«маgistratura məRKƏZİ»



Yüklə 407,87 Kb.
səhifə3/7
tarix29.09.2017
ölçüsü407,87 Kb.
#2363
1   2   3   4   5   6   7
Şəxsiyyətlərarası münaqişə - iki və daha artıq şəxs arasında olan münaqişədir. Şəxsiyyətlərarası münaqişə şəxsiyyətdaxili münaqişəilə sıx əlaqədardır. İnsanların qarşıdurması onların şəxsi motivlərinin toqquşmasından irəli gəlir. Bu konfliktlər praktikada ən çox rast gəldiyimiz münaqişələrdən biri sayılır. Hər təşkilatda o özünü başqa cür biruzə verir. Bu hər şeydən əvvəl rəhbərlərin məhdud resurslar, kapital, işçi qüvvəsi uğrunda mübarizəsi, avadanlığın və ya layihənin təsdiq olunması üçün tələb olunan vaxt uğrunda mübarizəsidir. Hər bir rəhbər hesab edir ki, resurslar məhdud olduğuna görə özündən yuxarı rəhbərdən ona digər rəhbərin şöbəsindən daha çox resurs ayırmalıdır. Yaxud hesab edək ki, iki rəssam eyni reklamın dizaynı üzərində çalışırlar və onların hər biri rəhbərliyi öz fikirlərinə və ideyalarına inandırmağa çalışır. Şəxsiyyətlərarası münaqişə insanların fərdi toqquşması da ola bilər. Belə ki, müxtəlif xarakterə, baxışlara malik olan insanlar normal həyatda çox vat yola getmirlər və tez-tez münaqişəyə girirlər.




left-right arrow 7

Şəkil. 1.2. şəxsiyyətlər arası münaqişənin sxemi


Şəxsiyyət və qrup arası münaqişələr. Xottorn eksperimentlərinin göstərdiyi kimi, istehsal qrupları davranış normalarını müəyyən edirlər. Hər kəs onlara riayət etməlidir ki, qeyri-formal qruplara daxil ola bilsin və özünün sosial tələbatların ödəyə bilsin. Lakin qrupun gözləntiləri ayrıca şəxsin gözləntiləri ilə üst-üstə düşmürsə burada münaqişə baş verə bilər. Məsələn, qrup üzvlərindən biri çox pul qazanmaq və bunun üçün də növbədən kənar işləməyə razıdırsa, qrup bunu neqativ davranış kimi qiymətləndirə bilər. Əgər qrup üzvü qrupun mövqeyindən fərli bir mövqe tutarsa o zaman münaqişə baş verər. Məsələn, əgər iclasda məhsul satışının həcminin artırılması müzakirə olunursa, əksəriyyət qiyməti endirməyi təklif edəcəkdir. Bir işçi isə qətiyyətlə sübut etməyə çalışacaq ki, qiymətin endirilməsi gəlirləri azaldacaq həmçinin alıcıda belə fikir oyadacaq ki, bu firmanın malları rəqib mallardan ucuzdursa deməli keyfiyyəti də aşağıdır. Beləliklə də, həmin işçini təşkilatın taleyi yaxından maraqlandırsa belə, qrupun fikrinə zidd olmağı konfliktə səbəb olacaqdır. Analoji konflikt rəhbərin vəzifə öhdəlikləri ilə əlaqədar baş verə bilər: istehsalatı yüksəltmək və təşkilatın qayda və qanunlarına əməl etmək üçün rəhbər dissiplin xarakterli tədbirlər həyata keçirə bilər ki, o da tabeçilikdə olanlar tərəfindən yaxşı qarşılanmaz. O zaman qrup cavab zərbəsi endirərək, rəhbər olan münasibətini dəyişdirə və ya əmək məhsuldarlığını aşağı sala bilər.

oval 15

qrup


oval 13oval 14

oval 11left-right arrow 12 şəxsiyyət şəxsiyyət

oval 10 şəxsiyyət

Şəkil.1.3. şəxsiyyət və qrup arası münaqişənin sxemi.



Qruplararası münaqişə - Təşkilat çoxsaylı qruplardan ibarətdir. Bunlar formal və qeyri formal qruplardır. Hətta ən yaxşı təşkilatlarda belə bu qruplar arasında münaqişələr meydana çıxa bilər. Rəhbərin onlara qarşı ədalətsiz davrandığını düşünən qeyri-formal qruplar sıx birləşə və əmək məhsuldarlığını aşağı sala bilərlər. Məsələn Xottorn eksperimentlərində işçilər birləşərək rəhbərliyin müəyyən etdiyi normaları aşağı saldılar. Qruplararsı konfliktin ən populyar nümunəsi isə rəhbərlik və həmkarlar ittifaqının daimi konfliktidir. Təəssüf ki, qruplarası münaqişənin daha bir nümunəsi fəhlə və qulluqçu kateqoriyasından olan işçilərin konfliktidir. Belə ki qulluqçu kateqoriyası əsasən idarəetmə vəzifələrini həyata keçirirlər,onlar daha savadlı, gəncdirlər və texniki jarqonlardan tez-tez istifadə edirlər. Bu da ünsiyyətdə çətinliklər yaratdığı üçün toqquşmaya səbəb olur.

oval 17oval 17

left-right arrow 16

şəkil.1.4. qruplarası münaqişənin sxemi



Təşkilatdaxili münaqişələr. Tez-tez təşkilatın funksional qrupları məqsədlərin müxtəlifliyi şəraitində münaqişəyə girirlər. Məsələn, satış şöbəsi əsasən alıcılara yönəlir, eyni zamanda istehsal şöbəsi xərclərin azaldılması və effektivliyin artırılması, itkilərin azaldımasının qayğısına qalır. İri həcmli mal ehtiyatlarının saxlanılması satış çöbəsi üçün faydalı olduğu halda bu istehsal şöbəsinin xərclərinin artırır. Nəticədə istehsal şöbələri arasında ziddiyyət artır. Böyük şirkətlərdə şöbələr hazır məhsulu xarici alıcılara satmağa daha çox meylli olurlar nəinki daxili şöbələrə ucuz qiymətə xammal və yarımfabrikat satmağa. Bu da şöbələr arası konfliktlərə gətirib çıxarır.

Ən ümumi halda təşkilatda yaranan münaqişələr bu üç qrup səbəbdən yarana bilər:



  • Əmək prosesində;

  • İnsanların qarşılıqlı münasibətlərinin psixoloji xüsusiyyətləri ilə,başqa sözlə, simpatiya və antipatiyalar, insanların mətəni və etik fərqləri, rəhbərin fəaliyyəti ilə,

  • Qrup üzvlərinin şəxsi keyfiyyətləri ilə, məsələn, öz emosional vəziyyətini idarə edə bilməmək, aqressivlik, nəzakətsizlik, ünsiyyət qura bilməmək.

Münaqişələrin tipologiyası sadəcə metodoloji deyil, eləcə də praktiki rol oynayır. Müasir dövrümüzdə konfliktlərin çoxlu sayda tipologiyası və təsnifatı mövcuddur. Bütün bunlar müxtəlif müəlliflərin baxışlarını və mövqelərini ifadə edir. Maraqlıdır ki, tipologiya problemi müxtəlif cür, çoxsaylı obyekti olan bütün elmlərdə meydana çıxır . Sosial elmlərdə bu problem daha vacibdir. Əvvəla ona görə ki, “təmiz” eksperimentlərin aparılması demək olar ki, mümkün deyil, (məsələn təbiət elmləri və dəqiq elmlərdə bunu eləmək mümkündür), ikincisi isə metodoloji xarakterdə olan çətinliklərə görə. Konfliktlərin tipologiyasının qurulmasında qeyri-müəyyənlik və kriteriyaların müxtəlifliyi (onların təsnifatı, sistematikası), o qədər nəzərə çarpandır və onların ideoloji orientasiyasını aradan qaldırmaq o qədər çətindir ki, qoyulan məsələnin həll edilməsində verilən qərarlar barədə sual meydana çıxa bilir. Beləliklə də, yalnız bir mübahisəsiz qərara gəlmək olar ki, 1 tipologiyanınmüəyyən edilməsi mümkün deyildir, bir münaqişənin ifadə edilməsi üçün bir neçə tipologiyanın olması vacibdir.

1.2.Sosial münaqişələrin təbiəti

İnsanların baxışlarında olan fərqlər, hadisələrin dərk edilməsində və qiymətləndirilməsində fikirlərin üst-üstə gəlməməsi bir çox hallarda mübahisə situasiyalarına gətirib çıxarır. Əgər meydana çıxmış situasiya ən azı tərəflərdən birinin qarşıya qoyduğu məqsədə çatmağa əngəl törədirsə, münaqişə vəziyyəti yaranır. İstənilən münaqişədə mübahisə vəziyyəti vardır, lakin heç də bütün mübahisə vəziyyətləri konfliktə gətirib çıxarmır. Mövcüd ziddiyyətin artması üçün münaqişə vəziyyətlərdə ən çox: münaqişəilə əlaqəli qarşılıqlı fəaliyyətin tərəflər üçün əhəmiyyəti; tərəflərdən birinin qarşı tərəfə məqsədə çatmaqda əngəl törətməsi; ən azı bir tərəfin və ya qrupun əngəl törədən tərəfə qarşı səbrinin artması olmalıdır. Münaqişə vəziyyəti mütləq tərəflərin hər hansı bir səbəbdən baş verən ziddiyyətli mövqelərini, bir-birinə əks olan məqsədlərə çatmaq arzusunu, bunun üçün müxtəlif vasitələrdən istifadə etməsini, maraqların, istəklərin uyğunlaşmamasını nəzərdən keçirir. Məsələn, iş yerində ştatların ixtisar edilməsindən əvvəl attestasiyanın keçirilməsi, daha nüfuzlu ixtisasa namizədliyin müəyyən edilməsi və s.

İstənilən konfliktin formulası aşağıdakı kimidir.

Münaqişə vəziyyəti+insident= Münaqişə

Burada:

Münaqişə vəziyyəti-münaqişənin əsl səbəbini içində saxlayan üst-üstə toplanmış ziddiyyətlərdir.

İnsident-konflikt üçün bəhanə olan şəraitin yaranmasıdır.

Münaqişə - maraqların və mövqelərin toqquşmasından meydana çıxan açıq qarşıdurmadır.

Formuladan da göründüyü kimi münaqişə vəziyyəti və insident bir birindən asılı deyildir. münaqişəni həll etmək birinci münaqişə vəziyyətini aradan qaldırmaq, ikincisi insidentdən qaçmaqdır. Həyatımızda bir çox hallar olur ki,o zaman obyektiv səbəblərdən münaqişə situasiyadan qaçmaq mümkün olmur. Formuladan da görünür ki, münaqişədən qaçmaq üçün maksimum diqqətli olmaq və insident yaratmamaq lazımdır.

Münaqişənin ikinci formulası

Münaqişə vəziyyəti+ münaqişə vəziyyəti+ ... = münaqişə

İki və daha artıq münaqişə vəziyyəti konfliktə gətirib çıxarır. Bu hallarda münaqişə vəziyyətlər müstəqil olurlar, birinin ardınca o birini həll etmək çətin olur. Verilən formula birincini tamamlayır. Buradakı hər bir münaqişə vəziyyəti özünün meydana çıxması ilə o birisi üçün insident rolunu oynayır. Bu formula ilə münaqişəni həll etmək konflikt vəziyyətlərin hər birini həll etmək deməkdir. Bunu bilmək vacibdir ki, münaqişə vəziyyəti- münaqişənin diaqnozudur. Yalnız “düzgün diaqnoz” müalicəni aparmağa imkan verər. Bu proseduru daha effektiv etmək üçün yadda saxlamaq lazımdır ki,



  1. Münaqişə vəziyyəti –aradan qaldırılması vacib olan situasiyadır

  2. Münaqişə vəziyyəti hər zaman konfliktdən əvvəl yaranır.

Hesab edilir ki, münaqişələr eyni anda üç şərtin olması ilə başlanır:

  1. İştirakçı şüurlu surətdə və aktiv şəkildə digər iştirakçıya zərbə vurur (fəaliyyət- fiziki hərəkət və ya informasiyanın ötürülməsindən ibarət ola bilər)

  2. Qarşı tərəf başa düşür ki, mövcud hərəkətlər ona qarşı yönəlmişdir

  3. Qarşı tərəf birinci tərəfə eyni hərəkətlərlə cavab verir.

Əgər birinci tərəf aqressiv fəaliyyətə başlamışsa, ikinci tərəf isə passiv mövqe tutursa bu halda konflikt olmur. münaqişənin bitməsinin müxtəlif formaları ola bilər, istənilən halda iştirakçıların bir-birinə qarşı yönəlmiş fəaliyyəti dayandıqda münaqişə bitmiş sayılır.

Beləliklə, münaqişənin baş verməsi üçün bir sıra komponentlərin olması vacibdir: 1) verilən konflikt sistemində münaqişə obyekti tərəfindən yaradılmış potensial gərginliyin olması 2) potensial gərginliyin real gərginliyə çevrilməsi 3) onun əsasında münaqişə vəziyyətinin yaranması 4) sosial qruplar tərəfindən öz maraqlarında olan ziddiyyətin dərk edilməsi və münaqişə subyektinin formalaşması 5) insidentin yaranması 6) qarşılıqlı real münaqişənin başlanması

Əhəmiyyətli sayda olan konflikt vəziyyətləri yalnız tərəflərin maraqlarının balansı pozulduqda və müəyyən şərtlər daxilində münaqişəyə çevrilirlər.Beləliklə, Münaqişə vəziyyəti- konfliktin yaranması üçün şərtdir. Belə vəziyyətin konfliktə gətirib çıxarması üçün xarici təsirlər- təkan və ya insident olmalıdır. İnsident (bəhanə) tərəflərdən birinin fəaliyyətinin aktivləşməsini xarakterizə edir. İnsident şüurlu surətdə yaradılmaya da bilər, lakin o həmişə qarşı tərəfin diqqətini cəlb edir. İnsidenti üçüncü tərəflərin fəaliyyəti də yarada bilər. Məsələn, sizin rəhbərlə olan xoşagəlməz söhbətinizə kolleqanızın rəy bildirməsi.

İnsident təsadüfən, iştirakçıların arzusu olmadan obyektiv səbəblərdən ( zay məhsulun buraxılması) və ya savadsız fəaliyyətin nəticəsi olaraq (digər tərəfin psixoloji xüsusiyyətləri nəzərə alınmasa) da meydana çıxa bilər.



Ən ümumi halda təşkilatda yaranan münaqişələr növbəti üç səbəbdən meydana çıxa bilir:

  • əmək prosesində;

  • insanların qarşılıqlı münasibətlərinin psixoloji xüsusiyyətlərinə əsasən. Başqa sözlə simpatiya və antipatiya, insanların mədəni və etik davranışlarındakı fərqlərdə, rəhbərin hərəkətlərində;

  • Qrup üzvlərinin şəxsi keyiyyətlərində, məsələn özünün emosional vəziyyətini idarə edə bilməmək, aqressiya və nəzakətsizlik və s.

Münaqişələr özünün spesifikasına və müxtəlifliyinə baxmayaraq, müəyyən sxemə uyğun inkişaf edirlər və ümumilikdə özlərinin inkişaf mərhələləri vardır:

  • Əks olan maraqların, dəyərlərin və normaların potensialının formalaşması;

  • Potensial konfliktin real konfliktə çevrilməsi;

  • insident;

  • Münaqişə fəaliyyəti;

  • Münaqişənin həll edilməsi;

Münaqişənin inkişafı

straight connector 4


Münaqişə vəziyyəti (səbəb)

straight connector 3


insident (nəticə)

straight connector 1straight connector 2

Bəhanə (səbəb)

Münaqişənin dərinləşməsi (nəticələri)

Şək 1.5. Münaqişənin inkişaf sxemi

Bundan əlavə münaqişə bu və ya digər dərəcədə dəqiq ifadə olunmuş struktura malikdir. İstənilən konfliktdə konflikt vəziyyətinin və ya münaqişə edən tərəflərin işgüzar və şəxsi münasibətləri ilə, texnoloji və təşkilatı çətinliklərlə, əməyin ödənişi xüsusiyyətləri ilə əlaqəli olan obyekti mövcuddur. Münaqişələrin ikinci elementi məqsədlərdir. Məqsədlər münaqişə iştirakçılarının maddi və mənəvi maraqları ilə əlaqədar yaranan subyektiv motivləridir. Daha sonra isə konfliktin iştirakçıları sayılan opponentlər olmalıdır. Nəhayət hər bir konfliktdə toqquşmanın bilavasitə səbəbini onun gizli səbəblərindən ayırmaq lazımdır. Hər bir rəhbər bilməlidir ki, münaqişə strukturunun səbəbdən başqa digər elementləri vardırsa, o zaman rəhbərin konfliktdə iştirakı qaçılmazdır. Münaqişə vəziyyətinin güc tətbiq etməklə və ya danışıqlarla dayandırmaq cəhdi onun daha da böyüməsinə gətirib çıxaracaqdır. Çünki, bu məsələyə daha çox insan, qrup, hətta təşkilatlar da cəlb olunacaqdır. Buna görə də heç olmazsa mövcud struktur elementlərindən birini aradan qaldırmaq tələb olunur.

Bütün deyilənləri ümumiləşdirmək üçün onu qeyd etmək lazımdır ki, ümumilikdə istənilən münaqişə - münaqişə prosesi müəyyən ardıcıllıqla inkişaf edir. Bununla da konfliktin 5 mərhələsi daha çox nəzərə çarpır. Birinci mərhələni gizli mərhələ adlandırırlar. Münaqişənin hər zaman səbəbləri vardır, o heç nədən yarana bilməz, lakin münaqişə üçün lazım olan maraqlar heç də həmişə tez dərk edilmir. Bu mərhələdə ziddiyyət münaqişə iştirakçıları tərəfindən dərk edilmir. Münaqişə narazıçılıq situasiyasının aşkar və ya qeyri-aşkar olduğu zaman özünü göstərir. Dəyərlər, məqsədlər, məqsədə çatma vasitələri heç də həmişə situasiyanın dəyişilməsinə yönələn bilavasitə fəaliyyətə yol açmır. Qarşı tərəf ya ədalətsizliklə barışır, ya da məmnunsuzluğunu gizlədərək öz zamanını gözləyir.

İkinci mərhələ- bu konfliktin formalaşma mərhələsidir. Bu mərhələdə qarşı tərəfə tələb formasında edilən iradlar dəqiq nəzərə çarpır. Münaqişəyə iştirak edəcək qruplar yaranır və onların liderləri seçilir. Əks tərəfə arqumentlər söylənilir, rəqibin arqumentləri tənqid edilir. Provakasiyalardan da istifadə olunur ki, bu da tərəflərdən birini ictimaiyyətin fikrini özünə tərəf yönəltməyə imkan verir.

Üçüncü mərhələ- insident. Bu mərhələdə bəzi hadisələr baş verir ki, bu da konflikti daha aktiv fəaliyyətə gətirib çıxarır, tərəflər açıq mübarizəyə başlayırlar. Bu hadisə əhəmiyyətli və əhəmiyyətsiz ola bilər. Buna qədər tərəflər bir-birinə qarşı olan münasibəti çox da biruzə vermirlər.

Dördüncü mərhələ- tərəflərin aktiv fəaliyyətidir. Konflikt böyük miqdarda enerji tələb etdiyi üçün konflikt fəaliyyətinin maksimum həddinə gətirib çıxarır və kritik nöqtədən sonra qısa zamanda azalmağa doğru gedir. Axırıncı mərhələni konfliktin sonu adlandırsalar da bu o demək deyildir ki, tərəflərin bir-birinə olan iddiaları yekunlaşmışdır. Ümumilikdə onu qeyd etmək lazımdır ki, tərəflərdən biri ya qalib gəlir, ya da məğlub olur. Həmçinin bir tərəfin qalib olmağı o biri tərəfin məğlub olması anlamına gəlmir. İstənilən konfliktin üç nəticəsi vardır: «qalibiyyət—məğlubiyyət, «qalibiyyət—qalibiyyət», «məğlubiyyət—məğlubiyyət». Münaqişənin bu cür nəticələnməsi dəqiq olmaya da bilər. Məsələn, kompromisi hər iki tərəfin qalibiyyəti adlandıra bilmərik. Tərəflərin kompromisə getməsinin səbəbi digər opponentin özünü qalib hesab edə bilməməsindən irəli gəlir. Belə situasiyalar hətta kompromisin məğlubiyyət qədər əlverişsiz olduğu zamanlarda da baş verir.

«Məğlubiyyət—məğlubiyyət» sxeminə gəldikdə isə bu əsasən tərəflərin üçüncü tərəfin qurbanına çevrildiyi zaman baş verir. Belə ki, üçüncü şəxslər hər zaman iki tərəfin nifaqından istifadə edərək mənfəət əldə edirlər. Bundan əlavə, təsəvvür etmək çətin deyildir ki, təşkilat rəhbəri yuxarı vəzifəni həmin vəzifə üçün konfliktə girən iki işçidən birinə deyil, üçüncü şəxsə həvalə edir, ona görə ki həmin şəxs konfliktlərdən uzaqdır.



1.3. Münaqişəşünaslıq elmi:onun yaranması və təkamülü

Münaqişəşünaslıq bir çox elmlərin qovşağında yaranmış elmi biliyin ən yeni sahələrindən biridir. Yalnız XX əsrin ortalarında o, nisbətən müstəqil elm və tədris fənni kimi formalaşmışdır. Keçən əsrin 50-60-cı illərində müstəqil elmi sahə və praktiki fəaliyyət forması kimi meydana gələn münaqişəşünaslıq, uzun müddət müxtəlif konfliktoloji ideyalar və baxışlar kimi çıxış edirdi (əvvəl-fəlsəfədə, sonradan isə – sosiologiya, psixologiya və s. elmlərdə). Münaqişəşünaslıq sahəsində tədqiqatların artması, münaqişənin sosiologiyası, xüsusilə münaqişənin psixologiyası sahələrində aparılan araşdırmalarla bağlıdır. Münaqişəşünaslıq bir elm kimi ötən əsrin son rübündə tanımağa başlanmışdır. 1980-cı illərdə ABŞ və dünyanın bir çox ölkələrində münaqişəşünaslıq mərkəzləri yaradıldı. BMT-nin təşəbbüsü ilə Avstraliyada münaqişələrin həlli üzrə Beynəlxalq Mərkəz yaradılmışdır. Tarixə nəzər yetirsək, məlum olur ki, münaqişələri indiki kimi dərindən öyrənmək cəhdləri e.ə. I minilliyə təsadüf edir; məhz bu dövrdə əldə edilmiş təcrübə ümumiləşdirilmiş şəkildə təhlil edilirdi.

İlk növbədə ayrı-ayrı sosial qruplar, dövlət hakimiyyəti və cəmiyyət arasında yaranan münaqişələr öyrənilirdi.

Bir qədər sonra isə buraya iqtisadi, sosial-sinfi, siyasi, milli-etnik qruplararası və qrupdaxili münaqişələrin öyrənilməsi də əlavə olundu.

Tədricən, cəmiyyətdə bütün əhəmiyətli münaqişə vəziyyətlərinin təhlilinə tələbat yaranır, onların ahəngdarlıq və razılıq münasibətləri ilə qarşılıqlı əlaqələrinin öyrənilməsi zərurəti meydana çıxır. Çağdaş cəmiyyətin mahiyyətindən irəli gələn bu zərurət onunla bağlıdır ki, onun normal inkişafı və fəaliyyəti yalnız şüurlu idarəolunma və məqsədyönlü fəaliyyətlə mümkündür. Münaqişə haqqında elmi baxışlar tarixinin təhlili zərurəti, konfliktologiyanın keçdiyi mürəkkəb və uzunmüddətli təşəkkül və inkişaf yoludur. Bu yolun tarixini bir neçə mərhələyə bölmək olar: XIX əsrin birinci yarısı, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri və müasir dövr.

Ulu babalarımız münaqişələrin izahını insan və cəmiyyətin dərk edilməsi ilə əlaqələndirirdilər. Beləliklə, münaqişəşunaslıq tarixi qədim dövrə, sosial fəlsəfənin yaranması mərhələsinə gedib çıxır. Xüsusi olaraq, burada Qədim Çin mütəfəkkirlərini qeyd etmək lazımdır. Onların sırasında əhəmiyyətli yeri Konfutsi (e.ə.551-479-cu illər) tutur. Qədim Çinin məşhur mütəfəkkiri öz fikirləri ilə sübut etməyə çalışırdı ki, kin və dikbaşlıq, bunlarla yanaşı münaqişələr, ilk növbədə insanlarda qeyribərabərlik və təkrarolunmazlıq yaradır. Münaqişənin kökünü o, cəmiyyətin «əsilzadə insanlar» və adi «sıravi» insanlardan ibarət olmasında görürdü. Başqa sözlə əsilzadə insanlar üçün cəmiyyətin əsası müəyyən qayda-qanunlardan ibarətdirsə, sıravi insanlar bu əsası faydada axtarırlar. Konfutsi, özünə aşağıdakı qüsurun yad olmasını göstərirdi: 1) «uydurma qoşmaq meylinin, 2) ifrat dərəcədə qətiliyin,3) tərsliyin, 4) eqoizmin (yəni xudbinliyin)».

Konfutsi ilə yanaşı Qədim Çin filosof-dialektiki Heraklit (e.ə. 520-460-cı illər) münaqişənin təbiətini rasional şəkildə təhlil etməyə çalışıb. O, hesab edirdi ki, dünyada hər bir şey düşmənçilik və hərc-mərclik yolu ilə meydana gəlir. Münaqişələr ictimai həyatın vacib xassəsi, labüd əsasıdır: qarşıdurma (o cümlədən müharibə) «hər bir şeyin atası və padşahıdır». O, birinə dövlətli, digərinə kasıb olmağını qismətinə yazıb; birini – qul, digərini – azad edib.

Heraklitin münaqişələr və hər bir cisimin əsasını təşkil edən mübarizə haqqında ideyalarına qədim dövrün digər filosof-materialistləri də tərəf çıxırdı (Epikur, Platon, Demokrit, Aristotel). Onların araşdırmaları müasir konfliktologiyanın mənəvi əsasını təşkil edir. Müharibəyə haqq qazandıran Heraklitdən fərqli olaraq Platon (e.ə. təxminən 427-347-ci illər) onu (müharibəni) ən böyük bəla, yamanlıq kimi qiymətləndirirdi.

Aristotel (e.ə. 384-322-ci illər) də, Platon kimi, hesab edirdi ki, insan öz təbiətinə görə ictimai məxluqdur; hər bir insan ayrı-ayrılıqda daha böyük ictimai birliyin – cəmiyyətin tərkib hissəsidir; insanın daxilində olan ictimai başlanğıc ona, digər insanlarla əməkdaşlıq etməyə, qarşılıqlı anlaşma yaratmağa imkan verir. Aristotelin mövqeyinə görə, qadınlar və kişilər müxtəlif təbiətə malikdirlər və bərabər ola bilməzlər. Aristotelin həm də dövlət quruculuğu ilə bağlı olan maraqlı konfliktoloji ideyları var. O, hesab edirdi ki, dövlət – insanları barışdıran bir alətdir. Dövlətdən kənarda insan təvazökar və təhlükəlidir.

Demokritin (e.ə. təxminən 460-370-ci illər) də sosial-etik və hüquqi ideyları böyük maraq doğurur. O, qeyd edirdi ki, «paxıllıq düşmənçiliyə səbəb olur, nəticədə biri digərinə zərər vurur, qanunlar da məcburən belə özbaşınalığa son qoyur, hər kəsin istədiyi kimi yaşamağa imkan vermir».

Orta əsr mütəfəkkirlərinin baxışlar əsasən dini xarakter daşıyırdı. Avreli Avqustinin (354-430-cu illər), Akvinalı Fomanın (1225-1274-cü illər) konfliktoloji fikirlərini fəlsəfi idrak və ilahiyyət səltənəti, ilahi və insan tarixinin vəhdətini insan varlığı və Allah və s. haqqında olan mühakimələrində tapmaq olar.

Münaqişənin təbiətinə İntibah dövrünün mütəfəkkirlərinin baxışlarının xarakterik xüsusiyyəti ondan ibarət idi ki, bu baxışlar qədim yunan fəlsəfəsinin insan dərrakəsinin möhtəşəmliyi, onun ətraf aləmin öyrənilməsində rolu haqqında olan fikirlərinin inkişafı əsasında formalaşıb. Kuzanlı Nikolay (1401-1464-cü illər), Nikolay Kopernik (1473-1574-cü illər), Cordano Bruno (1548-1600-ci illər), Nikola Makiavelli (1469-1527-ci illər) baxmayaraq ki, digəriləri kilsə tərəfindən təqiblərə məruz qalırdı, insan qüdrətinə, onun zəka və kamilliyinə, sosial münaqişələri aradan qaldırmaq qabiliyyətinə inanırdılar. On altı-on yeddinci əsrlər sosial-iqtisadi dəyişikliklər, şəxsiyyətin özünütəsdiqi və yaradıcı təmayülü üçün şəraitin yaradılması mərhələsi olub. Bu xüsusiyyətlər Qərbi Avropa humanizmində, təbii hüquq və ictimai müqavilə haqqında təlimlərində, erkən liberalizm haqqındakı ideyalarında öz əksini tapmışır. Məs, Tomas Mor (1478-1535-ci illər), Rotterdamlı Erazm (1469-1536-cı illər), Frensis Bekon (1561-1626-cı illər), Tommazo Kampanella (1569-1639-cu illər) və digər humanistlər orta əsr düşmənçilikləri, sosial hərc-mərclikləri və qanlı daxili müharibələri kəskin şəkildə tənqid edirdilər. Onlar, insanları cəmiyyətin inkişafında həlledici amil kimi qəbul edərək, onları barışıq və əmin-amanlığa dəvət edirdilər. T.Mor, öz «Qızıl kitab» (1516-ci il) traktatında Utopiya adlı ideal dövləti təsvir edir. Bu dövlətdə həm qadınlar, həm də kişilər ictimai faydalı əməkdə iştirak edir, elm və incəsənətlə məşğul olur. Qeyd edilən proseslər, ətraf aləmin hadisələrinin, o cümlədən münaqişələrin öyrənilməsində sistemli yanaşması üçün zəmin yaradırdı. Tomas Hobbs (1588-1679-cu illər), Con Lokk (1632-1704-cü illər), Jan-Jak Russo (1712-1778-ci illər), Adam Smit (1723-1790-cı illər), Yeni və Maarifçilik dövrlərinin digər mütəfəkkirləri öz tədqiqatlarında münaqişələr haqqında ideyaları irəli sürürdülər. Onlar hesab edirdilər ki, insan özü-özlüyündə yüksək dəyərə malik bir məxluqdur; onun üçün digər insanlar və cəmiyyət – yalnız sığınacaqdır. Bu mənada T.Hobbsun irəli sürdüyü konsepsiya müəyyən maraq kəsb edir: «Hər kəsin hər bir kəslə müharibə etməsi» cəmiyyətin təbii durumudur; burada insanlar ya həmkar, ya da düşmən sifətində olur. Hər bir arzunu yerinə yetirmək qeyri-mümkün olduğu üçün insanlar arasında münaqişəli vəziyyət yaradır.

On səkkizinci əsrin sonunda münaqişələr haqqında bilgilər kifayət qədər çox idi. Artıq XIX əsrin birinci yarısında konfliktologiya bir elm kimi təşəkkül tapmışdı. Göründüyü kimi, münaqişənin empirik təsviri böyük bir dövrü, yəni tarixi mərhələni əhatə edir. Doğru elmi yanaşma yalnız XIX əsrin ortalarına təsadüf edir. Elə bu zamanda münaqişələr xüsusi tədqiqat obyektinə çevrilir. Konfliktologiyanın inkişafının bu mərhələsində xüsusi olaraq klassik alman fəlsəfəsi nümayəndələrinin xidmətləri qeyd edilməlidir. İmmanuil Kant (1724-1804-cü illər), Georq Hegel (1770-1831-ci illər), Lüdviq Feyerbax (1804-1872-ci illər) və başqaları öz əsərlərində yaşadığı dövrün ən kəskin sosial, o cümlədən sülh və müharibə problemləri üzərində dayanırdılar. Belə mübarizə, münaqişə sayəsində toqquşmalar insan varlığının mümkün yox, qaçılmaz hadisələr olduğunu təsəvvür edirdi. Ç.Darvinin bioloji təkamül nəzəriyyəsinin ardınca sosial adı ilə işlədilən darvinizm meydana gəldi; bu cərəyanın nümayəndələri cəmiyyətin inkişafını təbii seçimin bioloji qanunları ilə izah edirdilər.

On doqquzuncu əsrin sonu və XX əsri əhatə edən dövr münaqişəşunaslıq nisbətən müstəqil elmi nəzəriyyə formasına düşməsi dövrü hesab olunur. Bunun bir neçə səbəb var: artıq münaqişə problemi üzrə kifayət qədər informasiya toplanılmış; bu zaman güclü sosial sarsıntılar baş vermişdir: müharibələr, iqtisadi böhranlar, sosial inqilablar və s. baş vermişdir. Həmin dövrdə bir sıra elmlər və konsepsiyalar yarandı ki, nəticədə sosial idrakın üfüqləri əsaslı şəkildə dəyişdi. Münaqişəşunaslıq elminin əsası, sosiologiyanın banisi sayılan Oqüst Kont (1798-1857-ci illər), Herbert Spenser (1890-1903-cü illər), Karl Marks (1818-1883-cü illər) və s. iştirakı ilə yaradılmışdır. Onların tədqiqatları həm konfliktologiyanın ümum-nəzəri bazası, həm də sosial münaqişələrin təhlili, qiymətləndirilməsi və həlli üçün işlədilən vasitələrin yaradılmasında metodoloji baza rolunu oynayır. Məs., H.Spenser dönə-dönə cəmiyyətin vahid orqanizm, bütöv sistem olduğu ideyasını müdafiə edirdi; bu orqanizmin hər bir hissəsi özünəməxsus funksiyasını yerinə yetirir. Yaşamaq uğrunda prinsiplərdən irəli gələrək, Spenser göstərirdi ki, qarşıdurma, münaqişələr universal xarakter daşıyır – və ictimai inkişafın ən ümumi qanununu təşkil edir; bu qanun həm ayrıca götürülən cəmiyyət daxilində, həm də onun və təbii mühitin arasında tarazlığı təmin edir. Bununla Spenser ictimai hadisələrin təhlilində çox vacib metodoloji müddəanı formula edib və sosiologiyada funksionalizm cərəyanının əsasını yaratdı.

Bildyimiz kimi K.Marks cəmiyyətin inkişafını materializm mövqeyindən təhlil edib. Buna baxmayaraq o xüsusi elmi istiqaməti müəyyən edən münaqişələr nəzəriyyəsinin banisi olmayıb, onun sosial determinizm konsepsiyasında cəmiyyət bütöv inteqral sistem kimi təsvir edilib. Bu sistemdə başlıca rolu iqtisadiyyat oynayır. Sosial sistemin dəyişilməsi onun bir keyfiyyət vəziyyətindən digərinə keçidi kimi başa düşülür; bu zaman irəliyə doğru istiqamətdə inkişaf edən cəmiyyətdə yığılıb qalmış ziddiyyətlər həll olunur.

Münaqişənin aparıcı formasını K.Marks, bəşər tarixinin ayrılmaz hissəsi olan siniflər mübarizəsi olduğunu hesab edirdi. Münaqişəşunaslıq əsasını yaradan klassiklərin ideyaları ictimai elmlər nümayəndələrinin sonrakı nəsilləri tərəfindən işlənib hazırlanmışdı. Onların sırasında Vilhelm Vundtu (1832-1920-ci illər), Georq Zimmeli (1858-1918-ci illər), Emil Dürkheymi (1858-1917-ci illər), Maks Veberi (1864-1920-ci illər), Ziqmund Freydi (1856-1939-cu illər) və s. göstərmək olar. Müxtəlif elmi cərəyanların münaqişələri yekdil olaraq cəmiyyətin həyatında münaqilərin vacib rolunu qəbul edir, lakin onların qiymətləndirilməsinə müxtəlif mövqelərdən yanaşırdılar. Məs., E.Dürkheym ictimai vəziyyəti və sosial həmrəyliyi bir-birinə bərabər hesab edirdi. O, qeyd edirdi ki, münaqişə-sosial həyatın universal hadisəsidir; bununla bərabər əməkdaşlıq, qarşılıqlı mübadilə və həmrəylik də ümumi xarakter daşıyır. İnsanların bir-birinə yaxın olmaları üçün daha çox mənafelər yox, onların əxlaqi özündəşüuru, öz hüquq və vəzifələrinin dərk edilməsi önəmlidir.

Sosial münaqişə nəzəriyyəsinin klassiki G.Zimmel hesab edirdi ki, cəmiyyətdə münaqişələr qaçılmaz və labüddür. Onun fikrincə, münaqişə universal hadisədir. Bütövlüklə, vahid və ahəngdar qrup və yaxud cəmiyyət ağlasığmazdır, olsaydı belə, bu kimi «müqəddəslər cəmiyyəti» həyata qabil olmazdı. G.Zimmelə görə, münaqişə adicə maraqların toqquşmasını yox, nəyinsə daha əhəmiyyətlisini – yəni insanların instinktlərinin əsasında yarandığını ifadə edir. Öz «İnsan-yağıdır» əsərində o yazır: «Şəxsiyyət, basqasına məruz qalmadığı halda da belə, yalnız digərlərin özünü-ifadə edilməsinə reaksiya verərək, müxtəlif mövqe tutaraq, özünü təsdiqləyə bilir; özünü təsdiqləməyin ən birinci yolu – ilkin instinkt, yəni başqasının inkarıdır». G.Zimmel, məxsusi olaraq münaqişə nəzəriyyəsini yaratmağa cəhd göstərirdi; bunu edərkən o həm münaqişənin ictimai rolu və əhəmiyyətini, həm də onun mühüm amil, stimul rolunu oynayan vasitə olduğunu nəzərə tuturdu. Zimmel «formal sosiologiya» adını daşıyan nəzəriyyənin əsasını qoydu; bu nəzəriyyənin predmetinə insanların qarşılıqlı fəaliyyət formaları daxil edilmişdi; konkret-tarixi dövrün istənilən dəyişiklikləri şəraitində bu formalar olduğu kimi qalır. «Münaqişənin sosiologiyası» termini məhz G.Zimmelə məxsusdur. Zimmelin fikrinə görə, «sosial» ilk əvvəl fərdlərarası münasibətlər deməkdir. Münaqişə, hərc-mərcliyin formalarında biri olsa da, qarşı-qarşıya duranları birləşdirən inteqrativ (birləşdirici) qüvvədir; o, cəmiyyətin sabitləşməsinə səbəb olur və konkret təşkilatları möhkəmləndirir.

Sosiologiyadan fərqli olaraq, psixoloqlar, münaqişəli davranışın təbiətini psixoloji amillərlə əlaqələndirirdilər. Bununla da Z.Freyd, bunları əsas tutaraq, insanın xarakterinin formalaşmasında, fərdin inkişafında ilk plana müəyyən meylləri çəkərək, şəxsiyyətin daxili aləmini üç mərhələ və yaxud pilləyə bölməyə təklif etdi («O», «Mən», «Fövqəl-Mən»). Z.Freyddən fərqli olaraq, Alfred Adler (1870-1937-ci illər) insan davranışının formalaşmasında sosial amillərə üstünlük verirdi. O, şəxsiyyətin parçalanması ideyasını heç cürə qəbul edə bilmirdi və hesab edirdi ki, insan – sosial məxluq olduğu üçün, şəxsiyyəti cəmiyyətdən ayrı öyrənmək olmaz. M.Veber isə sosial fəaliyyət subyektinin bütövlükdə cəmiyyətin deyil, müəyyən sosial statusla bağlı vəziyyətə malik olan şəxsiyyətin olduğunu göstərirdi. Onun fikrincə, cəmiyyət, sosial, yəni digər insanlara yönəldilmiş hərəkətlərin nəticəsi olan qarşılıqlı fəaliyyətdir; bu sirk səhnəsində, müəyyən imtiyazlara malik olan statuslu qruplar həm müsbət, həm mənfi şəkildə fəaliyyət göstərir. Onlar istəyirlər ki, maddi və ideal maraqların münaqişəli vəziyyətində də öz təsirini saxlasın və hətta möhkəmləndirsinlər, öz iqtisadi mövqelərini, bir də həyat oriyentirləri və mənliyini müdafiə etsinlər.

Münaqişə nəzəriyyəsinin işləyib hazırlanmasına bir sıra müasir tədqiqatçıların verdikləri tövhəni də qeyd etmək lazımdır: Bunlardan Tolkott Parsons (1902-1979-cu illər), Ralf Darendorf (1929-cu il), Lyuis Kozer (1913-cü il), və s. adlarını çəkmək olar.

Münaqişələrin öyrənilməsinin nəzəri aspektlərinin işlənib hazırlanmasında təşkilatların struktur funksional modeli mühüm yer tutur. Məs., T.Parsons, cəmiyyəti insanların münasibətlər sistemi olduğunu qeyd edirdi; bu münasibətlərdə birləşdirici rolu normalar və dəyərlər oynayır. Onun mülahizələrinə görə sosiallaşma prosesi zamanı insanın daxili fizioloji tələbatları və sosial münasibətlərə olan tələbatları arasında yaranan müəyyən gərginlik, uyğunsuzluq münaqişə yarada bilər. Münaqişə, sosial anomaliya, aradan qaldırılmalı bir növ xəstəlikdir.

L.Kozerin pozitiv-funksional təliminin mahiyyəti ondan ibarətdir ki, münaqişələr cəmiyyətə xas olmayan, anomal bir hadisə yox, sosial sistemin daxili durumunun elementi, məhsuludur; onlar cəmiyyətin daxilində mövcud olan qayda-qanunların, ayrı-ayrı şəxsiyyətlər və sosial qruplar arasındakı münasibətlərin ifadəsidir. İstənilən münaqişədə müəyyən müsbət imkanlar gizlənir. Bu, onunla əlaqədardır ki, münaqişə, fərdin sosiallaşmasına, sosial qrupların yaranmasına, nisbətən sabit qrupdaxili və qruplararası münasibətlər strukturunun yaranması və müdafiə edilməsinə, qüvvələr balansının yaradılması və qorunub saxlanılmasına, bu və ya digər sosial problemlər və çatışmamazlıqlar barəsində məlumat verilməsinə imkan verir.

Alman sosioloqu R.Darendorf sturktur-funksional təhlilə açıq-aşkar tənqidi münasibət bəsləyərək, ictimai quruluşun «tənzimlənmiş və inteqrasiya edilmiş» modelinə şübhə ilə baxır. O, cəmiyyətin münaqişəli modeli konsepsiyasını irəli sürüb. R.Darendorf hesab edirdi ki, hər bir dövlət hər an belə dəyişilir; cəmiyyət hər bir nöqtəsində münaqişə və anlaşılmazlıqla doludur; dövlətin hər bir subyekti onun dezinteqrasiya və dəyişiklikliyə təsir göstərir; hər bir cəmiyyət ona əsaslanır ki, onun bəzi üzvləri digərlərini məcburetmə yolu ilə özünə tabe etdirir. R.Darendorfun fikrincə, sosial münaqişələr ictimai həyatdan sıxışdırılıb çıxarıla bilməz, hər bir iyerarxiya (qarşılıqlı açılılıq) şəklində təşkli edilmiş sistemin qaçılmaz nəticəsidir.

Sistemlər nəzəriyyəsi üzrə görkəmli amerikalı mütəxəssis K.Bouldinq münaqişənin ümumi nəzəriyyəsi adlanan məlum konsepsiyanı (təlimi) irəli sürmüşdür. O, funksional yanaşmaya zidd olan mövqelərdən çıxış edir, yəni: münaqişələrdə qarşılıqlı düşmənçilik və mübarizə etmək meyli məğlubedilməzdir, insan təbiətinin özündə belə zorakılığın artırılması meyli durur. Lakin onların qarşısını almaq və aradan qaldırmaq mümkündür. K.Bouldinqə görə, «sosial terapiyanın» əsasını (münaqişələrin aradan qaldırılması və qarşısının alınması üzrə) üç amil təşkil edir: qarşıdurmanı yaradan səbəblərin öyrənilməsi, onların aradan qaldırmaq üçün razılaşdırılmış üsulların diqqətlə seçimi; insanların mənəvi təkmilləşdirilməsi və s.

Beləliklə, müasir dövrdə münaqişə haqqında olan bütün təlimlərdə belə bir fikri izləmək olar: insanların bütün hərəkətləri, (o cümlədən münaqişələrlə bağlı olanlar) sosial xarakter daşıyır, çünki onlar bu və ya digər formada sosial mühitlə bağlıdır.

Münaqişə, onun səbəbləri, ifadəolunma formaları və tənzimləmə vasitələri yalnız cəmiyyətin və xüusilə insan təbiətinin dərindən öyrənilməsi, social münasibətlər və insanların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarının təhlili əsasında mümkün ola bilər.

Müasir dövrə qədər istər Qərb ölkələrində, istərsə dünyanın digər regionları, o cümlədən ölkəmizdə vahid, hamı tərəfindən qəbul edilmiş münaqişə nəzəriyyəsi formalaşmayıb. Münaqişəşünaslığın rolu və mahiyyətinin qiymətləndirilməsində nəzəri-metodoloji yanaşmalarda əsaslı fərqlər var. Münaqişəşünaslığın predmeti haqqında ən ümumi təsəvvürü « Münaqişəşünaslıq» sözünün etimoloji mənası verir, yəni «münaqişələr haqqında elm». Münaqişəşünas – alimlər daha geniş təriflər də verirlər. Münaqişəşünaslıq – münaqişələrin yaranması və inkişafı mexanizmləri və qanunauyğunluqları haqqında biliklər sistemidir; buraya həm də münaqişələrin idarə olunması prinsipləri və texnologiyaları da daxildir. Münaqişəşünaslığın obyektinə münaqişənin bütün formaları, predmetinə isə – konkret münaqişənin yaranması, inkişafı və bitməsini xarakterizə edən ən ümumi biliklər daxildir.



Münaqişəşünaslıq bir elmi fənn olaraq, münaqişələrin mahiyyəti, səbəbləri, mərhələləri və iştirakçılarının müəyyən edilməsi; münaqişəli vəziyyətlərin idarə olunması yollarının müəyyən edilməsi, üsullarının axtarılıb tapılması; münaqişələrin əsas formalarının tapılması, özünəməxsusluğunun müəyyən edilməsi məsələlərini öyrənir. Onun əsasını fəlsəfə, sosiologiya və psixologiya kimi elmlər formalaşdırıb. Amma yeni elmi fənn olan münaqişəşünaslığın meydana gəlməsində bir sıra digər elmlər də (tarix, politologiya, iqtisadiyyat, sənətşünaslıq, hüquqşünaslıq, idarəetmə nəzəriyyəsi və s) müəyyən rol oynayıb. Münaqişəşünaslığın başlıca xüsusiyyəti – onun kompleks xarakterli olmasıdır. Münaqişələr ictimai həyatın bütün sahələrində və inkişafının bütün səviyyələrində mövcud olduğu üçün onları müxtəlif sosial və humanitar fənn nümayəndələri tədqiq etmişlər. Politoloqlar, sosioloqlar, psixoloqlar, hüquqşünaslar, iqtisadçılar və başqaları sosial münaqişələrin müxtəlif tərəflərini, onların inkişafı və aradan qaldırılması yollarını öyrənirlər. Bütün tədqiqat predmetləri ümumi maraq kəsb edən bu elmlərin ümumi məqsədi – münaqişələrlə bağlı olan sosial prosesləri, onların dinamikası və idarəoluma mexanizmlərini üzə çıxarmaq və izah etməkdir. Bu elmlərlə münaqişəşunaslığın əlaqəsi aşağıdakı iki aspektdə açıqlanır. Birincisi bundan ibarətdir ki, münaqişəşunaslıq, digər elmlər tərəfindən işlənib hazırlanmış dərketmə prinsiplərinə arxalanır; bu prinsiplər münaqişəşunaslıq sahəsində aparılan tədqiqatların predmetini öyrənməyə imkan verir. Onlar aşağıdakılardır: ən ümumi əlaqə, determinizm, inkişaf, sistemli yanaşma, sosial-fəaliyyət baxımından yanaşma, şəxsiyyət baxımından yanaşma, tamamlayıcı prinsip və s. Problemin ikinci aspekti münaqişəşunaslıq tərəfindən digər elmlərin tədqiqat metodlarının kreativ istifadəsidir. Bununla belə konfliktologiya, özü ilə əlaqəli olan elmlərə əks təsir də göstərir. Məs, şəxsiyyətlərarası münasibətlər sahəsində yaranan münaqişə vəziyyətlərin öyrənilməsi bir çox psixoloji, sosioloji, hüquqi və əxlaqi problemlərin həllini, o cümlədən ünsiyyət, qarşılıqlı münasibətlər, mənəviyyat, mənəvi-psixoloji iqlim kimiləri və bir çox başqalarını stimullaşdırır. Müasir ədəbiyyatlar münaqişəşunaslığın aşağıdakı daha çox aktual istiqamətlər üzrə inkişaf etdiyi qeyd edilir:

Yüklə 407,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə