“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   ...   33

 

1996-2006-cı illərdə də əvvəllər qəbul edilən qanunların təkmilləşdirilməsi və 



yeni qanunların qəbul edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Əhalinin sosial 

müdafiəsinin  təmin  edilməsinə  istiqamətlənmiş  son  qanunlara    «Sosial  sığorta 

haqqında», «Ahıllara sosial xidmət haqqında», «Dövlət sosial sığorta sistemində fərdi 

uçot  haqqında»,  «Minimum  yaşayış  səviyyəsi  haqqında»,  «Ünvanlı  dövlət  sosial 

yardımı haqqında», «Əmək pensiyaları haqqında» və s. çoxsaylı Qanunları göstərmək 

olar. Bundan başqa əhali gəlirlərinin tənzimlənməsi istiqamətində bir sıra Fərman və 

Sərəncamlar  imzalanmışdır.  Bu  Qanun,  Fərman  və  Sərəncamlar  əhali  gəlirlərinin 

tənzimlənməsinə, dərinləşən təbəqələşmənin qarşısının alınmasına təsir göstərmişdir. 

Bu  qanunlarla  yanaşı,  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsinə  və  həyat 

səviyyəsinin  yüksəldilməsinə  istiqamətlənən  onlarla  dövlət  proqramları  da  qəbul 

edilmişdir. 

Lakin son illərdə ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil olması və yaxın 

illərdə  bunun  daha  da  artacağı  ilə  bağlı  verilən  proqnozlar  əhali  gəlirlərinin 

formalaşması,  bölgüsü  və  bərabərsizliyin  aradan  qaldırılması  istiqamətində  tədqiqat 

işlərinin aparılmasını aktuallaşdırmışdır.  

Tədqiqatın öyrənilmə səviyyəsi. Əhali gəlirlərinin formalaşması, bölgüsü və 

yenidən  bölgüsü  ilə  bağlı  tənzimləmə  problemlərinə,  sosial  müdafiə  və  həyat 

səviyyəsinin  yüksəldilməsi  problemlərinə  istər  Azərbaycanın,  istərsə  də  xarici 

ölkələrin alimləri və mütəxəssisləri xüsusi diqqət ayırmışlar.  

Azərbaycanda əhali gəlirlərinin tənzimlənməsi problemini tədqiq edən alim və 

tədqiqatçıların  əksəriyyəti  ona  müxtəlif  aspektlərdən  yanaşmışlar.  Lakin  transfor-

masiya iqtisadiyyatında əhali gəlirlərinin formalaşması və tənzimlənməsi mexanizmi 

kompleks  şəkildə  öyrənilməmişdir.  Bütün  bunlar  seçilmiş  tədqiqat  mövzusunun 

əhəmiyyətini, onun məqsəd və vəzifələrini müəyyən edir.  

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işində  Azərbaycanda  əhalinin 

həyat  səviyyəsinin  və  gəlirlərinin  tənzimlənməsi,  o  cümlədən    gəlirlərin 

formalaşması,  bölgüsü  və  yenidən  bölgüsündə  baş  verən  dəyişiklikləri,  əhalinin 

istehlak xərcləri ilə gəlirlər arasında qanunauyğunluq, həyat səviyyəsi, yaşayış şəraiti 

və  s.  məsələləri  kompleks  halda  öyrənməkdən    və    əhalinin  gəlirlərinin 



 

tənzimlənməsi, eləcə də əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi istiqamətində 



elmi əsaslandırılmış təkliflər işləyib hazırlamaqdan ibarətdir. 

Dissertasiya işində qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin 

həll edilməsi nəzərdə tutulmuşdur:  

 



həyat  səviyyəsi,  gəlirlərin  bölgüsü  probleminə  yanaşmaların  ümumiləş-

dirilməsi, 

 

həyat  səviyyəsi  və  əhali  gəlirlərinin  formalaşması  arasında  qarşılıqlı 



əlaqənin  nəzəri aspektlərinin öyrənilməsi; 

 



əhali  gəlirlərinin  formalaşması  mənbələri  və  onlara  təsir  edən  amillərin 

öyrənilməsi;  

 

həyat  səviyyəsi  və  gəlirlərin  bərabərsizliyinə  təsir  edən  amillərin  tədqiq 



edilərək qiymətləndirilməsi; 

 



qərb  ölkələrinin  timsalında  gəlirlərin  bölgüsü  və  tənzimlənməsi  siyasətinin 

öyrənilməsi;  

 

qlobal  maliyyə  böhrani  şəraitində  əhali  gəlirlərinin  tənzimlənməsində  baş 



verən  dəyişikliklərin  təhlili  və  gəlirlər  üzrə  bərabərsizliyin  yaranma  səbəblərinin 

müəyyən edilməsi;  

 

əhali  gəlirlərinin  tənzimlənməsi  ilə  istehlak  tələbi  arasında  asılılığın 



öyrənilməsi; 

 



əhalinin istehlak xərclərinin strukturunda baş verən dəyişikliklərin təhlili və 

qiymətləndirilməsi;    

 

qlobal maliyyə böhrani şəraitində əhalinin sosial müdafiəsi sahəsində həyata 



keçirilən tədbirlərin təhlili və qiymətləndirilməsi və əhali gəlirlərinin tənzimlənməsi, 

əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılması  istiqamətində  elmi  cəhətdən 

əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması;  

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini Azərbaycan Respubli-

kası  əhalisinin  gəlirləri,  həyat  səviyyəsi,  onun  predmetini  əhali  gəlirlərinin 

formalaşması  və  tənzimlənməsi  mexanizmləri  ilə  bağlı  olan  iqtisadi  hadisə  və 

proseslərin öyrənilərək ümumiləşdirilməsi və qiymətləndirilməsi təşkil edir. 



Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  dünyanın,  eləcə  də  respublikanın 


 

iqtisadçı alimlərinin və bu sahədə çalışan təcrübəli mütəxəssislərin fikirləri, Azərbay-



can  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikası  Prezidentinin  Fərman 

və  Sərəncamları,  sosial  sahəyə  aid  olan  qanunlar,  İnsan  Hüquqları  haqqında  Bəyan-

namə,  Sosial  Xartiyalar,  BƏT-in  konvensiya  və  tövsiyələri  kimi  normativ  sənədlər, 

Dövlət Statistika Komitəsinin (DSK) materialları və s. təşkil edir. 

Tədqiqat  prosesində  induksiya,  müqayisəli  təhlil,  statistik  qruplaşdırma  və 

ümumiləşdirmə metodlarından istifadə edilmişdir. 



Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  statistik  hesabatları,  Beynəlxalq  Əmək  Təşkilatının,  Dünya  Bankının 

(DB),  Beynəlxalq  Valyuta  Fondunun  illik  hesabatları,  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi  Nazirliyinin,  Milli  Bankın  statistik  materialları,  İnternet  səhifələri  təşkil 

edir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

 



həyat səviyyəsi və gəlirlərin bölgüsü probleminə yanaşmalar tədqiq edilərək 

ümumiləşdirilmiş; 

 

həyat  səviyyəsi  və  əhali  gəlirlərinin  formalaşması  ilə  həyat  səviyyəsi 



arasındakı qarşılıqlı əlaqənin nəzəri aspektləri müəyyənləşdirilmiş; 

 



əhali gəlirlərinin formalaşması mənbələrinin nəzəri aspektləri tədqiq edilmiş  

və qiymətləndirilmiş; 

 

inkişaf  etmiş  qərb  ölkələrində  əhali  gəlirləri  ilə  bağlı  həyata  keçirilən 



tənzimləmə siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş; 

 



qlobal  maliyyə  böhrani  şəraitində  əhalinin  gəlirlərinin  tənzimlənməsi  və 

quruluşunda  baş  verən  dəyişikliklər    kompleks  şəkildə  təhlil  edilərək  mövcud  çatış-

mazlıqlar aşkarlanmış; 

 



Azərbaycanda  gəlirlər  üzrə  bərabərsizliyə  təsir  göstərən  amillər  müəyyən 

edilmiş; 

 

desil (kvintil) üzrə varlı və yoxsul əhali qruplarının gəlir və xərcləri arasında 



fərq və onun yaranma səbəbləri aşkar edilmiş

 



qlobal  maliyyə  böhrani  şəraitində  əhalinin  gəlirlərinin  və  istehlak  tələbinin 

elastikliyi müəyyənləşdirilmiş; 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə