“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

44 


Kənd təsərrüfatından gəlirlər 

86,2 


19,5 

24,4 


30,6 

27,3 


İcarədən gəlirlər 

0,9 


2,1 

1,6 


1,4 

0,8 


Əmlakdan gəlirlər 

0,3 


0,5 

0,8 


0,2 

0,1 


Alınmış cari transfertlər 

37,2 


29,9 

27,7 


75,7 

72,1 


 pensiyalar  

33,8 


23,7 

21,7 


70,8 

55,5 


müavinət və sosial yardımlar 

2,5 


4,0 

4,0 


3,3 

11,6 


 naturada sosial transfertlər 

0,9 


2,2 

2,0 


1,6 

4,9 


Digər gəlirlər 

32,9 


21,1 

20,9 


30,6 

78,4 


digər ailələrdən alınmış gəlirlər 

23,3 


16,9 

16,5 


24,6 

15,5 


ölkə xaricindən göndərilən pul 

9,6 


4,2 

4,3 


6,0 

62,9 


 

Əgər  pensiyaçıların  da  gəlirlərinə  onların  pensiya  yaşına  qədərki  dövrlərdə 

məşğulluğunun  birbaşa  təsiri  olduğunu  nəzərə  alsaq  onda  məşğulluğa  gəlirlərin 

formalaşmasına əhəmiyyətli təsir göstərən amil kimi baxmaq olar.  

Cədvəldən göründüyü  kimi  2014-cü ildə kənd təsərrüfatında məşğul olanların 

gəlirlərinin  10.2%-ni  məşğulluqdan,  8,9%-ni  özüməşğulluqdan,  48.6%-ni  isə  kənd 

təsərrüfatından  gəlirlər  təşkil  etmişdir.  Muzda  işləyənlərin  isə  gəlirlərinin  62,1%-i 

məşğulluqdan,  7.5%-i özüməşğulluqdan, 10,7%-i kənd  təsərrüfatından gəlirlər  təşkil 

etmişdir.  Özüməşğul  olanların  gəlirlərinin  isə  9.7%-i  məşğulluqdan,  57.4%-i 

özüməşğulluqdan, 12.8%-i kənd təsərrüfatından gəlirlər olmuşdur. 

Ev  təsərrüfatlarının  gəlir  mənbələri  üzrə  quruluş  və  dinamikasına  baxdıqda 

2009-2014-cü  -  illərdə  bütün  mənbələr  üzrə  gəlirlərin  artımı  müşahidə  olunmuşdur.  

Belə  ki,  qeyd  edilən  dövrdə  ev  təsərrüfatlarının  gəlirləri  2.5  dəfə,  məşğulluqdan 

gəlirlər  təqribən  2  dəfə,  özünüməşğulluqdan  gəlirlər  4.4  dəfə,  kənd  təsərrüfatından 

gəlirlər  2.0  dəfə,  alınmış  cari  transfertlərdə  gəlirlər  3.1  dəfə  (o  cümlədən  pensiya 

gəlirləri 3.1 dəfə, müavinət və sosial yardımlar üzrə gəlirlər 2.0 dəfə, naturada sosial 

transfertlər 7.0 dəfə), digər gəlirlər isə 2.7 dəfə artmışdır  

2013-ci ilə nisbətən 2014-cı ildə isə ən çox artım 25.0% olmaqla müavinət və 

sosial  yardımlar  üzrə  gəlirlərdə  olmuşdur.  Artım  tempinə  görə  ikinci  sırada  21.2% 

olmaqla  özünüməşğulluqdan  gəlirlər,  üçüncü  sırada  isə  19.1%-lik  artımla  məşğul-

luqdan  gələn  gəlirlər  yer  almışdır.  2014-cı  ildə  sadalanan  mənbələr  üzrə  gəlirlərin 

artmasında  əhalinin sosial müdafiəsi ilə bağlı dövlətin həyata keçirdiyi diqqətəlayiq 

tədbirlər əhəmiyyətli rol oynamışdır.   

2009-ci illə müqayisədə 2014-cı ildə özünüməşğulluqdan gəlirlərin xüsusi çə-

kisi  isə  10.5  faiz  bəndi  artaraq  14.1%-dən  24.6%-ə  yüksəlmişdir.  Kənd  təsərrüfa-



 

45 


tından gəlirlərin xüsusi çəkisi isə 5.1 faiz bəndi artaraq 14.1%-dən 18,3%-ə çatmışdır. 

Ev  təsərrüfatlarının  quruluşunda  baş  verən  digər  maraqlı  məqam  icarədən  və  əm-

lakdan  əldə  edilən  gəlirlərlə  bağlıdır.  Belə  ki,  ölkədə  2009-2014-cı  illərdə  tikinti 

bumunun  baş  verdiyi  bir  şəraitdə,  yəni  əmlakdan  gəlirlərin  və  icarədən  gəlirlərin 

xüsusi çəkisində 0.1-0.2%-lik cüzi artım müşahidə olunmuşdur.  

Əhali gəlirlərində alınmış  cari  transfertlərin xüsusi çəkisi 9.6%-dən  12%-ə, o 

cümlədən pensiya gəlirlərinin xüsusi çəkisi 7.9%-dən 9,7%-ə yüksəlmiş, müavinət və 

sosial yardımlardan gələn gəlirlərin xüsusi çəkisi isə azalaraq 1,7%-dən 1,3%-ə düş-

müşdür. Fikrimizcə, müavinət və sosial yardımlardan gələn gəlirlərin xüsusi çəkisinin 

azalmasına  Ümumi  Sosial  Yardım  sisteminin  tətbiqi  təsir  göstərmişdir.  Bu  dövrdə 

digər  gəlir  mənbələrindən  əldə  olunan  gəlirlərin  də  xüsusi  çəkisində  azalma  (3.1%-

dən 2.2%-ə) olmuşdur. 

Ev təsərrüfatlarının yaşayış yerləri üzrə gəlirlərinin artımı şəhər yerlərində həm 

ölkə üzrə göstəricini, həm də kənd yerləri üzrə göstəricini üstələyir. Belə ki, ölkə üzrə 

gəlirlərin  artımı  2009-ci  illə  müqayisədə  2014-cı  ildə  2.5  dəfə  olduğu  halda  şəhər 

yerlərində bu 2.8 dəfə,  kənd yerlərində isə 2.2 dəfə artmışdır (cədvəl 2.6).  

Şəhər  yerlərində  artımın  yüksək  olması  ölkənin  istehsal  və  xidmət  obyekt-

lərinin  əsasən  şəhər  yerlərində,  xüsusilə  Bakı  şəhərində  yerləşməsi  ilə  əlaqədar 

olmuşdur.  Bu  məşğulluqdan  gələn  gəlirlərdə  də  özünü  büruzə  verir.  Belə  ki,  2001-

2006-cı  illərdə  məşğulluqdan  gələn  gəlirlər  ölkə  üzrə  təqribən  2  dəfə  artdığı  halda, 

şəhər  yerlərində  bu  2.2  dəfə,  kənd  yerlərində  isə  1.5  dəfə  olmuşdur.  Regionların 

inkişaf  istiqamətində  dövlət  proqramının  həyata  keçirilməsi  kənd  yerlərində 

məşğulluqdan gələn gəlirlərin artmasına təsir göstərmişdir.  

2.5 saylı cədvələ diqqət etdikdə kənd təsərrüfatından gəlirlərin artımında şəhər 

yerlərinin  kənd  yerlərini  üstələməsi  maraq  doğurur.  Əslində, bizim  fikrimizcə,  kənd 

təsərrüfatından  gəlirlərdə  kənd  yerlərində  artım  daha  çox  olmalı  idi.  Ümumiyyətlə 

aparılan araşdırmalar yaşayış yerləri üzrə gəlirlərdə bərabərsizliyin mövcud olduğunu 

göstərir.  Kənd  yerlərində  əhalinin  yoxsulluq  səviyyəsinin  şəhər  yerlərinə  nisbətən 

yüksək  olması  da  bunu  sübut  edir.    Digər  ailələrdən  alınan  gəlirlərin  ölkə  üzrə  2.7 

dəfə,  şəhər  yerlərində  2,1  dəfə  olduğu  halda,  kənd  yerlərində  cəmi  4.2%  artmışdır. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə