“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 

19 


1.2. Həyat səviyyəsi və əhali gəlirlərinin bölgüsü arasında  

qarşılıqlı əlaqənin nəzəri əsasları 

 

 

Məlum  olduğu  kimi,  əhali  gəlirlərinin  tənzimlənməsi  və  həyat  səviyyəsinin 



yüksəldilməsi  ölkədə  həyata  keçirilən  iqtisadi  və  sosial  siyasətdən  birbaşa    asılıdır. 

İqtisadi  nəzəriyyədən  məlum  olduğu  kimi  dövlətin  sosial  siyasətinin  əsas 

məqsədlərindən  biri  də  əhali  gəlirlərinin  tənzimləməsini  yerinə  yetirməklə  həyat 

səviyyəsinin  fasiləsiz  yüksəldilməsinə,  sosial  bərabərsizliyin  aradan  qaldırılmasına, 

sosial rifahın təmin olunmasına nail olmaqdan ibarətdir. Dünyanın tanınmış iqtisadçı 

alimləri D.Beg, S.Fişer və R.Dornbuş sosial siyasət anlayışına müxtəlif bazarlarda ev 

təsərrüfatlarının  davranışına,  hərəkətinə  dövlətin  sistemli  təsiri  kimi  izah  edirlər. 

Burada dövlətin sistemli təsiri dedikdə daxili məhsul və xidmətlər bazarında qiymət 

tənzimlənməsi,  vergi  siyasəti  və  sağlam  rəqabət  mühitinin  formalaşması  və  s.  başa 

düşülməlidir.  Sözsüz  ki, hər  bir bazar  subyekti  (bəzi dövlət müəssisə və  təşkilatları 

istisnalıq təşkil edir) öz gəlirini maksimum səviyyədə artırmağa çalışır. Çünki gəlir, 

bazar  iqtisadiyyatının  aktiv  iştirakçılarının  fəaliyyətinin  son  məqsədi,  obyektiv  və 

zəruri  şərti  hesab  olunur.  Buna  baxmayaraq  burada  dövlətin  tənzimləmə  siyasəti 

vacibdir.  Bu  dövlətin  həyata  keçirdiyi  sosial  siyasət,  gəlirlərin  alınmasında  əmələ 

gələn  bərabərsizliyin  nisbi  azalması,  kütləvi  yoxsulluğun  qarşısının  alınması  və 

nəhayət, ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi ilə müşayiət olunur.  

Ə.T.Nağıyev  və  R.İ.Mürşüdovun  fikirlərinə  görə,  sosial  yönümlü  bazar 

iqtisadiyyatına  keçid  və  keyfiyyətcə  yeni  iqtisadi  münasibətlərin  yaranması,  sosial 

müdafiə  sistemində  zəruri  islahatların  aparılmasını,  müasir  tələblərə  cavab  verən 

çevik, işlək mexanizmlərin, əmək və sosial hüquqların qorunmasını təmin edən tam 

əlaqəli hüquqi və iqtisadi-sosial təminat sisteminin yaradılmasını təmin edir. 

Qeyd  etmək  lazımdır  ki,  gəlirlərin  artırılması  və  həyat  səviyyəsinin  yaxşılaş-

dırılması  ölkədə  həyata  keçirilən  sosial-iqtisadi  siyasətdən,  mövcud  resurslardan 

səmərəli  istifadə  edilməsindən  birbaşa  asılıdır.  Məhz  bu  səbəbdən  əhali  gəlirlərinin 

formalaşması  mənbələri,  onların  sosial  qruplar,  ev  təsərrüfatları  və  digər  əhali 

qrupları  arasında  ədalətli  bölünməsi  cəmiyyətdə  sosial  sabitliyin  təmin  edilməsinin 

əsas  və  başlıca  şərti  hesab  edilir.  Ə.Əlirzayev  gəlirləri  istehsal,  bölgü    prosesləri 



 

20 


nəticəsində formalaşan sosial-iqtisadi inkişafın maddi əsası hesab edir. Onun fikrincə, 

«gəlirlər  iqtisadi  obyektlərin  (və  subyektlərin)  fəaliyyət  xüsusiyyətlərini,  onların 

məqsəd və vəzifələrini özündə əks etdirir. 

Fikrimizcə,  yuxarıda  qeyd  olunan  fikirlər  əhali  gəlirlərinin  formalaşmasında 

sosial  siyasətin  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  göstərir  və  sosial  münasibətlərin 

tənzimlənməsi  sahəsində  dövlətin  əsas  funksiyası  hesab  olunur.  L.İ.Abalkin  haqlı 

olaraq  müasir  mərhələdə  sosial  siyasətin  başlıca  istiqamətini  şəxsiyyətin  iqtisadi 

fəallığının  hərtərəfli  stimullaşdırılmasına,  hər  bir  insanın  özünün  əməyi,    enerjisi, 

təşəbbüsü  və  bacarığı  ilə  özünə  və  ailəsinə  layiqli  həyat  şəraiti  qurulmasının  təmin 

edilməsinə  yönəlməsində  görür.  Hesab  edirik  ki,  layiqli  həyat  şəraitinin  qurulması 

insanların gəlirlərindən asılı olur.    

Qeyd  edək  ki,  transformasiya  iqtisadiyyatında  dövlət  müxtəlif  vasitələrdən, 

üsullardan  istifadə  etməklə  bu  funksiyaların  həyata  keçirilməsini,  əhali  gəlirlərini 

artırmaqla ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasını və sosial dövlətin 

qurulması öhdəliyini öz öhdəsinə götürür. Beləliklə, P.K.Qonçarovun sözləri ilə ifadə 

etsək  «...dövlət sosial  siyasətin strategiyasını və  onun baza parametrlərini  müəyyən-

ləşdirməklə  vətəndaşlar,  ictimai  institutlar  və  dövlət  arasında  harmoniya  yaradır». 

Sosial  siyasətin  son  məqsədinə  gəldikdə  isə  o  əhali  gəlirlərini  (məşğulluq,  əmək 

haqqı,  müavinətlər  və  s.)  tənzimləməklə  ölkədə  həyat  səviyyəsinin  yüksəldilməsinə 

xidmət  edir.  C.B.Quliyevin  fikrincə,  «həyat  səviyyəsi  insanların  fiziki,  mənəvi  və 

sosial  tələbatının  təmin  edilməsi  səviyyəsini  xarakterizə  edən  sosial-iqtisadi 

kateqoriya kimi, bir tərəfdən insanların tələbatının inkişaf dərəcəsi ilə, digər tərəfdən 

də,  onların  tələbatının  təmin  edilməsi  üçün  istifadə  olunan  mühüm  nemətlərin  və 

xidmətlərin  kəmiyyət  və  keyfiyyəti  ilə  müəyyən  edilir.  Əgər  inkişaf  etmiş  ölkələrin 

təcrübəsinə,  eləcə  də  iqtisadi  ədəbiyyatlara    nəzər  salsaq,  əhali  gəlirləri  ilə  həyat 

səviyyəsi  arasında  birbaşa  asılılığın  olduğunu  görə  bilərik.  Yəni  bu  anlayışların  biri 

digərini tamamlayır. Belə ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa deməli, real gəlir 

səviyyəsi  aşağıdır  və  ya  əksinə,  əgər  real  gəlir  səviyyəsi  azdırsa,  deməli,  həyat 

səviyyəsi  aşağıdır.  Müasir  mərhələdə  sosial  siyasətin  başlıca  istiqaməti  şəxsiyyətin 

özünə və ailəsinə layiqli həyat şəraiti qurulmasına  yönəlməlidir. 




 

21 


Bu  baxımdan,  əhali  gəlirlərinin  formalaşmasının  nəzəri-metodoloji  əsaslarını 

tədqiq  edərkən  «həyat  səviyyəsi»  və  «əhali  gəlirləri»  anlayışlarının  mahiyyətinin  və 

qarşılıqlı əlaqəsinin açılması vacibdir. Bu anlayışların birinin digərini tamamladığını 

və  gəlirlərin  həyat  səviyyəsinin  ən  mühüm  tərkib  hissəsi  olduğunu  nəzərə  alaraq 

əvvəlcə  «həyat  səviyyəsi»  anlayışının  mahiyyətinə  nəzər  salaq.  Bu  anlayış  altında 

adətən,  yuxarıda  da  qeyd  olunduğu  kimi,  insanların  maddi  və  mənəvi  tələbatının 

ödənilmə  səviyyəsi  başa  düşülür.  Ödənilmə  səviyyəsi  burada  insanın  yaşaması  və 

fəaliyyət göstərməsi üçün istehlak standartları səviyyəsi kimi izah edilir. Göründüyü 

kimi,  həyat  səviyyəsi  təkcə  gəlirlərə  görə  deyil,  kompleks  göstəricilərə  əsaslanaraq  

qiymətləndirilir.  

Qeyd edək ki, bəzən elmi ədəbiyyatda «həyat səviyyəsi» və «həyat keyfiyyəti» 

anlayışları  eyniləşdirilir.  Hesab  edirik  ki,  bu  anlayışlar bir-biri  ilə  qarşılıqlı  əlaqədə 

olan  ümumi  bağlılıq  olsa  da,  onları  bir-birindən  fərqləndirən  cəhətlər  vardır.  Qeyd 

edildiyi  kimi  həyat  səviyyəsi  müəyyən  dövr  üçün  insanların  maddi  və  mənəvi  tələ-

batlarının ödənilmə səviyyəsini əks etdirir. S.A.Vasnev həyat səviyyəsi anlayışına ge-

niş mənada baxmışdır. O əhalinin «həyat səviyyəsi» anlayışı altında insanların həyatı 

üçün zəruri olan maddi (ərzaq məhsulları, paltar, yaşayış binası, məişət əşyaları) və 

mənəvi (əmək, məşğulluq, sağlamlıq, təhsil, asudə vaxt, istirahət) tələbatının ödənil-

məsi  səviyyəsini  əsas  götürür.  Göründüyü  kimi,  «həyat  səviyyəsi»  əhalinin  zəruri 

maddi  sərvət  və  xidmətlərlə  təminatının  minimal  istehlak  tələbi  səviyyəsinə 

çatdırılması və səmərəli istehlakın təmin edilmə dərəcəsi ilə xarakterizə olunur. Məhz 

bu cəhətləri nəzərə alaraq iqtisadi nəzəriyyədə həyat səviyyəsinə mühüm və olduqca 

mürəkkəb  sosial-iqtisadi  kateqoriya  kimi  baxılır.  «Həyat  keyfiyyəti»  isə  çox  vaxt 

özündə kəmiyyətcə tam qiymətləndirilməsi mümkün olmayan  çoxsaylı amilləri bir-

ləşdirir.  Həyat  keyfiyyətinə  –insanın  əmək  şəraiti  və  təhlükəsizliyi,  asudə  vaxtdan 

istifadə imkanları, ekoloji vəziyyəti, sağlamlığı, fiziki inkişafı və bir çox başqa göstə-

ricilər  daxildir. Qeyd  olunanlar  onu  göstərir  ki,  əhalinin həyat səviyyəsinin  və  eləcə 

də  yoxsul  əhalinin  müəyyən  edilməsində  əhali  gəlirləri,  xüsusilə  də  pul  gəlirləri 

əhəmiyyətli yer tutur. Bu baxımdan inkişaf etmiş ölkələrdə gəlirlərin formalaşması, 

onların  növləri  və  mənbələrinin  kompleks  tədqiqi  mühüm  əhəmiyyət  kəsb  edir. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə