“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 

25 


izah  edirlər.  Hesab  edirik  ki,  bu  tərif  «gəlir»  anlayışını  mahiyyətini  tam  aça  bilmir. 

Çünki  cəmiyyətdə  iqtisadi  fəaliyyətdə  iştirak  etmədən  və  gəlir  əldə  edənlər  (trans-

fertlər, təqaüd və müavinətlər) də vardır. 

Bu  baxımdan  qeyd  etdiyimiz  kimi  «əhali  gəlirləri»  mürəkkəb  sosial-iqtisadi 

kateqoriya  hesab  olunur.  Məhz  bu  səbəbdən  iqtisadi  nəzəriyyədə  «gəlir»  anlayışına 

baxış da birmənalı deyildir. Ümumiyyətlə gəlirlər problemi iqtisadçılar və sosioloqlar 

arasında böyük maraq doğuran və bununla əlaqədar olaraq diqqəti həmişə özünə cəlb 

edən problemlər sırasına aid edilir. Gəlirlər həmçinin alınma mənbələrinə, növlərinə, 

müntəzəmliyinə, növbəliliyinə və s. görə fərqləndirilir.  

O.Y.Mamedovun  fikrincə,  «gəlir  -  ailəyə  istehsal  amillərinin  (əmək,  torpaq, 

kapital,  sahibkarlıq  fəaliyyəti)  mübadiləsi  nəticəsində  daxil  olur  ».Bunun  nəticəsi 

olaraq  iqtisad  elmində  gəlirlər  alınma  mənbələrinə  görə  amilli    və  qeyri-amilli 

gəlirlərə  bölünür.  Bu  gəlir  mənbələrinə  fərqli  təriflər  verilsə  də,  son  olaraq  hər  bir 

istehsal amili şəxsi gəlirlərin müəyyən növünə aid edilir.  

İstehsal amilləri üzrə gəlirlərə: təbii resurslar (torpaq və digər təbii resurslar); 

kapital; əmək; sahibkarlıq fəaliyyəti daxil edilir  . 

Qeyd edilənlərə əsaslanaraq gəlirlərin aşağıdakı sxemini qurmaq olar.  

Gəlirlər 

Əmək haqqı   

Sahibkarlıq fəaliyyətindən 

Kənd təsərrüfatı. 

məhsullarının satışından 

 

Qiymətli kağızlar, kapi-



taldan, dividentlərdən    

Pensiya, müavinət vıə təqaüdlər  

 

 

Maliyyə sistemindən daxilolmalar: o 



cümlədən  

Sığorta ödəmələrindən; 

Yaşayış evlərnin tikintisi və digər məqsədlər 

üçün alınan ssudalar; 

Faiz gəlirləri  

İstiqraz ödəmələri və uduşları 

Lotereya uduşları və s 

 

 



Xarici valyutanın satışından və pul 

köçürmələrindən 

 

Şəkil 1.2. Gəlirlərin mənbələri

 




 

26 


Sadalanan  hər  bir  amil  üzrə  gəlirlər  əmək  haqqı,  renta,  faiz,  sahibkarlıq 

mənfəəti  formasında  olur.    İstehsal  amilləri  üzrə  pul  gəlirinin  alınması  faktının  özü  

hər  hansı  şəxsin  cəmiyyətin  iqtisadi  həyatında  iştirakının  obyektiv  sübutu,  gəlirin 

ölçüsü  isə  bu  iştirakın  miqyas  göstəricisi  kimi  çıxış  edir.  Əmək  amilinə  görə  ödə-

mənin inkişaf meyllərinin təhlili göstərir ki, bu gəlir növü uzunmüddətli perspektivdə 

pul  gəlirlərinin  formalaşmasının  ümumi  həcmində  özünün  aparıcı  rolunu  qoruyur.  

Lakin keçid dövrü əhali gəlirlərinin strukturunda dəyişikliklərin baş verməsi, xüsusi 

ilə  əmək  haqqının  əhali  gəlirlərində  payının  aşağı  düşməsinə  səbəb  oldu.  A.Smitin 

«əmək haqqı» nəzəriyyəsində çox düzgün olaraq yüksək əmək haqqını milli sərvətin 

artımının  təbii  əlaməti  və  qaçılmaz,  zəruri  nəticəsi  kimi  qiymətləndirir  və  onu  sər-

vətin  artmasının  gələcək  nəticələrinə,  bununla  yanaşı  əhalinin  artmasına  səbəb 

olduğunu qeyd edir. K.Marks göstərirdi ki: «iş qüvvəsinin dəyəri-işçinin və ailəsinin 

mövcudluğu üçün zəruri vasitələrin dəyəridir». 

Əhalinin  pul  gəlirlərinin  müxtəlifliyinə  baxmayaraq  əmək  haqqından, 

sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən, həmçinin sosial transfertlərdən daxil olan 

gəlirlər gəlirlərin başlıca tərkib hissəsi kimi çıxış edir. 

Əhalinin pul gəlirlərinin dinamikası və səviyyəsini qiymətləndirərkən nominal, 

sərəncamda qalan və real gəlir göstəricilərindən istifadə olunur.  



Sxem 1.1 

Əhali gəlirlərinin təsnifatı 

Alınma forması 

üzrə 

Vergi ödəmələri 



və qiymətə 

münasibətdə 

İstehsal amilləri 

üzrə 


Alınma üsulu üzrə 

monetar-(Pul) 

nominal 

əmək haqqı 

(nominal, real) 

formal iqtisa-

diyyatdan 

gəlir 


qeyri-formal 

iqtisadiyyatdan 

gəlir 

qeyri monetar  



sərəncamda qalan 

 

real 



renta (təbii рesurs-

lar, torpaq, kapital) 

 

gizli 


iqtisadiyyat 

 

 



Sahibkarlıq 

fəaliyyəti 

 

 

Məlum  olduğu  kimi,  nominal  gəlir  müəyyən  dövr  ərzində  əldə  edilən  pulun 



məbləğidir.  Əvvəldə  də  qeyd  olunduğu  kimi  əhalinin  nominal  pul  gəlirləri  müxtəlif 

mənbələrdən formalaşır. Onların sırasına: istehsal amilləri üzrə gəlirləri, dövlətin yar-

dım proqramları xətti ilə daxil olan pul gəlirlərini, maliyyə sistemindən güzəşt daxil-



 

27 


olmalarını (banklardan, əmanət kassalarından, sığorta idarələrindən və s.) və s. bu ki-

mi gəlir mənbələrini daxil etmək olar. Nominal gəlir – müəyyən  dövr ərzində şəxslər 

tərəfindən  alınan  pulun  məbləği,  həmçinin  vergi  ödəmələrinin  məbləğindən  asılı 

olmayaraq  pul  gəlirlərinin  səviyyəsini  xarakterizə  edir.  Natural  gəlirlərə  hər  şeydən 

əvvəl ev təsərrüfatlarında şəxsi istehlak üçün istehsal olunan məhsullar daxildir.  

Nominal pul gəlirlərinə: məşğul əhalinin əmək ödənişindən; sahibkarlıq fəaliy-

yətindən;  kənd  təsərrüfatı  məhsullarının  satışından;  pensiya,  müavinət,  təqaüd,  və 

başqa  sosial  transfertlərdən;  sığorta,  kredit  və  ssudadan;  mülkiyyətdən,  faiz  forma-

sında  qoyulan vəsaitdən, qiymətli kağızlardan, dividentlərdən gəlirlər; xarici valyuta 

satışından; saldo (köçürmə ilə alınan pullar) və s. gəlirlər daxildir.  

Nominal gəlirlərin strukturuna: 

 



əmək gəlirləri (əmək haqqı, mükafat və s.)  

 



mülkiyyətdən, torpaq və sahibkarlıq fəaliyyətindən gəlirlər; 

 



şəxsi təsərrüfatdan gəlirlər; 

 



transfertlər  –  pensiya,  aztəminatlı  ailələrə  və  işsizliyə  görə  müavinət,  uşağa 

görə kompensasiya; 

 

maliyyə kredit sistemindən gəlirlər - dövlət və özəl sığortadan, bank ssudala-



rından,  səhmlərin  qiymətinin  artmasından,  əmanət  qoyuluşundan  faiz,  lotereya 

uduşları, kompensasiya və s. daxildir. 

Yuxarıda qeyd olunan gəlirlərin əhalinin həyat səviyyəsinə təsirinin qiymətlən-

dirilməsində  onların  real  dəyərinin  hesablanması  mühüm  əhəmiyyət  kəsb  edir.  Real 

gəlirlər – müəyyən vaxt çərçivəsində sərəncamda qalan gəlirlərlə, qiymət dəyişməsini 

nəzərə almaqla məhsul və xidmətlərin kəmiyyəti kimi çıxış edir (46, s. 442-454). Da-

ha aydın ifadə etsək real gəlirlər nominal gəlirlərin qiymət və tariflərin dəyişməsinə 

əsaslanaraq hesablanır. Başqa sözlə, real gəlirlər nominal pul gəlirlərinin (əmək haq-

qı,  pensiya  və  müavinətlərin)  inflyasiyadan  müdafiə  olunmasıdır.  Məlumdur  ki, 

inflyasiya baş verərkən pul gəlirlərinin real həcmi azalır və bu pulun alıcılıq qabiliy-

yətinə  təsir  göstərir.  Tədqiqat  dövründə  istehlak  qiymətləri  indeksinin  dəyişməsi  ilə  

sərəncamda qalan pul gəlirləri reallığa əsaslanaraq hesablanır.  

Əhalinin  real  pul  gəlirlərinin  göstəricisi  G  sərəncamda  qalan  pul  gəlirlərinin  



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə