“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 

28 


W istehlak qiymətləri indeksinə I

p

 bölünməklə tapılır: 



 

                                      

                                                (1.2) 

(istehlak qiymətləri indeksinin  hesablanması metodikası orta ariometrik indeks 

kimi  Laspeyres formuluna əsaslanır. 

Həyat səviyyəsi tədqiq edilərkən əhalinin uyğun resurs və xidmətlərin istehlakı 

imkanlarının qiymətləndirilməsi və alıcılıq qabiliyyəti paritetindən istifadə olunur. Bu 

hesablama  ümumilikdə  əhali  və  ayrı-ayrı  əhali  qrupları  üçün  istifadə  olunur  və 

aşağıdakı göstəricilərlə xarakterizə edilir:  

a.

 



adambaşına  orta  pul  gəlirlərin  ümumi  məbləğini  əldə  etməklə  məhsul  və 

xidmətlərin kəmiyyətinin qabaqcadan müəyyənləşdirilməsi ilə; 

b.

 

əmtəə  və  xidmətlərin  ayrı-ayrı  növlərinin  əmtəə  ekvivalenti  formasında 



hesablanmaqla  

Alıcılıq  qabiliyyəti  səviyyəsi  bütövlükdə  əhalinin  adambaşına  düşən  orta  pul 

gəlirlərinin D əmtəə və xidmətlərin orta qiyməti P əsasında hesablanır: 

                                              



G

D

AQP

                                               (1.3.) 



Əhalinin  gəlirlərinin  qruplaşmasının  mütləq  tədqiqat  metodu  Variasiya 

sırasının  qurulması  əsasında  adambaşına düşən  orta  pul  gəlirləri  üzrə  bölünməsidir. 

Burada  empirik  verilənlər  seçilmiş  ev  təsərrüfatlarının  yoxlanması,  sıralanması  və 

qruplaşdırılması,  gəlirin  artması  intervalı üzrə statistik xarakteristikası  üçün  istifadə 

olunur. Bu zaman adambaşına gəlirlərin orta əhəmiyyəti; modal gəlirlər (hər şeydən 

əvvəl əhalinin üzləşdirilən gəlir səviyyəsi); median gəlirlər (gəlir göstəricisi, orta sıra 

üzrə sərəncamda qalan gəlirlər) əsas kimi götürülür. 

Milli  hesablar  sisteminin göstəriciləri üzrə  metodologiyada  sərəncamda  qalan 

gəlir  –  vergilər  digər  məcburi  ödəmələri  çıxıldıqdan  sonra  qalan  nominal  gəlir  kimi 

göstərilir.  Bildiyimiz  kimi  əhalinin  istehlak  səviyyəsi  birbaşa  gəlirlərdən  asılı  olur. 

Sərəncamda qalan gəlirlərin dinamikasını ölçmək üçün gəlirlərin real bölüşdürülməsi 

göstəricisindən istifadə olunur və qiymət indeksini nəzərə almaqla hesablanır. Əhali-

nin  şəxsi  sərəncamında  olan  gəlirlər  -  əhalinin  şəxsi  gəlirlərindən  vergilər,  məcburi 



 

29 


ödəmələr  və  könüllü  olaraq  ictimai  təşkilatlara  ödəmələr  çıxıldıqdan  sonra  qalan 

məbləğ aid edilir.  

Gəlirlərin  alıcılıq  qabiliyyətini  vaxta  görə  ümumiləşdirilmiş  formada  qiymət-

ləndirmək  üçün  əhalinin  ümumi  real  gəlirləri  göstəricisindən  istifadə  olunur.  Sərən-

camda qalan pul gəlirləri nominal pul gəlirlərinin, məcburi ödəmələrin hesablanması 

yolu ilə müəyyən edilir. 

Əhalinin gəlirlərinin strukturunu, səviyyəsini və həcmini ölçmək üçün həmçi-

nin şəxsi sərəncamda qalan gəlirləri müəyyən etmək üçün adambaşına düşən orta pul 

gəlirləri, pul gəlirlərinin alıcılıq qabiliyyəti göstəricilərindən istifadə olunur.  

Ümumiyyətlə  əhalinin  gəlirləri onların  səviyyəsi,  strukturu, alınma  mənbələri 

və  diferensiasiya  dərəcəsi  cəmiyyətin  rifahının  mühüm  sosial  və  iqtisadi  göstəricisi 

hesab  olunur.  Gəlirlə  bağlı  bazar  strategiyasının  əsas  prinsipi  ―hamının    varlı 

olmasının  mümkünsüzlüyü  və  eyni  zamanda  heç  kəsin  kasıb  olmaması‖ndan  iba-

rətdir.  Bu  baxımdan  gəlirlərin  dəstəklənməsi  üzrə  dövlətin  yeritdiyi  siyasət  yoxsul-

luqla mübarizənin mühüm dövlət məqsədi olmasına dəlalət edir.  

Gəlirlərin formalaşmasında məşğulluqdan əldə edilən gəlirlər ən mühüm göstə-

ricilərdən  biri  hesab  edilir.  Ümumiyyətlə,  əhalinin  məşğulluğunun  təmin  edilməsi 

sosial-iqtisadi inkişafın tərkib hissəsi hesab edilir. Belə ki, hər bir vətəndaşın ictimai 

yararlı fəaliyyəti şəxsi və ictimai tələbatın ödənilməsində mühüm rol oynayır.  

Gəlirlərin dövlət tənzimlənməsinin mühüm elementi  nominal orta aylıq  əmək 

haqqının son həddinin müəyyən edilməsidir. Bu hədd inflyasiya spiralının «qiymət və 

əmək  haqqı» ilə  uyğunluq təşkil  etməlidir.  Bu tədbir təcrübədə  əmək  haqqı və qiy-

mətin  «dondurulması»  kimi  gəlirlərinin  qorunması  siyasətinin  əsas  elementini  təşkil 

edir. Qoruma  siyasəti  realizə olunan  məcmu  təklifin  həcmi  üzərində ödəmə  qabiliy-

yətli  tələbi  inflyasiya  artımı  ilə  məhdudlaşdırır.  Bir  sıra  alimlərin  fikrincə  burada 

hakim sosial göstəricilərə: gəlirlərin, var-dövlətin, mülkiyyətin, kapital üzərində hü-

quq və nəzarətin bölünməsində bərabərlik dərəcəsinə xüsusi  diqqət yetirilməsi tələb 

olunur. 


Beləliklə,  əhali  gəlirlərinin  ölçüsünün  və  strukturunun  qiymətləndirilməsində 

müxtəlif göstəricilərin nəzərə alınması tələb olunur. Bunlara: il ərzində istehsal olu-




 

30 


nan Ümumi Daxili Məhsul (adambaşına); ev təsərrüfatlarının gəlirləri, inflyasiya və 

indeksləşmə,  əmək  haqqı  səviyyəsi,  dövlətin  sosial  müdafiə  və  təminat  üzrə  həyata 

keçirdiyi  tədbirlər;  qeyri-bərabərliyin  və  yoxsulluğun  səviyyəsi  və  s.  bu  kimi  həyat 

səviyyəsinə təsir göstərən göstəricilər daxildir.       

Bir  sıra  inkişaf  etmiş  ölkələrdə  gəlirlərin  təkrar  bölgüsü  zamanı  onun  sosial 

əhəmiyyətini nəzərə alaraq dövlət, bazarda sağlam rəqabət mühitinin yaradılması, az-

təminatlı  əmək  qabiliyyətli  əhalidə  başqasının  hesabına  yaşamaq  əhval-ruhiyyəsinin 

aradan qaldırılması, insanlarda yüksək gəlirli fəaliyyətdə çalışmaq marağının forma-

laşması və bunun üçün əlverişli şərait yaradılması istiqamətində tədbirlər həyata keçi-

rir. Bu tədbirlərin həyata keçirilməsi ilə əhalinin gəlirlərini formalaşır. Ümumiyyətlə 

əhalinin məcmu gəlirləri, onların səviyyəsi, strukturu, alınma (əldə edilmə) üsulu və 

qruplaşdırılması  cəmiyyətin  iqtisadi  və  sosial  rifahının  göstəricisi  kimi  qiymət-

ləndirilir.  

Gəlirlərin artması ailənin sərvəti və rifah halı ilə birbaşa bağlıdır.  Gəlirlər və 

sərvət  arasında  birbaşa  bağlılıq  vardır.  Gəlir  səviyyəsi  sərvətin  ölçüsünü  müəyyən 

edir. Deməli sərvət  nə qədər çox olarsa gəlir də bir o qədər çox olar.  

Beləliklə,  əhali  gəlirləri  birinci,  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinin, 

ikincisi,  insanlarda  əməyə  stimul  yaranmasının,  üçüncüsü  ailənin  maddi  və  mənəvi 

tələbatının  ödənilməsinin, dördüncüsü təkrar  istehsalının  əsas mənbəyi  rolunu oyna-

yır.  


 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə