“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   25   26   27   28   29   30   31   32   33

 

79 


 

cəmiyyətdə  elmi  fəaliyyətin  nüfuzunun  artırılması  və  istedadlı  gənclərin  bu 



sahəyə yönəldilməsinin təmin edilməsi; 

 



elmin maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması. 

Səhiyyə  sahəsində  dövlət  siyasətinin  başlıca  məqsədi  əhalinin  sağlamlığının 

yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqə-

lərinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. 

Qarşıya  qoyulan  məqsədlərə  nail  olmaq  üçün  səhiyyə  sahəsində  dövlət 

siyasətinin əsas istiqamətləri aşağıdakılar ola bilər: 

 

dövlətin  maliyyə  imkanları  çərçivəsində  pulsuz  səhiyyə  xidmətlərinin 



genişləndirilməsi və onun keyfiyyətinin artırılması; 

 



ölkədə tibbi sığorta sisteminin yaradılması; 

 



səhiyyə  müəssisələrinin  dərman  və  avadanlıq  təminatının  yaxşılaşdırılması 

məqsədilə  tibb  sənayesi  müəssisələrinin  yaradılmasının  və  fəaliyyətinin  dövlət 

tərəfindən dəstəklənməsi; 

 



tibbi  profilaktika  tədbirlərinin  əhatəliliyinin  və  keyfiyyətinin  əhəmiyyətli 

dərəcədə yüksəldilməsi; 

 

əhalinin  sosial  cəhətdən  ən  aşağı  təminatlı  təbəqələrinə  tibbi  yardımın 



göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi. 

Ümumiyyətlə  uşaqlı  ailələrin  müdafiəsi  müxtəlif  forma  və  növlərdə  həyata 

keçirilir. Onun əsas hissəsini birbaşa pul ödəmələri təşkil edir. Burada mərkəzi yeri 

hər ay uşağa görə əmək haqqına edilən əlavələr tutur. Müavinətlər uşaqlara və yeni-

yetmələrə  əmək  qabiliyyətli  yaşa  çatana  qədər  və  ya  təhsilini  başa  çatdırana  qədər 

davam edir.  

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  ailə  gəlirlərində  elə  də  ciddi 

dəyişikliklər  baş  verməyib.  Belə  ki,  ölkənin  iqtisadi  problemləri  dövləti  əhalinin 

iqtisadi  və  sosial  nümayəndəsini  həyata  keçirməyə  imkan  vermirdi.  Belə  olan  halda 

insanlar  müstəqil  olaraq  öz  rifah  halını  yaxşılaşdırmaq  üçün  qeyri-leqal  şəkildə 

fəaliyyət  göstərməyə  başladılar.  Bir  çoxları  öz  şəxsi  təsərrüfatlarında  fərdi  əməklə 

məşğul  olmağa  başladılar.  Bu  amil  əhali  gəlirlərində  əmək  haqqı  payının  azalması, 

kənd  təsərrüfatından  və  fərdi  əmək  fəaliyyətindən  əldə  olunan  gəlirlərin  payının 



 

80 


artması ilə müşahidə alınmağa başladı.  

Bolqarıstanda əhalinin sosial müdafiəsi, uşaqlı ailələr də daxil olmaqla, 1991-

ci  ildə  «kompensasiya  ödəmələri  sistemi»  qurulmağa  başladı.  Bu  dövrdə  inflyasi-

yanın sürətlənməsi ilə əlaqədar olaraq ailə müavinətlərinin də həcmi artırılırdı. 1993-

cü ildə isə sosial yardım sistemi ailənin gəliri ilə bağlılığı sisteminə keçdi.  

Sosial  müdafiənin  tərkib  elementi  ehtiyacı  olanlara  köməklik  göstərməkdən 

ibarətdir.  Bu  pul  formasında,  natural  (güzəşt  və  pulsuz  xidmət,  tibbi,  yemək, 

nəqliyyat və s. xidmət) formada olur.  

Sosial  yardıma  ehtiyacı  olan  ailələrin  seçilməsində  gəlirlərin  hesablanması 

üçün  ailə  tərkibində  (hərbi  xidmətçilər,  azadlıqdan  məhrum  olanlar,  tam  dövlət 

təminatında  olan  uşaqlar  istisna  olmaqla)  ər-arvad,  onların  uşaqları  və  valideynləri, 

qardaş və bacılar, övladlığa götürülənlər və götürənlər, ögey oğul və ögey qız nəzərə 

alınır. 

Əsasən aşağıdakı növ pul gəlirləri nəzərə alınır: 

 

tarif  və  vəzifə  maaşlarının  məbləği,  işəmuzddan  əldə  olunan  gəlir,  yaxud 



məhsulların reallaşmasından daxil olan gəlir (işin icra edilməsi və göstərilən xidmət); 

 



tarif və vəzifə maaşlarının üzərinə olan bütün növ əlavələr (ağır və    təhlükəli 

şəraitdə olan işlərə, gecə işlərinə, yeraltı işlərə, işə çıxmayan işçilərin əvəzinə görülən 

işlərə görə əlavələr və s.); 

 



əmək haqqı sistemində nəzərdə tutulmuş mükafatlar; 

 



iş  vaxtından  artıq  işlərə,  bazar  və  bayram  günlərində  görülən  işlərə  görə 

hesablanan pul məbləğləri; 

 

məzuniyyət  vaxtı  ödənilən  əmək  haqqı  və  həmçinin  istifadə  olunmayan 



məzuniyyətə görə ödənilən pul kompensasiyası; 

 



işdən  çıxarılma  pulu  və  həmçinin  istefaya  çıxma  üçün  ödənilən  kompen-

sasiyalar; 

 

təşkilatların  ləğv  edilməsi  və  işçilərin  ixtisara  salınması  ilə  əlaqədar  işsiz 



qalan vətəndaşlara işə düzəlmə dövründə ödənilən pul məbləğləri. 

Ailə gəlirlərinə həmçinin aşağıdakı növ gəlirlər də daxil edilir: 

 

Daxili İşlər, Ədliyyə, Müdafiə Nazirliyi, Gömrük, Milli Təhlükəsizlik orqan-




 

81 


larının işçilərinin əmək haqları; 

 



Daxili İşlər, Ədliyyə, Müdafiə Nazirliyi, Gömrük, Milli Təhlükəsizlik orqan-

ları işindən azad olmağa görə verilən birdəfəlik müavinətlər. 

Ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi üçün ümumi 

ailə gəlirlərinə aşağıdakı ödəmələr də daxil edilir: 

 

bütün növ pensiyalar (pensiyaçılara qulluğa görə əlavələr istisna  olmaqla) və 



pensiyalar üzərinə aylıq əlavələr; 

 



ali, orta və ilkin tədris mərkəzlərində təhsil alanlara, aspirant və doktorantlara 

verilən  təqaüdlər,  tibbi  əsaslara  görə  akademik  məzuniyyətdə  olan  vətəndaşlara 

ödənilən kompensasiyalar; 

 



işsizliyə  görə  müavinət,  həmçinin  işsizlərə  peşə  tədrisi  dövründə  verilən 

təqaüdlər; 

 

əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə,  hamiləlik  və  doğuma  görə 



müavinətlər, erkən hamiləlik dövründə tibb müəssisələrində qeydiyyata duran qadın-

lara verilən birdəfəlik müavinətlər; 

 

3 yaşadək uşaqlara qulluğa görə  ödənilən müavinətlər; 



 

müqavilə  əsasında  hərbi  xidmətdə  olanların  arvadlarına  verilən  aylıq 



müavinət; 

 



iş yerində dəymiş zərərə görə aylıq ödənc; 

 



kütləvi informasiya vasitələrinin işçilərinə ödənilən müəllif haqları; 

 



ailəyə  və  yaxud  hər  hansı  bir  ailə  üzvünə  mənsub  olan  daşınmaz  əmlakın 

icarəyə verilməsindən əldə olunan gəlir; 

 

sahibkarlıq və ya fərdi əmək fəaliyyətindən əldə olunan gəlir; 



 

yardımçı  təsərrüfatlardan  əldə  olunan  gəlir  (bostan  bitkilərinin  becərilməsi, 



mal-qara, quş, balıq, arı, xəz dərili heyvanların yetişdirilməsi); 

 



həddi-büluğa çatmayan uşaqlar üçün alınan aliment; 

 



əmanət faizləri. 

Göründüyü kimi, əhalinin gəlirlərinin strukturu çox genişdir. 

Bir sıra Avropa ölkələrində (Almaniya, Avstriya) peşəkar sosial işin daşıyıcı-



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə