“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

54 


2013-ci illə müqayisədə 2014-cı ildə isə əhalinin son istehlak xərclərində artım  

23.8%,    ödənilən  cari  transferlərin  həcmində  isə

 

18.4%  təşkil  etmişdir.  2013-ci  ilin 



statistik  məlumatlarına  görə  əmtəə  alınması  və  xidmətlərin  ödənilməsi  xərcləri.  () 

1995-2000-ci illərdə 2.2 dəfə, 2000-2005-ci illərdə 2.1 dəfə, 1995-2005-ci illərdə 4.7 

dəfə, 2006-2014- ci illərdə 7,9 dəfə artmışdır. Göründüyü kimi, 1995-2013-ci illərdə 

əhalinin pul gəlirlərinin artımı əmtəə alınması və xidmətlərin göstərilməsinə çəkilən 

xərclərin artımını üstələmişdir.   

Yeni  statistikaya  görə    2007-cü  ildə  son  istehlak  xərcləri  84.6%-ə  düşsə  də 

2013  və  2014-cı  illərdə  yenidən  artmışdır.  Hesab  edirik  ki, 2009-ci  illə  müqayisədə 

2012-cü  ildə  son  istehlak  xərclərinin  ümumi  xərclərdə  xüsusi  çəkisinin  azalması 

əhalinin  pul  gəlirlərinin  artması  ilə  əlaqədar    olmuşdur.  Son  iki  ildə  isə  gəlirlərin 

artması  ilə  yanaşı  inflyasiyanın  da  yüksəlməsi  son  istehlak  xərclərinin  xüsusi 

çəkisinin artmasına təsir göstərmişdir.    

Ümumilikdə son illərdə ölkə əhalisinin həyat səviyyəsində müsbət dəyişikliklər 

olsa  da  hələ  ki,  yoxsulluğun  müəyyən  səviyyəsi  qalır.  Bunu  əhalinin  istehlakında 

ərzağa  çəkilən xərclərin  yüksək olması,  əhalinin  pul gəlirlərinin  yaşayış  minimumu 

ilə  müqayisədə  aşağı  olması  və  s.  ilə  izah  etmək  olar.  Bildiyimiz  kimi  ölkəmizdə 

yaşayan  yoxsulların  (əhalinin  təqribən  16%-i)  zəruri  istehlak  məhsulları  və  xidmət 

növlərindən  istifadə  etməsi  imkanları  məhduddur.  Bu  da  son  nəticədə  onların  cə-

miyyətə adaptasiya olunmasına, psixoloji gərginliyin artmasına, ailə münasibətlərinin 

pisləşməsinə səbəb olur.   

 Ölkə  Prezidenti  İ.Əliyevin  əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılması 

istiqamətində həyata keçirdiyi tədbirlər öz səmərəsini verməkdədir.  Belə ki, 2001-ci 

illə  müqayisədə  2006-cı  ildə  ev  təsərrüfatlarının  istehlak  xərclərində  ərzağa  çəkilən 

xərclərin xüsusi çəkisi 68.2%-dən 53.6%-ə düşmüşdür (cədvəl 2.11).   

Cədvəl 2.11 

Ölkə üzrə ev təsərrüfatlarının istehlak xərclərinin quruluşu 

 

2009 


2010 

2011 


2012 

2013 


2014 

İstehlak xərcləri, cəmi 

100 


100 

100 


100 

100 


100 

Ərzaq məhsullarına, 

68,2 

53,7 


54,8 

56,0 


53,7 

53.6 


Alkoqola 

0,0 


0,5 

0,8 


0,7 

0,6 


0.6 

Tütün məmulatına 

0,0 

2,1 


2,0 

2,0 


1,7 

1.7 


Paltar və ayaqqabıya 

3,1 


7,1 

6,8 


6,6 

6,9 


6.8 


 

55 


Su, işıq, qaz və digər yanacaq 

növlərinə 

4,7 

5,8 


5,8 

5,4 


6,1 

6.3 


Ev əşyaları, məişət texnikası və 

evə gündəlik qulluğa  

3,8 

7,9 


7,0 

6,3 


6,9 

6.6 


Səhiyyə xidmətlərinə  

1,9 


3,9 

3,8 


3,6 

3,5 


3.3 

Nəqliyyat xərcləri 

3,8 

5,5 


5,3 

5,0 


5,4 

5.3 


Rabitə xərcləri 

1,3 


1,3 

1,5 


1,6 

1,9 


2.2 

İstirahət və mədəniyyət xərcləri 

1,9 

3,4 


3,5 

3,4 


3,1 

3.0 


Təhsil xərcləri 

0,9 


0,8 

1,0 


1,4 

1,3 


1.2 

Mehmanxana, kafe, restoran və 

yeməkxanaya  

3,8 


4,7 

4,5 


4,8 

5,4 


5.9 

Digər mal və xidmətlərə  

6,6 

3,4 


3,5 

3,2 


3,5 

3.5 


 

İstehlak  xərclərinin  paltar  və  ayaqqabıya  xərclənən  hissəsi  3,7  faiz  bəndi 

artaraq  3,1%-dən  6,8%-ə,  su,  işıq  qaz  və  digər  yanacaq  növlərinə  çəkilən  xərclərin 

xüsusi çəkisi 1,6 faiz bəndi artaraq 4,7%-dən  6,3%-ə, ev əşyaları, məişət texnikası və 

evə  gündəlik  qulluğa  xərclərin  xüsusi  çəkisi  isə  2.8  faiz  bəndi  artaraq  3,8%-dən 

6,6%-ə  yüksəlmişdir.  Ərzaq  məhsullarına  çəkilən  xərclərin  xüsusi  çəkisinin  aşağı 

düşməsi əvvəlki illərlə müqayisədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması kimi 

qiymətləndirilə bilər. 

Ölkədə yoxsullar hələ də vardır və əhali pul gəlirlərinin 50%-dən çox hissəsini 

ərzağa xərcləyir, eyni zamanda ticarət dövriyyəsinin 60%-dən çoxunu ərzaq məhsul-

ları  təşkil  edir.  İnanırıq  ki,  2015-ci  ildə  görülən  tədbirlər  və  2016-ci  ildə  həyata 

keçiriləcək məqsədyönlü sosial siyasət nəticəsində, yuxarıda qeyd olunan göstəricilər  

problemləri aradan qaldırılacaqdır.  

Ümumiyyətlə  ərzaq  istehlakı  yoxsul  əhali  qruplarında  gəlirlərin  artması  ilə 

müntəzəm  artan  funksiya  ilə  dəyişir  və  hər  hansı  maksimal  səviyyəsində  artım  baş 

verir. Artım ancaq istehlakın dəyər göstəricisində və ya strukturun dəyişməsində baş 

verir.   

Ümumiyyətlə iqtisadiyyatda mövcud qanunlara görə mütləq qiymətdə əhalinin 

pul  gəlirləri  artarsa,  istehlak  strukturunda  ərzağa  çəkilən  xərclərin  xüsusi  çəkisi 

azalır,  qeyri-ərzaq  məhsullarının payı  isə artır.  Yəni  cəmiyyət  inkişaf etdikcə,  onun 

iqtisadiyyatı gücləndikcə əhali daha çox qeyri-ərzaq məhsullarına üstünlük verir  

Əhalinin  istehlak  xərclərinin  dinamikasına  baxdıqda  onun  2009-ci  illə 

müqayisədə 2014-ci ildə 63,8% artdığını görmək olar. Bu dövrdə ərzaq məhsullarına 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə