Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
 
daha  uzun  müddətə  dövr  etdirdikdə  daha  çox  mənfəət  əldə  etmiş  olur.  Müddət 
başa  çatdıqdan  sonra  borc  alan  həmin  krediti  sahibinə  geri  qaytanr.  Göründüyü 
kimi, biz kredit münasibətinin vahid zaman ərzində mövcudluğunu izlədik. 
Dövlət  borcu  münasibətləri  dünya  və  ölkə  miqyasında  iqtisadiyyatın  aktual 
məsələlərindən  birinə  çevrilmişdir.  Dövlət  borcu  hökumət  tərəfindən  həyata 
keçirilən  məqsədli  maliyyə-kredit  siyasətinin  vacib  həlqələrindən  biri  olmaqla 
yanaşı,  ölkənin  iqtisadi  təhlükəsizliyini  ifadə  edən  başlıca  göstərici  kimi  də 
xarakterizə olunur.  Hazırkı  dövrdə  borcları  ilə  bağlı  məsələlər  böyük  əhəmiyyət 
kəsb  etdiyindən  həm  Mərkəzi  iqtisadiyyat,  həm  də  dünya  miqyasında  bu 
məsələnin dərindən öyrənilməsinə ehtiyac yaranır. 
Mövzunun aktuallığı.  
Yaşadığımız  son  on  illik  dövr  Azərbaycan  iqtisadiyyatında  görülən  işlərin, 
əldə olunmuş nailiyyətlərin miqyası baxımından böyük tarixi inkişaf dövrüdür. Bu 
mənadə ötən on  ildə  iqtisadi  inkişafın konseptual əsaslarını  nəzərdən keçirmək  və 
əldə  edilmiş  nəticələri  təhlil  etmək  böyük  maraq  kəsb  edərdi.  Nəzərə  almaq 
lazımdır  ki,  10  illik  qısa  tarixi  inkişaf  dövründə  ölkədə  iqtisadi  quruculuq 
sahəsində  əldə  edilən  uğurlar  nə  qədər  çətin  olsa  da  həyata  keçirilən  müstəqil 
dövlət  quruculuğunun  güclü  sosial-iqtisadi  bazasının  formalaşdırılmasında 
həlledici rol oynamışdır.  
Bazar  münasibətlərinə  doğru  hərəkət  etdiyimiz  bir  vaxtda  yeni  sistemin 
tərkibində mühüm rol oynaya biləcək məsəllərdən biri maliyyə sistemidir. Maliyyə 
sisteminin  aparıcı  həlqəsini  isə  Dövlət  Maliyyəsi  təşkil  edir  ki,  onun  da  mühüm 
elementlərindən  biri  dövlət  büdcəsidir.  Dövlət  büdcəsi  isə  iqtisadiyyatda  çox 
iqtisadiyyatda çox önəmli əhəmiyyətli rol oynayır.  
Dövlət  büdcəsinin  tərkibinlə  təhlillə  ehtiyacı  olan  məsələlərdən  biri  büdcə 
kəsiridir. Büdcə kəsiri iqtisadiyyata çox aktiv təsiri olan mürəkkəb bir anlayışdır.  
Müasir  iqtisadi  şəraitdə  bu  məsələ  aktual  problem  olduğundan,  məhz  buna 
görə  də  mən  bu    mövzunu  seçmişəm  və  çalışmışam  ki,  araşdırmalar  və  təhlillər 
aparmaqla bu məsələ ilə bağlı bəzi problemləri açıqlayam.  


 
 
 
Tədqiqatın məqsədi. Bazar iqtisadiyyatına keçid dövründə olan Azərbaycanda 
iqtisadiyyatın mövcud şəraitində büdcənin gəlir və xərcləri tarazlaşdırmalıdır, yəni 
xərclər  gəlirlərə  bərabər  olmalıdır.  Lakin  müəyyən  məkan  və  zaman  daxilində 
büdcənin  gəlir  və  xərclərinin  uyğun  gəlməməsi  labüddür  və  obyektiv  zərurətdən 
doğur.  Maliyyə  ilində  büdcənin  xərcləri  gəlirlərindən  artıq  ola  bilər.  Belə  olan 
halda büdcə kəsiri yaranır. Büdcə kəsiri ölkə iqtisadiyyatına çox mənfi təsir göstərə 
bilər.  
Ona  görə    də  tədqiqatın    məqsədi    büdcə    kəsirinin  iqtisadi      mahiyyətini  
açıqlamaq,  onun digər  makroiqtisadi   göstəricilərlə  əlaqəsini təhlil etmək, büdcə 
kəsirinin    örtülməsi  üsullarının  və    azaldılması    istiqamətlərinin,  eləcə  də    onun  
daxili  və  xarici   maliyyələşdirmə  mənbələrinin müəyyən  edilməsidir.  Lakin, bu  
zaman    elə    üsullar,    istiqamət  və    mənbələr    seçilməlidir  ki,    maliyyə–büdcə 
siyasətinin stimullaşdırıcı  effektini  neytrallaşdırmasın. 
Tədqiqatın  predmeti  və obyekti 
Mövzuda  tədqiqatın    obyekti    büdcə  kəsiridir.    Ilk    növbədə    dövlət    büdcəsi  
kəsirinin minimuma endirilməsi məqsədilə dövlət kreditinin fəaliyyəti təhlil  edilir. 
Dövlət  krediti  bir  alət  kimi  büdcə  kəsirinin  örtülməsində  əsasən  fəaliyyət 
göstərdiyi üçün o tədqiqatın predmeti kimi müəyyən olunmuşdur. 
Elmi yenilik 
Respublikamızda    büdcə    kəsirinin  maliyyələşdirilməsi    mənbəyi    kimi    qısa  
müddətli xəzinə vekselindən  də  istifadə  oluna  bilər.  Xəzinə vekselini bir   büdcə  
ili    ərzində    gəlirləri    və    xərcləri    tarazlaşdırmaq,  həmçinin  büdcədən    sosial  
müdafiə  və sosial  təminat  xərclərinin  vaxtında   ödənilməsini  həyata  keçirmək  
üçün istifadə  etmək  olar. 
Dünya    təcrübəsində    dövlətin    daxili    və    xarici    borclarının  ödənilməsi 
xərcləri  dövlət  investisiya xərclərindən  aşağı  olmalıdır.  Bu  qayda  Almaniyada  
mövcuddur  və «qızıl qayda» adlanır. Bu  qaydaya bütün  Avropa  dövlətləri  əməl  
edir. 


 
 
 
Təcrübi əhəmiyyəti 
Bazar  iqtisadiyyatına  keçid  şəraitində  ölkədə  mövcud  olan  büdcə  kəsiri  
məsələsinin öyrənilməsi    və təhlili    mühüm   əhəmiyyə   kəsb  edir.  Ona   görə ki,  
büdcə  kəsirinin iqtisadiyyata  təsiri  mənfi nəticələrə  səbəb olur. 
Məhz    bu    səbəbdən    də    Maliyyə  Nazirliyi  tərəfindən  büdcə  kəsirinin 
maliyyələşdirilməsi    ilə    bağlı  kompleks    tədbirlər    işlənib    hazırlanması 
məqsədəuyğundur.    Lakin,  qeyd  etməliyik  ki,    respublikamızda  Maliyyə  
Nazirliyinin    nəzdində    büdcə    kəsiri    problemi    ilə    məşğul    olan  ayrıca    elmi  
mərkəz   yoxdur. Elmi   mərkəzin  yaradılması   isə   iqtisadiyyatın  keçid  dövründə  
aktual  problem   olan  bu  məsələnin  həllində  mühüm  rol  oynaya  bilər. 
Işin strukturu və həcmi 
Mövzunu  quruluşu  referatdan,  girişdən,  üç    fəsildən,  nəticə    və    təkliflərdən  
və sonra  istifadə  olunmuş  ədəbiyyatdan  ibarətdir. 
Birinci    fəsil  üç    sualdan    ibarət    olmaqla    büdcə    sisteminə    aid    nəzəri  
məsələləri    əhatə    edir.    Ikinci    fəsil    üç    sualı    əhatə  etməklə,  müasir  dövrdə 
Azərbaycanda  fiskal    siyasət    və    onun    iqtisadiyyatın    tənzimlənməsində    rolu,  
büdcə  kəsiri,  onun  makroiqtisadi  göstəricilərlə    əlaqəsi    və    maliyyələşdirilmə  
mənbələri  təhlil  olunur. 
Nəhayət,  üçüncü   fəsil dövlət kreditinin səmərəli  idarə olunması, problemləri 
ilə  yanaşı  həmdə  bu  sahədə  dünya  təcrübəsinin  Azərbaycan  reallığına  tədbiqinin 
imkanlarını  öyrənir.  Bütün    bu    məsələlərin    təhlili  gələcəkdə    büdcə    kəsirinin  
aradan  qaldırılmasında  zəruri  əhəmiyyət  kəsb  etməlidir. 
Hər  bir  dövlətin  iqtisadi  və  siyasi  təşkilinə,  dövlət  quruluşuna  müvafiq 
olaraq  maliyyə  sistemi  fərmanlanır  və  fəaliyyət  göstərir.  İnkişaf  etmiş  xarici 
ölkələrdə  olduğu  kimi,  Azərbaycan  Respublikasının  da  özünə  məxsus  maliyyə 
sistemi  formalaşır  və  inkişaf  edir.  Maliyyə  sistemi  ölkənin  bütün  maliyyə 
həlqələrinin məcmuyu və onlar arasındakı qarşılıqlı əlaqələrin təşkilindən ibarətdir. 
Azərbaycan  Respublikasının  maliyyə  sistemi  ümum  dövlət  maliyyəsindən 
və  müəssisələrin , təşkilatların  maliyyəsindən ibarətdir. Dövlət  maliyyəsinə dövlət 


 
 
 
büdcəsi,  büdcədən  kənar  dövlət  fondları,  dövlət  krediti  və  sığorta  fondlarından 
ibarətdir.  Müəssisələrin  maliyyəsi  dövlət  müəssisələrinin  maliyyəsindən,  xüsusi 
müəssisələrin 
maliyyəsindən, 
bələdiyyələrin 
maliyyəsindən, 
səhmdar 
cəmiyyətlərin  maliyyəsindən,  icarə  müəssisələrinin  və  ictimai  müəssisələrin 
maliyyəsindən ibarətdir. 
Maliyyə  sistemində  dövlət  büdcəsi  aparıcı  və  mərkəzi  yer  tutur.  Dövlət 
büdcəsi  dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün  mərkəzləşdirilmiş  pul 
vəsaiti fondunun yaradılması və istifadəsinin iqtisadi formasıdır. Dövlət büdcəsinin  
sosial-iqtisadi  mahiyyəti  və  rolu  onun  gəlirləri  və  xərclərinin  ümumi 
xarakteristikası  əsasında  izah  edilir.  Müstəqil  və  bazar  iqtisadiyatı  inkişaf  yoluna 
qədəm  qoymuş  Azərbaycanın  büdcə  gəlirləri  qanunla  müəyən  olunmuş  vergilər, 
rüsumlar və digər ödənişlər hesabına formalaşır. 
Dövlət  büdcəsinin  xərcləri  müvafiq  büdcə  təsnifatına  uyqun  olaraq  cari 
xərclərini  investisiya,  innovasiya  və  digər  xərclərin  maliyyələşdirilməsinə 
yönəldilir.  Sosial-iqtisadi  məzmununa  görə  büdcə  xərcləri  iqtisadi  inkişaf  və 
tənzimləmə,  sosial  sferanın  maliyyələşdirilməsi,  ölkənin  müdafiəsi  və  idarəetmə 
xərclərindən ibarət qruplaşdırılır. 
Dövlət  büdcəsində  məqsədli  büdcə  fondları  da  yaradılır  və  istifadə  edilir. 
Azərbaycanın  maliyyə  sistemində  öz  yerinə  və  roluna  görə  müəssisələrin  və 
təşkilatların  maliyyəsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Kommersiya  müəssisələrinin 
maliyyəsi maliyyə sistemində əsas həlqə olmaqla ümumi daxili  məhsulun bölgüsü 
və  yenidən  bölgüsündə  artan  iştirak  edir.  Müəssisələrin  maliyyəsi  təsərrüfat 
subyeklərinin  sahibkarlıq  fəaliyyəti  üçün  məqsədli  pul  vəsaiti  fondlarının 
yaradılması,  bölgüsü  və  istifadəsi  ilə  əlaqədar  olaraq  meydana  gələn  pul 
münasibətləridir.  Bu prosesdə  müəssisələrin  maliyyə resuslarının  formalaşması  və 
istifadəsi  dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının  təşkilinə  də  fəal  təsir 
göstərir. 
Müəssisələrin  maliyyə  resurslarına  xüsusi  və  ona  bərabər  tutulan  vəsaitləri, 
maliyyə  bazarından  əldə  etdiyi  maliyyə  resursları,  bank  və  maliyyə  sistemindən 
daxil  olan  maliyyə  resursları  aiddir.  Maliyyə  resursları  fəaliyyət  göstərən 


 
 
 
müəssisələrdə  mənfəət,  amortizasiya  ayrımları,  satılmış  məhsulun  dəyəri  və  s. 
hesabına yaranır. 
Azərbaycanın  maliyyə sistemində dövlət krediti  mühüm  rol oynayır. Dövlət 
krediti  müəssisələrin,  əhalinin  sərbəst  pul  vəsaitlərinin  dövlət  tərəfindən  geri 
qaytarmaq 
şərtilə 
cəlb 
edilməsi 
və 
dövlət 
büdcəsi 
üzrə 
xərclərin 
maliyyələşdirilməsi üçün istifadə olunan dövlət borclarından ibarətdir ki, bu zaman 
borc alan dövlət, borc verən kimi hüquqi və fiziki şəxslər çıxış edirlər. 
Dövlət  krediti  həm  daxili,  həm  də  xarici  dövlət  borcu  formasında  özünü 
göstərir.  Daxili  borclar  daxili  maliyyə  mənbələri  hesabına  alınır.  Daxili  bazarda 
borc  almaq  imkanı  olmadıqda  dövlət  xarici  mənbələrdən  borc  almaq 
məcburiyyətində qalır. 
Ümumiyyətlə,  dövlət  kreditindən  istifadə  edərkən,  daxili  borclara  üstünlük 
vermək  daha  məqsədəuyqundur.  Çünki  daxili  borclar  alınarkən  daha  tez  bir 
zamanda pul vəsaiti əldə edilir və bu vəsait də büdcə xərclərini ödəməyə yönəldilir. 
Daxili  borclardan  geniş  istifadə  etmək  üçün  respublikada  maliyyə  bazarını 
inkişaf etdirmək lazımdır. Daxili  maliyyə  bazarını,  yəni qiymətli kağızlar bazarını 
inkişaf etdirmək məqsədilə fond birjalarının inkişafına stimul yaradılmalıdır. 
Xarici  borclara  meyl  etmək  heç  də  məqsədəuyğun  sayılmamalıdır,  çünki 
xarici  dövlət  borcları  zamanı  borc  verən  ölkə  öz  şərtlərini  diktə  edir,  ölkənin 
iqtisadi  inkişafı  xarici  ölkənin  təsiri  altına  düşür.  Ona  görə  də  ölkəyə  iqtisadi 
islahatlar  həm  də  daxili  maliyyə  bazarının  inkişafına  şərait  yaratmalıdır.  Bu  da 
ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verərdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
РЕЗЮМE 
 
 
Актуальность  темы  дипломного  исследования  состоит  в  том,  что 
государственный  кредит  и  его  правовое  регулирование  -  одна  из  наиболее 
актуальных  и  сложных  проблем  для  современной  Азербайджанcкой 
экономики. 
 
Необходимо  отметить,  что  проводимая  в  последние  годы  политика 
бюджетного профицита помогла снизить остроту долговой проблемы. 
Однако государственный долг в настоящее время остается одной из наиболее 
острых проблем, сдерживающих социально-экономический рост страны. 
Государственный  кредит  является  составной  частью  финансовой  системы 
любого  государства  и  активно  используется  им  в  целях  сбалансированности 
бюджетно-финансовой  и  денежно-кредитной  политики.  Представляя  собой 
одну  из  форм  мобилизации  финансовых  ресурсов,  государственный  кредит 
играет  двоякую  роль.  Во-первых,  в  отношениях  по  государственному  долгу 
он  направлен  на  формирование  дополнительных  денежных  средств  в  целях 
финансирования 
основных 
функций 
государства. 
Во-вторых, 
государственное 
кредитование 
представляет 
собой 
одну 
из 
форм 
распределения 
имеющихся 
денежных 
средств 
для 
финансирования 
отдельных 
направлений 
государственной 
деятельности 
и 
отраслей 
экономики. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
SUMMARY 
 
Relevance of a subject of degree research consists that the state credit and its 
legal  regulation  -  one  of  the  most  actual  and  complex  problems  for  the  modern 
Azerbaijanian of economy. 
 It should be noted that the policy of the budgetary surplus pursued in recent 
years helped to reduce sharpness of a debt problem. 
However the public debt remains to one of the  most burning problems containing 
the social and economic growth of the country now. 
The  state  credit  is  a  component  of  a  financial  system  of  any  state  and  is 
actively  used  by  it  for  balance  budgetary  and  financial  and  a  monetary  policy. 
Representing  one  of  forms  of  mobilization  of  financial  resources,  the  state  credit 
plays  a  double  role.  First,  in  the  relations  on  a  public  debt  it  is  directed  on 
formation  of  additional  money  for  financing  of  the  main  functions  of  the  state. 
Secondly, the state crediting represents one of forms of distribution of the available 
money  for  financing of the certain directions of the state activity and branches  of 
economy. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
Mərdanova Oksana Rəşad qızının “Büdcə kəsirinin  
maliyyələşdirilməsində dövlət kreditinin rolu” 
mövzusunda yazdığı dissertasiya işinə 
 
                                                   RƏY 
       
Dövlət  büdcəsinin  tərкibinlə  təhlillə  еhtiyacı  оlan  məsələlərdən  biri 
büdcə  кəsiridir.  Büdcə  кəsiri  iqtisadiyyata  çох  aktiv  təsiri  оlan  mürəkkəb  bir 
anlayışdır. Bazar iqtisadiyyatına кеçid dövründə оlan Azərbaycanda iqtisadiyyatın 
mövcud  şəraitində  büdcənin  gəlir  və  хərcləri  tarazlaşdırmalıdır,  yəni  хərclər 
gəlirlərə  bərabər  оlmalıdır.  Laкin  müəyyən  məkan  və  zaman  daхilində  büdcənin 
gəlir  və  хərclərinin  uyğun  gəlməməsi  labüddür  və  оbyекtiv  zərurətdən  dоğur. 
Maliyyə  ilində  büdcənin  хərcləri  gəlirlərindən  artıq  оla  bilər.  Bеlə  оlan  halda 
büdcə kəsiri yaranır. Büdcə kəsiri ölкə iqtisadiyyatına çох mənfi təsir göstərə bilər.  
Оna  görə    də  tədqiqatın    məqsədi    büdcə    kəsirinin  iqtisadi      mahiyyətini  
açıqlamaq,  оnun digər  makrоiqtisadi   göstəricilərlə  əlaqəsini təhlil еtməк, büdcə 
кəsirinin    örtülməsi  üsullarının  və    azaldılması    istiqamətlərinin,  еləcə  də    оnun  
daхili  və  хarici   maliyyələşdirmə  mənbələrinin müəyyən  еdilməsidir.  Laкin, bu  
zaman    еlə    üsullar,    istiqamət  və    mənbələr    sеçilməlidir  кi,    maliyyə–büdcə 
siyasətinin stimullaşdırıcı  еffекtini  nеytrallaşdırmasın. 
       Maqistrant 
çox 
düzgün 
müəyyən 
edib 
ki 
büdcə 
kəsirinin 
maliyyələşdirilməsində  dövlət  kreditinində  böyük  əhəmiyyəti  vardır.  Dövlət  bu 
zaman həm kreditor, həm zəmanətçi, həmdə kredit alan kimi çıxış edir. 
Mərdanova  Oksana  Rəşad  qızı  dissertasiya  işinin  yazılışı  prosesində  özünü 
savadlı,  təmkinli  iddiaçı  kimi  göstərməklə  yanaşı  həmdə  istifadə  olunmuş  xüsusi 
ədəbiyyatlardan sərbəst nəticə çıxartmaq qabiliyyətinə malik olan bir maqistr kimi 
də  göstərmişdir.  Mərdanova  Oksana  Rəşad  qızı  qoyulan  məqsədə  nail  olmasını 
nəzərə  alaraq  onun  maqistr  işini  müdafiəyə  buraxılmasını  məqsədə  uyğun  hesab 
edirəm. 
          
Elmi rəhbər:                                                            i.e.n. prof. A.M.Kərimov 


 
 
 
 
 
Mərdanova Oksana Rəşad qızının “Büdcə kəsirinin  
maliyyələşdirilməsində dövlət kreditinin rolu” 
mövzusunda yazdığı dissertasiya işinə 
 
RƏY 
Dövlət  özünün  funksiyalarını  həyata  keçirmək  üçün  müxtəlif  mənbələrdən  pul 
vəsaitlərini  səfərbərliyə  alır.  Lakin  dövlət  öz  xərclərini  fasiləsiz  və  kəsirsiz 
maliyyələşdirmək  üçün  bəzi  hallarda  dövlət  büdcəsində  mövcud  gəlirlər  kifayət 
etmir. Ona görə də  müəssisələrin, habelə əhalinin sərbəst pul  vəsaitini cəlb etməli 
olur.  Müəssisələrin,  əhalinin  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsinin  əsas 
formalarından  biri  də  dövlət  kreditidir.  Deməli,  dövlətin  gəlirləri  xərclərini 
ödəmədikdə və büdcə kəsiri əmələ gəldikdə dövlət borc almalı olur. Ölkə daxilində 
dövlət  kredit  əməliyyatlarını  həyata  keçirərkən  dövlət  borc  alan  kimi  müəssisə, 
təşkilatlar və əhali kreditor, yəni borc verən kimi çıxış edirlər. 
Maqistrant 
çox 
düzgün 
müəyyən 
edib 
ki 
büdcə 
kəsirinin 
maliyyələşdirilməsində  dövlət  kreditinində  böyük  əhəmiyyəti  vardır.  Dövlət  bu 
zaman həm kreditor, həm zəmanətçi, həmdə kredit alan kimi çıxış edir. 
Mərdanova  Oksana  Rəşad  qızı  dissertasiya  işinin  yazılışı  prosesində  özünü 
savadlı,  təmkinli  iddiaçı  kimi  göstərməklə  yanaşı  həmdə  istifadə  olunmuş  xüsusi 
ədəbiyyatlardan sərbəst nəticə çıxartmaq qabiliyyətinə malik olan bir maqistr kimi 
də  göstərmişdir.  Mərdanova  Oksana  Rəşad  qızı  qoyulan  məqsədə  nail  olmasını 
nəzərə  alaraq  onun  maqistr  işini  müdafiəyə  buraxılmasını  məqsəsdə  uyğun  hesab 
edirəm. 
 
 
Rəyçi:   
 
 
 
 
 
i.e.n. dos. Abbasov S.A.  
 

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə