Magistratura məRKƏZİ



Yüklə 11,39 Mb.
səhifə3/5
tarix17.11.2018
ölçüsü11,39 Mb.
#80848
1   2   3   4   5

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğa layihəqabağı təhlili üçün proqramın işlənib hazırlanması (proqram);

- layihəqabağı təhlilin aparılması və KS-nin layihələndirilməsi üçün TT-in hazırlanması məqsədilə informasiyanın toplanması, elmi-texniki və elmi-metodik sənədlərin, digər xüsusi sənədlərin və ədəbiyyatın seçilməsi (sistemləşdirilmiş informasiya paketi, sənədlər komplekti və ədəbiyyatın siyahısı);

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğuna təhlilin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-nin layihələndirilməsi üçün TT-in işlənib hazırlanması (təsdiq edilmiş TT).



Layihə mərhələsi.

  • KS-nin işçi layihə sənədlərinin işlənib hazırlanması:

- təşkilati layihə sənədlərinin işçi layihəsinin işlənib hazırlanması üçün elmi-texniki və elmi-metodiki sənədlər komplektinin, digər xüsusi sənədlərin və lazımi ədəbiyyatın seçilməsi (sənədlər komplekti və ədəbiyyatın siyahısı);

- Kİ sisteminə, KS-nə təşkilati layihə sənədlərinin işlənib hazırlanması (işçi layihə sənədləri komplekti);

  • KS-nin işçi layihəsinin sənədlərinin tətbiqi üzrə tədbirlər planının layihəsinin işlənib hazırlanması;

- KS-nin təşkilati layihəsinin tətbiqi üçün müəssisənin hazırlıq səviyyəsinin qiymətləndirilməsi (analitik arayış);

- təşkilati layihənin işçi sənədlərinin tətbiqi üzrə tədbirlər planının layihəsinin işlənib hazırlanması (tədbirlər planının layihəsi);

- təşkilati iayihənin səmərəliliyinin qiymətləndirilməsi;

  • KS-nin təşkilati layihəsinin komplektləşdirilməsi və ekspertizası;

- izahat vərəqəsinin tərtib edilməsi və KS-nin təşkilati layihəsinin komplektləşdirilməsi (təsdiq edilmiş təşkilati layihə və onun tətbiqi planı);

- KS-nin təşkilati layihəsinin ekspertizasının (və ya resenziyalaşdırılmasının) təşkili (ekspertiza aktı və ya resenziya, iradların siyahısı);

- təşkilati layihənin iradları nəzərə almaqla korrektə edilməsi (korrektə edilmiş təşkilati layihə, razılaşdırma protokolu).

Realizəetmə və təkmilləşdirmə mərhələsi.

  • Təşkilati layihənin realizəolunma planının yerinə yetirilməsi;

- təşkilati layihənin təsdiq edilmiş işçi sənədlərinin qüvvəyə minməsi və onun - realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsi barədə əmrin verilməsi (əmr);

- KS-nin təşkilati layihəsinin işçi sənədlərinin realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsinin təşkili (əmrlər, sərəncamlar, aktlar, rəylər);

  • KS-nin təşkilati layihəsinin realizə edilməsinə nəzarət;

- təşkilati layihənin realizə edilməsinə nəzarət (aktlar, nəzarət kartları və s.);

- nəzarətin nəticələrinə görə təşkilati layihənin tətbiqi gedişinin korrektə edilməsi (əmrlər, səıəncamlar, əlavələr, dəyişikliklər və s.);

- KS-nin realizə edilməsinin təhlili (arayışlar, tövsiyələr və s.);

- təhvil-təslim işlərinin aparılması (akt);



- KS-nin sertifıkatlaşdırılmasının təşkili və aparılması (sifariş, sənədlər komplekti, sertifıkat);

- KS-nin faktiki səmərəliliyinin qiymətləndirilməsi (yekun hesabatı);

- KS-nin inkişafı və təkmilləşdirilməsi üzrə işlərin aparılması (təkmilləşdirilmiş təşkilati layihə).

KS-nin işlənib hazırlanması və realizə edilməsi müəyyən həcmdə xərc tələb edir. Lakin dünya təcrübəsi göstərir ki, keyfıyyət sisteminə qoyulan bütün resurslar xərc kimi deyil, investisiya kimi qəbul edilməlidir. Bu onunla izah edilir ki, məhsulun keyfıyyətinin KS-i çərçivəsində yüksəldilməsi və təmin edilməsi üzrə fəaliyyət investisiya xarakteri daşıyır. Odur ki, bu cür investisiyanın və onun səmərəliliyinin məqsədəuyğunluğu daha mükəmrnəl əsaslandırılmalıdır.

2.1. Keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırma təminatı



Bazar münasibətləri şəraitində sertifıkatlaşdırma ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm vasitədir. Sertifıkatlaşdırma məhsulun, xidmətin və ya prosesin standarta və ya texniki reqlamentə uyğunluğunun təsdiqlənməsidir. Bu təsdiqlənmə uyğunluq sertifıkatının verilməsilə həyata keçirilir.

Uyğunluq sertifikatı sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəddir. Ölkənin sertifikatlarının və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün sertifikatlaşdırma üzrə qaydalar və tövsiyələr İSO və BEK beynəlxalq təşkilatlarının rəhbərlik sənədlərinə, İSO 9000 və İSO 10000 seriyalı beynəlxalq standartlarda, EN 45000 və EN 29000 seriyalı Avropa standartlarında, digər beynəlxalq və regional təşkilatların normativ sənədlərində şərh edilmiş beynəlxalq qaydalara uyğun qurulmalıdır. Xarici sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditləşdirilməsinin, həmçinin xarici ölkələrin sertifıkatlarının və uyğunluq nişanlarının bizim ölkədə (uyğun olaraq bizim ölkəninkinin xaricdə) tanınması ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçirilir.

Hər bir dövlətdə sertifikatlaşdırma üzrə milli orqan vardır. Bizim respublikada bu fəaliyyət sahəsində xüsusi səlahiyyəti olan orqan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyidir. Bu Agentliyə aşağıdakı əsas funksiyalar həvalə edilmişdir:

  • sertifıkatlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılması və realizə edilməsi;

  • Azərbaycan Respublikasının ərazisində sertifıkatlaşdırmanın aparılması üzrə ümumi qayda və tövsiyələrin müəyyənləşdirilməsi və onlar haqqında rəsmi informasiyanın nəşr edilməsi;

  • Respublikada qüvvədə olan sertifikatlaşdırma sistemlərinin və uyğunluq nişanlarının dövlət qeydiyyatının aparılması; ölkədə qüvvədə olan sertifıkatlaşdırma sistemləri və uyğunluq nişanları haqqında rəsmi informasiyanın nəşr edilməsi və onun qoyulmuş qaydada sertifıkatlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlara təqdim edilməsi;

  • beynəlxalq (regional) sertifikatlaşdırma sistemlərinə qoşulmaq haqqında təkliflərin hazırlanması, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında beynəlxalq (regional) təşkilatlarla sazişlərin bağlanması;

  • sertifıkatlaşdırma məsələləri üzrə ölkəni beynəlxalq (regional) təşkilatlarda təmsil etmək;

  • akkreditləşdirmə və sertifikatlaşdırma qaydaları, onların nəticələri, həmçinin bu proseslərin iştirakçıları haqqında istehsalçıların, istehlakçıların, ictimai təşkilatların, sertifıkatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının, digər maraqlı müəssisələrin, təşkilatların və ayrı-ayrı şəxslərin məlumatlandırılması.

Sertifıkatlaşdırma sisteminin strukturuna milli sertifikatlaşdırma orqanı, sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatlar, konkret (həmcins) məhsulların sertifikatlaşdırılması üzrə orqanlar, akkreditləşdirilmiş sınaq mərkəzləri (laboratoriyaları), istehsalçı müəssisələr və məhsulun tədarükçüləri daxildir. Sertifikatlaşdırmanı aparan zaman iştirakçı tərəflər bir qayda olaraq istehsalçıların, tədarükçülərin (birinci tərəf); alıcıların, istehlakçıların (ikinci tərəf); sertifikatlaşdırmada iştirak edən tərəflərdən asılı olmayan orqanların (üçüncü tərəf) maraqlarını təmsil edirlər. Sertifikatlaşdırmada iştirak edən hər bir tərəf kommersiya sirri olan informasiyanın məxfiliyini təmin etməlidir.

Məhsulların və xidmətlərin sertifikatlaşdırılması könüllü və məcburi ola bilər. Könüllü sertifikatlaşdırma o obyektlər üçün aparılır ki, onlar ölkənin qanunverici aktlarına uyğun olaraq məcburi sertifikatlaşdırmaya məruz qalmır. Bu cür sertifikatlaşdırma hüquqi şəxslərin və vətəndaşların təşəbbüsü ilə sifarişçi və sertifıkat- laşdırma üzrə orqan arasında bağlanmış müqavilə əsasında aparılır. Könüllü sertifıkatlaşdırmanı öz üzərinə könüllü sertifıkatlaşdırma orqanı funksiyasını götürmüş və sertifıkatlaşdırma sistemini və uyğunluq nişanını icra hakimiyyətinin xüsusi səlahiyyətli orqanında qeydiyyatdan keçirmiş hər bir hüquqi şəxs həyata keçirə bilər. Məcburi sertifikatlaşdırma orqanları da könüllü sertifıkatlaşdırmanı apara bilər. Bu, o zaman ola bilər ki, könüllü sertifıkatlaşdırma məcburi sertifıkatlaşdırma sisteminin qaydaları ilə nəzərdə tutulsun və könüllü sertifikatlaşdırmanın uyğunluq nişanı qeydiyyatdan keçmiş olsun. Könüllü sertifıkatlaşdırma üzrə orqan işin aparılma qaydalarını müəyyənləşdirir. Sertifıkatlaşdırmanın aparılması üçün müqavib bağlanarkən sifarişçi bu işin aparılması haqqında lazımi informasiyanı ala bilər, həmçinin sertifıkatlaşdırmanın formasını təyin edə bilər.



Könüllü sertifikatlaşdırma üzrə orqan funksiyasını üzərinə götürmüş hüquqi şəxs könüllü sertifıkatlaşdırma sisteminin strukturunu formalaşdırır, onun qaydalarını və uyğunluq nişanını məyyənləşdirir, sistemi və uyğunluq nişanını xüsusi səlahiyyətli orqanda qeydiyyatdan keçirir, sertifıkatlaşdırma qaydaları haqqında sifarişçiyə lazımi informasiya verir, bu sistemin reyestrini aparır. Bu hüquqi şəxs məhsulların və xidmətlərin sertifıkatlaşdırılması üzrə orqanın funksiyasını yerinə yetirir.

Beləliklə, sertifıkatlaşdırma üçüncü tərəf vasitəsilə aparılır. Bu zaman istehsalçı (icraçı) tərəfindən buraxılan məhsul (göstərilən xidmət) yoxlanılır, qiymətləndirilir və həmin məhsulun (xidmətin) normativ-texniki sənədlərin tələblərinə uyğunluğu təsdiqlənir. Sertifıkatlaşdırmaya bu cür yanaşma zamanı müxtəlif sınaq metodlarından istifadə edilə bilər. Odur ki, obyektiv nəticələr almaq üçün müasir cihaz və avadanlıqlarla, stendlərlə təchiz edilmiş sınaq laboratoriyaları (mərkəzləri) olmalıdır.

Məhsulun sertifıkatlaşdırılması istehsalçıdan müəyyən xərclər tələb edir. Xarici ölkələrin təcrübəsi göstərir ki, bu işlərə çəkilən xərclər istehsalçı müəssisələrin bütün xərclərinin 1-2%-ni təşkil edir. Lakin müəssisələr tərəfindən sertifikatlaşdırmanın tətbiqi bazar iqtisadiyyatı şəraitində müəyyən üstünlüklərə malikdir: daxili və xarici istehlakçıların məhsulun keyfıyyətinə inamını təmin edir; istehlakçı tərəfindən lazımı məhsulların seçilməsini yüngülləşdirir və sadələşdirir; istehlakçının məhsulun keyfiyyəti haqqında obyektiv informasiya almasını təmin edir; sertifıkatlaşdırılmamış məhsulun istehsalçısı ilə rəqabətdə uzun müddət müdafiə olunmağa kömək edir; analoji məhsulların idxalını azaldır; keyfiyyət səviyyəsinə uyğun olmayan məhsulların ölkəyə daxil olmasının qarşısını alır; NTS-lərdə daha proqressiv tələblər qoymaqla bu sənədlərin keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradır; istehsalatın təşkilati-texniki səviyyəsinin yüksəldilməsinə kömək edir; elmi-texniki tərəqqinin sürətlənməsi üçün stimul yaradır.

Üçüncü tərəf vasitəsilə məhsulun sertifıkatlaşdırmaya hazırlanması və sertifıkatlaşdırılması üzrə yerinə yetirilən əməliyyatları bir neçə mərhələlər üzrə qruplaşdırmaq olar.

Hazırlıq mərhələsi:

  • məhsulun sertifıkatlaşdırılması üçün zəruri sənədlərin tərkibinin təyin edilməsi;

  • sənədlərin (NTS) standartların tələblərinə uyğunluğa təhlili;

  • sertifıkatlaşdırma üçün tələb olunan yeni sənədlərin işlənib hazırlanması və qüvvədə olan sənədlərin təkmilləşdirilməsi (zəruri hallarda);

  • üçüncü tərəfin rasional sertifikatlaşdırma sistemini seçməsi;

  • sertifıkatlaşdırma orqanının seçilməsi, onun maddi-texniki bazası, sertifikatlaşdırma sınaqlarının təşkili və şəraiti ilə tanış olmaq (zəruri hallarda);

  • standartların tələblərinə uyğun stabil keyfıyyətli məhsulun buraxılması üçün KS-nin və bütün istehsalatın hazırlanması;

  • məhsulun sertifikatlaşdırılması üçün müvafiq sertifikatlaşdırma orqanına sifarişin verilməsi;

  • məhsulun sertifıkatlaşdırılması üçün müqavilənin bağlanması (bunu müəssisə və ya sertifıkatlaşdırma üzrə orqan yerinə yetirir);

  • məhsulun (nümunənin) sınaq laboratoriyasına təqdim edilməsi (müəssisə və ya sertifikatlaşdırma üzrə orqan yerinə yetirir).

Sevtifikatlaşdırma mərhələsi:

  • tələb olunan hallarda KS-nin və istehsalatın yoxlanması və qiymətləndirilməsi (sertifıkatlaşdırma üzrə orqan və ya səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir);

  • sertifıkatlaşdırma sınaqlarının aparılması;

  • məhsulun sertifıkatlaşdırma sınaqlarının protokolunun hazırlanması və göndərilməsi (sınaq laboratoriyası, sınaq mərkəzi həyata keçirir);

  • uyğunluq sertifikatının tərtib edilməsi və verilməsi (sertifikatlaşdırma üzrə orqan yerinə yetirir);

  • xarici sertifikatlaşdırma orqanı tərəfindən verilmiş uyğunluq sertifıkatının tanınması (müəssisə, milli sertifikatlaşdırma orqanı və ya onun səlahiyyət verdiyi orqan həyata keçirir).

Sertifikatlaşdırmadan sonrakı mərhələ:

  • xarici və ya beynəlxalq orqanlarla məhsulun sertifıkatlaşdırılması haqqında sazişin bağlanması (müəssisə, milli sertifıkatlaşdırma orqanı və ya onun səlahiyyət verdiyi orqan yerinə yetirir);

  • sertifikatlaşdırmanın nəticələrinə görə maraqlı tərəflərin apelyasiya verməsi (müəssisə və ya digər tərəflər).

Bazar iqtisadiyyatı şəraitində ən vacib məsələlərdən biri KS-nin sertifıkatlaşdırılmasıdır. Burada xüsusi akkreditləşdirilmiş orqan tərəfindən sertifikatlaşdırılan sistemin standartların tələblərinə uyğunluğu yoxlanılır, qiymətləndirilir və təsdiqlənir.

Sertifikatlaşdırılan sistemin uyğunluq standartı kimi dövlət, beynəlxalq (məsələn, İSO 9000 seriyalı beynəlxalq standartlar) və ya digər xarici ölkələrin milli standartları (kontraktların tələblərinə uyğun olaraq) istifadə oluna bilər. KS-nin sertifıkatlaşdırılmasında əsas məqsəd məhsulun istehlakçılarının etibarını qazanmaq və müəssisənin bazarda imicinin yüksəldilməsidir ki, bu da ixrac imkanlarını genişləndirməyə, yeni sifarişçiləri cəlb etməyə və məhsulun satış həcmini artırmağa imkan verir. KS-nin sertifikatlaşdırılması prosesində müəyyən prinsipləri realizə etmək lazımdır.

Sistemin sertifikatlaşdırılmasını aşağıdakı əsasverici prinsiplərə görə aparmaq məqsədəuyğundur:

1. Məqsədli istiqamətlilik prinsipi, yəni məhsulun keyfiyyətinin idarə edilməsi (MKİ) sistemlərinin konkret məqsədlə sertifikatlaşdırılmasının zəruriliyi, məsələn müəssisənin dünya bazarının müəyyən seqmentinə çıxması. Bu halda həmin regionda daha nüfuzlu xarici sertifikatlaşdırma orqanını seçmək çox vacibdir. Bu məqsədə nail olmaq üçün sistemin sertifikatlaşdırılmasının ancaq ölkənin sertifikatlaşdırma orqanı vasitəsilə həyata keçirilməsi kifayət deyildir. Beləki, xarici sertifikat- laşdırma nəticəsində alınmış sertifikat daha nüfuzlu sayılır və böyük üstünlüklərə malikdir.

2. Obyektivlilik prinsipi, yəni KS-lərinin sertifikatlaşdırılması zamanı onların yoxlanması və qiymətləndirilməsi səriştəli, yüksək peşəhazırlığına malik və qeyri-asılı orqanlar tərəfindən həyata keçirilməlidir.

3. Məxvilik prinsipi, yəni sertifikatlaşdırma üzrə orqan və onun əməkdaşları məhsulu göndərən təşkilatla qarşılıqlı əlaqə nəticəsində aldıqları informasiyanın məxviliyini təmin etməlidirlər. Bu məsələlər sertifikatlaşdırma üzrə orqan və sifarişçinin rəsmi sazişinin predmeti ola bilər.

4. Sertifıkatlaşdırma üzrə orqana işin dəyərinin əvvəlcədən ödənilməsi prinsipi.

5. KS-lərinin uyğunluq tələblərinin (milli, beynəlxalq standartların digər normativ sənədlərin tələblərinin) kifayət qədər ödənilməsi prinsipi. İstehlakçının istehsalçı ilə sazişinə görə sistemə qoyulan tələblər dəqiqləşdirilə və dəyişdirilə bilər.

KS-lərinin sertifikatlaşdırılması üzrə aparılan işlərin tərkib hissəsi onların yoxlanmasıdır. Yoxlama KS-nin və məhsulun sertifikatlaşdırılmasının ümumi proseduruna daxil ola bilər. Bununla yanaşı, yoxlama ancaq KS-nin sertifikatlaşdırılması və ya məhsulun sertifikatlaşdırılması məqsədilə yox, həm də digər məqsədlər üçün aparıla bilər: sistemin fəaliyyətinin səmərəliliyinin təyin edilməsi; yarışlarda və müsabiqələrdə yer tutmaq üçün, mükafatlandırmaq üçün KS-nin kriterlərə uyğunluğa qiymətləndirilməsi və sistemin təkmilləşdirilməsi istiqamətlərinin təyin edilməsi; kontraktın bağlanması üçün məhsulun istehsalçısınm KS-nin ilkin qiymətləndirilməsi, həmçinin bağlanmış kontraktın yerinə yetirilməsi prosesində məhsul istehsalçısının qiymətləndirilməsi; KS-nin vəziyyətinin müəyyən standartların tələblərinə uyğunluğunun təyin edilməsi.

Yoxlamalar planlı (məhsulun istehlakçılarının və ya istehsalçılarının sifarişinə görə), cari (məmulatın konstruksiyasının və ya KS-nin dəyişməsi ilə əlaqədar) və ya növbədənkənar (KS-nə nəzarətin zəruriliyi ilə bağlı) ola bilər.

Yoxlamaların nəticələrinə görə KS-nin qiymətləndirilməsi məqsədə uyğundur. Odur ki, yoxlamanın obyektiv aparılması və səmərəli idarəetmənin təşkili üçün müəssisənin rəhbərliyi sistemin sənədləşdirilmiş elementlərinə malik olmalıdır. Bu zaman sistemin sənədləşdirilmiş elementlərinin müvafiq standartların tələblərinə uyğunluğu, məhsulun keyfıyyət göstəricilərinin qoyulmuş tələblərə uyğunluğu, istehsalatın və məhsulun keyfiyyətinin idarə edilməsi (MKİ) sistemlərinin lazımı keyfıyyət səviyyəli məhsul istehsal etmək üçün yararlılığı yoxlanılır.

KS-nin sertifıkatlaşdırılması zamanı görülən işləri iki mərhələ üzrə qruplaşdırmaq olar:

  • KS-nin ilkin yoxlanması və qiymətləndirilməsi.

  • KS-nin son yoxlanması və qiymətləndirilməsi (KS-nin qiymətləndirilməsi və uyğunluq sertifıkatının verilməsi).

Birinci mərhələdə KS-i və onun sənədləri müəssisə tərəfindən sertifikatlaşdırma üçün hazırlanır, sertifikatlaşdırmanı aparmaq üçün sifariş verilir, sertifıkatlaşdırma üzrə orqan tərəfindən sistemin ilkin yoxlanması və qiymətləndirilməsi aparılır, müəssisə və sertifikatlaşdırma üzrə orqan arasında KS-nin sertifıkatlaşdırılması üçün müqavilə imzalanır.

İkinci mərhələdə KS-i müəssisə tərəfindən son yoxlama üçün hazırlanır, sertifikatlaşdırma üzrə orqan tərəfindən son yoxlamanın proqramı tərtib edilir, KS-nin müəssisədə təşkili üzrə ilkin müşavirə keçirilir (müəssisə və ya sertifikatlaşdırma üzrə orqan tərəfindən), KS-nin yoxlanması aparılır (sertifikatlaşdırma üzrə orqan və ya müəssisə tərəfindən), yoxlamanın nəticələrinə görə ilkin nəticə və təkliflər hazırlanır (sertifikatlaşdırma üzrə orqan tərəfindən), sertifikatlaşdırma üzrə orqan və ya müəssisə tərəfindən yekun müşavirə keçirilir, KS-nin müəssisədə yoxlanması barədə hesabat tərtib edilir. Müsbət qərar qəbul edildiyi halda sertifıkatlaşdırma üzrə orqan KS-nə sertifikat verir.
2.2. Keyfiyyətin idarə edilməsinin sənədli təminatı
Keyfiyyət sisteminin, onun elementlərinin, tələblərin, müddəaların, funksiyaların bölüşdürülməsinin, məsuliyyət, hüquq və vəzifələrin, bölmələrin qarşılıqlı əlaqələrinin və s. yaradılması və istifadəsi sistemli idarəetmə prinsiplərinə və İSO beynəlxalq standartlarına uyğun olaraq sənədləşdirilməlidir. Bu sənədli kompleksin yaradılmasının metodiki əsasını bazar konsepsiyasının xüsusiyyətlərini əks etdirən reqlamentləşdirmə (standart- laşdırma, unifikasiya) və planlaşdırma təşkil edir. Bu o deməkdir ki, keyfıyyətin yüksəldilməsi və təmin edilməsi sahəsində məqsəd və fəaliyyət istehlakçıların tələblərinə və bazarın təkliflərinə, həmçinin bağlanmış kontraktlara uyğun təyin edilir. Bu kontraktlar bütün icraçıların keyfiyyətin təmin edilməsi sahəsində öz funksiyalarını dəqiq, texnologiyaya uyğun, səhvsiz yerinə yetirmələrini tələb edir. Bunun üçün proqramda bu məqsədlərə nail olmanın resurs təminatı nəzərdə tutulmalıdır.

Beləliklə, KS-nin normativ-metodiki təminatı müxtəlif statuslu reqlamentləşdirici sənədlər kompleksinin yaradılmasını tələb edir. Bu kompleksə daxil olan sənədlərin keyfıyyətinə çox yüksək tələblər qoyulmalıdır. Burada informasiya dəqiq və məntiqi ardıcıllıqla yerləşdirilməli, şərh edilən məlumatlar isə qısa, konkret, sadə və dəqiq olmalıdır.

Müəssisə səviyyəsində KS-ni keyfıyyət sahəsindəki siyasət, müəssisə standartlarının, texniki şərtlərin, rəhbərlik sənədlərinin, normativ-texniki və normativ-metodiki sənədlərin və keyfiyyət üzrə digər sənədlərin tələbləri əsasında qurmaq lazımdır. Bu sənədlər kompleksi KS-nin bütün elementlərinin və yarımsistemlərinin qarşılıqlı əlaqələrini məhsulun həyat tsiklinin bütün mərhələlərində və idarəetmə səviyyələrində reqlamentləşdirməlidir. Sahə, sahələrarası, respublika, dövlətlərarası (MDB çərçivəsində) və beynəlxalq səviyyələrdə sənədlər kompleksi sahə, dövlət (AZS), dövlətlərarası (MDB dövlətləri üçün QOST) və beynəlxalq standartlara, həmçinin digər NTS-ə və NMS-ə (təlimatlar, metodikalar, rəhbərlik sənədləri və s.) əsaslana bilər.

KS-i çərçivəsində realizə edilən menecmentin ən vacib tərkib hissələrindən biri keyfıyyət sahəsindəki siyasətdir. Ona görə də sistemin NTS-ləri içərisində bu sahədə hazırlanan sənəd birinci yerdə durmalıdır.

Müəssisə səviyyəsində KS-nin bütün sənədlər kompleksini əsasverici, ümumi və xüsusi sənədlərə bölürlər. Əsasverici sənədlər müəssisədə istifadə olunan NTS və NMS-ə, keyfiyyət sahəsində işlənib hazırlanmış siyasətə uyğun olaraq bütövlükdə KS-nin və onun ayrı-ayrı yarımsistemlərinin qurulma prinsiplərini, məzmununu və tətbiqi qaydalarını təyin etməlidir. Ümumi sənədlər ümumsistemli məsələləri reqlamentləşdirir, məsələn, keyfıyyət üzrə müşavirələrin keçirilməsi, keyfiyyət qruplarının işinin təşkili və s. Xüsusi sənədlər sistemlərin (yarımsistemlərin) ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarını müəyyənləşdirir.

Mahiyyətcə əsasverici və ümumsistemli sənədlər A səviyyəli sənədlər kompleksini (İSO 10 013 beynəlxalq standarta görə), xüsusi sənədlər isə təyinatlarından asılı olaraq B və C səviyyəli sənədlər kompleksini təşkil etməlidir. B səviyyəli sənədlər ayrı-ayrı bölmələrin (yarımsistemlərin) fəaliyyətinə tələbləri təyin edir. C səviyyəli sənədlər keyfıyyətin təmin edilməsi proseslərinin qaydalarını təyin edən işçi sənədlərdir (prosedurlar, təlimatlar, texnoloji kartlar, formalar və s.). Bütün bu sənədlər kompleksi müəssisənin və müəyyən növ məhsulun xüsusiyvətlərini və spesifıkasını qarşılıqlı əlaqələndirməli, həmçinin KS-nin qoyduğu məqsədə çatmaq üçün lazımi məsələləri əhatə etməlidir.

Öz təyinatına görə əsasverici müəssisə standartı (MS) aşağıdakı təxmini bölmələri özündə birləşdirə bilər: ümumi müddəalar; keyfıyyətin yüksəldilməsi və təmin edilməsi sahəsində siyasət, məqsəd və məsələlər; sistemin strukturu, personalı, sənədləri və işçi prosedurları; keyfıyyətin yüksəldilməsi və təmin edilməsinin, həmçinin sistemin fəaliyyətinin texniki-iqtisadi səmərəliliyi; sistemin fəaliyyətinin yoxlanması və səmərəliliyinin qiymətləndirilməsi; rəhbərliyin məsuliyyəti və hüquqları; əlavə (sistemin standartlarının, NTS və NMS-lərinin siyahısı; müəssisənin struktur bölmələri arasında keyfıyyətə ümumi rəhbərlik üzrə funksiyaların bölünməsi).

Əsasverici MS əvəzinə keyfıyyət üzrə ümumi rəhbərlik sənədi işlənib hazırlana və tətbiq edilə bilər. Lakin iri müəssisələrin ayrı-ayrı struktur bölmələrində onların özlərinin keyfiyyət üzrə rəhbərlik sənədlərini yaratmaq məqsədəuyğundur. Bunula yanaşı, qeyd etmək lazımdır ki, keyfıyyət üzrə ümumi rəhbərlik sənədində olan informasiyanın tərkibini ciddi reqlamentləşdirmək mümkün deyildir. Burada bütün məsələlər qoyulmuş ənənələr nəzərə alınmaqla bilavasitə müəssisədə həll edilir.

Keyfiyyət üzrə ümumi rəhbərlik aşağıdakıları özündə birləşdirə bilər: adı, yayılma sahəsi və təsir dairəsi; mündəricat; müəssisə (təşkilat) haqqında giriş hissə və keyfiyyət üzrə rəhbərlik haqqında məlumatlar; terminlər və təyinlər; keyfiyyət sahəsində siyasət (ayrıca sənəd kimi tərtib edilə bilər); müəssisənin (təşkilatın) şərhi, məsuliyyəti və hüquqları; KS-i elementlərinin şərhi (sənədləşdirilmiş prosedurlara, təlimatlara və s. istinad etməklə); rəhbərlik sənədinin strukturunun və onun hər bir bölməsinin qısa şərhi; əlavə.

Xarici təşkilatların keyfiyyət üzrə rəhbərlik sənədi adətən üç əsas bölmədən ibarət olur: 1) keyfıyyət siyasəti haqqında bəyanat; 2) KS-nin şərhi (sistemdə keyfiyyətin təmin edilməsi və təşkili sxemi, onların yerinə yetirilməsi üçün əsas funksiyalar və məsuliyyət); 3) keyfiyyətin təmin edilməsi üzrə prosedurların siyahısı. Zəruri hallarda rəhbərliyə əlavə kimi keyfiyyət üzrə plan hazırlana bilər. Bu planda keyfiyyət sisteminin elə elementləri və prosedurlar nəzərdə tutulur ki, onlarsız keçinmək mümkün deyildir.

Prosedurlar hər bir keyfıyyət sisteminin ayrılmaz hissəsidir. Lakin xarici sənədləşdirmədə prosedur dedikdə adətən istənilən NTS və NMS, o cümlədən prosedurların özləri, standartlar, təlimatlar, müddəalar, alqoritmlər, funksional matrisalar və s. başa düşülür. Bizim ölkənin KS-lərində MS-larının geniş istifadə olunması məqsədəuyğundur. Bu kateqoriyalı standartların yaradılması və tətbiqi üzrə kifayət qədər təcrübə vardır. Bu cür standartların bizim ölkədə işlənib hazırlanmasının özünü doğrultmuş qaydaları mövcuddur. Bu prosedur qaydalar standartların işlənib hazırlanmasının aşağıdakı mərhələlərini nəzərdə tutur: 1) standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi; 2) standartın layihəsinin hazırlanması (birinci redaksiyasının) və onun rəyə göndərilməsi; 3) rəylərin təhlili, standartın layihəsinin son redaksiyasının işlənib hazırlanması və təsdiqlənməyə təqdim edilməsi; 4) standartın layihəsinin baxılması, təsdiqi və qeydiyyatı; 5) standartın nəşr edilməsi, onun geniş yayılması.

Prosedurlar, bir qayda olaraq, müvəqqəti yaradılmış işçi qrupu tərəfindən işlənib hazırlanır. Bu qrupa o şəxslər daxil edilir ki, prosedurlar onlar üçün yaradılır, buraya həmçinin keyfıyyətin təşkili və idarə edilməsi üzrə mütəxəssislər daxil edilir. Onlardan biri bu qrupa başçılıq edir.

İdarəetmə prosedurunun bölmələrinin tərkibi təxminən aşağıdakı kimi ola bilər: titul vərəqi və mündəricat; şərti işarələr və ixtisaslar; təyinatı; əməliyyatların şərhi; əlavə; ədəbiyyatın siyahısı; dəyişikliklərin qeydiyyat vərəqi.

Xarici öikələrin təcrübəsinə görə prosedurun əsas bölmələri aşağıdakı şəkildə ola bilər: onların təyinatı və yayılma sahəsi; istinadlar (verilmiş proseduru yerinə yetirərkən istifadə olunan digər normativ sənədlərin siyahısı); təyinlər (terminlər və anlayışlar); şərhi; köməkçi sənədlər.

KS-nin tərkibində digər NTS və NMS, məsələn, metodikalar, metodiki təlimatlar, qaydalar, TŞ, MS, dövlət və digər standartlar, texnoloji kartalar və s. fəaliyyət göstərə bilər. Burada əsas odur ki, məhsulun keyfıyyətinin və rəqabət qabiliyyətinin bütün kompleks məsələləri sənədlərdə öz əksini tapsın.

2.3. Keyfiyyətin idarə edilməsinin informasiya təminatı



Keyfiyyətin sistemli idarə edilməsi kifayət qədər operativ xarakterli obyektiv informasiyanın olmasını tələb edir. Bunun üçün informasiya təminatı ilə əlaqədar olan funksiyaları yerinə yetirmək lazımdır.

Bazar iqtisadiyyatı şəraitində istehlakçılara lazım olan məhsulun keyfiyyətinin formalaşması və onun qorunub saxlanması proseslərində informasiyanın səmərəliliyinin yüksəldilməsi prinsipial əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən elmi-texniki tərəqqinin inkişafına, digər tərəfdən isə informasiyanın gücünə əsaslanan bir sıra amillərdən asılıdır. İnformasiyanın ənənəvi üsulla işlənməsi və axtarış formaları istehlakçını dəqiq və dolğun məlumatlarla təmin edə bilmədiyindən, buraxılan məhsulun yüksək texniki-iqtisadi göstəricilərinin əldə edilməsi mümkün deyildir. Bunun üçün əsas problemlər, o cümlədən keyfiyyət səviyyəsinin idarə edilməsi prosesinin informasiya təminatı, informasiya sisteminin təkmilləşdirilməsi, informasiyanın yeni növ mənbələrindən istifadə edilməsinin təhlil üsulları həll edilməlidir.

Demək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində keyfiyyətin idarə edilməsi üzrə informasiyaya müvafiq tələblər qoyulur. İlk əvvəl belə tələblərdən biri keyfiyyət sistemində idarəetmə qərarlarının qəbul edilməsi üçün informasiyanın olmasıdır.

Göstərilənlərlə yanaşı, keyfiyyətin sistemli idarə edilməsinin sənədləşmə təminatına qoyulan tələblərə uyğun olaraq, baxılan informasiyaya açıqlıq, münasiblik, uyğunluq, daxiletmənin birdəfəliyi və etibarlılıq kimi tələblər də qoyula bilər.

Yüklə 11,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə