“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   25   26   27   28   29   30   31   32   33

 

85 


ki, onun  da  əsas  istiqaməti  əhalinin  sosial  müdafiəsini  təmin  etmək,  dövlət  təminatı 

vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meyllərinin aradan qaldırılmasından 

ibarətdir.  Ölkə  iqtisadiyyatında  baş  verən  dəyişikliklərə  tam  uyğun  olaraq  sosial  in-

frastrukturun  tənzimlənməsində  dövlətin  rolu  və  funksiyası  daha  da  genişləndiril-

məlidir.  Belə  ki,  bazar  iqtisadiyyatına  keçid  respublikamızda  sosial  infrastruktur 

sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmışdır. Deməli, respublikanın hər 

bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün 

müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial infrastrukturun formalaşdırılması 

və  inkişafı  dövlətin  apardığı  sosial  siyasətə  tam  uyğun  olaraq  tənzimlənməlidir. 

Göstərmək  lazımdır  ki,  sosial  infrastrukturun  formalaşdırılması  istiqamətində  ən 

mühüm  vəzifə  hər  bir  regionda  istehsal  strukturunun  bazar  iqtisadiyyatı  tələbləri 

əsasında təkmilləşdirilməsidir.  

Məhz  bunları  nəzərə  alaraq  ―Azərbaycan  Respublikasında  antiinflyasiya 

tədbirlərinin gücləndirilməsi haqqında‖ ölkə Prezidenti tərəfindən 31 may 2005-ci il 

tarixli  Fərman  imzalandı.  Bu  fərmana  uyğun  olaraq  Milli  Bank  hökumətlə  birlikdə 

antiinflyasiya tədbirlərini həyata keçirməyə başladı və inflyasiyanın qarşısı alındı.  

Dövlətin sosial siyasətinin tərkibinin özəlləşmə, maliyyə, vergi, sərmayə, göm-

rük,  qiymət  və  digər  xüsusi  iqtisadi  siyasətin  sosial  aspektlərinin  əhatə  etdiyindən   

yalnız  əhalinin  zəif  təbəqələrinin  sosial  müdafiəsi  və  sosial  təminatı  ilə  məhdud-

laşdırılmasının mümkünsüzlyünü bildirmişdir. 

Sosial  siyasətlə  bağlı  əhalinin  sosial  müdafiəsinin  təkmilləşdirilməsi,  həssas 

qrupların ünvanlı sosial yardımla təmin olunması, əsas səhiyyə və təhsil xidmətləri ilə 

təminatın yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi üçün 

əsas  strateji  məqsədlərin  dəstəklənməsi  istiqamətində  tədbirlərin  həyata  keçirilməsi 

nəzərdə tutulmuşdur. 

 



 

86 


NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Aparılan  tədqiqat  işinin  nəticələri  göstərir  ki,  transformasiya  iqtisadiyyatında 



əhali  gəlirlərinin  tənzimlənməsi  yoxsulluğun  azaldılması,  həyat  səviyyəsinin 

yüksəldilməsi,  təhsil  səviyyəsinin  artırılması,  sağlamlığının  qorunması,  sosial 

ədalətin  bərpası  və  kəskin  təbəqələşmənin  qarşısının  alınmasında,  ümumilikdə  isə 

həyat keyfiyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır.  

Son illərdə Azərbaycanda əhali gəlirlərinin tənzimlənməsi istiqamətində bi sıra 

uğurlu addımlar atılmışdır. Dünya təcrübəsindən məlum olduğu kimi sosial yönümlü 

bazar  iqtisadiyyatı   modeli  əhalinin daha  etibarlı    sosial  müdafiəsini  həyata  keçirən 

bir modeldir.  Belə ki, dövlət tərəfindən əhaliyə pulsuz xidmətlərin göstərilməsi, ailə 

gəlirlərindən  asılı  olmayaraq  cəmiyyət  üzvlərinin  bu  xidmətlərdən  istifadə  etməsi 

üçün  sosial  təminat  sisteminin  yaxşılaşdırılması,  hər  bir  vətəndaşın  pulsuz  təhsil, 

səhiyyə  xidməti  almaq  hüquqlarının  təmin  edilməsi,  məşğulluq  probleminin  həlli, 

işsizlik  səviyyəsinin  azaldılması,  yoxsulluğun  aradan    qaldırılması  və  s.  bu  kimi 

sosial problemlərin həll edilməsinə təminat verilir. Sosial yönümlü bazar iqtisadiyyatı 

modelinin əsas xüsusiyyətlərindən biri də onun güclü tənzimləmə mexanizminə malik 

olmasıdır. Bu gün aparılan islahatlar Azərbaycanda sosial yönümlü bazar modelinin 

formalaşdığını göstərir. 

Lakin  bütün  bunlarla  yanaşı  əhali  gəlirlərinin  tənzimlənməsi  istiqamətində 

problemlər  də  vardır.  Bu  da  ölkəmizin  keçid  iqtisadiyyatlı  olması  ilə  əlaqələndirilə 

bilər.  Son  illərdə  Azərbaycanın  maliyyə  imkanlarının  genişlənməsini  nəzərə  alaraq 

hesab  edirik  ki,  əhalinin  gəlirlərinin  tənzimlənməsi,  sosial  müdafiə  sisteminin 

təkmilləşdiriləsi  və  həyat  səviyyəsinin  yüksəldilməsinə  yönələn  aktiv  sosial-iqtisadi 

siyasət  həyata  keçirilməlidir.  Bunun  üçün  ilk  növbədə  vergi,  büdcə,  pul-kredit, 

məşğulluq, səhiyyə, elm, təhsil siyasəti və sosial yardım sistemi təkmilləşdirilməlidir. 

Bu  məqsədlə  aşağıdakı  istiqamətlərdə  işlərin  aparılmasını  məqsədəuyğun  hesab 

edirik. 

1.  Vergi  Məcəlləsində  aşağıdakı  dəyişikliklərin  edilməsi  əhali  gəlirlərinin 

artmasına müsbət təsir gəstərə bilər.   



 

87 


 

ƏDV 18%-dən 15%-ə endirilməsi; 



 

gəlir vergisinin vergi tutulmayan minimum məbləğinin  artırılması; 



 

vergi  yığılmasındakı  neqativ  halların  aradan  qaldırılması  istiqamətində 



tədbirlərin daha da gücləndirilməsi;  

2.  Dövlət  büdcəsinin  gəlir  və  xərclərində  şəffaflıq  və  effektli  istifadə  təmin 

edilməli  və  neft  sektorundan  asılılığı  azaldılmalıdır.  Bu  məqsədlə  aşağıdakı  tədbir-

lərin görülməsi məqsədəuyğun olardı:  

 

qeyri–neft  sektorunun  inkişafı  üçün  əlverişli  nivestisiya  mühitinin  yaradıl-



ması; 

 



büdcədən  maliyyələşən  təşkilatlara  vəsait  ayrılarkən  sosial  ədalət  prinsip-

lərinin gözlənilməsi; 

 

büdcə  təşkilatlarında  çalışanlarım  əmək  haqlarının  yaşayış  minimumuna 



çatdırılması; 

3. Pul-kredit siyasətinin təkmilləşdirilməsi istiqamətində;  

 

manatın möhkəmlənməsinin qarşısısının alınması; 



 

antiinflyasiya  tədbirlərinin  gücləndirilməsi  və  bu  zaman  bazar  iqtisadiy-



yatının tələblərinə uyğun tənzimləmə siyasətinin həyata keçirilməsi;   

 



antiinhisar  tədbirlərinin  gücləndirilməsi  və  azad  rəqabət  mühitinin  yara-

dılması; 

4.  Məşğulluq  əhali  gəlirlərinin  formalaşmasında  və  gəlirlərin  tənzimlən-

məsində əhəmiyyətli rol oynayır. Bu baxımdan əhali  məşğulluğunun təmin edilməsi 

istiqamətində aşağıdakı işlər görülməlidir. 

 



tam, məhsuldar və sərbəst məşğulluğun təmin edilməli; 

 



insanların  öz  rifahını  yaxşılaşdırmaq  üçün  mövcud  resurslardan  səmərəli 

istifadə etməsinə şərait yaradılmalı; 

 

iqtisadiyyatın sahə quruluşu yeniləşməli və bu zaman işdən azad olan başqa 



sözlə, sərbəstləşən işçilərin himayə edilməli;    

 



əhalinin  pul  gəlirlərinin  tərkibində  əmək  haqqından  əldə  olunan  gəlirlərin 

xüsusi çəkisinin (50%-dən çox) artırılmasına nail olunmalı; 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə