“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   ...   33

 

13 


nal bölgüsü cəmiyyətin pul gəlirlərinin əmək haqqı, renta, faiz və mənfəət kimi gəlir 

növləri ilə bağlıdır.  

Funksional  bölgü  əhalinin  ilkin  gəlirlərini  formalaşdırır.  Kiçik  mülkiyyət-

çilərin, o cümlədən həkimlərin, vəkillərin, fermerlərin, kiçik və korporativ olmayan 

müəssisələrin sahiblərinin gəlirləri əmək haqqı, gəlir, renta və faizdir. İnkişaf etmiş 

ölkələrin  təcrübəsi  göstərir  ki,  qarışıq  iqtisadiyyatda  ümumi  gəlirlərin  əsas  hissəsi 

əmək haqqı hesabına formalaşır.  

Məlum  olduğu  kimi,  istehsal  olunmuş  milli  gəlir  əvvəlcə  onun  istehsalçıları 

arasında  bölüşdürülür.  Burada  əmək,  torpaq,  kapital  və  sahibkarlıq  fəaliyyəti  isteh-

salın  başlıca  amilləri  kimi  çıxış  edirlər.  Buna  görə  də  həmin  gəlirlərin  bölgüsündə 

onun mülkiyyətçiləri iştirak edərək, əmək haqqı, faiz, renta mənfəət formasında gəlir 

əldə  edirlər.  İstehsal  olunan  milli  gəlirin  ilkin  bölgüsündən  sonra,  onun  yenidən 

bölgüsü  baş  verir  və  beləliklə,  əhali  gəlirlərinin  tənzimlənməsi  həyata  keçirilir.  Bu 

bölgüdə  Ş.Xəlilovun  fikirləri  ilə  ifadə  etsək,  ―...milli  gəlirin  bilavasitə  istehsalı  ilə 

məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak edirlər. Beləliklə,  milli gəlirin ilkin  

və  yenidən  bölgüsü  nəticəsində  cəmiyyətdə  bütün  üzvlərinin  və  sosial  qruplarının 

gəlirləri formalaşır. Başqa sözlə, gəlirlərin tənzimlənməsi baş verir.     

İqtisadi  nəzəriyyədən  məlum  olduğu  kimi,  milli  gəlir  cəmiyyətin  istehsal  və 

istehlak  tələbatını  ödəyən  həyat  səviyyəsini  formalaşdıran  ümumiləşdirilmiş  gəlir 

göstəricidir.  Milli  gəlirin  artırılması  istehsalın  və  sosial  təyinatlı  tədbirlərin  həyata 

keçirilməsinə  şərait  yaradır.  Milli  gəlirin  bir  hissəsi  əhalinin  istehlak  tələbatını 

ödəmək üçün əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq bölünür, şəxsi istehlak 

fondu və əhalinin alıcılıq qabiliyyəti formalaşır. 

Milli gəlirin bölgüsündə əhalinin payını müəyyən edən gəlir səviyyəsi nominal 

gəlir  adlanır.  Nominal  gəlirlər  sahibkarın  və  əhalinin  xərclərini  ödəmək  üçün  ilkin 

bölgü  yolu  ilə  əldə  olunan  gəlirlərdir.  Lakin  maliyyə-kredit,  vergi,  qiymət  sistemi 

vasitəsilə  nominal  gəlirlərin  də  yenidən  bölgüsü  baş  verir.  Belə  ki,  dövlət    nominal 

gəlirlərdən  vergi  vasitəsilə  vəsait  toplayır  və  ümumi  cəmiyyətin  tələbatını  ödəmək 

üçün yenidən özünə qaytarır.  

Real  gəlirlər  isə  kəmiyyət  və  struktur  baxımından  nominal  gəlirlərdən 




 

14 


fərqlənir. Belə ki, real gəlir – sərəncamda qalan gəlirlərlə əldə edilməsi mümkün olan 

məhsulların  kəmiyyəti  kimi  başa düşülür.  Real  gəlirlər  nominal  gəlirlərin  qiymət  və 

tariflərin dəyişməsinə əsaslanaraq hesablanır. Ə.Q.Əlirzayevin fikrincə, real gəlirlərin 

dəyişməsinə təsir edən amillər nominal gəlirlərin dəyişməsinə başqa müstəvidə təsir 

göstərir. Gəlirlərin real bölgüsü o vaxt mümkün olur ki, həm muzdlu işçinin, həm də 

kapital mülkiyyətçisinin sosial statusu birmənalı şəkildə eyniləşsin. Göründüyü kimi 

istehsal  amillərinin  mülkiyyətçiləri  müxtəlif  istehsal  amillərinə  sahib  olduğundan 

gəlirlərin funksional bölgüsü onların gəlirlərini əks etdirmir.  

Gəlirlərin  şəxsi  bölgüsünə  gəldikdə  isə  bu,  onun  ev  təsərrüfatları  və  şəxslər 

arasında  paylanması  ilə  ölçülür.  Bu  zaman  dövlət  istehsal  amilləri  üzrə  əldə  edilən 

gəlirlərin  bir  hissəsini  vergi  formasında  onlardan  alır  və  yenidən  bölgü  əsasında 

aztəminatlı ailələrə, dövlət xərclərinin ödənilməsinə xərcləyir. Deməli, gəlirlərin şəx-

si bölgüsü cəmiyyətin məcmu gəlirlərinin ayrı-ayrı ev təsərrüfatları arasında bölgüsü 

ilə  bağlıdır.  Şəxsi  bölgü  qeyri-bərabərliyi  ilə  fərqlənir  və  bu  Pareto-Lorens-Cini 

metodologiyası  əsasında  müəyyən  edilir.  Hələ    XX  əsrin  əvvəllərində  Pareto  gəlir-

lərin  bölgüsünün  faktiki  göstəricilərinə  əsaslanaraq,  ―Pareto‖  qanununu  formalaş-

dırmışdır.  «Pareto  qanunu»na  görə  gəlir  səviyyəsi  və  onları  əldə  edənlərin  sayı 

arasında əks bağlılıq vardır. Başqa cür desək, gəlirlərin fərdi bölgüsü davamlı qeyri-

bərabərdir.  Pareto qanuna görə demək olar ki, gəlirlərin bölgüsündə qeyri-bərabərlik 

səviyyəsi  («Pareto  əmsalı»)  müxtəlif  ölkələrdə,  eynidir.  Çünki  Pareto  konsep-siya-

sında gəlirlərin bölgüsünə sosial və siyasi amillərdən asılı olmayan və dəyişmə-yən 

amil kimi baxılır. Paretoya görə tarazlıq yalnız o halda mövcud olur ki, təkcə tələb-

təklif  arasında  deyil, eyni  zamanda  bazar  münasibətləri  iştirakçılarının  rifah  halında 

bərabərlik olsun. Eləcə  də onun bütün iştirakçılarının  rifahı  yaxşılaşsın. Onun    rifah 

halı  meyarında  deyilir:  «heç  kimə  zərər  vurmayan  və  bəzilərinin  isə  vəziyyətini 

yaxşılaşdıran hər hansı dəyişikliyə ümumi yaxşılaşma kimi baxmaq lazımdır».  

Qeyd  edək  ki,  iqtisadi  nəzəriyyədə  gəlirlərin  bölgüsündəki  bərabərsizlik  qiy-

mətləndirilərkən müxtəlif yanaşmalardan istifadə olunur. Onlardan birincisi gəlirlərin 

bir  neçə  komponentinə  əsaslanır.  Bu  zaman  əsas  gəlir  mənbələrinə  görə  ümumi  

qiymətləndirmə  aparılır.  Burada  gəlirlərin  bərabərsizliyi  əmək  haqqından,  özünü 




 

15 


məşğulluqdan  və  transfert  ödəmələrindən  əldə  edilən  gəlirlərin  ümumi  gəlirlərdə 

xüsusi  çəkisi  ilə  müqayisə  edilir.  Ancaq  bu  digər  gəlir  mənbələrinin  bərabərsizliyə 

təsirinin müəyyən edilməsinə imkan vermir. 

İkinci  yanaşma  gəlirin  başqa  komponentlərinin  əlavəsi  zamanı  tədqiq  olunur. 

Bu  yanaşma,  digər gəlir  komponentlərinin  ümumi  gəlirlərdə bərabərsizliyə  təsirinin 

qiymətləndirilməsinə  imkan  verir.  Bununla  yanaşı  müəyyən  olunmuş  komponentin 

məbləği, ölçüsü bura əlavə olunan komponentlərin ardıcıllığından asılıdır.  

Gəlirlərin  qeyri-bərabər  bölgüsünün  spesifik  səbəbi  mövcud  bazar  mühitinin 

(əməyin  dəyərinin  ucuz  olması,  normativ  hüquqi  bazanın  tənzimlənməməsi,  gizli 

gəlirlərin  böyük  olması  imkanları  və  s.)  xüsusiyyətlərinə  əsaslanır.  Gəlirlər  üzrə 

bərabərsizliyin  ölçülməsi  üçün  əhalinin  bərabər  paylara  (desil  1/10  və  kvintil  1/5) 

bölgüsünün  statistik  üsullardan  geniş  istifadə  olunur.  Ölçüyə  aşağı,  orta  və  yuxarı 

gəlir  qrupları  qoşulur.  Desil  və  kvintil  üzrə  gəlirlərin  bölüşdürülməsi  gəlirlərin 

diferensiasiya dərəcəsinə və əhalinin alıcılıq qabiliyyətinin səviyyəsinə  əsaslanır.  

Məlum  olduğu  kimi  gəlirlərin  bərabərsizliyinin  qiymətləndirilməsində  daha 

geniş  tətbiq  olunan  metod  Lorens  əyrisidir.  Bu  əyri  əhalilini  gəlirin  artmasına  görə 

qruplaşdırır və onlar arasında fərqi müqayisə edir.  

Bunun daha aydın olması üçün Lorens əyrisinin izahına diqqət yetirək.  

б 

а 

Мцтляг 



бярабярсизлик 

         20           40           60            80            100    F  

        

20       40        60       80      100 

 

Ящалинин пайы % 



Ящали

нин


 м

яж

м



у 

эя

лир



ляр

дя 


пай1ы

 %

 



Мцтляг бярабярлик 

 

 



Лоренс 

яйриси 


ж 

д 

Е 



О 

           



Şəkil 1.1. Lorens əyrisi 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə