“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   ...   33

 



 

əhalinin  istehlak  xərclərinin  quruluşunda  baş  verən  dəyişikliklər  kompleks 

halda tədqiq edilərək qiymətləndirilmiş; 

 



qlobal  maliyyə  böhrani  şəraitində  əhalinin  sosial  müdafiəsinin  təkmilləş-

dirilməsi və gəlirlərinin tənzimlənməsi istiqamətdə təkliflər verilmişdir. 



Dissertasiyanın  quruluşu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  səkkiz  yarımfəsil, 

nəticə və təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısı,  85 səhifədən ibarətdir. 




 

FƏSİL 1 ƏHALİNIN HƏYAT SƏVIYYƏSININ TƏNZİMLƏNMƏSİNİN 



NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ 

 

1.1. Həyat səviyyəsinin və əhali  gəlirlərinin tənzimlənməsi  



probleminə yanaşmalar   

 

Bazar iqtisadiyyatı şəraitində dövlət gəlirlərin tənzimlənməsi və sərvətlərin ye-



nidən bölüşdürülməsində birbaşa və dolayısı ilə iştirak edir. Bunun üçün ilk növbədə 

sosial  ədalət  prinsiplərinə  cavab  verən  tənzimləmə  siyasətinin  aparılmasını  tələb 

olunur.  Tənzimləmə  siyasəti  dedikdə-gəlirlərin  bölünməsi  və  yenidən  bölünməsinin 

sosial  ədalət  prinsipləri  əsasında  həyata  keçirilməsi  siyasəti  başa  düşülür.  Onu  da 

qeyd edək ki, gəlirlərin tənzimlənməsi (bölgüsü və yenidən bölgüsü) öz mahiyyətinə 

görə  çox  mürəkkəb  bir  prosesdir  və  məhz  bu  səbəbdən  bu  problem  öz  aktuallığını 

itirmir.  Cəmiyyətin  davamlı  inkişafı,  tələb  və  təklifin  dəyişməsi  əhali  gəlirlərinin 

tənzimlənməsində yeniləşməsinin aparılmasını tələb edir. Təsadüfi deyil ki, bu günə 

qədər  iqtisadi  nəzəriyyədə,  elmi  ədəbiyyatlarda,  həmçinin  beynəlxalq  və  dövlətlər 

səviyyəsində gəlirlərin bölgüsünün tənzimlənməsi tədqiq olunur.   

Bölgü  –  istehsal  olunan  məhsulda  iştirak  edən  hər  bir  təsərrüfat  subyektinin 

payının  (kəmiyyəti,  nisbəti)  müəyyən  edilməsi  prosesidir.  Məhsulun  bölgüsü  və 

mübadiləsi  istehsaldan  asılıdır.  Çünki  nə  istehsal  olunubsa  yalnız  onu  bölmək  və 

paylamaq  olar.  Ümumiyyətlə  istehsal,  istehlak  və  bölgü  sıx  qarşılıqlı    münasibətdə 

olmaqla  bir-birinin  inkişafına  müsbət  təsir  göstərirlər.  Bu  xarakterik  cəhətinə  görə 

gəlirlərin  bölgüsü  və  tənzimlənməsi  problemi  demək  olar  ki,  bütün  məktəblərin 

(klassiklər,  neoklassiklər,  liberalistlər,  neoliberalistlər,  keynsçilər,  neokeynsçilər  və 

s.) diqqətini çəkmişdir. Hesab edirik ki, bu iqtisadi proseslərin gəlir və bölgü əsasında 

baş  verməsi  ilə  əlaqədardır.  Gəlirlər  və  onun  bölgüsü  ilə  bağlı  ortaya  çıxan  

münasibətlər insan cəmiyyəti yaranan dövrdən mövcud olsa da ilk olaraq bu problemi 

klassik  məktəbin  nümayəndələri  tərəfindən  (A.Smit,  D.Rikardo,  C.Mill)  sistem 

halında öyrənilmişdir.  Onlar hesab edirdilər ki, gəlirlər üç əsas sinif (torpaq sahibi, 

kapitalist,  fəhlə)  arasında  əmək  haqqı,  mənfəət  (faiz),  renta  şəklində  bölünür  və  bu 

fərdi səviyyədə mülkiyyətin bölünməsinə təsir göstərir. A.Smit gəlirlərin yaranmasını 




 

(istehsal prosesində) əsas hesab etsə də, onun bölgüsünü bazarın ixtiyarına buraxırdı. 



O  hesab  edirdi  ki,  ictimai  istehsalın  artması  bütün  siniflərin  gəlirlərinin  artmasına 

təsir göstərir. A.Smit gəlirlərin bölgüsü və yenidən bölgüsünü vergi və rüsum vasitəsi 

ilə  həyata  keçirildiyini  qeyd  edirdi.  A.Smitdən  sonra  gəlirlərin  bölgüsü  D.Rikardo 

tərəfindən daha geniş şərh edilmişdir. D.Rikardo  A.Smitin ən fəal opponentlərindən 

biri kimi  çıxış  edərək gəlirlərin  bölgüsünü idarə  edən qanunun  müəyyən  edilməsini 

siyasi iqtisadın əsas məsələsi hesab edirdi. Gəlirlərin bölgüsü konsepsiyasını Rikardo 

işləsə  də,  sonralar  bu  problem  K.Marks,  C.B.Klark,  K.Vizer,  A.Piqu,  C.M.Keyns, 

İ.Şumpeter və başqaları tərəfindən geniş şərh edilmişdir.   

Gəlirlərin  yaranması  və  bölgüsünün  istehsal  amilləri  hesabına  baş  verməsi  ilə 

bağlı  düzgün  nəzəri  aydınlaşdırmaya  C.S.Millin  tədqiqatlarında  rast  gəlmək  olar. 

C.S.Millin fikrincə, xüsusi mülkiyyətin ―ağalıq‖ etməsi şəraitində məhsul bölgüsü iki 

istiqamətləndirici  amilə:  «rəqabət  və    adət-ənənə»yə  əsaslanır.  Bir  tərəfdən  rəqabət  

gəlirlərin  istehsal  amilləri  arasında  bölgüsünü  həyata  keçirilir.  Digər  tərəfdən 

bölgünün nəticələri rəqabətlə yanaşı adət və vərdişlərlə də bağlı olur. Hesab edirik ki, 

rəqabətin  inhisar  amili  və  ya  dövlət  tənzimlənməsi  ilə  məhdudlaşdırılması  bölgü 

proporsiyasını  yalnız  və  yalnız  müəyyən  qədər  dəyişə  bilər.  Lakin  bu  ümumilikdə 

gəlirlərin bölünməsinin funksional nəzəriyyəsinin inkarı üçün dəlil ola bilməz. Çünki 

adət ənənə də burada mühüm yer tutur. Yalnız rəqabət mühiti yaradıldığı halda onları 

fərqləndirmək olar.   

Bundan başqa, fransız iqtisadçısı Jan Batist Sey haqlı olaraq siyasi iqtisadı üç 

müstəqil hissəyə: istehsal, bölgü və istehlaka bölür. Hesab edirik ki, bu bölgü təkcə 

siyasi  iqtisadın  deyil,  ümumilikdə  ölkə  iqtisadiyyatının  və  əhali  gəlirlərinin  əsasını 

təşkil edir. Çünki resursların və gəlirlərin bölgüsü iqtisadiyyatda qarşılıqlı əsaslandı-

rılmış  proses  hesab  olunur.  Resursların  bölüşdürülməsi  haqqında  qərar  qəbul  edən 

şəxsin özü gəlirlərin bölgüsündə iştirak edir və onları alır. Ona görə də bölgü prose-

sinin təhlilini istehsal prosesinin təhlilindən ayırmaq olmaz. Hələ XIX əsrdə K.Marks 

yazırdı:  bölgü  formaca  öz  məzmununa  görə  təkcə  məhsul  istehsalına  görə  deyil,  

istehsalın nəticələrinə görə də ola bilər. Ona görə ki, o istehsalda iştiraka görə bölgü-

nün xüsusi formasını aşkar edir. Fikrimizcə, bunu bölgünün strukturunun tam şəkildə 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə