yenidənqurma, modernləşmənin həyata keçirilməsinə stimulu azaldır. Lakin
fikrimizcə, iqtisadiyyatın strukturunun yenidən qurulması, təkmilləşdirilməsi həm də
ölkənin dövlət borcu yükünün azaldılmasına, ölkənin ixracdan əldə etdiyi valyuta
resurslarından səmərəli istifadə edilməsinə, milli iqtisadiyyatın effektiv inkişafına
imkan verər. Deməli, xarici borcun idarə edilməsi ilə bağlı həyata keçirilən siyasət
iqtisadi artımın stimullaşdırılması istiqamətində siyasətin prioritetləri ilə sıx qarşılıqlı
əlaqədə, vəhdətdə olmalıdır. Əgər belə demək mümkünsə hər iki məsələ həm
başlangıcdan, həm də iqtisadi inkişaf kontekstində bir-birinə xidmət etməli, bir-birini
tamamlamalıdır.
Bu gün sürətli inkişaf yolu seçmiş respublikamızda da beynəlxalq iqtisadi
sistemə inteqrasiya şəraitində iqtisadi strukturun yenidən qurulması, modernləşməsi
istiqamətində xeyli işlər görülmüşdür. Bununla bağlı həm praktik sahədə, həm də
qanunverici-hüquqi bazanın formalaşması və təkmilləşməsi istiqamətində ardıcıl,
qətiyyətli addımlar atılmaqdadır.
Fikrimizcə, dövlətin xarici borcla bağlı siyasətində əsas diqqət yetirilməli olan
məsələlərdən biri də yeni dövlət borcu vəsaitlərinin cəlb edilməsi üçün müddətin
düzgün seçilməsidir. Bu məsələ borcların qaytarılması üzrə fəaliyyətlə
uzlaşdırılmalıdır. Bunun üçün hər il yeni cəlb edilən borc vəsaitlərinin, kreditlərin
həcmi xarici borcun qaytarılan həcminə yaxın olmalıdır. Bu uyğunluğun gözlənilməsi
ilbəil xarici borcun həcminin artmasının müəyyən mənada qarşısını ala bilər, onun
yığılıb qalmasının, dövlət büdcəsi üçün, eləcə də gələcək nəsillər üçün borc yükünə
çevrilməsinin qarşısının alınmasında əsas cəhətlərdən biri kimi çıxış edir.
Dövlət borcusiyasətinin digər mühüm elementlərindən biri xarici borcun
optimal strukturunun müəyyən edilməsidir. Bu istiqamətdə fəaliyyət iki cəhət üzrə
həyata keçirilməlidir. İlkin olaraq, borcun müddəti baxımından onun optimal
strukturu müəyyən edilməlidir. İkinci olaraq xarici borcun əsas məbləğinin və faiz
ödənişlərinin ödənilməsi qrafikinin düzgün müəyyən edilməsi.
Onu da qeyd edək ki, xarici dövlət borcunun strukturu ilə bağlı əhəmiyyətli
olan risklər də mövcuddur. Bunlar arasında aşağıdakıları qeyd edə bilərik:
1. xarici dövlət borcunun xidməti xərclərinin yüksək olması.
2. xarici dövlətlər və beynəlxalq maliyyə təşkilatları qarşısında olan dövlət
borcu öhdəliklərinin xüsusi çəkisinin artması, çox olması və bu borcların
strukturunun optimallaşdırılması istiqamətində lazımi fəaliyyətin həyata keçirilə
bilməməsi yaxud da onun kreditor tərəfindən dəstəklənməməsi.
3. xarici dövlət borclarının yenidən maliyyələşdirilməsində daxili borc
vəsaitlərindən istifadə imkanlarının məhdud olması.
4. xarici borcun qaytarılmasında müntəzəmliyin qorunub saxlana bilməməsi və
borca görə ödəmələrin pik səviyyəyə çatması.
5. Korporativ və regional borclarla bağlı risklərin artması və onlara nəzarət
oluna bilməməsi.
Lakin həm daxili, həm də xarici bazarlarda borc vəsaitlərinin cəlb edilməsi
imkanları yumşaldıqda, bərabərləşdikdə, o zaman, onların həm dəyəri, həm də
müddəti baxımından belə əlverişli cəlb edilmə imkanları dövlət borclarının yenidən
maliyyələşdirilməsilə bağlı risklərin xeyli azalmasına səbəb ola bilir.
Borcun qaytarılması və borca xidmət qrafikinin dəyişməsi prosesi də baş verir
və bu yeni xarici kreditlərin və borcların cəlb edilməsinə aiddir. Lakin əvvəlki borclar
üçün və sonradan yeni cəlb edilmiş borc vəsaitləri üçün də belə ödəniş qrafikinə
riayət edilməməsi sonda ödəmələrin həcminin pik səviyyəsinə çatmasına, onların
yığılıb bir dövlət üçün borc yükünə çevrilməsinə səbəb olur. Nəticədə bu prosesin
mürəkkəbləşməsi borc böhranı ilə müşahidə olunur. Lakin bir faktı da qeyd etmək
lazımdır ki, hər bir yeni kredit, borc üçün qəbul edilən şərt dövlət borcu üzrə
ödəmələrin ümumi qrafikinə məcmu halda təsir göstərə bilir.
Məhz bu mənada dövlət borcu üzrə ödəmələrin müddətinin və buna sərf olunan
xərclərin azaldılması istiqamətində işlərin həyata keçirilməsi də istisna
edilməməlidir. Çünki, borcla bağlı müqavilə imzalandığı tarixdən etibarən, artıq
həmin borc məbləğinə görə ödənişlər aktivləşir, yəni belə deyə bilərik ki, artıq «borc
sayğacı» işə düşür və faizlərin hesablanması prosesi gedir. Əgər hansısa bir səbəbdən
borc vəsaitlərinin lazım olan məqsədlərə istiqamətlənməsi, onun təyinatı üzrə
yönləndirməsi yaxud borcu alana gəlib çatması ləngiyirsə, belə demək mümkünsə, bu
heç də xərcsiz başa gəlmir. Ona görə də borc vəsaitlərinin cəlb edilməsi və
xərclənməsi məsələləri mərkəzləşmiş qaydada həyata keçirilirsə daha yaxşı olar. Bu
dövlət borcu vəsaitlərinin uçotu və qeydiyyatının vahid sisteminin yaradılması
zərurətini reallaşdırır. Söz yox ki, bu proseslər hökumətin tam nəzarəti altında həyata
keçirilməlidir. Bu mexanizm həm də daxili dövlət borcları üçün mümkündür və
məqsədəuyğundur.
Yaxın qonşumuz olan Rusiyada dövlət borcu problemi bildiyimiz kimi, kifayət
qədər iqtisadi sistemə təsirli bir prolem kimi qəbul edilmişdir. Tədqiqatların da bir
çoxu Rusiyada xarici borcunun optimal idarə edilməsinin prioritetlərindən biri kimi
bilavasitə bu problemlə məşğul olan Agentliyin yaradılmasını təklif edirlər. Bir tarixi
faktı da qeyd edək ki, 1917-ci ilə qədər Rusiyada belə bir vəzifəni icra edən qurum
(struktur) fəaliyyət göstərmişdir. Bu struktur borcun qaytarılması üzrə Dövlət
komissiyası olaraq fəaliyyət göstərmişdir. ABŞ-ın da büdcə sistemində uyğun
funksiyanı icra edən xüsusi Büro fəaliyyət göstərir. Bu, federal xəzinədarlığın
struktur yarımabölməsi kimi fəaliyyət göstərir.
Əlbəttə, nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın da xarici
borcu artmaqdadır, o zaman belə bir strukturun respublikamızda da yaradılmasına
böyük ehtiyac vardır.
Dövlətin dövlət borcu siyasətinin fəal həyata keçirilməsində idarə etmə ilə
bağlı məsələlərin təkmilləşdirilməsi ilə yanaşı, dövlətin daxili borc bazarının inkişaf
etdirilməsi, dövlət büdcəsinin balanslaşdırılması, borclu ölkənin ödəmə qabiliyyətilə
bağlı beynəlxalq arenada müsbət fikrin, rəyin formalaşmasına nail olmaq, dövlətin
maliyyə ehtiyatlarının həcminin artırılması zəruri ilkin şərtlər kimi çıxış edirlər.
Dövlət borcu siyasətinin mühüm prioritetlərindən biri də borclu ölkənin
beynəlxalq
maliyyə
institutları,
maliyyə
təşkilatları
ilə
münasibətlərinin
optimallaşdırılmasıdır.
Dostları ilə paylaş: |