Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 
 
 
 
Diskresion  fiskal  siyasət  -  məşğulluğun  səviyyəsinin,  istehsalın  həcminin  və 
inflyasiyanın  tempinin  dəyişilməsinə  yönəldilmiş  tədbirlərin  nəticəsində  dövlət 
xərclərinin,  vergilərinin  və  dövlət  büdcəsinin  saldosunun  həcminin  məqsədyönlü 
dəyişdirilməsidir. 
Qeyri  -  diskresion  fiskal  siyasət  -  Ümuımi  Mərkəzi  Məhsulun  artım  (azalma) 
mərhələsində  dövlət  büdcəsinə  xalis  vergili  daxilolmalarm  artmasını  (azalmasını) 
nəzərdə tutur. Hansı ki, iqtisadiyyata sabitləşdirici təsir göstərir. 
Dövlət 
tərəfindən 
iqtisadiyyatın 
enmə 
mərhələsində 
məcmu 
tələbin 
stimullaşdırılması  məqsədilə  həyata keçirilən diskresion  fiskal siyasət zamanı  dövlət 
xərclərinin artması və ya vergilərin azaldılması nəticəsində büdcə kəsiri yaranır. 
Uyğun olaraq, qalxma mərhələsində məqsədyönlü olaraq büdcə artığı yaranır. 
Qeyri-diskresion  fiskal  siyasət  zamanı  isə  iqtisadiyyatın  bərpa  stabilizatorlarının 
fəaliyyəti nəticəsində büdcə kəsiri və ya artığı yaranır. 
Bərpa  stabilizatoru  -  iqtisadiyyatın  enmə  mərhələsində  dövlət  büdcəsi  kəsirini 
artırmağa (və ya onun müsbət saldosunu azaltmağa) və inflyasiya mərhələsində onun 
müsbət  saldosunu  artırmağa  (və  ya  onun  kəsirini  azaltmağa)  malik  olan  iqtisadi 
mexanizmdir. Daha geniş yayılmış bərpa stabilizatorları kimi vergiyə cəlb olunmanın 
proqressiv  sistemi  və  sosial  müavinat  sistemi  çıxış  edir.  Bərpa  stabilizatorları 
həmçinin  faiz  stavkasının,  qiymətlərin  səviyyəsinin  və  real  Mərkəzi  gəlirin 
dəyişməsidir. 
Iqtisadiyyatın bərpa sabitlik dərəcəsi bilavasitə tsiklik büdcə kəsirinin və artığının 
miqdarından asılıdır. 
Tsiklik kəsir (artıq) - dövlət büdcəsinin kəsiridir (artığıdır) - vergi daxilolmaların 
azaldılması  (artırılması)  və  işgüzar  fəallığın  enmə  (qalxma)  fonunda  dövlət 
transfertlərinin (sosial ödəmələrin) artırılması (azaldılması) ilə yaranır. 
Tsiklik qalxma fazasında Y
2
>Y
0
 olur və buna görə də vergili ayırmalar avtomatik 
olaraq  artır,  lakin  transfert  ödəmələri  isə  azalır.  Nəticədə  ilə  büdcə  artığı  artır  və 
inflyasiyanın süni canlanmasının qabağı alınır. 


 
 
 
 
Tsiklik  enmə  fazasında  isə  Yı0
  olur.  Buna  görə  də  vergilər  avtomatik  olaraq 
azalır, transfert ödəmələri isə artır. 
Nəticədə  məcmu  tələbin  və  istehsal  həcminin  nisbi artım  fonunda büdcə  kəsiri artır, 
bu da enmənin dərinliyini məhdudlaşdırır. 
T=T
a
+ty  - tam vergi funksiyası; 
G=G
a
-liY - dövlət xərcləri funksiyası 
Tsiklik  kəsirin  və  artığın  həcmi  büdcə  və  vergi  funksiyalarının  qrafiklərinin 
«diklik» dərəcəsi ilə müəyyən edilir. 
T - vergi funksiyasının meyl bucağı t - vergi stavkasının həddinin miqdarı ilə, G - 
dövlət  xərcləri  funksiyasının  meyl  bucağı  ilə  /ı-n  miqdarı  ilə  (hansı  ki,  gəlirin 
həcminin  dəyişməsi  və  transfertin  alınan  məbləğinin  dəyişməsi  arasında  münasibəti 
xarakterizə  edir)  müəyyən  edilir.  Müvafiq  olaraq,  gəlirin  səviyyəsi  yuxarı  olduqda, 
ödənilən vergi də yuxarı olur, dövlətdən alınan transfert isə aşağı olur. 
Hətta  cari  gəlirin  dinamikasından  asılı  olmayan  G  dövlət  xərclərinin  həcmi 
dəyişməyəndirsədə,  bu  halda  iqtisadiyyatın  bərpa  sabitlik  dərəcəsi  t  -  vergi 
stavkasının  səviyyəsindən  yüksək  olur.  T  -  vəziyyətinə  nisbətən  T

-  vəziyyətində 
tskilik  büdcə  kəsirinin  və  artığının  həcmi  böyük  olur  və  buna  görə  də  bərpa 
stabilizatorları  məcmu  tələbin  aşağı  düşməsinə  və  ya  artmasına  güclü  təsir  göstərir. 
Eyni  zamanda  iqtisadiyyatın  bərpa  sabitlik  dərəcəsinin  artması  büdcə  vergi 
siyasətinin (iqisadi potensialın artımına və istehsal amillərinə təklifin genişlənməsinin 
stimullaşdırılması) uzunmüddətli məqsədi ilə ziddiyyət təşkil edir. 
Investisiyaya,  sahibkarlıq  riskinə  və  əməyinə  stimulu  gücləndirməyə  vergiyə 
cəlbolunma  stavkasınm  həddinin  aşağı  salmması  yolu  ilə  nail  olmaq  mümkündür. 
Lakin,  bu  azalma  tsiklik  büdcə  kəsirinin  və  artığının  həcminin  azalması  və  eləcə  də 
iqtisadiyyatın  bərpa  sabitlik  dərəcəsinin  aşağı  düşməsi  ilə  müşayiət  olunur.  Fiskal 
siyasətin  uzunmüddətli  və  qısamüddətli  effektlərindən  birinin  seçilməsi,  keçid 
iqtisadiyyatında mürəkkəb makroiqtisadi problemdir. 
Bərpa  stabilizatorları  Ümumi  Mərkəzi  Məhsulun  ətrafında  potensial  səviyyənin 
tsiklik  dəyişməsinin  səbəblərini  aradan  qaldırmır,  ancaq  bu  dəyişmənin 


 
 
 
 
genişlənməsini məhdudlaşdırır. Verilmiş tskilik büdcə kəsirinin və artığının əsasında 
fiskal  siyasətin  tədbirlərinin  effektivliyini  qiymətləndirmək  olmaz.  Belə  ki,  mövcud 
tarazlaşdırılmamış tsiklik büdcə iqtisadiyyatı resursların tam  məşğulluğu vəziyyətinə 
yaxınlaşdırmır.  Buna  görə  də  iqtisadiyyatın  bərpa  stabilizatorları  bir  qayda  olaraq, 
diskresion fiskal siyasətin resursların tam məşğulluğun bərpa edilməsinə yönəldilmiş 
tədbirləri  ilə  əlaqələndirilir.  Nəticədə  struktur  dövlət  büdcəsi  kəsiri  (artığı)  yaranır  - 
tam  məşğulluq  şəraitində  büdcənin  xərcləri  (gəlirləri)  və  gəlirləri  (xərcləri)  arasında 
fərqdir. Tsiklik kəsir çox vaxt faktiki büdcə kəsirinin həcmi və struktur kəsir arasında 
fərq kimi qiymətləndirilir. 
Tam 
məşğulluqda 
büdcə 
onu 
göstərir 
ki, 
əgər 
iqtisadiyyat 
tam 
məşğulluq  şəraitində  «işləyirsə»,  bu  zaman  büdcənin  kəsiri  və  ya  artığı 
necə  olacaq?  Belə  bir  nəticə  çıxartmaq  olar  ki,  büdcə  kəsiri  məhsul  buraxılışının 
aşağı səviyyəsi ilə əlaqədardır. 
Əgər  iqtisadiyyat  tam  məşğulluq  şəraitində  olsaydı,  büdcə  artığa  malik  olardı. 
Beləliklə,  tam  məşğulluq  büdcəsinin  artığını  nəzərə  almaqla,  demək  olar  ki,  fiskal 
siyasət  səviyyəni  müəyyən  edir,  hansı  ki,  tam  məşğulluqda  büdcə  artığı  yaradır. 
Deməli  reallıqda  mövcud  olan  büdcə  artığı  yaradır  və  reallıqda  mövcud  olan  büdcə 
kəsiri ciddi problem deyil. 
Həqiqətdə,  iqtisadi  şəraiti  tam  məşğulluq  vəziyyətinə  gətirmək  üçün,  vergilərin 
azaldılması tədbirindən istifadə etmək olar. 
Tam məşğulluq büdcəsi dəyişməz qalırsa, yəni, büdcənin kəsiri dəyişmirsə (və ya 
büdcə  artığı  azalmırsa)  onda  fiskal  siyasət  məcmu  tələbin  genişlənməsinə  və 
azaldılmasına təsir göstərmir. 
Tam məşğulluq şəraitində büdcə kəsiri tələb inflyasiyası yarada bilər. 
Keçid  iqtisadiyyatında  resursların  tam  məşğulluq  səviyyəsinin  və  təbii  işsizlik 
səviyyəsinin  müəyyən  olunmasının  çətinliyi,  struktur  dövlət  büdcəsi  kəsirinin 
(artığının) hesablanmasını mürəkkəbləşdirir. 
Bu  iqtisadi  prosesin  qarşısını  tənzimlənən  büdcə-vergi  (fiskal)  siyasəti  vasitəsilə 
almaq mümkündür. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə