Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 
 
 
 
büdcədən  aşağı  səviyyəli  büdcələrə  transfertlər  təcrübəsi  nəticəsində  regionların 
mərkəzdən  asılılığı  artır.  Belə  bir  şəraitdə  transfer  siyasətində,  sosial-iqtisadi 
islahatların tezləşdirilməsində köklü dəyişikliklər edilməlidir. 
Büdcə maddələrinin "şəffaflığı", onların büdcə təsnifatına uyğunluğu, büdcənin 
xəzinədarlıq icrası təmin edilməli, standart maliyyə hesabatları tətbiq olunmalıdır. 
Büdcələrarası  münasibətlərin  normal  fəaliyyət  göstərməsinin  əsas  şərti  yerli 
büdcələrin  vəsaitlərinin  düzgün  və  səmərəli  istifadəsi  üzərində  dövlət  maliyyə 
nəzarətinin gücləndirilməsidir. 
Büdcə  xərcləri  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətləri  aşağıdakılar 
hesab edilə bilər: 
-  bütün dövlət orqanları və büdcə təşkilatları üçün sərt xərc smetalarının tətbiq 
edilməsi; 
-  dövlət  xərclərinin  səmərəliliyinin  qiymətləndirilməsi  metodlarının  işlənib 
hazırlanması və tətbiqi; 
 
-  büdcə  xərclərinin  planlaşdınlması  və  həyata  keçirilməsi  zamanı  proqram-
məqsədli metodlardan istifadə mexanizminin təkmilləşdirilməsi 
-  büdcə xərclərinin prioritetlərinin müəyyən edilməsi və xərclərin quruluşunun 
təkmilləşdirilməsi. 
 
Fikrimizcə,  mövcud  məkan  və  zaman  şəraitində  büdcə  vəsaitlərinin  xərc 
istiqamətləri  və  hər  bir  xərc  istiqaməti  üzrə  büdcə  maliyyələşdirilməsinin  həcmi 
cəmiyyətin  iqtisadi  və  sosial  inkişaf  səviyyəsi  və  digər  obyektiv  amillərə  uyğun 
olaraq  həm  kəmiyyətcə,  həm  də  keyfıyyətcə  kifayət  qədər  təkmilləşmə  ehtiyatlarına 
malikdir.  Ölkəmizdə  həyata  keçirilən  fiskal  siyasətin  əsas  vəzifələrindən  biri  bu 
ehtiyatların  aşkara  çıxarılaraq  büdcə  xərclərində  şəffaflığı  təmin  etmək  və  onun 
səmərəliliyini artırmaq olmalıdır. 
 
 
 


 
 
 
 
1.2.    Müasir    dövrdə    Azərbaycanda    fiskal    siyasət    və    onun makroiqtisadi 
sabitliyin təmin olunmasında rolu. 
 
Büdcə  -  vergi  (fiskal)  siyasəti  -  hökumətin  dövlət  xərclərinin,  vergiyə  cəlb 
olunmanın  və  dövlət  büdcəsinin  vəziyyətinin  dəyişməsinin,  tam  məşğulluğun  və 
qeyri  inflyasiyalı  Ümumi  Mərkəzi  Məhsulun  istehsalının  təmin  edilməsinə 
yönəldilmiş  tədbirləridir.  Büdcə-vergi  siyasətinin  düzgün  həyata  keçirilməsi 
iqtisadiyyatın  sabitləşdirilməsində  vacib  rol  oynayır.  Dövlət  tərəfindən  həyata 
keçirilən fiskal siyasət bəzən büdcə kəsirinin mövcudluğuna şərait yaradır. 
Stimullaşdıncı  büdcə  -  vergi  siyasəti  (fiskal  ekspansiya)  qısa  müddətli 
perspektivdə  iqtisadiyyatın  tsiklik  enməsinin  aradan  qaldırılması  məqsədini  daşıyır. 
Buna  da  G  -dövlət  xərclərinin  artırılması  və  T  -  vergilərin  aşağı  salınması  ilə  nail 
olmaq  mümkündür.  Belə  siyasət  müəyyən  mərhələdə  istehsalın  stimullaşdırılmasına 
və  ayrı  -  ayrı  sahələr  üzrə  dövlət  xərclərinin  artırılmasına  xidmət  etsə  də,  sonradan 
büdcə  kəsirinin  yaranmasına  səbəb  olur.  Lakin,  uzunmüddətli  perspektivdə  isə 
vergilərin  aşağı  salınması  siyasəti  iqtisadi  potensialın  artımına  və  istehsal  amillərinə 
təklifin genişlənməsinə gətirib çıxara bilər. 
Məhdudlaşdırıcı  büdcə-vergi  siyasəti  -  iqtisadiyyatın  tsiklik  qalxmasını 
məhdudlaşdırmaq  məqsədini daşıyır. Buna isə G - dövlət  xərclərinin aşağı salınması 
və T - vergilərin artırılması yolu ilə nail olunur. Qısa müddətli perspektivdə bu tədbir 
işsizliyin  artımı  və  istehsalın  enməsi  hesabına  tələb  inflyasiyasını  azaltmağa  imkan 
verir.  Uzun  müddətli  mərhələdə  isə  artan  «vergi  dairəsi»  məcmu  təklifin  enməsinə 
əsas ola bilər. 
Dövlət  xərcləri  və  vergilər  bərabər  həcmdə  artırsa,  xalis  Mərkəzi  məhsul  da 
həmin  həcmdə  artır.  Bu  qısamüddətli  perspektivdə  fiskal  siyasəti  tədbirlərindən  biri 
olan tarazlaşdırılmış büdcənin multiplikatoru adlanır. Büdcə siyasətinin əsas məqsədi 
də büdcənin tarazlaşdırılmasına nail olmaq və ya tarazlaşdırılmış büdcə iqtisadiyyatın 
sabitləşdirilməsi  məqsədlərinə  tabe  olmalıdır.  Bununla  əlaqədar  aşağıdakı 
konsepsiyanı nəzərdən keçirək. 


 
 
 
 
Dövlət      büdcəsinin      «tarazlaşdırma      коnsеpyası»nın      mahiyyətini 
açıqlayaq. 
Iqtisadi  subyektlər  cari  və  gələcək  hadisələri  uyğun  olaraq  qiymətləndirirlər. 
Onlar belə bir fikir irəli sürürlər ki, istənilən borcları tez və ya gec ödəmək lazımdır, 
dövlət borclanmasının artımını gələcəkdə vergilərin artması kimi qəbul edirlər, çünki, 
dövlətin  vergilərdən  başqa  gəlir  mənbəyi  yoxdur.  Bu  zaman  dövlət  xərclərinin 
artırılması  və  vergilərin azaldılması  hesabına borclanmanın artmasının  formalaşması 
əhəmiyyət kəsb etmir. Bunu aşağıdakı kimi əks etdirmək olar: 
T
cari
+
T
gƏləcək
/(1
+
i)- G
cari
+ G
gələcək
/ (1+i) 
Bu tənliyi həmçinin dövlət büdcəsinin məhdudlaşdırılması da adlandırırlar. Büdcə 
tarazlaşdırılmasından danışdıqda dövlət büdcəsi və gəlirlərin səviyyəsi məsələsinə də 
toxunmalıyıq. 
Dövlət büdcəsinin köməyi ilə qarşıdakı ildə hökümətin hansı əmtəə və xidmətləri 
əldə  edəcəyi,  hansı  sosial  ödəmələri  həyata  keçirəcəyi  və  müxtəlif  vergili  daxil 
olmalar  səviyyəsində  özünün  xərclərinin  böyük  hissəsini  necə  maliyyələşdirəcəyi 
müəyyən olunur. 
Adətən,  vergilər  əmtəə  və  xidmətlərin  tədarükünü  və  sosial  ödəmələrin  bütün 
məbləğini  ödəyə  bilmir.  Əgər  hökumət  xərcləri  gəlirlərin  səviyyəsini  aşırsa,  onda 
büdcə kəsirindən danışırlar, - 
Büdcə 
əmtəə və xidmət-                             xalis 
kəsıri 
lərin tədarükü 
vergilər 
Qeyd edək ki, xərclər sosial ödəmələrin ümumi həcminin və əmtəə və xidmətlərin 
tədarükünün məbləğlərinin cəminə bərabərdir. 
Xalis      vergilər      -      bu      vergi      daxil      olmalarının      məbləğindən      sosial 
ödəmələri çıxırlar.  
 
Fərz  edək  ki,  dövlət  tədarükü  G=200  səviyyəsindədir.  Həmçinin  fərz  edək  ki, 
dövlət gəlirlərinin bütün həcmini gəlir vergisindən daxil olmalar təşkil edir. t stavkası 
isə  gəlirlərin  səviyyəsinə  proporsional  olaraq  müəyyən  edilib  və  0,2  -ə  bərabərdir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə