“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 

70 


xanizmi  yaratmadan,  cəmiyyətin  başlıca  məhsuldar  qüvvələrinin  təbii  əsasını  təşkil 

edən əmək ehtiyatlarının və deməli, həm də iş qüvvəsinin normal təkrar istehsalı pro-

sesini  həyata  keçirmək  olmaz.  Hazırda  əhalinin  yaşayış  minimumu  müəyyən  edilər-

kən və adambaşına minimum istehlak zənbilinin dəyəri əsas götürülməli, həm dövlət 

tənzimlənməsi tətbiq edilən qiymətlər və tariflər, həm də tələb və təklifin təsiri altın-

da  yaranan  qiymət  və  təkliflər  hərtərəfli  öyrənilib  nəzərə  alınmalı,  vaxtaşırı  olaraq 

əhalinin gəlirlərinin indeksləşdirilməsi həyata keçirilməli, istehlak büdcəsinin, əmək 

haqqının, pensiyaların, təqaüdlərin və s. müavinətlərin minimum həcmi daim şəraitə 

uyğun artırılmalıdır. İnflyasiyanın qarşısının alınmasında antiinhisar siyasəti əhəmiy-

yətli təsirə malikdir.  

Qeyd etmək lazımdır ki, əhalinin maddi rifah halının  əsasını istehsal olunmuş 

milli  gəlir,  tam  mənada  isə  onun  istehlak  fonduna  ayrılan  hissəsi  təşkil  edir.  Buna 

görə də əhalinin maddi rifah halının kompleks tədqiqi aşağıdakı göstəricilər sistemi 

ilə müəyyən olunur.  

Beləliklə, gəlirlərin bölgüsünün yeni konsepsiyası bütün irimiqyaslı  mülkiyyət 

formaları çərçivəsində meydana çıxan mənimsəmənin fərdiləşməsi şəraitində mülkiy-

yətçinin iqtisadi təfəkküründən, düşüncələrinin motivasiyasının realizasiyasına əsas-

lanır. Ona görə də bölgü mexanizminin daha yüksək motivasiysının imkanları təsər-

rüfatın xüsusiləşməsinə və mənimsəmənin fərdiləşməsinin inkişaf mərhələsinə uyğun 

gəlir. 


 

3.2. Müasir şəraitdə əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi  



 

Bazar  münasibətləri  şəraitində  əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılması 

dövlətin qarşısında duran ən mühüm və ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, 

inkişaf etmiş ölkələr xüsusilə Avropa ölkələri əhalinin sosial müdafiəsi ilə bağlı ciddi 

tədbirlər  həyata  keçirir  və  dövlət  əhalinin  doğulan  gündən  ölənə  qədər  sosial 

müdafiəsini öz üzərinə ötürür. Bu ölkələrdə dövlət-vətəndaş, vətəndaş-dövlət münasi-

bətləri yüksək səviyyədə qurulmuşdur. Hesab edirik ki, yalnız bu halda ölkənin hər-

tərəfli inkişafı mümkündür və sosial müdafiənin yüksək səviyyədə həyata keçirməsini 

dövlət-vətəndaş  cəmiyyətinin  qurulması  və  möhkəmlənməsinin  bazisi  hesab  etmək 



 

71 


olar.  Hazırda  Azərbaycanda  da  dövlət-vətəndaş  cəmiyyətinin  qurulması  bazar 

münasibətlərinin formalaşmasının aktual problemlərindən hesab olunur.      

Dünya təcrübəsi göstərir ki, sosial müdafiənin səmərəli mexanizminin yaradıl-

ması  bazar  münasibətlərinin  formalaşmasının  zəruri  şərtlərindəndir.  Sözsüz    bazar 

münasibətləri  şəraitində  və  sosialist  təsərrüfat  sistemində  fəaliyyətdə  olan  sosial 

siyasət, eləcə də sosial müdafiə mexanizmləri arasında köklü olmayan fərqlər vardır.  

Müasir şəraitdə sosial siyasətin əsas istiqamətlərinə:  

 



Tam və səmərəli məşğulluğun təmin edilməsi; 

 



əhalinin  təhsil və səhiyyə  xidmətlərindən istifadə imkanlarının  genişləndiril-

məsi; 


 

istehlakda baş verən dəyişikliklər də nəzərə almaqla əhalinin maddi və 



mənəvi tələbatlarının ödənilməsi;  

 



əhalinin zəruri ərzaq və digər sənaye məhsulları ilə təmin edilməsi; 

 



ərzaq təhlükəsizliyi və s. məsələləri daxil etmək olar.  

Sadalanan məsələlər sosial siyasətin mühüm tərkib hissəsi olan sosial müdafiə 

mexanizmini  əhatə  edir.  Qeyd  etmək  lazımdır  ki,  dünyada  bir  çox  sosial  müdafiə 

sistemləri  mövcuddur.  Bunların  içərisində  «Bismark»  modeli  (Almaniya,  Avstriya, 

Lüksemburq,  Fransa,  İtaliya),  «Beveric»  (Böyük  Britaniya,  İrlandiya  və  Şimali 

Avropanın  bir  çox  ölkələrində  tətbiq  edilən)  modeli,  «xüsusi  kooperativ»  (Belçika, 

Niderland, Finlandiya, Portuqaliya)  model və nəhayət keçən əsrin 90-cı illərinə qədər 

mövcud olan  «Sovet»  modeli  daha  geniş yayılmışdı.  Hər bir modelin  özünəməxsus 

mexanizmi vardır.  

Dünya  təcrübəsindən  məlum  olduğu  kimi  sosial  yönümlü  bazar  iqtisadiyyatı  

modeli əhalinin daha etibarlı  sosial müdafiəsini həyata keçirən bir modeldir.  Belə ki, 

dövlət  tərəfindən  əhaliyə  pulsuz  xidmətlərin  göstərilməsi,  ailə  gəlirlərindən  asılı 

olmayaraq  cəmiyyət  üzvlərinin  bu  xidmətlərdən  istifadə  etməsi  üçün  sosial  təminat 

yaradılması,  hər  bir  vətəndaşın  pulsuz  təhsil,  səhiyyə  xidməti  almaq  hüquqlarının 

təmin  edilməsi,  məşğulluq  probleminin  həlli,  işsizliyin  səviyyəsinin  azaldılması, 

yoxsulluğun aradan qaldırılması və s. bu kimi sosial problemlərin həyata keçirilməsi-

nə  təminat  verilir.  Sosial  yönümlü  bazar  iqtisadiyyatı  modelinin  əsas  xüsusiyyət-



 

72 


lərindən  biri  onun  güclü  sosial  siyasət  sisteminə  malik  olmasıdır.  Məhz  bu  siyasət 

əhalinin sosial müdafiə sistemini formalaşdırır.    

Əhalinin sosial müdafiəsinin əsas məqsədi bütün əhalinin yaşayış standartlarını 

tarazlaşdırmaqdan və bütün vətəndaşların sosial rifahının yaxşılaşdırılmasından ibarət 

olmalıdır. Əhalinin sosial müdafiəsi elə təşkil edilməlidir ki, bu cəmiyyət üzvlərinin 

işləmək hüququ, təminatlı yaşayış minimumu, sağlamlığının qorunması, təhsil, peşə 

hazırlığı və yenidən hazırlanması, hüquqlarının təmin edilməsinə imkan versin. Bu-

nunla  birlikdə  əhalinin  sosial  müdafiəsi  elə  təşkil  edilməlidir  ki,  bu,  yaşayış  nemət-

lərinin  bölüşdürülməsində    bərabərliyə  və  himayəçiliyə  gətirib  çıxarmasın,  əməyə 

olan  həvəsin    azalmasına  səbəb  olmasın,  əksinə,  ona  müsbət  təsir  göstərsin.  Pulla 

verilən dotasiya və milli köməklik  o adamlara verilməlidir ki, onlar obyektiv səbəb-

lər üzündən qazanc əldə etmək imkanına malik deyildirlər. Bunlara çoxuşaqlı ailələr, 

gənclər və natamam ailələr, uşaqlar, tələbələr, əlillər, təqaüdçülər və sair məhdud və 

natamam əmək qabiliyyətinə malik olan, vətəndaşlar daxildir (26, s. 124). 

Dövlət  əhalinin  sosial  müdafiəsini  öz  üzərinə  götürməklə  fərdləri  və  ev 

təsərrüfatlarını riskdən və təhlükədən müdafiə edə bilir. Dünya ölkələrinin təcrübəsi 

göstərir  ki,  yoxsulluq  dərinləşdikcə  bu  risklərin  və  təhlükələrin  qarşısının  alınması 

daha  da  çətinləşir  və  onun  aradan  qaldırılması  üçün  daha    çox  vəsait  tələb  olunur. 

Ona  görə  də  dövlət  yoxsulluğun  dərinləşməsinin  qarşısının  alınması  istiqamətində 

tədbirlər planını daha geniş şəkildə həyata keçirməyə borcludur. Çünki yoxsulluğun 

dərinləşməsi doğulanda gözlənilən ömür müddətini azaldır, əhalinin təhsil almasını, 

səhiyyə xidmətlərindən istifadə etməsini çətinləşdirir ki, bu da son nəticədə insanın 

inkişafına və həyat səviyyəsinə mənfi təsir göstərir. 

Aparılan tədqiqatlar göstərir ki, 1995-ci ildən başlayan makroiqtisadi sabitləş-

mə  və  iqtisadiyyatın  dinamik  inkişafı  əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılması 

istiqamətində mühüm qərar və sərəncamların verilməsinə imkan yaratmışdır. Geniş-

lənən  maliyyə  imkanlarının  əhalinin  sosial  rifahının  artırılması,  iqtisadi  infrastruk-

turun yenidən qurulması istiqamətində istifadəsinə artıq başlanmışdır. Artan maliyyə 

potensialı  nəticəsində  fiskal  aktivliyin  yüksəlməsi  2005-ci  ilin  dövlət  büdcəsinin 

40%-dən çox artmasında özünü göstərmişdir.  




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə