“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 

34 


bölünməsində bərabərliyi yumşaltmaq  məqsədilə əmək haqqı ödəmələrinə nəzarətin 

əhəmiyyətli gücləndirilməsi ilə bərabərsizliyin dərinləşməsinin qarşısını aldı.  

Əvvəldə  qeyd  etdiyimiz  kimi  bazar  iqtisadiyyatına  keçidin  ilk  illərində 

Azərbaycanda da kəskin iqtisadi böhran baş verdi və bu əhalinin həyat səviyyəsinin 

aşağı  düşməsinə,  gəlirlərin  bölgüsündə  bərabərsizliyin  dərinləşməsinə  səbəb  oldu. 

Belə  ki, 1991-1993-cü  illərdə ölkədə  baş verən  hiperinflyasiya  Ümumi  Daxili  Məh-

sulun  real həcminin və  əhalinin  pul gəlirlərinin kəskin  azalmasına təsir göstərdi. Bu 

illərdə respublikada əhalinin adambaşına düşən pul gəlirləri  66,5 dəfə, istehlak mal-

ları  qiymətinin  və  xidmət  tariflərinin  məcmu  indeksi  isə  200  dəfədən  çox  artmışdır. 

Həmçinin  1990-cı  ildə  yoxsulluq  həddində  yaşayanlar  əhalinin  33%-ni  təşkil  etdiyi 

halda, 1993-cü ildə bu  90%-ə çatmışdır.    

Bu böhranın aradan qaldırılması üçün xalqımızın Ümummilli Lideri H.Ə.Əli-

yev 1994-cü ildə dünyanın aparıcı dövlətləri və neft şirkətləri ilə ―əsrin müqaviləsini‖ 

bağladı. Bu müqavilə qısa vaxta, yəni 1995-ci ildən başlayaraq öz təsirini göstərdi və 

iqtisadi  böhranın  qarşısını  aldı.  Beləliklə,  müstəqillik  illərinin  ilk  iqtisadi  artımı 

müşahidə olundu. Sonralar mərhum prezident H.Əliyev öz çıxışlarının birində qeyd 

edirdi  ki,  «1991-1994-cü  illərdə  ölkədə  istehsal  müəssisələrinin  böyük  əksəriyyəti 

dayanmış  və  öz  gücünün  15-20%-i  səviyyəsində  işləmişdir,  həmin  illərdə  sənayedə 

illik  geriləmə  20-24%-ə,  kənd  təsərrüfatında  15-20%-ə,  kapital  qoyuluşunda  isə       

40 %-ə çatmışdır.

    

Sonrakı illərdə, yəni 1995-2014-cı illərdə ölkəmizin neft müqavilələrindən əldə 



etdiyi gəlirlər (bonus, mənfəət neftinin satışı, tranzit gəlirləri) iqtisadiyyatın dinamik 

inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Beləliklə, 1995-2014-cı illərdə öl-

kənin  durumu  əhəmiyyətli  dərəcədə  yaxşılaşmış  və  əsas  makroiqtisadi göstəricilərin 

dinamik artımı davam etmişdir.  

Sözsüz  ki,  burada  dünya  iqtisadiyyatında  baş  verən  inkişaf  və  dünya  neft 

bazarlarındakı sürətli qiymət artımı Azərbaycana böyük həcmli neft gəlirlərinin daxil 

olmasına  və  ölkənin  maliyyə  imkanlarının  genişlənməsinə  təsiri  heç  də  az  deyildir. 

Bu  nailiyyətlər  əhali  gəlirlərinin  tənzimlənməsi  istiqamətində  müsbət  dəyişikliklərin 

baş  verməsinə  səbəb  olmuşdur.  Lakin  dünya  təcrübəsindən  məlumdur  ki,  böyük 



 

35 


həcmli  neft  gəlirlərinin  iqtisadi  dövriyyəyə  daxil  olmasının  üstünlükləri  ilə  yanaşı 

mənfi  tərəfləri  (Holland  və  ya  Afrika  sindromları)  də  vardır.    Hesab  edirik  ki, 

Azərbaycana daxil olan neft gəlirləri dövlətin ciddi nəzarətinə götürüldüyündən neft 

gəlirlərinin  mənfi  nəticələrinin  qarşısı  alınır.  Lakin  buna  baxmayaraq  bu  gəlirlər 

inflyasiyanın  əvvəlki  illərlə  müqayisədə  sürətlənməsinə  təsir  göstərmişdir.  Belə  ki, 

əgər əvvəlki illərdə inflyasiya 1,8,-2,2% arasında tərəddüd edirdisə 2012 bu 6,7%-ə 

2013-ci ildə 9,6%-ə, 2014-cı ildə isə 8.3% olmuşdur. 

 

Təbii ki, bütün yuxarıda sadalanan inkişaf templəri son illərdə əhali gəlirlərinin 



artmasına  səbəb  olmuş  və  gəlirlərin  tənzimlənməsində  müsbət  irəliləyişlər  əldə 

edilmişdir. Bu da öz növbəsində bərabərsizliyin əvvəlki illərlə müqayisədə nisbətən 

azaldılmasına təsir göstərmişdir.

 

 



2014-cı ildə həyata keçirilən iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərin-

ləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin 

yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin 

olunmasına yönəlmişdir. Bu siyasətə uyğun olaraq, 2014-cı ildə sosial-iqtisadi inkişaf 

sahəsində əldə olunmuş nailiyyətlərə aşağıdakıları aid etmək olar:  

1.

 



makroiqtisadi  sabitliyin  qorunub  saxlanılması  və  dinamik  iqtisadi  inkişafın 

təmin edilməsi; 

2.

 

real  sektorun  potensialının  gücləndirilməsi  və  strukturunun  yenidən  qurul-



masının sürətləndirilməsi hesabına milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəl-

dilməsi,  o  cümlədən  neft  sektorunun  dinamik  inkişafı  ilə  yanaşı,  qeyri-neft  sektoru-

nun inkişafının təmin olunması; 

3.

 



investisiya  fəallığının  artırılması  və  investisiya  mühitinin  yaxşılaşdırılması 

hesabına ümumilikdə ölkədə, o cümlədən ayrı-ayrı regionlarda sahibkarlığın, istehsal, 

sosial və bazar infrastruktur sahələrinin inkişafının sürətləndirilməsi; 

4.

 



əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması və məşğulluq səviyyəsinin 

yüksəldilməsi; 

5.

 

dövlət  idarəetmə  sisteminin  bazar  iqtisadiyyatı  prinsiplərinə  uyğunlaşdırıl-



masının sürətləndirilməsi; 

6.

 



əhalinin  sosial  vəziyyətinin  yaxşılaşdırılması,  o  cümlədən  əhalinin  aztəmi-


 

36 


natlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı yardım sisteminin for-

malaşdırılması və yoxsulluğun azaldılması; 

7.

 

milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndiril-



məsi.  

Yuxarıda göstərdiyimiz kimi məqsədyönlü neft siyasəti və eləcə də dünya ba-

zarındakı  əlverişli  (neftin  qiymətinin  artması)  şərait  ölkə  iqtisadiyyatında  sürətli  in-

kişafı təmin etmişdir. Azərbaycan Respublikası DSK-nın məlumatlarına görə Ümumi 

Daxili Məhsulun artımının 78,4%-ni neft sənayesi, 4%-ni digər sənaye sahələri, 4%-

ni kənd təsərrüfatı, 13,6 %-ni xidmət sahələri təşkil etmişdir. İstehsal olunmuş əlavə 

dəyərin  66,7%-i  istehsal  sahələrində  əldə  edilmiş  və  bu  2012-cü  ilin  müvafiq  gös-

təricisindən  37%  çox  olmuşdur.  2014-cı  ildə  Ümumi  Daxili  Məhsulun  51.6%-i  neft 

və qaz sənayesinin, 6.9%-i kənd təsərrüfatı ovçuluq və meşəçiliyin, 5.3%-i isə emal 

sənayesinin payına düşmüşdür. 2014-cı ildə xidmət sahələrində əvvəlki illə müqayi-

sədə  726.6  milyon  manat  çox    əlavə  dəyər  yaranmasına  baxmayaraq,  onun  Ümumi 

Daxili  Məhsuluda  xüsusi  çəkisi  25,0%-dən  21.4%-ə  qədər  azalmışdır.  2014-cı  ildə 

bütün maliyyə mənbələri üzrə investisiyaların həcmi 2013-ci illə müqayisədə  10.1% 

artmaış,  2009-ci  illə  müqayisədə  2014-cı  ildə  investisiyaların  həcmi  5.7  dəfə,  o 

cümlədən  daxili  investisiyaların  həcmi  isə  6.3  dəfə  artmışdır.  Göründüyü  kimi  son 

illərdə  daxili  investisiyaların  artım  tempi  ümumi  investisiyaların  artım  tempini 

üstələmişdir.  Bu  da  həm  dövlətin  gəlirlərinin  artması,  həm  də  əhalinin  gəlirlərinin 

artması ilə əlaqədar olaraq baş vermişdir.      

Ümumiyyətlə  2010-2014--cı  illərdə  Azərbaycan  Respublikasının    Prezidenti 

İ.Əliyevin  imzaladığı  çoxsaylı  fərman  və  sərəncamları  büdcə  təşkilatlarında  əmək 

haqlarının,  ölkədə  pensiya  və  müavinətlərin,  müharibə  veteranlarına  və  əlillərə 

verilən ödənişlərin, fəxri adlara, elmi dərəcələrə görə verilən əlavələrin, artırılmasına, 

ayrı-ayrı  sahələrin  və  sahibkarlığın  inkişaf  proqramlarına  aid  edilmişdir  ki,  bu 

əhalinin xeyli hissəsinin pul gəlirlərinin yaxşılaşdırılmasına və gəlirlərin bölgüsündə 

bərabərsizliyin nisbətən də olsa aradan qaldırılmasına təsir göstərmişdir. Lakin bütün 

bunlara baxmayaraq ölkədə gəlirlərin bölgüsündə sosial ədalətsizlik hələ də qalmaq-

dadır. Düzdür, gəlirlərin bərabərsizliyinə obyektiv və subyektiv amillərin təsiri var-



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə