“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

67 


ğun  nisbi  artımının  1995-ci  ildən  etibarən  istehsalın  artmasına,  Ümumi  Daxili 

Məhsulda meydana gələn dəyişikliklərə müsbət təsir göstərdiyini söyləmək olar.  

Əhali gəlirlərinin formalaşmasına məşğulluq əmək haqqı,  təhsil və s.-lə yanaşı 

sahibkarlıq fəaliyyətinin genişləndirilməsi də müsbət təsir göstərir. Çünki ölkədə tam 

və səmərəli məşğulluğun təmin edilməsi isə kiçik və orta sahibkarlığın özünəməxsus 

rolu  vardır.  Kiçik  və  orta  sahibkarlığın  inkişafı  üçün  əlverişli  şəraitin  yaradılması, 

onlara  kreditlərin,  vergi  sisteminin  təkmilləşdirilməsi,  antiinhisar  siyasəti  və  s. 

mühüm  əhəmiyyət  kəsb  edir.  Gəlirlərin  formalaşmasının  səmərəli  sisteminin  təşkili  

üçün  xüsusi  sahibkarlıq  fəaliyyəti  üzərində  qanunvericilik  çərçivəsində  dövlət 

nəzarətinin olması, antiinhisar siyasətinin yeridilməsi vacibdir. 

Əhali  gəlirlərinin  tənzimlənməsində  vergi    sistemi  mühüm  yer  tutur.  Məhz 

büdcənin formalaşması vergilər hesabına baş verir. Büdcə vasitəsilə aztəminatlı ailə-

lərə yardım, təhsil və səhiyyənin maliyyələşməsi həyata keçirilir. Bu baxımdan dövlət 

perspektivli vergi siyasəti tətbiq etməlidir. 

Əhali gəlirlərinin tənzimlənməsinin əsas istiqamətlərindən biri də sosial yardım 

və  müavinətlərin  məbləği  və  onun  verilməsi  mexanizmidir.  Ona  görə  də  dövlətin 

sosial siyasətində  sosial  yardım  sistemi  xüsusi  əhəmiyyət  kəsb edir. Sosial  yardım  - 

müxtəlif səbəblər üzündən (qocalıq, əlillik, əmək qabiliyyətinin olmaması, işsizlik və 

s.) yaşayış səviyyəsinin təmin edilməsi üçün gündəlik vəsaiti çatışmayan vətəndaşlara 

dövlət  tərəfindən  göstərilən  qayğıdır.  Başqa  sözlə,  sosial  yardım  ehtiyacı  olan 

vətəndaşların  həyat  səviyyəsini  yaxşılaşdırmaqdan  ötrü  dövlət  tərəfindən  göstərilən 

təminat növüdür. Bu baxımdan  əhali gəlirlərinin tənzimlənməsində sosial yardım və 

müavinətlər əhəmiyyətli yer tutur.  

Bu zaman  sosial yardımın ünvanlılıq xarakterinin tətbiq edilməsidir. Bu mexa-

nizm  əhali  gəlirlərində  bərabərsizliyin  azaldılmasında  əhəmiyyətli  rol  oynayır. 

Məlum olduğu kimi gəlirlərdə bərabərsizlik keçid iqtisadiyyatlı ölkələrdə özünü daha 

qabarıq göstərir. Bu baxımdan  gəlirlərin tənzimlənməsində sosial yardımların ünvan-

lı olması, onların məbləğinin yaşayış minimumuna yaxınlaşdırılması vacib məsələdir. 

İşsizliyə görə müavinətlərin də verilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac 

vardır.  




 

68 


Sosial ödəmə və xidmətlər çoxnövlüdür. Onlar formalaşma mənbəyinə görə və 

maliyyələşmə  üsuluna  görə,  onları  əhatə  edən  alıcılara  yaradılan  şəraitə  görə  bir-

birindən fərqlənirlər.   

Bazar  iqtisadiyyatı  şəraitində  dövlətin  sosial  xərclərinin  ekstensiv  artırılması-

nın  mümkünsüzlüyü  müxtəlif  büdcədənkənar  mənbələrin  axtarılmasını  və  münbit 

şəraitin yaradılmasını tələb edir. Bunların sırasına: 

 

Qeyri-büdcə  (pensiya,  işsizliyin  sığortalanması,  həyat  sığortası,  xeyriyyə 



fondları və s.) fondları üçün şəraitin yaradılması. Bu fondların fəaliyyət  mexanizmi 

vasitəsilə,  hər  növdən  olan  məcburi  və  könüllü  sosial  sığorta  sferalarının  genişlən-

dirilməsi; 

 



mənzillərin,  sosial  infrastrukturun  tikintisinin  maliyyələşdirilməsinə  firma-

ların və ev təsərrüfatlarının vəsaitlərinin cəlb olunmasının qeyri-ənənəvi formalarının 

işlənilməsi; 

 



ödənişli  sosial  xidmətlər  sferasında  keyfiyyətin  yüksəldilməsi  və    onların 

fəaliyyətinin genişləndirilməsi; 

 

sosial  əhəmiyyətli,  o  cümlədən  regional  səviyyəli  məsələlərin  həlli  üçün 



qeyri-dövlət və qeyri-kommersiya təşkilatlarının resurs potensialının cəlb olunması; 

 



xarici  mənbələrdən  maliyyələşdirilən  beynəlxalq  layihə  və  proqramlarda 

iştirakın təmin edilməsi və s. daxil etmək olar. 

Aparılan tədqiqatlar göstərir ki, transfert ödəmələri və müavinətlər bərabərsiz-

liyi  əhəmiyyətli  dərəcədə  (təqribən  70-80%-ə  qədər)  azaldır.  ABŞ  –da  yoxsul  əhali 

qruplarının gəlirlərinin 75%-ni transfert ödəmələri təşkil edir. 

Qocalar  və  əlillər  üçün  internat  evləri  və  digər  müəssisələr  şəbəkəsi  qulluğa, 

məişət xidmətinə və tibbi xidmətə ehtiyacı olan qoca və əlillərin daimi yaşaması üçün 

nəzərdə  tutulmuş  tibbi-sosial  müəssisələr  şəbəkəsidir.  İnternat  evlərinə  dair 

məlumatlar ümumilikdə aşağıdakı tiplərə ayrılmaqla nəzərə alınır:  

 



qocalar və əlillər (yaşlı) üçün ümumi tipli internat evləri;  

 



ruhi xəstələr üçün internat evləri;  

 



əqli və fiziki zəifliyi olan uşaqlar üçün internat evləri. 

Məlumdur  ki,  maliyyə  -  kredit  sisteminin  vasitəsilə  resurslar  bölüşdürülür  və 




 

69 


yenidən  bölüşdürülür.  Əhali  gəlirlərinin  tənzimlənməsində  də  sağlam  investisiya 

mühitinin  yaradılması  və  ondan  əldə  olunan  gəlirlər  də  təsir  göstərir.  Bu  baxımdan 

ölkədə investisiya mühitinin yaradılması, o cümlədən əhalinin investisiya fəallığının 

artırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Bunun üçün:   

 

kreditlərin  verilməsi  mexanizminin  təkmilləşdirilməsi  (faiz  dərəcələrinin 



aşağı salınması, bürokratik maneələrin aradan qaldırılması, qısamüddətli kreditlərdən 

uzunmüddətli kreditlərə keçilməsi və s.)  

 

əhalinin əlində olan vəsaitlərin investisiya qoymağa maraqlandırılması; 



 

qiymətli kağızlar bazarının formalaşdırılması. 



Gəlirlərin  tənzimlənməsi  istiqamətlərindən  biri  də  onların  indeksləşdiril-

məsidir. İndeksləşdirmə pul gəlirlərinin, təqaüdlərin və əmanətlərin avtomatik olaraq 

qiymət  səviyyəsindəki  dəyişikliklərə  uyğunlaşdırılmasını  nəzərdə  tutur.    Belə  ki, 

indiki  şəraitdə  respublika  əhalisinin  alıcılıq  qabiliyyətinin  qorunması  istiqamətində 

tədbirlərin  görülməsi  olduqca  vacibdir.  Sovet  iqtisadiyyatında  əhalinin  alıcılıq  qabi-

liyyətini  qorumaq  məqsədilə  sosial  müdafiənin  əsas  elementi  kimi  gəlirlərin  in-

deksləşdirilməsindən deyil, əsasən kompensasiyalardan istifadə edilirdi.  

İndeksləşdirmə  inflyasiyanın  "gəlir-qiymət"  spiralı  üzrə  inkişafına  təkan  verə 

bilər. Lakin bu heç də onun uzun müddət üçün tətbiq edilməməsinə əsas verməməli-

dir.  İnflyasiyanı  aradan  qaldırmaq  məqsədilə  əhalinin  gəlirlərinin  real  olaraq 

qorunmaması  çeşidli  sosial  problemlər  yaratmışdır.  Bunların  ən  mühümləri  işsizlik, 

cinayətkarlığın artması, boşanma,  ailələrin dağılması və sairdir. Əhalinin gəlirləri no-

minal deyil, məhz real formada artmadığından bu problemlər meydana gəlmiş və kəs-

kin xarakter almışdır. 

Hazırda  Azərbaycanda  inflyasiya  təbii  səviyyəsini  (4-5%-lik)  ötmüşdür.  Bu 

baxımdan  inflyasiya  tənzimləyici  tədbirlər  həyata  keçirilməlidir.  Belə  inflyasiya 

normasının saxlanması iqtisadi canlanma prosesi ilə müşahidə oluna bilər.  

Bu vəzifənin həyata keçirilməsi respublikada ―Minimum istehlak büdcəsi haq-

qında‖ və "Əhalinin gəlirlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respubli-

kasının Konstitusiya qanunlarına əsaslanmalıdır. Çünki mövcud sosial-iqtisadi vəziy-

yəti nəzərə alıb əhali üçün lazımi sosial təminatlar verən ədalətli sosial müdafiə me-



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə