Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 
 
 
 
Beləliklə,  vergi  daxilolmalarının  ümumi  məbləği  gəlirlərin  səviyyəsinə  artırılmış 
vergi  stavkasının  həcminə  bərabərdir  və  ya  ty=0,2U.  Müvafiq  olaraq,  gəlirlərin 
səviyyəsi sıfra bərabər olduqda, yığılan vergilərin məbləği də sıfra bərabər olur. Əgər 
gəlirlər  500  vahid  artdıqda  bu  məbləğ  100  təşkil  edir.  Nəhayət,  gəlirlərin  səviyyəsi 
1000-ə  çatdıqda,  onda  ümumi  vergi  daxilolmaları  dövlət  xərclərinin  məbləğinə 
bərabər olacaq. 
Aydın görünür ki, gəlirlərin səviyyəsi 1000 vahiddən aşağı olduğu zaman, büdcə 
kəsiri yaranacaq, yəni G-dövlət xərcləri vergilərin məbləğindən çox olacaq. Gəlirlərin 
səviyyəsi  1000-ə  bərabər  olan  zaman  dövlət  büdcəsi  tarazlaşdırılmış  olur,  gəlirlərin 
yüksək səviyyəsində isə büdcə artığı əmələ gəlir. 
Beləliklə,  verilmiş  dövlət  xərclərinin  səviyyəsində  və  vergiyə  cəlb  olunma 
stavkasında  büdcə  kəsirinin  və  ya  artığının  həcmi  gəlirlərin  səviyyəsindən  asılı 
olur. 
Bu  məsələdə  bir  sıra  çətinliklər  də  var.  Belə  ki,  dövlət  xərclərinin  səviyyəsi  və 
vergiyə  cəlb  olunma  stavkası  həmçinin  məcmu  tələbin  səviyyəsinə,  müvafiq  olaraq 
Ümumi  Mərkəzi  Məhsulun  həcminə  də  təsir  göstərə  bilər.  Əmtəə  və  xidmətlərin 
dövlət  tədarükünün  həcminin  artması  gəlirlərin  səviyyəsini  də  artırır  və  bununla  da 
vergilərin  ümumi  məbləğini  çoxaldır.  Buna  görə  də,  belə  bir  sual  yaranır: 
mümkündürmü  ki,  dövlət  xərclərinin  artması  büdcə  kəsirinin  artmasına  yox,  onun 
azalmasına  gətirib  çıxartsın.  Fərz  etmək  olar  ki,  dövlət  xərclərinin  artması  iqtisadi 
fəallığın  elə  canlanmasına  şərait  yaradar  ki,  bu  zaman  yığılan  vergilərin  məbləği 
dövlət  xərclərinin  artmasından  yüksək  olar.  Bu  suala  müsbət  cavabın  nə  qədər 
düzgün olmasını araşdıraq. 
Dövlət  xərclərinin  artması  və  büdcə  kəsiri  arasındakı  əlaqəni  izah  etmək  üçün 
xərclərin,  yığımların  və  vergilərin  bərabər  səviyyəsi  arasında  asılılığın  təhlilinə 
müraciət edək. 
Məcmu tələbin məhsul buraxılışına bərabər olmasının əsas şərti başqa mənada da 
xülasə edilə bilər: məhsul buraxılışının bərabər səviyyəsi zamanı yığım investisiyaya 
bərabər  olacaq.  Uyğun  fikir  pul  vəsaitlərinin  inyeksiyası  və  itkisi  terminlərində  öz 


 
 
 
 
əksini tapa bilər. Hansılar ki, gəlirlərin və əmtəələrin dövriyyəsində yerə malikdirlər. 
Yığım  məcmu  tələbin  müəyyən  hissəsinin  itkisini  və  gəlirlərin  axınının  əmtəələrin 
məcmu tələbinə çevrilə bilməyən hissəsini əks etdirir. Investisiya bu məcmu tələbinə 
inyeksiyasıdır,  hansı  ki,  dövriyyə  prosesinin  nəticəsində  yaranmır,  çünki  gəlirlərin 
səviyyəsindən  asılı  deyil.  Iqtisadi  tarazlıq  nöqtəsində  dövriyyədəki  pul  vəsaitlərinin 
itkisinin  məbləği  (bu  halda  yığımlar)  inyeksiyanın  ümumi  məbləğinə  (bu  halda 
investisiyalar) bərabərdir. 
Bu  fikirdən  istifadə  edərək,  yığım,  invetisiya  və  büdcə  kəsiri  arasındakı  əlaqəni 
nəzərdən keçirək: 
Ev  təsərrüfatlarının  gəlirlərinin  firmaların  onlara  ödəmələri  təşkil  edir.  Bu 
gəlirlərin bir hissəsi xalis vergilər formasında gedir. Qalan vəsait ev təsərrüfatlarının 
bölüşdürüləsi gəliri olur. 
Yenidən vəsaitin bir hissəsi yığıma gedir və beləliklə istehlak tələbini tərk edir, 
hansı  ki,  məcmu  tələbin  hissəsi  kimi  çıxış  edir.  Eyni  zamanda  məcmu  tələbin  iki 
inyeksiyası  var:  bu  dövlət  tədarükü  və  investisiyadır.  Əgər  iqtisadiyyat  tarazlıq 
vəziyyətindədirsə,  onda  pul  vəsaitlərinin  ümumi  itkisinin  məbləği  inyeksiyanın 
məbləğinə bərabər olacaq.  
Iqtisadi  tarazlıq  nöqtəsində  gəlirlərin  səviyyəsi  məcmu  tələbin  həcminə 
bərabərdir.  Digər  tərəfdən  isə  bu  onu  izah  edir  ki,  dövriyyədə  ki,  pul  vəsaitlərinin 
itkisinin  məbləği  pul  inyeksiyasının  məbləğinə  bərabərdir.  Itkilər  xalis  vergiləri  və 
yığımı  əks  etdirir.  Inyeksiya  isə  əmtəə  və  xidmətlərin  dövlət  tədarükünü,  həmçinin 
investisiyanı əks etdirir. 
Tarazlıq  zamanı,  xalis  vegilərin  və  yığımın  məbləği  dövlət  tədarükünün  və 
investisiyanın məbləğinə bərabər olacaq. 
Bütün bu qeyd edilənlərdən nəticəyə gələrək, aşağıdakı kimi yazmaq olar: 
Yığım + xalis vergilər = hökumət tədarükü + investisiya 
və ya simvollarla      S + T= G + l     (1) 
T  -  simvolundan  xalis  vergiləri  işarə  etmək  üçün  istifadə  edirik.  Bu  tənlikdən  T 
və I simvollarının yerlərini uyğun olaraq dəyişsək aşağıdakı tənliyi alarıq: 


 
 
 
 
Yığım - investisiya - büdcə kəsiri 
və ya     S -1 = G - T (2) 
Bu əlaqəni daha aydın izah etmək üçün, borc pul almaq və kreditləşmə prosesini 
nəzərdən keçirək, hansı ki, buna real iqtisadiyyatda tez-tez rast gəlinir. 
Ev  təsərrüfatları  öz  vəsaitlərinin  bir  hissəsini  yığıma  yönəldirlər.  Eyni  zamanda 
firmalar  öz  investisiya  xərclərini  maliyyələşdirmək  üçün  borc  pul  alırlar.  Əgər 
hökumət büdcə kəsiri ilə üzləşirsə, həmçinin borc almağa məcburdur. 
Beləliklə, (2) tənliyi bizə onu izah edir ki, hökumət və firmalar tərəfindən alınan 
kreditlərin  ümumi  məbləği  (büdcə  kəsiri  və  investisiyanm  cəmi)  yığımın  ümumi 
məbləğinə bərabər olacaq. 
Yığım  və  investisiyanın  bərabərlik  şərti  yalnız  sadə  iqtisadi  modeldə 
mümkündür. Mürəkkəb iqtisadi modeldə isə,    əgər iqtisadiyyatda dövlət büdcəsinin  
kəsiri və ya artığı  mövcuddursa,  onda yığım investisiyaya bərabər olmur.  Məsələn, 
əgər  büdcə  kəsiri  varsa,  hökumət  yığımın  bir  hissəsini  bu  kəsiri  maliyyələşdirmək 
üçün  istifadə  edəcək  və  beləliklə,  yığımın  ümumi  məbləği  investisiyanın 
məbləğindən çox olacaq.  
(2)-  tənliyindəki  asılılıqdan  istifadə  edərək  göstərək  ki,  dövlət  xərclərinin 
artması  büdcə  kəsirini  artırır.  Bu  nəticəyə  necə  gəldik?  (2)  -  tənliyinin  sol  hissəsinə 
nəzər  salaq,  bu  zaman  belə  bir  sual  yaranır:  dövlət  xərclərinin  artırılması  və  onunla 
birlikdə  gəlirlərin  səviyyəsinin  artdığı  zaman  nə  baş  verir?  Belə  ki,  gəlirlər  artdığı 
təqdirdə yığım da artır. Indi biz artmış yığım məbləğinə malik olacayıq. Eyni vaxtda 
bizim  fərziyyəyə  görə  investisiya dəyişməz qalır.  Beləliklə,  "yığım-investisiya"  fərqi 
artmalıdır. 
Məlumdur  ki,  iqtisadi  tarazlıq  şəraitində  yığım  və  investisiya  arasındakı  fərq 
dövlət  büdcəsi  kəsirinin  həcminə  bərabərdir.  Deməli,  dövlət  xərclərinin  artması 
büdcə kəsirini artırır, əgər  gəlirlərin səviyyəsi artsa belə,  yəni  vergi  daxil  olmaları o 
səviyyədə arta bilməz ki, büdcə kəsiri azalsın. 
Büdcə-vergi siyasətinin iki növü var: diskresion və qeyri-diskresion: 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə