“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 

61 


tənzimlənməsi istiqamətində bir sıra problemlərin olduğunu göstərir. Bu problemlərin 

aradan  qaldırılması  ilk  növbədə  gəlirlərin  tənzimlənməsi  mexanizminin  təkmilləş-

dirilməsini  tələb  edir.  Təcrübə  gəlirlər  siyasətinin  tənzimlənməsi  və  onun  konkret 

işləmə mexanizminin müxtəlif ölkələrdə fərqli olduğunu və bir-birinin eyni olan gəlir 

siyasəti mövcud olmadığını göstərir.  

Ümumiyyətlə dünya təcrübəsi göstərir ki, islahatların sistemli koordinasiyasını 

əhali  gəlirlərinin  tənzimlənməsi  mexanizmindən  təcrid  olunmuş  halda  aparmaq 

mümkün  deyil.  Burada  hər  şeydən  əvvəl  problemin  sistemli  xarakter  daşıması  və 

onların  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olduğu  nəzərə  alınmalı,  ölkənin  makroiqtisadi 

siyasətində dəyişikliklər aparılmalıdır. 

Son  10  ərzində  Azərbaycanda  adambaşına  düşən  pul  gəlirlərində  baş  verən 

dəyişikliklərə diqqət etdikdə  bunun əvvəlki dövrlərdən fərqləndiyini görmək olar.  

Ümumiyyətlə  dövlət  əhali  gəlirlərinin  tənzimlənməsinə    aşağıdakı  üsullarla 

təsir göstərə bilər. 

 

Təhsil səviyyəsinin artması; 



 

Əmək haqqının, müavinət və təqaüdlərin artırılması; 



 

Sağlamlığının qorunması; 



 

Məşğulluğunun təmin olunması; 



 

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi; 



 

Vergi sistemi 



 

Antiniflyasiya tədbirləri və s



Qərbi Avropa ölkələrində bir qayda olaraq əhali gəlirlərinin bütün əsas kateqo-

riyaları üzrə bilavasitə məhdudlaşdırılmış siyasət həyata keçirilir. Gəlirlərin bölgüsü 

istehsal amili mülkiyyətçilərinin gəlirlərinin formalaşmasına, nominal gəlirlərin fərdi 

bölgüsü  isə  yenidən  bölgünün  nəticəsi  kimi  təzahür  edir.  Bu  ailə  büdcəsindən 

keçməklə adambaşına düşən gəlirlərdən, onların strukturundan və sayından asılı olur. 

Real  gəlirlərin  artması  isə  inflyasiya  prosesindən  asılı  olur.  Gəlirlərin  yenidən 

bölgüsünün  başlıca  kanalı  yenidən  bölgünün  dövlət  tərəfindən  tənzimlənməsidir. 

Gəlir  siyasətinin  tənzimlənməsində  əsas  istiqamətlərdən  biri  əmək  haqqı  siyasətidir. 

Vergi sistemi, dövlət transfertləri, sosial təminat və sığorta sistemi və s. də gəlirlərin 



 

62 


tənzimlənməsində əhəmiyyətli yer tutur. 

Ümumiyyətlə gəlirlərin tənzimlənməsində əsas ağırlıq dövlətin üzərinə düşür. 

Dövlət tənzimlənməsi, o cümlədən sosial tənzimləmə maddi, institusional və konsep-

tual  tərkibdən  ibarət  olur.  Qeyd  etmək  lazımdır  ki,  sosial  tənzimləmə  təkcə  sosial 

imtiyazlarla  və  gəlirlərin  yenidən  bölgüsü  ilə  tamamlanmır.  Burada  həyat  səviyyə-

sinin  digər  göstəriciləri  olan  ətraf  mühitin  qorunması  və  istehlakçı  hüquqlarını 

müdafiəsi də əhəmiyyət kəsb edir. 

Gəlirlərin  tənzimlənməsi  bir  qayda  olaraq  milli  istehsalın  həcmindən,  dövlət 

büdcəsinin  gəlirlərindən  və  bu  gəlirlərin  mərkəzləşdirilmiş  şəkildə  yenidən  bölgü-

sündə  sosial  ədalətin  təmin  olunmasından  asılıdır.  Bir  qayda  olaraq  yenidən  bölgü 

prosesinin  təşkili  və  uyğun  təşkilatların  fəaliyyəti  dövlət  tənzimlənməsinin  konsep-

tual əsasını təşkil edir. 

Məlumat  üçün  bildirək  ki,  gəlirlərin  qeyri-bərabərliyi  və  gəlirlərin  tənzimlən-

məsində  yol  verilən  nöqsanlar,  eləcə  də  ölkənin  düşdüyü  sosial-iqtisadi  böhran 

yoxsulluq səviyyəsinin yüksəlməsinə, təbəqələşmənin dərinləşməsinə təsir göstərmiş-

dir.  Mütəxəssislər  yoxsullara təkcə  aşağı gəlirli  insanları deyil,  eləcə də  cəmiyyətin 

qanunları ilə yaşayan, lakin vacib istehlak standartlarından məhrum olan insanları da-

xil edirlər. Məlum olduğu kimi yoxsulluq problemi dünyanın bütün ölkələrində vardır 

və  onun  səviyyəsi  ictimai  istehsalın  inkişaf  səviyyəsindən,  fərdin  imkanlarından  və 

əhalinin  həyat  şəraitindən  asılıdır.Yoxsulluğun  azaldılması  isə  ilk  növbədə  əhali 

gəlirlərinin  tənzimlənməsinin  dəqiq  mexanizminin  işlənməsini  tələb  edir.  Bunu 

nəzərə alaraq beynəlxalq təşkilatlar yoxsulluğu ümumbəşəri problem kimi qiymətlən-

dirir və onun aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tövsiyə 

edirlər.  Yoxsul  ölkələr  əhali  gəlirlərinin  tənzimlənməsi  istiqamətləri  və  mexanizm-

lərinin  işlənilməsi  zamanı  beynəlxalq  təşkilatların  təklif  və  tövsiyələrini  nəzərə 

alırlar.  

Dünya praktikası və eləcə də Azərbaycanın real vəziyyətinin təhlili göstərir ki, 

yoxsullara  əsasən  uşaqlı  ailələr,  valideynlərdən  biri  olmayan  ailələr  və  aşağı 

məvaciblə işləyənlər, işsizlər, bir üzvü əlil olan ailələr, yalnız bir gəlir mənbəyi (tələb 

olunan istehlak minimumundan az) olan yaşlılar və bir çox hallarda gənc ailələr daxil 




 

63 


edilir. Bir sözlə, yoxsulluq gəlir səviyyəsi ilə qiymətləndirilir. 

2003-cü ildə beynəlxalq təşkilatların tövsiyəsini nəzərə alaraq əhali gəlirlərinin 

tənzimlənməsi  və  sosial  bərabərsizliyin  azaldılması  məqsədilə  «Yoxsulluğun  azal-

dılması  və  İqtisadi  İnkişaf  üzrə  Dövlət  Proqramı»  qəbul  edilmişdir.  Bu  Proqramda 

ümumi  məqsədlərə  nail  olunması  üçün:  gəlir  əldə  etmək  imkanlarının  genişləndi-

rilməsi  üçün  əlverişli  şəraitin  yaradılması;  iqtisadi  sabitliyin  qorunub  saxlanması; 

əsas  səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin və onlardan istifadə imkanlarının 

təkmilləşdirilməsi;  infrastrukturun  yaxşılaşdırılması;  mövcud  sosial  müdafiə  siste-

mində  islahatların  aparılması;  qaçqın  və  məcburi  köçkün  əhalinin  yaşayış  səviyyəsi 

və imkanlarının yaxşılaşdırılması və s. məsələlərin həlli nəzərdə tutulub.  

Ölkə  iqtisadiyyatının  sürətli  inkişafı,  dövlətin  maliyyə  imkanlarının  genişlən-

məsi  məşğulluğun  təmin  edilməsi  istiqamətində  zəruri  addımların  atılmasına  imkan 

vermişdir.  Bunun  nəticəsi  kimi  son  illərdə  makro  göstəricilərlə  ifadə  olunan  əhali 

gəlirlərində  (adambaşına  düşən  Ümumi  Daxili  Məhsulun  həcmi,  əhalinin  son 

istehlakına yönələn hissəsi, adambaşına pul gəlirləri, orta aylıq nominal əmək haqqı, 

minimum  əmək  haqqı,  orta  aylıq  pensiya  və  s.)  əhəmiyyətli  artım  tempi  müşahidə 

olunmaqdadır.   

Əhali  gəlirlərinin  tənzimlənməsində  əhalinin  peşə  və  ixtisasa  yiyələnməsi, 

başqa  sözlə,  təhsil  siyasəti  mühüm  əhəmiyyətə  malikdir.  Təhsil  və  peşəkarlıq 

səviyyəsinin  yüksək  olması  insanların  gəlirlərinə  nəzərəçarpacaq  dərəcədə  əhəmiy-

yətli  təsir  göstərir.  Odur  ki,  dövlət  bu  gün  əldə  edilən  gəlirlərin,  xüsusilə  neft 

gəlirlərinin,  istehsal  sferası  ilə  yanaşı  insan  amilinə  də  (insan  kapitalına)  investisiya 

qoyulması  istiqamətində  ciddi  tədbirlər  həyata  keçirməlidir.  Çünki  qeyd  olunduğu 

kimi    peşə  və  ixtisasa  sahib  olma,  peşəkarlıq  bilavasitə  əmək  haqqının  və  ya  əmək 

gəlirlərinin  artmasına  təsir  göstərir  və  əhali  gəlirlərində  bərabərsizliyin  azalmasında 

müsbət  rol  oynayır.  Neft  gəlirlərinin  birinci  növbədə  insan  kapitalının  formalaş-

masına,  xüsusilə  təhsil  və  səhiyyə  sahələrinə  qoyulması  əhalinin  daha  böyük 

təbəqəsinin bu gəlirlərdən yararlanması üçün zəruridir (24, s.191).   

Əhali  gəlirlərinin  tənzimlənməsinə  təsir  göstərən  mühüm  vasitə  kimi  beynəl-

xalq  təcrübədə  tətbiq  edilən  sosial  doktrinanın  qəbul  edilməsini  göstərmək  olar. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə