Magistratura məRKƏZİ



Yüklə 0,55 Mb.
səhifə5/5
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#68750
1   2   3   4   5

NƏTİCƏ

Dünya təcrübəsi bir mənalı göstərir ki, bazar sisteminin monetar tənzimlənməsi iqtisadi inkişafın müxtəlif pillələrində fərqli prinsip, vasitə və mexanizmlər vasitəsilə reallaşdırılmış və sosial-iqtisadi proseslərin tənzimlənməsində oynadığı rol fərqli olmuşdur. 1929-1933-cü illərin böyük durğunluq illəri əslində bazar iqtisadiyyatının monetar tənzimlənməsinin iflası kimi tarixə daxil olmuşdur. bu illərdə Con Meyn Keyns təliminə uyğun olaraq iqtisadiyyatların fiskal, başqa sözlə büdcə vergi tənzimlənməsi həlledici bir model kimi gündəmə gəldi. Çünki, təcrübə göstərdi ki, böhrandan ancaq pul-kredit siyasətini təkmilləşdirmək. monetar siyasətlə qısa müddətdə böhrandan çıxış mümkün olmayacaqdır. Təxminən 30 ildən çox bir dövr ərzində inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində iqtisadi proseslərin tənzimlənməsinin büdcə mexanizmi həledici bir sistem kimi fəaliyyət göstərmişdir.

XX əsrin 70-ci illərində dünya ölkələrində yenidən monetar prinsiplərə söykənən nəzəriyyələr güclənməyə başladı. Doğrudur, hətta fiskal tənzimləmənin hökmran bir ideya olduğu halda belə, Fon Fridrix Hayerq kimi iqtisadçılar fiskal tənzimləmə prinsipini qəbul etmir və belə hesab edirdilər ki, ancaq monetar tənzimləmə yolu ilə böhrandan çıxmaq olar. 1976-cı ildə Nobel mükafatlar laureatı Milton Fridmen və Şvars fundamental bir tədqiqat əsəri yazaraq sübut etdilər ki, son 100 ildə Amerikada baş verən (1867-1963-cü illər) bütün böhranların əsasında səhv pul-kredit siyasəti durur. Sonrakı illərdə bu nəzəriyyə Amerikada «Reyqonomika», İngiltərədə «Tetçerizm» və «Vaşinqton Konsersium» kimi modellərdə əsa sbir sistem kimi götürüldü. Monetar tənzimləmə ümumi halda tədavüldə olan pul kütləsinin həcmini, ölkənin milli valyutasının məzənnəsini dəyişdirmək və ya tənzimləmək yolu ilə iqtisadi prosesləri idarə etməyə əsaslanır.

Tədqiqat işində belə nəticəyə gəlinir ki, pul-kredit siyasətinin mahiyyətini daha düzgün dəyərləndirmək, onun iqtisadi-sosial proseslərə təsirini obyektiv qiymətləndirmək üçün ölkədə iqtisadi ədəbiyyatda M-0, M-1, M-3, M-4 pul kütlələri formasının həcmini düzgün müəyyənləşdirmək və onların iqtisadi inkişafa təsirini yaxşılaşdırmaq üçün mümkün qədər onların hər birinin miqdarını düzgün müəyyənləşdirmək lazımdır. Azərbaycan müstəqil dövlətə çevrildikdən sonra qısa müddət ərzində özünün pul-kredit siyasətini formalaşdırmalı idi. Bu dövrdə əsas xarakterik cəhət ondan ibarət idi ki, ölkənin maliyyə ehtiyatları hədsiz dərəcədə məhdud idi, ölkə valyutasının dönərlilik qabiliyyəti çox aşağı idi, 1993-cü ildə illik inflyasiya 1250%, 1994-cü ildə 1850% olmuşdur. Bu illərdə likvid olmayan kreditlərin böyük həcmdə verilməsi ölkənin pul-kredit siyasətini daha da yararsız hala saldı. Azərbaycanda pul-kredit siyasətinin formalaşması və imkanlarının genişlənməsi ölkəmizdə «Əsrin müqaviləs»nin bağlanması nəticəsində ölkəyə külli miqdarda xarici investisiyaların daxil olması monetar siyasətin tənzimləmə funksiyalarını xeyli yüksəltməyə imkan verdi. Nəhayət, 2000-ci ildən başlayaraq ölkənin valyuta ehtiyatları artdı, manatın dönərliliyi yüksəldi və monetar tənzimləmə imkanları kəskin artdı. Ölkədə monetar siyasət tənzimləyici orqan kimi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank dövriyyədə olan pul kütləsinin həcmini tənzimləmək, açıq bazarda əməliyyatlar aparmaq, maliyyə bazarına fəal müdaxilə etmək, faiz dərəcəsini dəyişmək, diskont siyasət yeritməklə monetar siyasətin səmərəli reallaşmasını təmin etmişdir.

Monetar siyasət reallaşdırılarkən hökmən o fiskal siyasətlə qarşılıqlı əlaqə və asılılıqda tətbiq edilməlidir. Əks təqdirdə ölkənin maliyyə təhlükəsizliyini təmin etmək mümkün olmur. Təhlil göstərdi ki, 2008-ci ildən dünyanı bürüyən qlobal maliyyə böhranı öz təsirini Azərbaycana da göstərdi və ölkəmizdə də manatın məzənnəsi pul-kredit siyasəti dəyişən siyasətə uyğun təkmilləşdirilməsi zərurəti yarandı. Araşdırmalar göstərir ki, Azərbaycanda son illərdə pul-kredit siyasətinin effektliliyinin təmin edilməsində 1999-cu ildə yaradılmış Neft Fondu bu gün də müstəsna rol oynayır. Belə ki, büdcə balansının gözlənilməsində, onun imkanının artırılmasında büdcəyə Neft Fondundan ayrılan transferlər müstəsna rol oynamışdır.

Magistr dissertasiya işində edilən ümumiləşdirmələr belə qənaətə gəlməyə əsas verdi ki, ölkəmizdə yaxın gələcəkdə monetar tənzimləmə sistemini səmərəli həyata keçirmək üçün manatın iki ildə iki dəfə devalvasiya edilməsi və üzən valyuta sisteminə keçirilməsi bu gün artıq öz müsbət nəticələrini verir. Yaxın perspektiv üçün ölkəmizdə monetar tənzimləmə siyasətinin əsas prinsipləri ölkə prezidentinin 16 mart 2016-cı il tarixdə qəbul etdiyi «Milli iqtisadiyyat və onun əsas sektorlarında strateji yol xəritəsinin əsas istiqamətləri»ndə müəyyənləşdirilmişdir. Həmin sərəncamda Azərbaycanda strateji hədəflər. prioritetlər müəyyənləşdirilmiş, GİZİT təhlil və 360 dərəcə diaqnostika araşdırmaları nəticəsində monetar və fiskal tənzimləmənin səmərəli nisbətdə tətbiqi ilə bağlı konkret müddəalar müəyyənləşdirilmişdir. Ümumən biz, onların işin yazılışı gedişində nəzərə almağa çalışmışıq.



ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan Respublikasının Konstitusiyası

  2. «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin ğücləndirilməsi haqqında « Azərbaycan Respublikası Prezidentinin fərmanı, 2005, 31 may

  3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, «Azərbaycanın Statistik Göstəriciləri» Bakı 2015

  4. «Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası». Bakı 2012

  5. «Xalq» qəzeti 18 mart 2017-ci il «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi»

  6. «Respublika» qəzeti 9.12.2016-cı il «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi»

  7. Abdullayev X. Makroiqtisadi sabitlik və dayanıqlı inkişaf: neft ğəlirləri yeni idarəetmə fəlsəfəsini diqtə edir. Maliyyə və ucot jurnalı, 2006, Ⅶ1 (36)

  8. T.Quliyev “İnflyasiyanın anatomiyası” Bakı 2016

  9. “İqtisadi modernizasiya” V.Qasımlı Bakı 2014

  10. Ə.Q.Əlirzayev “Sosial-mədəni sahələrin iqtisadiyyatı: inkişaf və tənzimləmə” Bakı 2016

  11. Lamakin V.K. «Dünya iqtisadiyyatı» Bakı 2015

  12. A.Şəkərəliyev, Q.Şəkərəliyev «Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər» Bakı 2016

  13. T.Hüseynov «Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika» Bakı 2015

  14. Ə.Muradov «Azərbaycanda post neft dövrünün İlham Əliyev strategiyası» Elmi-praktiki konfransın materialları «Heydər Əliyev Azərbaycan: dünən, bu gün və sabah» Bakı 2016

  15. M.A.Əhmədov «Qloballaşma və milli iqtisadiyyatın formalaşması» Bakı 2005

  16. «İqtisadiyyatın tənzimlənməsi» prof. G.A.Əzizova, dərs vəsaiti Bakı 2015

  17. «Dövlətin iqtisadi siyasəti» prof. M.A.Əhmədov, dos. A.C.Hüseyn, dərs vəsaiti Bakı 2011

  18. «İqtisadiyyatın tənzimlənməsinin əsasları» prof. M.A.Əhmədov, dos. A.C.Hüseyn, dərs vəsaiti Bakı 2011

  19. «Milli iqtisadiyyatın dövlət tənzimlənməsi» H.B.Allahverdiyev, Ə.Əhmədov, K.Qafarov, Bakı 2012 dərslik

  20. «Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi» V.İ.Kuşlinin tərcüməsindən Bakı 2008

  21. Kuzik, Kuşlin, Yakoves «Strateji planlaşdırma, proqnozlaşdırma və proqramlaşdırma» Bakı 2010

  22. Qradov A. «Milli iqtisadiyyat» Bakı 2010

  23. «Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi» dos. M.M.Mahmudov, dos. İ.M.Mahmudova Bakı 2012

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə