Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
  1   2   3   4   5   6   7   8   9   ...   34


100 
  
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
MAGİSTRATURA MƏRKƏZİ 
 
 
 
Əlyazması hüququnda 
 
 
 
Mərdanova Oksana Rəşad qızı 
 
 
“Büdcə kəsirinin maliyyələşdirilməsində 
dövlət kreditinin rolu” 
mövzusunda 
 
 
MAGİSTR DİSSERTASİYASI 
 
 
İxtisasın şifri və adı 
 
 
                 060403    Maliyyə 
İxtisaslaşmanın adı 
 
 
 
       Maliyyə Nəzarəti və Audit 
 
         
 
 
 
 Elmi rəhbər                                                    Magistr proqramının rəhbəri 
i.e.n prof. A.M.Kərimov                                       i.e.d prof. M.X.Həsənli 
           
                 
                   
 
           Kafedra müdiri:                                             prof. M.X. Həsənli            
 
 
 
 
 
BAKI – 2015 


 
 
 
 
MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI 
 
Magistr dissertasiyasının adı: “Büdcə kəsirinin maliyyələşdirilməsində  
dövlət kreditinin rolu”. 
 
GİRİŞ 
FƏSİL  I.
 
Bazar  münasibətləri  şəraitində  fiskal  idarəetmənin  nəzəri  və  metodoloji 
əsasları. 
1.1 Fiskal siyəsətin iqtisadiyyatın tənzimlənməsində rolu. 
1.2 Muasir dövrdə Azərbaycanda fiskal siyyasət və onun makroiqtisadi sabitliyin 
təmin olunmasında rolu. 
1.3 Büdcə kəsiri, onun yaranma səbəbləri və iqtisadiyyata təsiri. 
FƏSİL  II.  Büdcə  kəsirinin  maliyyələşdirilməsi  mənbəələri  və  dövlət  kreditinin 
muasir vəziyyəti. 
2.1 Azərbaycanda büdcə kəsirinin makroiqtisadi göstəricilərlə əlaqəsinin təhlili. 
2.2 Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi və bu məqsədlə 
dövlət kreditinin istifadə olunmasının təhlili.  
2.3. Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi. 
FƏSİL III. Büdcə kəsirinin maliyyələşdirilməsi mənbəələrinin tənzimlənməsi. 
3.1 Azərbaycanda dövlət krediti siyasətinin perspektivləri. 
3.2 Dövlət borcunun (kreditinin) planlaşdırılması və ödənilmə mexanizminin 
təkmilləşdirilməsi. 
3.3 Dünya təcrübəsində büdcə kəsirinin örtülməsi üsulları və Azərbaycan reallığına 
tədbiqinin qiymətləndirilməsi. 
 
 
Nəticə və Təkliflər 
Ədəbiyyatın siyahısı 
Rezume 
Summary 
 
Magistrant:  Mərdanova Oksana Rəşad qızı 
Elmi rəhbər:  i.e.n. prof. Kərimov A.M. 
 


 
 
 
 
GİRİŞ 
Dövlət  özünün  funksiyalarını  həyata  keçirmək  üçün  müxtəlif  mənbələrdən  pul 
vəsaitlərini  səfərbərliyə  alır.  Lakin  dövlət  əz  xərclərini  fasiləsiz  və  kəsirsiz 
maliyyələşdirmək  üçün  bəzi  hallarda  dövlət  büdcəsində  mövcud  gəlirlər  kifayət 
etmir.  Ona  görə  də  müəssisələrin,  habelə  əhalinin  sərbəst  pul  vəsaitini  cəlb  etməli 
olur.  Müəssisələrin,  əhalinin  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsinin  əsas 
formalarından  biri  də  dövlət  kreditidir.  Deməli,  dövlətin  gəlirləri  xərclərini 
ödəmədikdə  və  büdcə  kəsiri  əmələ  gəldikdə  dövlət  borc  almalı  olur.  Ölkə  daxilində 
dövlət  kredit  əməliyyatlarını  həyata  keçirərkən  dövlət  borc  alan  kimi  müəssisə, 
təşkilatlar və əhali kreditor, yəni borc verən kimi çıxış edirlər. 
Dövlət  borcları  və  ya  dövlət  krediti  dedikdə  ölkənin  bütün  borcları  deyil, 
dövlətin borcları nəzərdə tutulur. 
Dövlətin  borcu  mahiyyətcə  gələcəkdə  əldə  ediləcək  gəlirlər  hesabına  ödənilən 
kreditləridir.  Borclar  müsbət  hal  kimi  qiymətləndirilməsə  də,  həmin  borcların 
alınması  zərurət  kimi  özünü  göstərir.  Dövlət  kreditinin  əsas  səbəbi  dövlətin 
xərclərinin tam maliyyələşdirilməsi zəruriliyidir. 
Bildiyimiz  kimi,  kredit  münasibətlərinin  prinsiplərindən  biri  də  müddətlilik 
prinsipidir.  Bu  prinsipə  uyğun  olaraq  borc  vəsaitini  əldə  edən  subyekt  müqavilədə 
göstərilən  müddət başa çatdıqdan, sonra həmin borc vəsaitini geri qaytarmalıdır. Belə 
ki, kreditor bir  müddət vəsaitinin yığımı ilə məşğul olur, sonra isə həmin sərbəst pul 
vəsaitini  borc  alana  təqdim  edir.  Borc  alan  da  bu  vəsaiti  öz  fəaliyyət  istiqamətinə 
yönəldir.  Bu  zaman  kredit  müqaviləsi  müəyyən  müddəti  əhatə  etdiyindən,  borc alan 
subyekt  bu  vəsaiti  həmin  müddətə  qaytarmalı  olduğundan,  həmin  vəsaiti  səmərəli 
şəkildə  istifadə  etməyə  məcbur  olur.  Düzdür,  əgər  dövlət  krediti  münasibətlərində 
ssuda  vəsaitinin  dövr  etmə  müddəti  nə  qədər  uzun  olursa,  səmərəlilik  bir  o  qədər 
artmış  olur.  Ona  görə  ki,  borc  alan  ssuda  məbləğini  daha  uzun  müddətə  dövr 
etdirdikdə daha çox mənfəət əldə etmiş olur. Müddət başa çatdıqdan sonra borc alan 


 
 
 
 
həmin krediti sahibinə  geri qaytanr. Göründüyü kimi, biz kredit  münasibətinin  vahid 
zaman ərzində mövcudluğunu izlədik. 
Dövlət  borcu  münasibətləri  dünya  və  ölkə  miqyasında  iqtisadiyyatın  aktual 
məsələlərindən birinə çevrilmişdir. Dövlət borcu hökumət tərəfindən həyata keçirilən 
məqsədli  maliyyə-kredit  siyasətinin  vacib  həlqələrindən  biri  olmaqla  yanaşı, 
ölkənin iqtisadi təhlükəsizliyini ifadə edən başlıca göstərici kimi də xarakterizə olunur. 
Hazırkı dövrdə borcları  ilə bağlı  məsələlər böyük əhəmiyyət kəsb etdiyindən  həm 
Mərkəzi  iqtisadiyyat,  həm  də  dünya  miqyasında  bu  məsələnin  dərindən 
öyrənilməsinə ehtiyac yaranır. 
Mövzunun aktuallığı.  
Yaşadığımız son on  illik dövr  Azərbaycan iqtisadiyyatında  görülən  işlərin, əldə 
olunmuş  nailiyyətlərin  miqyası  baxımından  böyük  tarixi  inkişaf  dövrüdür.  Bu 
mənadə  ötən  on  ildə  iqtisadi  inkişafın  konseptual  əsaslarını  nəzərdən  keçirmək  və 
əldə edilmiş nəticələri təhlil etmək böyük maraq kəsb edərdi. Nəzərə almaq lazımdır 
ki,  10  illik  qısa  tarixi  inkişaf  dövründə  ölkədə  iqtisadi  quruculuq  sahəsində  əldə 
edilən uğurlar nə qədər çətin olsa da həyata keçirilən müstəqil dövlət quruculuğunun 
güclü sosial-iqtisadi bazasının formalaşdırılmasında həlledici rol oynamışdır.  
Bazar  münasibətlərinə  doğru  hərəkət  etdiyimiz  bir  vaxtda  yeni  sistemin 
tərkibində  mühüm  rol  oynaya  biləcək  məsəllərdən  biri  maliyyə  sistemidir.  Maliyyə 
sisteminin  aparıcı  həlqəsini  isə  Dövlət  Maliyyəsi  təşkil  edir  ki,  onun  da  mühüm 
elementlərindən  biri  dövlət  büdcəsidir.  Dövlət  büdcəsi  isə  iqtisadiyyatda  çox 
iqtisadiyyatda çox önəmli əhəmiyyətli rol oynayır.  
Dövlət  büdcəsinin  tərkibində  təhlillə  ehtiyacı  olan  məsələlərdən  biri  büdcə 
kəsiridir. Büdcə kəsiri iqtisadiyyata çox aktiv təsiri olan mürəkkəb bir anlayışdır.  
Müasir  iqtisadi şəraitdə bu  məsələ aktual problem olduğundan,  məhz buna  görə 
də mən bu  mövzunu seçmişəm və çalışmışam ki, araşdırmalar və təhlillər aparmaqla 
bu məsələ ilə bağlı bəzi problemləri açıqlayam.  
Tədqiqatın  məqsədi.  Bazar  iqtisadiyyatına  keçid  dövründə  olan  Azərbaycanda 
iqtisadiyyatın  mövcud  şəraitində  büdcənin  gəlir  və  xərcləri  tarazlaşdırmalıdır,  yəni 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə