“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 

31 


FƏSİL 2. MÜASIR DÖVRDƏ AZƏRBAYCANDA ƏHALİNİN HƏYAT 

SƏVIYYƏSININ VƏ GƏLİRLƏRİNİN TƏNZİMLƏNMƏSİNİN  TƏHLİLİ 

 

2.1. Qlobal maliyyə böhrani şəraitində gəlirlərin tənzimlənməsində  baş verən 



dəyişikliklərin təhlili 

 

Əvvəlki  fəsildə  qeyd  etdiyimiz  kimi,  bazar  münasibətləri  şəraitində  əhali 



gəlirləri  və  onların  ədalətli  bölgüsü  və  yenidən  bölgüsü  dövlətin  sosial-iqtisadi 

siyasətinin  ən  mühüm  tərkib  hissəsi  kimi  çıxış  edir.  Bazar  iqtisadiyyatının  inkişaf 

etdiyi  ölkələrdə,  xüsusilə  Qərbi  Avropa  ölkələrində  gəlirlərin  bölgüsü  və  yenidən 

bölgüsündə sosial ədalət prinsiplərinə riayət olunması sosial bərabərsizliyin nisbətən 

azaldılmasına,  insan  potensialının  inkişaf  etdirilməsinə  əhəmiyyətli  dərəcədə  təsir 

göstərmişdir. Bu ölkələrdə yüksək səviyyədə həyata keçirilən sosial müdafiə sistemi 

və  əhali  gəlirlərinin  tənzimlənməsi  əhalinin  rifah  halının  yaxşılaşmasına  və  həyat 

səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.  

Təcrübə  gəlirlərin  formalaşması  və  bölgüsünə  çoxsaylı  obyektiv  və  subyektiv 

amillərin  təsir  etdiyini  göstərir.  Gəlirlərin  formalaşmasına    təsir  göstərən  obyektiv 

amillər bütün dünyada bu və ya digər dərəcədə mövcuddur. Bunlara yaş, cins, peşə-

ixtisas,  bilik  və  peşəkarlıq  səviyyəsi,  iş  yeri,  vəzifə  və  s.  bu  kimi  amillər  daxildir. 

Subyektiv  amillərə  ölkənin  sosial-iqtisadi  vəziyyəti,  dövləti  quruluşu  və  s.  daxildir. 

Sözsüz ki, bu amillər əhali gəlirlərinin tənzimlənməsinə təsir göstərir.   

Qeyd  etmək  lazımdır  ki,  Sovetlər  Birliyi  dövründə  əhali  gəlirlərinin 

tənzimlənməsi  mərkəzləşmiş  şəkildə  birbaşa  dövlət  tərəfindən  inzibati  üsullarla 

tənzimlənirdi. Məsələn, inzibati-amirlik sistemində əmək haqqı əməyin bölgüsü aləti 

kimi  çıxış  edə  bilmirdi,  çünki  dövlət  istehsal  edilən  məhsulun  kəmiyyət  və 

keyfiyyətindən  asılı  olmayaraq,  onu  direktiv  qərarlarla  müəyyən  edirdi  (27,  s.  18). 

Digər  sahələrdə  də  bütün  iqtisadi  fəaliyyətlər  inzibati  üsullarla  tənzimlənirdi.  Birlik 

dağıldıqdan  sonra  Birlik  ölkələrinin  sosial-iqtisadi  həyatında  ciddi  dəyişikliklər  baş 

verdi  və  bu  da  əhali  gəlirlərinin  formalaşmasına  və  tənzimlənməsinə  təsir  göstərdi. 

Bunların sırasına: 

 



iqtisadiyyatın böhran vəziyyətinə düşməsini;  


 

32 


 

müstəqilliyin ilk illərində  yaranmış  boşluqdan istifadə  edərək vəzifədən  sui-



istifadə hallarının sürətlənməsi və dövlət əmlakının kiçik bir qrup tərəfindən mənim-

sənilməsini; 

 

rüşvətxorluq və korrupsiya hallarının çoxalmasını; 



 

büdcə gəlirlərinin real həcminin azalmasını; 



 

dövlətin sosial müdafiə və sosial təminat gücünün zəifləməsini; 



 

inflyasiyanın sürətlənməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsini;  



 

qeyri-formal  təsərrüfat  gəlirlərinin  payının  əhəmiyyətli  дяряжядя  çox  olma-



sını;  

 



əhalinin pul gəlirlərində əmək haqqının payının azalmasını;  

 



əmək  haqqı  artımı  ilə  istehlak  qiymətləri  indeksi  arasında  kəskin  fərqin 

olmasını; 

 

sahələrarası əmək haqqı fərqlərinin dərinləşməsini və s. daxil etmək olar.  



Dünya təcrübəsi göstərir ki, əhalinin gəlirlərinin tənzimlənməsində ciddi prob-

lemlər, eyni zamanda gəlirlər üzrə bərabərsizliyin dərinləşməsi əsasən iqtisadi cəhət-

dən  zəif  inkişaf  edən  ölkələrdə  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  baş  verir.  Məlum 

olduğu kimi bazar münasibətlərinin formalaşmasının ilk mərhələsində Azərbaycanda 

da həyat səviyyəsi kəskin aşağı düşmüş, əhalinin gəlirlərinin tənzimlənməsində ciddi 

problemlər  meydana  çıxmış  və  bunun  da  nəticəsi  olaraq    əhali  qrupları  arasında 

bərabərsizlik dərinləşmişdir.  

Onu da qeyd edək ki, gəlirlərin bərabərsizliyinə obyektiv amillərlə yanaşı sub-

yektiv  amillər  də  təsir  göstərmişdir.  Lakin  bu  məsələlərlə  bağlı  statistik  materiallar 

olmadığından  indiki  şəraitdə  bunların  təsir  dairəsinin  ölçülməsi  çətindir.  Buna  bax-

mayaraq  əhali  gəlirlərinin  tənzimlənməsində  baş  verən  dəyişikliklərin,  eləcə  də  gə-

lirlərin  bərabərsizliyinə  təsir  göstərən  obyektiv  və  subyektiv  amillərin  əhatə  dairə-

sinin müəyyən edilməsinə çalışacağıq.  

Əvvəlki  fəsildə  gəlirlərin  tənzimlənməsinin  birbaşa  bölgü  və  yenidən  bölgü 

mexanizmindən asılı olmasını nəzəri olaraq təhlil etmişdik. Yeri gəlmişkən qeyd edək 

ki,  iqtisadi  nəzəriyyədə  gəlirlərin  bölgüsü  və  yenidən  bölgüsü  bir-birindən  fərqlən-

dirilir. Gəlirlərin ilkin bölgüsü nəticəsində istehlakçıların hər birinin istehsal olunmuş 



 

33 


milli gəlirdə payı müəyyən olunur. Başqa sözlə, istehsal olunmuş milli gəlir əvvəlcə 

onun  yaradılmasında  bilavasitə  iştirak  edənlər,  yəni  istehsal  amillərinin  mülkiyyət-

çiləri  arasında    bölüşdürülür.  Sözsüz  ki,  hər  bir  istehsal  amili  gəlirlərin 

tənzimlənməsinə və bərabərsizliyinə müxtəlif səviyyələrdə təsir göstərir. Lakin isteh-

sal amilləri üzrə gəlirlər - əhali gəlirlərinin tənzimlənməsinə imkan vermir. Çünki gə-

lirlərin  makrosəviyyədə tənzimlənməsi daha  çox nisbi xarakter  daşıyır. Ona  görə  də 

makrosəviyyə  ilə  yanaşı  mikrosəviyyədə  də  tənzimləmə  siyasətinin  aparılması  tələb 

olunur. Əvvəlcə onu bildirək ki, hazırda gəlirlərin dövlət tənzimlənməsi mexanizmi 

minimum əmək haqqı, yaşayış minimumu, Vahid Tarif Cədvəli, indeksasiya, Ünvanlı 

Sosial  Yardım,  müavinətlər  və  s.  üsullarla  həyata  keçirilir.  Bu  üsullarla  ÜDM-in 

adambaşına düşən həcmi, büdcə gəlirləri və xərcləri, orta aylıq əmək haqqı, əhalinin 

pul  gəlirləri,  inflyasiya,  məşğulluq  və  s  bu  kimi  makroiqtisadi  göstəricilər  tənzim-

lənir.  Bundan  başqa,  əhali  gəlirlərinin  tənzimlənməsində  üçtərəfli  əməkdaşlığın 

(dövlət, həmkarlar və sahibkarlar arasında bağlanan Baş Saziş) böyük rolu vardır. 

Onu  da  qeyd  edək  ki,  gəlirlərin  tənzimlənməsində  baş  verən  dəyişikliklərdən 

danışarkən  ilk  növbədə  əhali  gəlirlərinin  makro  və  mikrosəviyyədə  quruluş  və 

dinamikasına baxılması, eləcə də  gəlirlər üzrə bərabərsizliyin yaranma səbəblərinin 

müəyyən edilməsi tələb olunur. Makrosəviyyədə tənzimləmə və qiymətləndirmə daha 

çox ümumilikdə ölkədə iqtisadi inkişafı və həyat səviyyəsini müəyyən edərkən tətbiq 

olunur.  Bu  ölkədə  əhalinin  həyat  səviyyəsini  qiymətləndirməyə  imkan  verir.  Bu 

zaman ÜDM-in adambaşına düşən həcmi göstəricisindən istifadə olunur.    

Qeyd  etmək  lazımdır  ki,  gəlirlərin  tənzimlənməsi  və  əhali  gəlirlərində 

bərabərsizlik səviyyəsi keçid iqtisadiyyatlı ölkələrin özündə də bir-birindən fərqlənir. 

Bunun  səbəbi  islahatların  və  özəlləşdirmənin  fərqli  şəkildə  həyata  keçirilməsidir. 

Məsələn, Polşa, Sloveniya, Macarıstan və Çexiyada həyata keçirilən islahatlar Sovet 

Иttifaqı  respublikalarında  həyata  keçirilən  islahatlardan  fərqlənirdi.  Bu  baxımdan 

onların  nəticələri  də  fərqli  olmuşdur.  Belə  ki,  islahatların  ilk  dövrlərində  İttifaq 

respublikalarından  fərqli  olaraq  bu  ölkələrdə  bərabərsizlik  nəzərəçarpacaq  dərəcədə 

artmadı.  Qısa  vaxtda  Ümumi  Daxili  Məhsulun  həcmi  keçid  dövrünə  qədərki 

səviyyəyə  çatdı  və  hətta  bir  qədər  onu  üstələdi.  Bu  ölkələrdə  hökumət  milli  gəlirin 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə