“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 

42 


Cədvəl 2.3 

Müxtəlif  ölkələrdə gəlirlərin bərabərsizliyini əks etdirən göstəricilər 

 

Cini əmsalı adambaşına gəlirlərdə 



1987-1990 

1993-1994 

1996-1999 

Mərkəzi Avropa 

Çexiya 

0,199 


0,230 

0,25 


Macarıstan  

0,21 


0,23 

0,25 


Slovakiya  

0,22 


0,29 

0,25 


Cənub-Şərqi Avropa 

 

 



 

Bolqarıstan 

0,23 

0,38 


0,41 

Rumıniya 

0,23 

0,29 


0,30* 

Baltikyanı 

 

 

 



Latviya  

0,23 


0,33 

0,34 


Litva 

0,24 


0,31 

0,32 


Estoniya 

0,24 


0,35 

0,37 


MDB 

 

 



 

Rusiya 


0,26 

0,48 


0,47 

Ukrayna 


0,24 

0,47 


0,33* 

Belarus 


0,23 

0,28* 


0,28* 

Ermənistan  

0,27 



0,59 



Gürcüstan  

0,29 


0,43 


Qırğızıstan 

0,31 


0,55 

0,47 


Qazaxıstan  

0,30 


0,33 

0,35* 


Tacikistan 

0,28 


0,47 


Türkmənistan  

0,28 


0,30 

0,45* 


Azərbaycan**  

0.34 

0.43 

0.70*** 

*- İstehlak üzrə Cini əmsalı 

**Azərbaycan üzrə göstricilər Y.Həsənlinin R.Həsənovun hesablamalarıdır (12, s.294) 

*** 1997-ci il 



Mənbə: World Bank, World Development indicators, 2001 

 

Cədvəl  2.3-dən  göründüyü  kimi,  1987-1997-ct  illərdə  Cini  əmsalı  Çexiyada 



0,21-dən  0,25-ə, Slovakiyada 0,22-dən 0,25-ə yüksəlib. Mərkəzi və Cənub-Şərqi Av-

ropa ölkələri arasında bərabərsizlik üzrə ən böyük artım Bolqarıstanda və Estoniyada 

müşahidə  olunub.  Müvafiq  olaraq  0,23-dən  0,41-ə  və  0,24-dən  0,37-yə  yüksəlib. 

Azərbaycanda isə 1990-97-ci illərdə 0.34-dən, 0.70-ə yüksəlib

 

(12, s.263). Azərbay-



canda da digər MDB ölkələrində olduğu kimi keçid illərində gəlirlərin bərabərsizliyi 

dərinləşmişdir. 2003-cü ildə Azərbaycanda Cini əmsalı 0,275, 1998-ci ildə isə 0,359 

olub.     

Azərbaycanda son illərdə Cini əmsalının sıfıra yaxınlaşması müşahidə edilir və 

bunu əsasən ölkədə iqtisadi imkanların genişlənməsi, məşğulluq səviyyəsinin artması, 

yeni iş yerlərinin açılması, əmək haqqı, pensiya və müavinətlərin artırılması, vəzifə-

dən sui-istifadə hallarının azaldılmasının məntiqi nəticəsi kimi qiymətləndirmək olar. 

2.3 saylı cədvələ nəzər salsaq Çex Respublikasında və Slovakiyada Cini əmsa-




 

43 


lının İsveç və Norveçlə, Macarıstan və Polşada isə İspaniya, Fransa və Almaniya ilə 

eyni olduğunu görmək olar.

 

Müstəqil Dövlətlər Birliyi ölkələrinə gəldikdə isə burada 



bərabərsizliyin dərinləşməsi yuxarıda qeyd olunan ölkələrlə müqayisədə yüksək olub.

 

Məsələn,  Ermənistan,  Türkmənistan,  Tacikistan,  Qırğızıstan  və  Azərbaycanda  bu 



bərabərsizliyin  dərinləşməsi  yüksək  olub. Bu  ölkələrin  göstəriciləri  Latın  Amerikası 

ölkələrinin göstəricilərinə uyğundur.

 

Lakin Latın Amerikası ölkələrində bu bərabər-



sizlik  uzun  müddət  davam  etsə  də  MDB  ölkələrində  bu  son  15  ildə  dərinləşməyə 

başlayıb.  Statistik  materialların  təhlili  son  illərdə  MDB  ölkələrində  xüsusilə  də 

Azərbaycanda bunun azaldığını göstərir. Lakin real olaraq gəlirlər üzrə bərabərsizlik 

hələ də qalmaqdadır.     

Ümumiyyətlə  gəlirlər  üzrə  bərabərsizliyin  dərinləşməsi  əhali  gəlirlərinin 

tənzimləməsində  çatışmazlıqların  olduğundan  xəbər  verir.  İqtisadi  nəzəriyyədən  və 

eləcə də dünya təcrübəsindən məlum olduğu kimi məşğulluğun təmin edilməsi hər bir 

dövlətin  sosial-iqtisadi  inkişaf  strategiyasının  başlıca  şərtlərindən  biri  hesab  olunur. 

Bu baxımdan  inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr məşğulluq probleminin 

həllinə  yoxsulluğun  azaldılmasına,  sosial  qruplar  arasında  bərabərsizliyin  azaldıl-

masına  və nəhayət əhalinin həyat səviyyəsinin yüksəldilməsinə daha çevik təsir gös-

tərən amil kimi baxır. Məşğulluq həmçinin ev təsərrüfatlarının pul gəlirlərinin artma-

sına təsir göstərməklə əhalinin gəlir əldə etmək imkanlarını genişləndirir.  

Aşağıdakı  cədvəldən  göründüyü  kimi  kənd  təsərrüfatında  məşğul  olan  ailə 

başçısının  adambaşına  gəliri  66  manat,  muzdla  işləyənlərin  adambaşına  gəliri  78.8 

manat,  özü  məşğul  olan ailə  başçısının  isə  adambaşına gəliri 74.8  manat,  pensiyaçı 

ailə başçısının adambaşına gəliri 70.7 manat olmuşdur. 

2.4 saylı cədvəldə ev təsərrüfatı başçısının sosial iqtisadi statusuna görə ayda 

adambaşına əldə etdiyi gəlirlər verilmişdir (cədvəl 2.4). 

Cədvəl 2.4 

2014-cü ildə ev təsərrüfatı başçısının sosial-iqtisadi statusuna görə gəlirlər 

ayda adambaşına, manatla 

  

Ev  təsərrüfatı başçısının sosial-iqtisadi statusu: 

Kənd  təsərrüfatında  

özüməşğul olanlar 

Muzdla 

işləyənlər 

Özüməşğul 

olanlar 

Pensiyaçılar 

Digər 

Gəlirlər – cəmi 

210,8 

241,5 

228,9 

216,6 

228,1 

Məşğulluqdan gəlirlər 

23,9 

149 


24,9 

40,8 


26,1 

Özüməşğulluqdan gəlirlər 

29,5 

19,2 


128,7 

37,4 


23,2 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə