Magistratura məRKƏZİ



Yüklə 0,67 Mb.
səhifə1/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
  1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ


Əlyazması hüququnda

İsmayilov Elvin İsmayil oğlu

Müasir dövrdə qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsinin prioritetləri” mövzusunda



MAGİSTR DİSSERTASİYASI


Elmi rəhbər:

Dos.M.Ə.Əliyev

_________________________


Magistr proqramının rəhbəri:

Dos. İ.M.Mahmudova

______________________________





Kafedra müdiri prof. М.А.Əhmədov

BAKI - 2017

M Ü N D Ə R İ C A T

Ğ İ R İ Ş

FƏSİL I.MÜASİR DÖVRDƏ QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.

1.1.Qiymətlərin tənzimlənməsinin mahiyyəti və metodları

1.2. Qiymətlərin tənzimlənməsinin tənzimləmə obyektləri və formaları

1.3. İqtisadiyytada qiymət amilindən istifadənin zəzuri ilkin şərtləri


FƏSİL II. DAVAMLI İNKİŞAFDA QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

2.1. Dövlətin qiymət siyasəti və qiymətlərin tənzimlənməsinin hüquqi bazası

2.2. Qiymətlərin tənzimlənməsinin beynəlxalq təcrübəsi

2.3. Azərbaycanda qiymətlərin tənzimlənməsinin dinamikasını müəyyən edən amillərin təhlili


FƏSİL III. AZƏRBAYCANDA QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN REGİONAL İNKİŞAFININ TƏKMİLLƏŞDİRİLMƏSİ PRİNSİPLƏRİ

3.1 Müasir dövrdə qiymətlərin tənzimlənməsinin regional aspektləri

3.2.Qiymətlər sisteminin iqtisadi inkişaf strategiyası


    1. Azərbaycanda qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsinin prioritetləri

NƏTİCƏ

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

G İ R İ Ş

Mövzunun aktuallığı. Azərbaycanda 25 il ərzində dövlət quruculuğu prosesində bütün sahələrdə əldə etdiyi nailiyyətlər sosial-iqtisadi islahatların, neft və qeyri-neft strategiyasının uğurla həyata keçirilməsi makroiqtisadi sabitliyin möhkəmlən­di­ril­məsinə və iqtisadi artımın təmin edilməsinə səbəb olmuşdur. Bazar iqtisadiyyatı şəraitində dövlətin apardığı iqtisadi-sosial siyasət köklü surətdə dəyişdirildiyindən, iqtisadi siyasətin tərkib hissəsi olan qiymət siyasəti də əsaslı surətdə dəyişikliklərə uğramışdır. Bununla belə, qiymətlərin sırf amirlik qaydasında dövlət tərəfindən deyil, müstəqil olaraq ayrı-ayrı bazar subyektləri tərəfindən müəyyən edilir.

Makromaliyyə sabitliyini təmin etmək məqsədi ilə ölkədə sosial-iqtisadi inkişafın möhkəm təməlinin qoyulması həm iqtisadi tənzimləyicilərlə yanaşı, təsir göstərir, həm də ki, qiymət amilinin əhəmiyyətli dərəcədə təsirindən tətbiq olunur. Müasir dövrdə dövlət qiymət siyasəti prosesin ümumi iqtisadi mexanizmin tərkib hissəsi kimi yox kor-təbii şəkildə həyata keçirir. Məlumdur ki, bazar münasibətlərinə keçidin əsas şərtlərindən biri qiymətlərin liberallaşdrılmasıdır ki, bu da tələb-təklif əsasında onların formalaşmasından irəli gəlir.

İstər ölkədə sahibkarlığın, istərsə də bütövlükdə milli iqtisadiyyatımızın formalaşması və inkişafında ən vacib problemlərdən biri qiymət mexanizminin düzgün qurulması və dövlətin qiymət siyasətidir. Qiymət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsi olmaqla iqtisadi və sosial inkişafın son dərəcədə vacib amillərindən biri hesab edilir.

Qiymət elə bir iqtisadi rıçaqdır ki, onun vasitəsilə ölkədə sosial-iqtisadi inkişaf daim tənzimlənir, mənafelər uzlaşdırılır və məhsuldar qüvvələrin regional və sahəvi inkişafı üçün lazımi şərait yaradılır. Qiymət iqtisadi və sosial inkişafın həm sürətləndirə bilər, həm də onu ləngidə bilər. Ona görə də qiymət siyasətinin düzgün aparılması və mexanizmin düzgün qurulması son dərəcədə vacib şərtdir.

Onun obyektiv amillərə əsaslandırılması və konkret reallığa söykənməsi qiymətin əmələgəlməsi sahəsində həyata keçirdiyi düzgün istiqamətlərin nəticəsidir. Qiymət mexanizminin fəaliyyətində maraqlı cəhətlərdən biri də budur ki, qiymət bir tərəfdən dövlət tərəfindən tənzimlənirsə, digər tərəfdən də o özü tənzimləyici bir iqtisadi vasitədir. Onun vasitəsilə ölkədə gəlir və resursların ədalətli və səmərəli bölgüsü, əhalinin ictimai qruplar arasında sosial ədalətin gözlənilməsi, regional, sahə və mikrosahələrin mənafe və maraqlarının uzlaşdırılması, mülkiyyətçilər arasında iqtisadi münasibətlərin tarazlaşdırılması həyata keçirilir.

Belə bir prosesdə digər iqtisadi rıçaqların təsiri nəzərə alınır və qiymət əsas atributlardan biri kimi götürülür. Göründüyü kimi, qiymət hər tərəfli təsir göstərən, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafı və tənzimlənməsində xüsusi rol oynayan ən əsas vacib elementlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının formalaşması ilə əlaqədar qiymətin tənzimləyici funksiyası daha da güclənir və ölkə iqtisadi siyasətdə bu xüsusiyyətləri nəzərə almalıdır. Yəni, qiymət mexanizmi təsir birbaşa, dolayı yolla dövlətin nəzarəti altında olması şərt hesab olunur. Dövlət iqtisadi inkişafın digər sahələrində olduğu kimi qiymət siyasəti sayəsində də öz iqtisadi funksiyasını yerinə yetirməlidir.



Problemin öyrənilmə səviyyəsi. İqtisadi tədqiqatlarda qiymət siyasətinin nəzəri və praktiki məsəllərinə geniş yer verilmişdir. Bu istiqamətdə həm xarici, həm də yerli alimlər tərəfindən tədqiqat işləri apa­rılmışdır. X.Bermanın, S.Smitin, S.Şmidtin, U.F.Şarpın, C.B.Beylinin və başqalarının əsərlərində bu məsələlər araşdırılmışdır. MDB mə­ka­nı­nda iqtisadçı alimlərindən V.D.Adrianov, V.S.Bard, L.A.Boça­rov, İ.A.Buzov, P.Vaxrin, P.L.Vilenson, V.N.Livşits, V.V.Kovalyov, İ.M.Volkov, M.V.Qraçev, B.A.Koltınyuk, R.R.Marenkov, N.A.Novitski, İ.A.Blank, E.K.Txakuşinov, V.V.Şeremet və digərləri öz tədqiqat işlərində investisiya fəaliy­yətilə bağlı mə­sə­lələr geniş yer vermişlər. Azərbaycanda iqtisadçı alimlərdən prof. Z.Məmmədov, Z.Ə.Səmədzadə, A.A. Nadirov,M.Həsənli,prof.M.Əhmədov, X.H.Kazımlı, N.Rzayev, Ə.İ.Bayramov, R.A.Quliyev, T.H.Hüseynov, A.H.Abbasov və başqaları tərəfindən qiymətlərin tənzimlənməsi məsələləri tədqiq edilmişdir.

Qiymətlərin tənzimlənməsi ilə bağlı çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq bir sıra araşdırmalarda qiymətlərin sabitliyinin təmin edilməsi infilyasiya tempinin dəyişkənliy iqtisad elminin mübahisəli və mürəkkəb məsələlərindən biri kimi qalmaqdadır. Belə hal qiymətlər daha çox iqtisa­diy­ya­tın statik tərəfini deyil, dinamik tərəfini əks etdirməsi ilə əlaqədardır. Xüsusilə, öl­kədə qiymət siyasətinin formalaşdırılması və ondan istifadənin nəzəri və prak­tiki məsələləri kifayət qədər öyrə­nil­məyib. Bu baxımdan, Azər­bay­canda qiymətlərin obyektiv və subyektiv qiymətləndirilməsi, ondan istifadə səviyyəsinin artırılması məsə­lə­ləri­nə aid elmi araş­­­­dırmaların aparılmasının mü­hüm əhəmiyyəti vardır.

Beləliklə, ölkədə qeyd edilən probleminin aktuallığı və kifa­yət qədər öyrə­nil­mə­məsi dissertasiya mövzusunun seçilməsini şərtləndir­miş­dir. Dissertasiya işində qiymətlərin formalaşması və onlardan istifadəsinin metodoloji və prak­tiki mə­sə­lə­ləri kom­pleks şəkildə tədqiq edil­mişdir. Bu da yerinə yetirilmiş tədqiqat işinin el­mi yeniliyini müəyyən edən amillərdən biridir.

Magistr dissertasiya işinin məqsədi. Dissertasiya işinin məqsədi ölkədə iqtisadi sistemin tarazlı inkişafında və makroiqtisadi sabitliyin təmin olunmasında qiymət amilindən istifadənin zəruriliyinin əsaslandırılmasından və maddi istifadə variantlarının müəyyən edilməsindən ibarətdir. Başlıca vəzifə olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qiymətlərlə digər iqtisadi tənzimləyicilərin qarşılıqlı əlaqələrinin tənzimlənməsi seçilməsidir.

Dissertasiyada qarşıya qoyulmuş məqsəd nəzəri və praktiki cəhətdən konkret vəzifələrin yerinə yetirilməsini nəzərə alır ki, bu da aşağıdakı kimi həyata keçirilir:

- Qloballaşma şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və inkişaf mərhələləri, meyarları və prinsipləri, mexanizmlər və göstəricilər sistemi müəyyənləşdirilmək və dəyərləndirmək;

- İqtisadi tənzimləmədə qiymət amilindən istifadənin zəruri ilkin şərtləri tətqinin konseptual əsasları və ona daim təkamülünü tətbiq etməklə, onların müqayisəli təhlilini müvafiq qanunların uyğunluqları və spesifik cəhətlərini aşkara çıxarmaq;

- Qiymətlərin tənzimlənməsinin dünya təcrübəsi və onların Azərbaycana tətbiqinin imkanları, effektivliyinin təmin edilməsi və qiymətləndirilməsi;

- Azərbaycanda davamlı olaraq iqtisadi inkişafın həyata keçirilməsinin qiymətlərin tənzimlənməsinin mövcud vəziyyətinin təhlili zamanı milli iqtisadi inkişafın amillərinin nəzərə alınması xüsusiyyətlərinin qiymətləndirilməsi;

- Azərbaycanda qiymətlərin dövlət tənzimlənməsində pul-kredit vasitələrindən istifadənin xüsusiyyətləri, spesifik cəhətləri və mexanizmlərini araşdırmaq, onların səmərəli fəaliyyətinin konkret istiqamətlərini müəyyənləşdirmək;

- Müasir dövrdə dövlətin ictimai və dövlət tənzimlənməsinin sosial inkişaf və əhalinin həyat səviyyəsinin təsirinin təhlili və müasir mərhələdə qiymətlərin iqtisadi inkişaf strategiyasının uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müəyyənləşdirilməsi;

- Digər iqtisadi tənzimləyicilərlə qiymətlərin qarşılıqlı əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsi yolları;

- Ölkədə həyata keçirilən makroiqtisadi tənzimləmə sistemində onun yerini müəyyənləşdi

- Qiymətlərin tənzimlənməsində institusional bazası və onun normal fəaliyyətinin təmin edilməsinin normativ-hüquqi qanunverici bazasını reallaşdırmaq;

- Azərbaycanda pul sektoru və bank siyasətinin reallaşma yolları;

-Azərbaycanda qiymətlərin tənzimləmə mexanizminin təkmilləşdirilməsinin əsas istiqamətlərinin və prioritetlərini müəyyənləşdirmək onun yaxın gələcək üçün milli iqtisadiyyatın inkişafına təsirinin makroiqtisadi səviyyədə dəyərləndirmək;

- Milli iqtisadiyyat və onun əsas sektoru üzrə strateji yol xəritəsinin əsas istiqamətlərinin reallaşması baxımından qiymətlərin tənzimləmənin prioritetlərini dəqiqləşdirmək.



Magistr dissertasiya işinin predmeti. Magistr dissertasiya işinin başlıca tədqiqat obyekti müasir dövrdə milli iqtisadiyyatın formalaşması və inkişafının qiymət tənzimlənməsinin konseptual əsaslarını həyata keçirilən məqsədyönlü tədbirlər həyata keçirilməsi, qeyri-neft sahələrində və bütövlükdə regionların tarazlı inkişafı qiymətlərin tənzimlənməsi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə istifadə edilməsində əməli problemlərinin GİZİT təhlilini aparmaq, dəyərləndirmək, ümumi qanunauyğunluqları müəyyənləşdirmək, xüsusiyyətləri aşkara çıxarmaq və bütünlükdə bu prosesin təkmilləşdirilməsi ilə bağlı konkret təklif və tövsiyyələr verməkdən ibarətdir.

Magistr dissertasiya işinin obyekti. Tədqiqatın obyekti respublikanın mövcud qanunvericilik və beynəlxalq standartlar üzrə dinamik inkişaf edən milli iqtisadiyyatıdır. Azərbaycan Respublikasında qiymətlərin tənzimləmə sisteminin təşkili, milli iqtisadiyyatın inkişafının bu tənzimləmə sisteminin çatışmamazlıqlarını, üstünlüklərini müəyyənləşdirmək, qloballaşma proseslərinin qiymət tənzimləmə sisteminin xarakterindən meydana çıxartdığı xüsusiyyətlər.

Magistr dissertasiya işinin nəzəri-metodoloji və konseptual əsaslarını tarixi və məntiqi ardıcıllıq gözlənilməklə klassik, neоklassik, keynsçi, mоnetar, liberal və digər iqtisadi məktəblərin nümayəndələrinin, habelə müasir iqtisadçı alimlərin qiymət tənzimlənmənin fоrmalaşması və qiymət siyasətlə bağlı elmi müddəaları, Azərbaycan Respublikası Prezidenti və Hökumətin sоsial-iqtisadi prоblemlərlə və qiymət sisteminin fоrmalaşması, inkişafı ilə bağlı qərarları, sərəncamları, prоqramları, Milli Məclis tərəfindən qəbul оlunmuş qanunlar, digər nоrmativ-hüquqi aktlar, Azərbaycanın, eləcə də dünyanın aparıcı iqtisadçı alimlərinin fundamental elmi-tədqiqat əsərləri təşkil etmişdir. Tədqiqat prоsesində sintez, sinergetik və sistemli paradiqma nöqteyi-nəzərdən yanaşma, statistik metоdlardan və s. geniş istifadə оlunmuş, varislik və məntiqlilik prinsiplərinin tətbiqinə cəhd edilmişdir. Magistr dissertasiya işinin gedişində GİZİT təhlil, müqayisəli təhlil, analiz, indeks, riyazi metodlardan, habelə makroiqtisadi modellərdən və proqnozlaşdırma aparatından istifadə etməklə yazılmışdır.

Magistr dissertasiya işinin informasiya bazası Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, eləcə də bu problemlə bağlı ayrı-ayrı nazirlik və komitələrin hesabatlarından istifadə edərək yazılmışdır.

Magistr dissertasiya işinin elmi yeniliyi. Tədqiqat işi müasir dövrdə Azərbayjanda qiymət tənzimləmə mexanizminin formalaşmasının konseptual əsasları, dünya təjrübəsi və milli reallıqlar nəzərə alınaraq iqtisadi tənzimləmədə qiymətlərdən istifadə sferaları və hədləri müəyyən edilmişdir. Dissertasi işində makrotənzimləmənin başlıja yolları, reallaşma mexanizmləri aşkarlanır, ümumi qanunauyğunluqlar, habelə qiymət tənzimləməsinin milli iqtisadiyyatın inkişafında müsbət və neqativ təsirləri dəyərləndirilərək vurğulanır. Bu baxımdan tədqiqatın elmi yeniliyi xarici təcrübədə sınaqdan keçirilmiş optimal tənzimləmə metod və qaydalarının milli iqtisadiyyatda tətbiqi variantlarının müəyyən edilməklə, aşağıdakılar aid etmək olar:

-qiymətlərin tənzimlənməsinin mahiyyəti və inkişaf mərhələləri meyarları, prinsipləri, mexanizmləri və göstəricilər sistemini müəyyənləşdirilmiş və dəyərləndirilmişdir;



  • qiymət amilini zəruri ilkin şərtləri tədqiqinin kоnseptual əsasları və оna dair baxışların təkamülünü tədqiq olunmuş, оnların müqayisəli təhlilini verməklə müvafiq qanunau yğunluqları və spesifik cəhətləri aşkara çıxarılmış;

  • qiymətlərin dövlət tənzimlənməsində pul-kredit vasitələritndən istifadənin xüsusiyyətləri, spesifik cəhətləri və mexanizmlərini araşdırılmış, оnun səmərəli fəaliyyətinin kоnkret istiqamətləri verilmişdi;

  • qiymətlərin ictimai və dövlət tənzimlənməsinin sosial inkışaf və əhalinin həyat səviyyəsinə təsiri təhlil olunaraq qiymətlər sisteminin iqtisadi inkişaf strategiyasının uyğunlaşdırılması istiqamətlərini məyyənləşdirilmiş və digər iqtisadi tənzimləyicilərlə qiymətlərin qarşılıqlı əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsi yolları açıqlanmışdır.

Azərbaycanda son illərdə iqtisadiyyatın və pul-kredit sisteminin yüksək dollarlaşma dərəcəsi nəzərə alınaraq makroiqtisadi səviyyədə milli valyutanın dönərliliyinin artırılması ilə bağlı konkret təkliflər irəli sürülməlidir. Yaxın gələcək üçün ölkəmizdə müəyyənləşdirilən makroiqtisadi tənzimlənmə siyasətinin dəyişən şərait, tələb və habelə «Milli iqtisadiyyat və onun əsas sektorlarında inkişafın strateji yol xəritəsinin əsas istiqamətləri»nin güclü, zəif tərəflərinin, onun real imkanlarının və mövcud ola biləcək təhlükələrin müəyyən edilməsi, metodologiyasını, paradiqmasını, prioritetlərinə uyğun olaraq səmərəli monetar siyasət həyata keçirmək üçün onun normativ-hüquqi bazası təkmilləşdirilməlidir.

Tədqiqat işinin elmi-metodoloji və əməli əhəmiyyəti. Magistr dissertasiya işinin əməli əhəmiyyəti ondan ibarətdir ki, orada aşkara çıxarılan ümumiqanunauyğunluqlar, xüsusiyyətlər, əldə olunan nəticələr və aparılan tədqiqata uyğun olaraq irəli sürülən təklif və nəticələr ölkəmizdə qiymət siyasətin təkmilləşdirilməsi ilə bağlı hazırlanan konsepsiyalarda və məqsədli proqramlarda istifadə oluna bilər.

Dissertasiyanın həcmi və strukturu. Dissertasiya giriş, üç fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Işin ümumi həcmi 81 səhifədən ibarətdir.

FƏSİL I.MÜASİR DÖVRDƏ QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.
1.1.Qiymətlərin tənzimlənməsinin mahiyyəti və metodları.

Dünya təcrübəsi göstərir ki, hər bir dövrlərdə dövlət sosial-iqtisadi inkişafda nail olur. Bazar iqtisadiyatı dövlət tənzimlənməsinin inkişaf mərhələlərinin əsasını təşkil edir. İqtisadiyyatın dövlət tənzimlənməsinin inkişaf pillələrinin təkamül baxımından araşdırılması müasir dövrdə dəyişən tələbata və şəraitə uyğun olmaqla bərabər iqtisadiyyatın dövlət tənzimlənməsinin optimal və səmərəli modellərinin seçilməsinin konseptual əsaslarını müəyyənləşdirir. Məlumdur ki, hətta inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində belə, iqtisadiyyata dövlət müdaxiləsi zəruri olmuşdur. Aydındır ki, transformasiya şəraitində dövlətin əsas iqtisadi funksiyaları ölkənin sosial-iqtisadi siyasətinin məqsədlər sistemi və xarakteri ilə şərtlənir. Belə bir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyi onların iqtisadiyyatda mövcud olan mürəkkəb, bir çox hallarda ziddiyyətli proseslərə nə dərəcədə adekvat olmasından asılıdır. Bütün bunlar isə öz növbəsində bazar sisteminə transformasiya şəraitində sosial-iqtisadi proseslərin tənzimlənməsinin zərurətinin və xüsusiyyətlərinin sistemli təhlilini daha da aktuallaşdırır. Bazar sisteminin formalaşdığı və inkişaf etdiyi son iki yüzillikdə iqtisadiyyata dövlət müdaxiləsi ilə bağlı iqtisadi nəzəriyyə baxımından həmin müddəaları nəzəri səpkidə sistemləşdirməyə cəhd etsək əsas mübahisə obyekti olan aşağıdakı ilkin şərtləri xüsusi qeyd edə bilərik:

- Birincisi, əsas fikir ayrılığı ondan ibarətdir ki, dövlət sosial-iqtisadi proseslərin idarə olunması və tənzimlənməsində dövlət nə dərəcədə iştirak etməsidir. Məlumdur ki, ancaq sərt liberal məktəbin nümayəndələri belə hesab edirlər ki, ümumiyyətlə dövlət iqtisadiyyatdan getməlidir. Ayrı-ayrı iqtisadi məktəblərin bu problemlərin həllində dövlətin rolu ilə bağlı yanaşmalarındakı fərq əsasən iqtisadi tənzimləmənin miqyası və formasının ölkənin imkanları ilə uzlaşdıraraq həll edilməlidir. O biri sonuncu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, müasir dünyada milli iqtisadiyyatlar qloballaşma proseslərinin təsiri altında külli miqdarda obyekt və subyektin amillərin təsirinə məruz qalır. Ona görə də bu mərhələdə dövlətin iqtisadi tənzimləmə sistemi çevik olmaqla, dəyişən mühitə, konyukturaya və tələblərə uyğun necə dəyişməlidir. Bir də onu qyed etmək istərdik ki, hər hansı bir konkret ölkədə və konkret dövrdə bu və ya digər iqtisadi məktəbin irəli sürdüyü tənzimləmə sistemindən istifadə nə iqtisadi, nə də sosial səmərə baxımından birmənalı qiymətləndirilməsi fikrimizcə düzgün deyildir. Belə ki, tarixi təcrübə göstərir ki, ancaq hər bir ölkənin mövcud siyasi, iqtisadi, sosial və digər reallıqlarına adekvat müxtəlif iqtisadi məktəblərin birgə və yaxud da onların ayrı-ayrı ünsürlərindən fərqli kombinasiyada tətbiqi daha məqsədəuyğun və səmərəli olur. Iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin yaranması və inkişaf mərhələlərinin tarixi baxımdan nəzəri təhlili göstərir ki, XIX əsrin ikinci yarısına kimi iqtisadi nəzəriyyə əsasən determinizmə başqa sözlə bütün təsərrüfat proseslərinin ancaq obyektiv iqtisadi qanunlarının fəaliyyətindən birbaşa asılılığına əsaslanaraq klassik ingilis siyasi iqtisad məktəbinin dahi nümayəndələrinin irəli sürdükləri müddəalara söykənirdi. O da məlumdur ki, müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə mülkiyyətdən sərbəst istifadə olunması ilə bağlı müxtəlif qərarların qəbul edilməsi əslində son nəticədə iqtisadi münasibətlərin xarakterini və son nəticəsini əsaslı surətdə dəyişdirmirdi.

Adam Smit özünün «Xalqların sərvəti»nin mənbələri və sərvətləri haqqında əsərlərində təsərrüfat proseslərinin dövlət tərəfindən korreksiya edilməsi zərurətini qeyd etməsinə baxmayaraq klassik nəzəriyyə əslində dövlətin nəinki bütövlükdə təkrar istehsal, eləcə də ayrı-ayrı iqtisadi proseslərə dövlətin şüurlu və sistematik müdaxiləsini əməli olaraq qəbul etmirdi. Lakin XIX əsrin ortalarında Avropada mövcud olmuş dərin və uzunmüddətli sosial-iqtisadi böhran və inqilablar həmin illərdə təsərrüfatın inkişafı və sistemin sosial tarazlığının təmin edilməsi zərurəti dövlətin sosial-iqtisadi siyasətinin işlənib hazırlanmasını şərtləndirən obyektiv amil hesab edilməlidir.

Iqtisadi təlimlər tarixindən məlumdur ki, o zamanın tələbinə cavab olaraq həmin illərdə Ş.Millinin «Siyasi iqtisadi prinsiplər» kitabı çapdan çıxdı. Həmin əsərdə xüsusi qeyd olunurdu ki, nemətlər istehsalı maksimum gəlir əldə etmək məqsədilə həyata keçirilir və onların bölgüsü və yenidən bölgüsü elmi cəhətdən izah olunan qanunlar və sosial normalarla müəyyənləşir. Bununla da St. Mill iqtisadi nəzəriyyəni iqtisadi siyasətdən fərqli müəyyən etdi. Daha sonra Kx.Ray xalq təsərrüfatı haqqında nəzəriyyəni ilk dəfə olaraq siyasət və maliyyə haqqında elmə və siyasətə böldü. Məlumdur ki, nəzəri tədqiqatların əməli funksiyasının gücləndirilməsi həmin proseslərin mövcud reallıqlara əsaslanmaqla onların tarixi səpkidə cəmiyyətdə baş verən iqtisadi-siyasi şərait hüdudlarında nəzərdən keçirilməsini tələb edir. Təcrübə göstərir ki, iqtisadiyyatın dövlət tənzimlənməsi sistemi sahəsindəki optimal və əlverişli tədbirlər sisteminin müəyyənləşdirilməsi və qərarların qəbulu milli iqtisadiyyatın mövcud maddi-maliyyə resurslarına, potensialına, iqtisadi sistemin qarşısında duran məqsədlərə uyğun dövlətin iqtisadi siyasətinin işlənib hazırlanmasını və reallaşdırılmasının elmi cəhətdən əsaslandırılır. Bununla yanaşı nəzərdən qaçırmaq olmaz ki, iqtisadiyyatın dövlət tənzimlənməsi normativ bir proses olmaqla qarşıya məqsədlərin konkret reallıqlar və situasiyalar şəraitində reallaşdırılmasının konkret yol, vasitə və imkanlarının kəmiyyətcə müəyyənləşdirilməsini və qiymətləndirilməsini tələb edir. Ümumən, hər hansı bir ölkənin konkret timsalında əməli cəhətdən reallaşdırılması 4 ünsürün tədqiqini, birincisi milli iqtisadiyyatın mövcud vəziyyətinin real təhlilini; məqsədlərin müəyyənləşdirilməsini; mövcud iqtisadi münasibətlər sisteminin milli maraqlara hansı dərəcədə cavab verməsini və nəhayət tənzimlənməsinin forma, metod, miqyas və vasitələrinin müəyyənləşdirilməsini və dəyərləndirilməsini tələb edir. Biz tədqiqatın bu hissəsində müxtəlif iqtisadi məktəblər baxımından iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəriyyəsinin inkişaf mərhələsini tarixi səpkidə şərh etməyi məqsədəuyğundur. (14)

Çünki, bazar iqtisadi münasibətləri inkişaf xarakterinə və dərəcəsinə uyğun olaraq ayrı-ayrı iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi də müxtəlif iqtisadi məktəblərdə müxtəlif cür şərh edilmişdir. Bu da aydındır ki, bazar sistemi şəraitində sosial-iqtisadi proseslərin tənzimlənməsinin zərurəti və xüsusiyyətlərini təhlil etmədən, dəyərləndirmədən dövlətin iqtisadiyyata müdaxiləsinin inkişaf mərhələlərini nəticə və əməli baxımdan düzgün qiymətləndirmək mümkün deyildir.

Təhlil göstərir ki, inkişaf etmiş, çevik, dəyişən şəraitə və tələbata uyğun yenidən yenidən qurula bilən bazar mexanizmlərini yaratmadan səmərəli fəaliyyət göstərən milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək mümkün deyildir. Bundan ötəri ilk növbdə iqtisadiyyatda müxtəlif mülkiyyət formalarının mövcudluğunu, sahibkarlığın inkişafının, habelə bazar subyektlərinin iqtisadi azadlığı, təmin edilməsinin hüquqi-institusional əsaslarının yaradılmasını tələb edir.

Bazar iqtisadiyyatının inkişafını stimullaşdırmaq və səmərəli reallaşdırmaq üçün uzun illərin sırf bazar mexanizminə uyğun problemlərini, xüsusən gəlirlərin ədalətli bölgüsünü, azad rəqabət şəraitinin təmin edilməsini, tam məşğulluğa nail olunmasını, birgə tələbatın ödənilməsinə yönəldilən ictimai məhsullar istehsalını, əsasən elmi tədqiqatların aparılmasını və s. bu kimi sosial-iqtisadi problemlərin həlli kifayət dərəcədə effektiv olmur. Belə bir şəraitdə bazarın tənzimlənməsi prosesinin mahiyyətini necə başa düşmək olar? Nə dərəcədə bu proses realdır? Bu suallara cavab vermək üçün ilk növbədə bazarın tənzimlənməsinin mexanizminin mahiyyətini və vasitələrini açıqlamaq lazımdır.

Fikrimizcə, bazarın tənzimlənməsi dedikdə öncə əmtəə-pul mübadiləsinin qaydaya salınması və onun dərk edilərək şüurlu koordinasiya olunması başa düşülməlidir. Bu zaman əsas kimi bazarın müxtəlif iştirakçılarının, yəni ümumilikdə cəmiyyətin, onun təbəqələrinin, regionların, sahələrin, müəssisələrin və digərlərinin maraq və tələblərinin uzlaşdırılması əsas götürülməlidir. Buradan da aydın olur ki, bazarın tənzimlənməsi insanların arzu və iradələrinə əsasən məqsədyönlü həyata keçirilməklə ümumən subyektiv xarakter daşıyır. Lakin bu süni surətdə yaradılan subyektiv bir proses olmayıb, özbaşına həyata keçirilmir və bazar münasibətlərinin tənzimlənməsi obyektiv amil və şərtlərlə, başqa sözlə mülkiyyət münasibətlərinə, «bazarın oyun qaydalarına», müvafiq tələbə və maraqlar sisteminə əsaslanır. Məlumdur ki, istənilən sosial-iqtisadi prosesin obyektiv olaraq tənzimlənməsinə ehtiyac vardır. Əks təqdirdə cəmiyyətdə tam anarxiya və xaos qaçılmaz olar. Belə bir şəraitdə isə heç bir ictimai iqtisadi sistem nəinki inkişaf edə, hətta fəaliyyət göstərə bilməz. Bundan başqa hər bir sosial-iqtisadi sistem öz imkanları daxilində mövcud proseslərin neqativ tərəflərini azaltmağa çalışır və bu isə öz növbəsində həmin fəaliyyətlərin müəyyən koordinasiyasını tələb edir. Bu həm də bütün sosial - iqtisadi hadisələrin vəhdətdə və qarşılıqlı asılılıqda olmasına əsaslanır. Nəhayət, tarixi təcrübə onu da göstərir ki, insan həyatının bütün sahələrinin inkişaf xarakterinin formalaşmasında ictimai və fərdi şüurun aktiv rolu mühüm əhəmiyyət göstərir. O da məlumdur ki, sosial inkişafa dövlət müdaxiləsi heç də az və ya çox dərəcədə ciddi səhvlərsiz baş vermir. Bütün bunlar son nəticədə bazar iqtisadiyyatının tənzimlənməsinin müəyyənləşdirən amillərdən hesab edilməlidir. Bu qeyd olunanlarla yanaşı aşağıdakı amillər də nəzərə alınmalıdır. Birincisi, bazar, sıx surətdə şəxsi tələblə bağlıdır və bilavasitə sosial sabitliyə təsir edə bilməsi;

Ikincisi, bazarın cəmiyyət üçün neqativ olan tərəfləri, yəni yüksək böhran halları, qeyri-əmək gəlirlərinin əldə olunmasına geniş imkanların olması, mənəvi normaların gözlənilməməsi zərurəti və s.

Üçüncüsü, sırf bazar mexanizmi ictimai həyatın vacib sayılan sahəsi, ictimai məhsulların istehsalına mənfi təsir göstərir. Bunu yüksək inflyasiya, qarşılıqlı ödəməmələr, bank maxinasiyaları və s. mövcudluğu bir daha təsdiqləyir. Iqtisadiyyatın dövlət tənzimlənməsi elə bir sistemdir ki, dövlət bazarın ayrılmaz tərkib hissəsi olub, kompleks hüquqi və sosial-iqtisadi vasitələrlə, yəni pul kütləsi, uçot dərəcəsi, subsidiyalar, subvensiyalar, güzəştlər və s. iqtisadi inkişafın səmərəliliyinə şərait yaradır.(17)

Müasir dünyada qloballaşmanın təsiri altında iqtisadi əlaqələrin mürəkkəbləşdiyi, liberallaşdığı daha böyük miqyaslı və müxtəlif oldüğü bir şəraitdə bazar münasibətlərinin keyfiyyətcə yeni forma və səviyyədə koordinasiya olmasına tələb daha da artır. Belə ki, dövlət tənzimlənməsinin zəruriliyi inkişaf etmiş bazarın yaranması dövründə də kəskinləşir və belə bir şəraitdə qlobal xarici, milli, qlobal, regional proseslərin uzlaşdırılması, bu prosesdə ön plana çıxır.

Bazar tənzimlənməsinin həm sosial, həm də maddi tərəfləri bazar prosesinin tənzimlənməsinin müasir dövrə tətdiqən aşağıdakı əsas istiqamətlərini formalaşdırır.

Bazar münasibətlərinə sosial istiqamətin verilməsi bazar münasibətlərinin iqtisadi hakim sinfin maraqları çərçivəsində inkişaf etməsinə yönəltməklə yanaşı qeyri-hakim sosial qrupların maraqlarının da nəzərə alınmasını zəruri edir. Məhz tənzimləmənin əsas mahiyyəti müxtəlif iqtisadi tələbləri uzlaşdırmaq oldüğündan dövlət əsas mülkiyyətçilərin maraqlarını nəzərə almaqla bu və ya digər dərəcədə digər qrupların da tələblərini nəzərə alaraq ödəmiş olur. Hal-hazırda məhsuldar qüvvələrin artan ictimailəşməsi obyektiv olaraq iqtisadi münasibətlərin daha çox sosiallaşmasına gətirir. Buna bütün ictimai həyatın qloballaşması prosesi də təsir edir. Bu da geniş işçi kütlələrinin maraqları çərçivəsində əmtəə-pul mübadiləsini istiqamətləndirmək zərurətini doğurur.

Bazar sferasının əsas proporsiyalarının (nisbətlərinin) təyin edilməsi və saxlanması həm makrosəviyyədə, həm də mikrosəviyyədə həyata keçirilməlidir. Belə ki, bazarda proporsionallıq bazarın obyektiv qanunları əsasında həyata keçirilməklə istehsalla bölgü, mübadilə ilə istehlak, istehsal sahələri, iqtisadi rayonlar arasında və s. gözlənilməlidir. Məhz bazar münasibətləri şəraitində maddi-əşya, dəyər, struktur, əmək ehtiyatları və iş yerləri, regional disproporsiyaların mövcudluğu bazar münasibətlərinin tənzimlənməsini və dövlət tərəfindən bazar iqtisadiyyatının balanslaşdırılmasını zəruri edir.

Bazar münasibətlərinin tənzimlənməsində səmərəli təşkilati formaların seçilməsi bazarın tənzimlənməsində təşkilati-təsərrüfat xüsusiyyətlərin olmasını müəyyən edir. Bazarın idarə olunmasında və tənzimlənməsində düzgün seçilmiş forma və metodlar onun fəaliyyət və inkişafının əsasını təşkil edir.

Bazar sferasının inkişafında müxtəlif prioritetlərin (məqsədlərin) seçilməsi və reallaşdırılması dövlətin əsas vəzifəsinə çevrilir. Bu məqsədlər arasında sosial prioritetlərin birinci dərəcəli olması cəmiyyətin bu və ya digər maraq və tələblərinin yerinə yetirilməsindən irəli gəlir. Belə ki, müasir dövlətlər üçün xroniki işsizliyin aradan qaldırılmasında əmək bazarının tənzimlənməsi önəmli rol oynayır. Aşağı yaşayış səviyyəli dövlətlərdə isə istehlak bazarının koordinasiya olunması zərurirətə çevrilir. Həmçinin struktur prioritetlərin nəzərə alınması iqtisadiyyatda rasional, əsaslandırılmış nisbətlərin təyin edilməsini zəruri edir. Nəhayət bazar münasibətlərinin idarə olunmasında təşkilati prioritetlərin nəzərə alınması vacib şərtlərdən birinə çevrilir. Qeyd edək ki, bu prioritetlər qarşılıqlı əlaqəli olub bazarın sosial və iqtisadi səmərəliliyinin artırılmasını təmin edir.

Bazar sisteminin dövlət tənzimlənməsinin əsas məqsədi iqtisadiyyatı tez-tez dəyişən daxili və xarici iqtisadi amillərə uyğunlaşdırmaqla, dövlət təsiri tədbirləri vasitəsilə iqtisadi inkişafda disproporsiyaları ləğv etmək və ya azalmaqla iqtisadiyyatın tarazlı, balanslaşdırılmış dinamik inkişafına nail olmaqdır.

Bazar şəraitində iqtisadiyyatda dövlət iqtisadi artımın tənzimlənməsini, bilavasitə bizneslə bağlı olmayan fondların və sahələrin (səhiyyə, təhsil, elm, mədəniyyət və s.) inkişaf etdirilməsini, inhisarlaşmış istehsal strukturunun məhdudlaşdırılması, səmərəli rəqabət mühitinin yaradılması və sahibkarlıq formalarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi, böhranlı vəziyyətləri (yüksək inflyasiya, əmtəə defisiti və s.) aradan qaldırmaq, xarici effektləri tənzimləmək, iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmə və ictimai məhsulun istehsalı, təmini, əhalinin sosial müdafiəsi, təminatı kimi vəzifələri öz üzərinə götürür. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyətini aşağıdakı kimi xarakterizə etmək olar:

- iqtisadiyyatın dövlət tənzimlənməsinin vəzifələrinin mərhələli yerinə yetirilməsi, yəni bazar münasibətlərinə keçid dövrünün ilkin mərəhələsi olan birinci mərhələdə iqtisadiyyatın liberallaşdırılması üzrə tədbirlərin yerinə yetirilməsi,ikinci mərhələdə iqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərin, üçüncü mərhələdə isə səmərəliliyin artırılması və inkişafa başlama üzrə tədbirlərin reallaşdırılması.

- qarşılıqlı maraqların balansına nail olma, yəni dövlətin iqtisadiyyatı tənzimlənməsi bir tərəfdən bazar mexanizmlərinə üstünlük verməklə iqtisadi islahatların səmərəli olmasını təmin etməli, digər tərəfdən gəlir və resursların ədalətli bölgüsünü təmin etməlidir.

- dövlətin malik olduğu resursların (maliyyə, təbii, insan) bacarıqlı istifadəsinə nail olmaqla və bazar azadlığının saxlanması kriterilərini rəhbər tutmaqla büdcənin gəlirinin artırılması, investisiyalaşma, restukturlaşma və ümumilikdə iqtisadiyyatın inkişafını təmin etmə.

- dövlətin idarəedici rolu əks olunduğu sosial-iqtisadi inkişaf, sahə, regional, regionlararası, məqsədli proqramların, invistisiya layihələrinin, sosial-iqtisadi inkişaf konsepsiyalarının, yaxın və uzaq gələcəyə makroiqtisadi proqnozların işlənib hazırlanması.

- bütün regionların müstəqil sosial-iqtisadi inkişafının iqtisadi əsaslarının dövlət hakimiyyət orqanları, regionların və yerli idarəetmələrin təbii-resurs potensialından istifadə, iqtisadiyyatın əsas sahələrinin, hərbi-sənaye kompleksinin, nəqliyyatın, xarici-iqtisadi fəaliyyətin və d. inkişafı üzrə səlahiyyətlərinin dəqiqləşdirilməsi, hüquq və vəzifələrinin müəyyənləşdirilməsi yolu ilə bərkidilməsi.

- regionların dövlət büdcəsinin prinsipləri əsasında maliyyə müstəqilliyinin gücləndirilməsi və regionlar arasında fərqlərin aradan qaldırılması, sosial-iqtisadi inkişaflarının bərabərləşdirilməsi, xüsusi təbii-iqlim şəraiti, coğrafi mövqeyi əlverişsiz, təbii ehtiyatalı az olan regionlara dövlət himayədarlığının həyata keçirilməsi.

- vahid əmtəə bazarının, regional bazarların formalaşdırılması və ölkə ərazisi üzrə əmtəə, işçi qüvvəsinin və kapitalın azad yerdəyişməsini təmin etmək və s. Iqtisadiyyatın dövlət tənzimlənməsi obyektlərinə aid edilir: iqtisadi tsikllar; məcmu tələb; məcmu təklif; pul dövriyyəsi; qiymətlərin səviyyəsi və antiinflyasiya prosesləri; məşğulluq, təhsil və kadr hazırlığı; əhalinin gəlirləri, yaşayış səviyyəsi; investisiya aktivliyi və ETKIT; sosial-iqtisadi inkişaf templəri, onun proporsiyaları; rəqabət şəraiti; iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyət formaları; iqtisadiyyatın dövlət bölməsi; təsərrüfatın bölmə, sahə, region, təkrar istehsal və sosial strukturu; xarici iqtisadi əlaqələr; tədiyyə balansı; ətraf mühit; sosial münasibətlər və s. Bazar sistemi şəraitində sosial-iqtisadi prinsiplərin tənzimlənməsinin zəruriliyi və xüsusiyyətləri iqtisadiyyatda dövlətin rolu və funksiyaları, müdaxilə hədləri haqda iqtisadçılar arasında nəzəri, eləcə də əməli xarakterli mübahisələr, disskussiyalar, araşdırmalar bu gün də aktual bir problem kimi gündəmdə durur. (15)

Beləliklə, bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi dəyişən mühit və tələblər sisteminin transformasiyası şəraitində milli iqtisadiyyatın təkamülü, inkişafı, prioritetləri rellaşdırmaq və ümumən səmərəli fəaliyyətini, ümumi iqtisadi tarazlığı təmin etmək məqsədilə müvafiq dövlət idarələri, ictimai təşkilatlar tərəfindən həyata keçirilən qanunvericilik, icraedici və nəzarətedici tədbirlər sistemini əhatə edir. Aydındır ki, bu problemi nəzəri cəhətdən dəyərləndirmək və onların respublikamızın timsalında əməli baxımdan reallaşdırmaq iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri baxışların tarixi təkamül prosesinin tədqiqini aktuallışdırır.

Qiymətin əmələgəlmə prosesinə təsiri birbaşa və dolayı metodlarla aparılır. Bu metodlar ölkələr və ayrı-ayrı dövlətlər üzrə müxtəlif nisbətlərdə həyata keçirilir. Qiymətlərin birbaşa tənzimlənməsində ictimai istifadə sahələrindən yəni, elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və sairə sahələrdə tətbiq olunur. Burada qiymətlər və tariflər arasında inhisarlarlar münasibətdə aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur. Qiymətlərin dövlət tənzimlənməsi iqtisadiyyatın inkişafında respublikanın tələbatına inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə cavab verən yüksək inkişaf sürətini və strukturun stimullaşdırılması üçün tətbiq olunur.

Qiymətin tənzimlənməsinin dolayı metodları isə qiymətlərin özlərinə deyil, onların əmələ gəlməsi ilə bağlı olan amillərin təsiri altında ortaya çıxır. İnkişaf etmiş ölkələrdə dövlət tənzimlənməsinin dolayı metodlarına dövlət tərəfindən torpaq rentasının uçot dərəcələrinin, əmək haqqının, eləcə də qiymətlərin əmələgəlməsinə təsir göstərən digər amillərin tənzimlənməsinə yönəldilmiş fəaliyyətlər daxildir.

Qiymətlərin əmələgəlməsinə təsiri dolayı metodların maliyyələşdirilməsinə, valyuta və vergi əməliyyatları sahəsindəki vəziyyətin sabitləşdirilməsinə və tələb təklif arasındakı nisbətin normalaşdırılmasına yönəldilmişdir. Həmin təsir vasitələrinə dövlət tədarükü, vergi sistemi, pul tədavülü və kredit sisteminin tənzimlənməsi, dövlətin əsaslı vəsait qoyuluşu, dövlət xərclərinin tənzimlənməsi və sairə daxildir. Belə vasitələrdən istifadə etməklə dövlət tələb və təklif arasındakı tarazlığın təmin edilməsinə çalışır və iqtisadiyyatın qiymətlər sferasında bərabər və ya tədricən artımı üçün şərait yaradır.

Bir çox hallarda qiymətlər üzərində nəzarətin birbaşa metodları dolayı metodlarla təkcə qarşılıqlı əkslikdə deyil, həm də üzvi əlaqədə olurlar. Yəni, antiinflyasiya siyasəti və qiymətin əmələgəlmə prosesinə dolayı təsir üzrə tədbirlərin dövlət tərəfindən birbaşa təsiri vasitəsilə tamamlanmasıdır.

Qiymətlərin tənzimlənməsində dövlətin qiymətlərə və iqtisadiyyata təsiri kor-təbii bazar mexanizminin neqativ tərəfləri ilə obyektiv müəyyən olunur və iqtisadiyyatın tarazlı, qiymətlərin sabitliyini cəmiyyətdə sosial və siyasi sahələr üzrə onun aradan qaldırılması üçün böhranlı hadisələr vasitəsilə təmin edilir. Bu kimi hallarda yumşaldılması və yaxud da aradan götürülməsi üçün dövlət tənzimləmə vasitələrindən istifadə edir. Belə tənzimlənmənin nəticəsi iqtisadi dəyişikliklərin xarakteri və səviyyəsindən asılı olur.

İctimai iqtisadi inkişafın müxtəlif mərhələlərində qiymətlərin tənzimlənməsi fərqli və çoxsaylı metodlardan tətbiq olunur. Müasir təsərrüfat mexanizminin tələblərinə uyğun olan tənzimləmə metodları aşağıdakı kimi yerinə yetirilir:

- qiymət səviyyəsinin qeydiyyatından keçirilməsi yolu ilə nəzarətin təşkili; bu işdə mərkəzi statistika idarəsi, beynəlxalq təşhkilatlar, siyasi partiyaların tədqiqat mərkəzləri məşğul olur. Əsas məqsəd əhalinin real gəlirlərinin orta illik dinamikasını izləmək, o cümlədən qiymət artımının istehsal xərclərinə və milli rəqabətin davamlılığına təsiri aydınlaşdırır.

- qiymətlərə dolayı təsir; Dövlət qiymətlərə xarici ticarətə, gömrük və kəmiyyət məhdudiyyətini tətbiq etməklə və ya ondan imtina etməklə, vergilərin planlaşdırılması ilə uçot dərəcələrinin dəyişdirilməsindən istifadə etməklə təsir edir.

- qiymətlərin əmələgəlməsi prosesinə dövlət müdaxiləsi; Burada dövlət tərəfindən sanksiyalaşdırılmış dövriyyə xərclərinin artırılması, maya dəyərinə amortizasiya ödəmələrinin artırılması, digər fondlara ödəmələr nəzərdə tutulur. Nəticədə bütün sahələrdə yüksək xərclərin qiymətlərə təsiri özünü büruzə verir.

- qiymətlərdə liderlik; Bu elə bir sahələrdə müşahidə olunur ki, orada həm dövlət, həm də özəl müəssisələr olsun. Əgər dövlət müəssisələri çoxluq təşkil edirsə və bazara nəzarət edirsə, onda istehsalat öz müəssisələrində qoyduğu qiymət məhdud bazarda lider qiymət sayılır. Belə qiymətlər bir sıra sahələr üzrə əmtəələrin qiymətini müəyyənləşdirir. (14)


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə