Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
 
 
xərclər  gəlirlərə  bərabər  olmalıdır.  Lakin  müəyyən  məkan  və  zaman  daxilində 
büdcənin  gəlir  və  xərclərinin  uyğun  gəlməməsi  labüddür  və  obyektiv  zərurətdən 
doğur. Maliyyə  ilində büdcənin  xərcləri  gəlirlərindən artıq ola bilər. Belə olan  halda 
büdcə kəsiri yaranır. Büdcə kəsiri ölkə qtisadiyyatına çox mənfi təsir göstərə bilər.  
Ona görə  də tədqiqatın  məqsədi  büdcə  kəsirinin iqtisadi   mahiyyətini  açıqlamaq,  
onun  digər  makroiqtisadi    göstəricilərlə    əlaqəsini  təhlil  etmək,  büdcə  kəsirinin  
örtülməsi  üsullarının  və    azaldılması    istiqamətlərinin,  eləcə  də    onun    daxili    və  
xarici   maliyyələşdirmə  mənbələrinin müəyyən  edilməsidir.  Lakin, bu  zaman  elə  
üsullar,    istiqamət  və    mənbələr    seçilməlidir  ki,    maliyyə–büdcə  siyasətinin 
stimullaşdırıcı  effektini  neytrallaşdırmasın. 
Tədqiqatın  predmeti  və obyekti 
Mövzuda  tədqiqatın    obyekti    büdcə  kəsiridir.    Ilk    növbədə    dövlət    büdcəsi  
kəsirinin minimuma endirilməsi məqsədilə dövlət kreditinin faliyyətinin təhlil  edilir. 
Dövlət  krediti  bir  alət  kimi  büdcə  kəsirinin  örtülməsində  əsasən  fəaliyyət  göstərdiyi 
üçün o tədqiqatın predmeti kimi müəyyən olunmuşdur. 
Elmi yenilik 
Respublikamızda    büdcə    kəsirinin  maliyyələşdirilməsi    mənbəyi    kimi    qısa  
müddətli xəzinə vekselindən  də  istifadə  oluna  bilər.  Xəzinə vekselini bir   büdcə  
ili  ərzində  gəlirləri  və  xərcləri  tarazlaşdırmaq, həmçinin büdcədən  sosial  müdafiə  
və  sosial    təminat    xərclərinin    vaxtında      ödənilməsini    həyata    keçirmək    üçün 
istifadə  etmək  olar. 
Dünya  təcrübəsində  dövlətin  daxili  və  xarici  borclarının ödənilməsi xərcləri  
dövlət    investisiya  xərclərindən    aşağı    olmalıdır.    Bu    qayda    Almaniyada  
mövcuddur    və  «qızıl  qayda»  adlanır.  Bu    qaydaya  bütün    Avropa    dövlətləri    əməl  
edir. 
Təcrübi əhəmiyyəti 
Bazar    iqtisadiyyatına    keçid    şəraitində    ölkədə    mövcud    olan    büdcə    kəsiri  
məsələsinin  öyrənilməsi    və  təhlili    mühüm    əhəmiyyə    kəsb    edir.    Ona    görə  ki,  
büdcə  kəsirinin iqtisadiyyata  təsiri  mənfi nəticələrə  səbəb olur. 


 
 
 
 
Məhz    bu    səbəbdən    də    Maliyyə  Nazirliyi  tərəfindən  büdcə  kəsirinin 
maliyyələşdirilməsi    ilə    bağlı  kompleks    tədbirlər    işlənib    hazırlanması 
məqsədəuyğundur.    Lakin,  qeyd  etməliyik  ki,    respublikamızda    Maliyyə  
Nazirliyinin  nəzdində  büdcə  kəsiri  problemi  ilə  məşğul  olan ayrıca  elmi  mərkəz  
yoxdur.  Elmi    mərkəzin  yaradılması    isə    iqtisadiyyatın    keçid    dövründə    aktual  
problem   olan  bu  məsələnin  həllində  mühüm  rol  oynaya  bilər. 
Işin strukturu və həcmi 
Mövzunu quruluşu referatdan, girişdən, üç  fəsildən, nəticə  və  təkliflərdən  və 
sonda  istifadə  olunmuş  ədəbiyyatdan  ibarətdir. 
Birinci    fəsil  üç    sualdan    ibarət    olmaqla    büdcə    sisteminə    aid    nəzəri  
məsələləri    əhatə    edir.    Ikinci    fəsil    üç    sualı    əhatə  etməklə,  müasir  dövrdə 
Azərbaycanda fiskal  siyasət  və  onun  iqtisadiyyatın  tənzimlənməsində  rolu,  büdcə 
kəsiri,  onun  makroiqtisadi  göstəricilərlə    əlaqəsi    və    maliyyələşdirilmə    mənbələri  
təhlil  olunur. 
Nəhayət, üçüncü  fəsil dövlət kreditinin səmərəli idarə olunması, problemləri ilə 
yanaşı  həmdə  bu  sahədə  dünya  təcrübəsinin  Azərbaycan  reallığına  tədbiqinin 
imkanlarını  öyrənir.  Bütün    bu    məsələlərin    təhlili  gələcəkdə    büdcə    kəsirinin  
aradan  qaldırılmasında  zəruri  əhəmiyyət  kəsb  etməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
FƏSIL 1. BAZAR MÜNASIBƏTLƏRI ŞƏRAITINDƏ FISKAL 
İDARƏETMƏNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI. 
1.1.  Fiskal siyasətin iqtisadiyyatın tənzimlənməsində rolu. 
Dövlətin  əsas  gəlir  və  xərclərini  özündə  birləşdirən  büdcə  maliyyə  sisteminin 
həlledici  həlqəsi  sayılır.  Əsas  maliyyə  kateqoriyalarından  olan  büdcə  vasitəsilə 
resursların  toplanması  və  onların  təyinatı  üzrə  xərclənməsi  həyata  keçirilir. 
Azərbaycan  Respublikasında  büdcə  münasibətləri  Azərbaycan  Respublikası 
Konstitusiyasına və "Büdcə sistemi haqqında" AR Qanununa uyğun olaraq qurulur. 
Dövlət büdcəsi cari  il  üçün dövlətin qanuni qüvvəyə  malik əsas  maliyyə planı 
olub,  icra  orqanı  tərəfindən  tərtib  edilir,  parlament  tərəfindən  qəbul  olunur  və 
dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun  yaradılması  və  istifadəsi  prosesi  ilə 
bağlı  iqtisadi  pul  münasibətlərini  özündə  əks  etdirir.  Dövlət  büdcəsi  vasitəsilə 
müxtəlif  mülkiyyət  formasına  malik  müəssisələrin  vəsaitləri  və  müəyyən  qədər 
əhalinin  gəlirləri  səfərbərliyə  alınır.  Bu  vəsaitlər,  əsasən,  iqtisadiyyatın  inkişaf 
etdirilməsinin,  sosial-mədəni  tədbirlərin  həyata  keçirilməsinin,  ölkənin  müdafiə 
qabiliyyətinin möhkəmləndirilməsinin, dövlət idarəetmə orqanlarının saxlanılmasının 
maliyyələşdirilməsinə yönəldilir.  
Maliyyə  vəsaitlərinin  mərkəzləşdirilməsi  mühüm  sosial-iqtisadi  və  siyasi 
əhəmiyyətə  malikdir.  Bunu  dövlət  büdcəsində  və  dövlət  büdcədənkənar  pul 
fondlarında  toplanmış  gəlirlərin  dövlətin  nəzərdə  tutduğu  tədbirlərin  həyata 
keçirilməsi  üçün  əsas  vasitə  olmasından  görmək  olar.  Bu  resurslar  vasitəsi  ilə 
məqsədyönlü  istiqamətdə  manevr  edərək  iqtisadi  və  sosial  inkişafın  həlledici 
sahələrini  inkişaf  etdirmək,  ölkə  ərazisində  vahid  iqtisadi  və  maliyyə  siyasəti 
aparmaq mümkün olur. 
Bazar  münasibətlərinə  keçid  şəraitində  dövlət  büdcəsi  öz  həlledici  rolunu 
saxlamaqla  özünün  ictimai  istehsala  və  sosial  münasibətlər  sferasına  təsiri 
metodlarını  dəyişmişdir.  Ümumi  daxili  məhsul  (ÜDM)  və  Mərkəzi  gəlirin  (MG) 
yenidən  bölgüsü,  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  və  stimullaşdırılması,  sosial 
siyasətin  maliyyə  təminatı,  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının  yaradılması  və 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə