“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

64 


Sosial doktrina — geosiyasi məkanda sosial sistemin yerini müəyyən edən, əhalinin 

sosial  maraqlarını  reallaşdıran,  sosial  siyasətin  strateji  məqsədlərinin  müəyyənləş-

dirilməsinin  əsasını  təşkil  edən  prioritetləri  müəyyənləşdirən  və  onların  reallaşması 

mexanizmini  (iqtisadi, beynəlxalq, mədəni-mənəvi,  ekoloji, hərbi)  ehtiva edən  müx-

təlif  növlü  qlobal  texnologiyadır.  Sosial  doktrina  islahatların  sosial  istiqamətlərini 

müəyyənləşdirir və vətəndaşların maraqlarına xidmət edən hər hansı siyasətin həyata 

keçirilməsinə əsaslanır. Onun hazırlanması prosesi ilk növbədə sosial-iqtisadi vəziy-

yətin  obyektiv  təhlil  edilərək  qiymətləndirilməsini  tələb  edir.  Burada  keçmiş  tarixi 

təcrübənin,  mühüm  amillərin  öyrənilməsi,  dünya  inkişafında  əsas  dəyişikliklərin 

tendensiyası, geosiyasi mühitin formalaşması da mühüm əhəmiyyət kəsb edir.   

Bu baxımdan sosial doktrinanın hazırlanmasının aşağıdakı üstünlükləri vardır:  

Birincisi, ölkənin və ümumilikdə insanlığın perspektivli məqsədlərinə uyğun-

laşdırılaraq milli maraqları təmin edilir;  

İkincisi,  sosial  qruplar  arasında  maraqlar,  ölkənin  milli  təhlükəsizliyi  və  

dövlətin müstəqilliyinin mövcudluğu imkanları müəyyən edilir; 

Üçüncüsü, strateji sosial məqsədlərə nail olmaq, millətin genefondunun saxla-

nılması  və  qorunması,  insanların  ömür  müddətinin  uzadılması,  ölümün  azaldılması, 

doğum səviyyəsinin artırılması, öz vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi 

üçün istifadəsi mümkün zəruri resurslar müəyyən edilir (59, s.67). 

Sosial doktrinanın hazırlanması bir neçə mərhələni özündə birləşdirir: 

 

qarşılıqlı sosial idarəetmənin obyekti olan sosial sferanın sərhədinin müəyyən 



edilməsini; 

 



bu sahədə vəziyyətin qiymətləndirilməsini; 

 



uzun, orta və qısamüddətli proqramların hazırlanmasını; 

 



sosial təhlükəsizliyin prinsipial mexanizminin hazırlanmasını; 

Qeyd  olunduğu  kimi,  əhali  gəlirlərinin  tənzimlənməsində  ən  mühüm  isti-

qamətlərdən  biri  əmək  haqqı  sisteminin  təkmilləşdirilməsidir.  Məlum  olduğu  kimi 

müstəqillik  əldə  etdikdən  sonra  əmək haqqı və  əməyin  ödənişində  ciddi problemlər 

ortaya çıxdı. Belə ki, müstəqilliyin ilk illərində inflyasiyanın sürətlənməsi nəticəsində  

nominal  və  real  əmək  haqqı,  yaşayış  minimumu  və  minimum  əmək  haqqı  arasında 




 

65 


kəskin fərqin yaranması əhali gəlirlərinin formalaşmasına və həyat səviyyəsinə mənfi 

təsir göstərdi.   

Bu səbəbdən bazar münasibətləri şəraitində gəlirlərin tənzimlənməsində dövlə-

tin  qarşısında  duran  başlıca  vəzifə  əhalinin  pul  gəlirlərinin  strukturundakı  dərin 

deformasiyanı aradan qaldırmaq və əmək haqqını əsas gəlir mənbəyinə çevirmək və 

şəxsiyyətin  iqtisadi  fəallığını  stimullaşdırmaqdır.  Qeyd  edək  ki,  inkişaf  etmiş  ölkə-

lərdə əmək gəlirləri əhali gəlirlərinin 60-65%-dən aşağı düşmür, mülkiyyətdən gəlir-

lər isə öz növbəsində 20%-i ötmür.  

İqtisadi  nəzəriyyədən  məlum  olduğu  kimi  əmək  haqqı  öz  mahiyyətinə  görə 

işçiyə gördüyü işin müqabilində özünü və ailəsini saxlamaq üçün verilən haqdır. Yeri 

gəlmişkən  qeyd  edək  ki,  BƏT-in  əmək  haqqının  tənzimlənməsi  və  minimum  əmək 

haqqı haqqında konvensiya qəbul edilmişdir. Adı çəkilən təşkilatın «Əmək haqqının 

mühafizəsi haqqında» 85 saylı tövsiyəsində də qeyd edilir ki, «əmək haqqından tutul-

malar,  əməkçinin  və  onun  ailəsinin  saxlanılmasını  təmin  etmək  üçün  zəruri  hesab 

edilən  həddə  qədər  məhdudlaşdırmaq  məqsədi  ilə  bütün  lazımi  tədbirlər  görülmə-

lidir».  İnkişaf  etmiş  ölkələri  nəzərə  almaqla    1972-ci  il  29  aprel  tarixində  qüvvəyə 

minən (1970-ci il 3 iyun tarixində qəbul olunub) minimum əmək haqqının müəyyən 

edilməsi  haqqında  131  saylı  konvensiyanın  2-ci  maddəsində  isə  deyilir:  «Minimum 

əmək  haqqı  qanuni  qüvvəyə  malikdir  və  azaldıla  bilməz;  bu  maddənin  tətbiq 

edilməməsi, məsul şəxsə və şəxslərə aid müvafiq cinayət işi və ya başqa sanksiyalar 

tətbiq edilməsinə gətirib çıxardır». 

Beynəlxalq  təşkilatların  konvensiya  və  tövsiyələrini  nəzərə  alaraq  Azərbay-

canda əmək haqqı sisteminin təkmilləşdirilməsi və tarif (vəzifə) maaşlarının müəyyən 

edilməsində  sosial  ədalət  prinsiplərinin  gözlənilməsi  mühüm  əhəmiyyət  kəsb  edir. 

Qeyd  edək  ki,  hazırda  Azərbaycanda  bir-birindən  kəskin  şəkildə  fərqlənən  tarif 

cədvəlləri vardır. Bu da eyni vəzifəni yerinə yetirən lakin fərqli təşkilatlarda çalışan 

işçilərin  əmək  haqlarında  (burada  söhbət  büdcədən  maliyyələşən  təşkilatlardan  

gedir.)  nəzərəçarpacaq  fərqlərin  ortaya  çıxması  ilə  nəticələnmişdir.  Bu  da  sosial 

ədalət  prinsiplərinə  cavab  vermir  və  gəlirlər  üzrə  bərabərsizliyin  dərinləşməsinə 

gətirib  çıxarır.  Bunun  aradan  qaldırılması  üçün  Vahid  Tarif  Cədvəlində  (VTC-də) 




 

66 


dərəcə  əmsalları  və  dərəcələrarası  nisbətin  dəyişdirilərək  yenidənhazırlanmasına 

ehtiyac  vardır.  Bu  sırada 1996-cı  ildə  tətbiq  edilən  Vahid  Tarif  Cədvəlinin  yenidən 

tətbiqi də gəlirlərin tənzimlənməsinə təsir göstərə bilər.  

Gəlirlərin  tənzimlənməsində  minimum  əmək  haqqının  tətbiqi  və  onun  səviy-

yəsi heç də az əhəmiyyət kəsb etmir. BƏT-in yuxarda adı çəkilən konvensiyasının 3-

cü  maddəsində  «minimum  əmək  haqqını  müəyyən  edərkən,  nəzərdə  tutulan  milli 

təcrübəyə  və şəraitə müvafiq olaraq minimum olan və məqbul sayılan amillərə: 

a.

 



ölkədə  əmək  haqqının  ümumi  səviyyəsini,  yaşayış  dəyərini,  sosial  müavi-

nətlər  və  başqa  sosial  qrupların  müqayisəli  həyat  səviyyəsini  nəzərə  almaqla 

əməkçilərin və onların ailələrinin tələbatı; 

b.

 



iqtisadi inkişafın tələbləri daxil edilməklə iqtisadi mülahizələr,  məhsuldarlıq 

səviyyəsi və məşğulluğun arzu olunan yüksək səviyyəyə çatdırılması və saxlanılması 

aid edilir.  

Minimum  əmək  haqqı  (MƏH)  müəyyən  edilərkən  başqa  meyarlarla  birlikdə: 

əməkçilərin  və  onların  ailələrinin  tələbatı;  ölkədə  əmək  haqqının  ümumi  səviyyəsi; 

yaşayış dəyərində baş verən dəyişikliklər; sosial təminat üzrə müavinətlər; başqa so-

sial qrupların müqayisəli həyat səviyyəsi müəyyən  edilməlidir. Məsələn, Litvada mi-

nimum əmək haqqı (100 dollar) orta aylıq əmək haqqının (215  ABŞ  dollar) 46,5%-

ni təşkil edirdi (1997-ci il). Latviya və Estoniyada is müvafiq olaraq 28,1%, 23,1% , 

Rusiyada 6%, Azərbaycanda isə 3,3% (1998-ci il) olmuşdur. 

İqtisadi  inkişafın  tələbləri  daxil  edilməklə  iqtisadi  amilləri,  əmək  məhsuldar-

lığının  səviyyəsini,  məşğulluğun  arzu  olunan  yüksək  səviyyəyə  çatdırılması  və 

saxlanılmasını nəzərə almaq lazımdır. Başqa orqanlardan verilən  tövsiyələrin nəzərə 

alınması  haqqında  formal  müddəaları  daxil  etməklə  və  ya  etməməklə  səlahiyyətli 

hökumət orqanlarının qərarları nəzərə alınmalıdır.  

Əmək haqlarının azalması, bir yandan xarici investorları sərmayə qoymağa təş-

viq etmiş və məşğulluq artmışdır. Xarici şirkətlərin ödədikləri əmək haqqının dövlə-

tin verdiyi əmək haqqından qat-qat yüksək olmasına baxmayaraq, işçilər əvvəlki real 

alıcılıq  qabiliyyətini  bərpa  edə  bilməmişlər.  Dolayısı  ilə  əmək  haqlarında  meydana 

gələn  dəyişikliklərin  inflyasiya  təsirinə  malik  olduğunu  söyləmək  olmaz.  Məşğullu-




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə