bununla yanaşı emal sənayesində də inkişaf prosesləri müşahidə edilmişdir. 2008-2014-cü illər ərzində emal sənayesi məhsulu istehsalı 2002 mln. manatdan 14631 mln. manata çatmışdır. Bu sektorda məhsul istehsalı 2012-ci ildə 16 %, 2013-cü ildə 6,9 %, 2014-cü ildə isə 7,3 % artmışdır. Respublikanın emal sənayesinin daha sürətli artım müşahidə olunan sahələri bunlardır: dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı, oduncaqların emalı və ağacdan məmulatların istehsalı, sellüloz-kağız istehsalı; nəşriyyat işi, maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı.
Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə