Magistratura məRKƏZİ


Qiymətlərin tənzimlənməsinin tənzimləmə obyektləri və formaları



Yüklə 0,67 Mb.
səhifə2/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
1   2   3   4   5   6   7   8

1.2. Qiymətlərin tənzimlənməsinin tənzimləmə obyektləri və formaları

Qiymətlərin əmələgəlməsi prosesində yaranma sferası və təsir mexanizmi qiymətlərin tənzimlənməsinin bir neçə formada həyata keçirilir.

Birinci, istehsal və tədavül sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi.

İkincisi, əmtəə bazarlarının tələb və təklif balanslarına təsir etmək yolu ilə qiymətlərin tənzimlənməsi.

Üçüncü, antiinhisar qanunvericiliyi ilə tənzimləmə

Dördüncü, gəlir siyasəti ilə;

Beşinci, pul tədavülü sferası vasitəsi ilə konyukturanın tənzimlənməsi yolu ilə.

Qiymətlərin tənzimlənməsinin bir-birindən fərqləndirən aşağıdakı formalarla öz əksini tapmışdır.

Birinci, dövlət tərəfindən qiymətlərin təsdiq olunması, bu zaman dövlət qiymətləri üç üsulla təsbit olunur və qiymətləri özü qoyur.

a) dövlət preskurant qiymətlərini tətbiq etməklə

b) sərbəst bazar qiymətlərinin dondurulması ilə

c) inhisar qiymətlərini təsbit etməklə

İkinci, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi: burada dövlət müəssisələrinin özünün qiymətqoymasına uyğun olaraq müəyyən edilir və dünya təcrübəsində qiymətlərin tənzimlənməsi aşağıdakı üsullarla aparılır:

a) qiymətlərin son hədd səviyyəsinin müəyyən edilməsi;

b) təsbit olunan preyskurant qiymətlərinə son hədd güzəştlərinin və ya əmsallarının müəyyən edilməsi;

c) pərakəndə satış qiymətlərinin elementlərinin son hədd kəmiyyətinin müəyyən edilməsi;

d) birdəfəlik qiymət artırmalarının son hədd səviyyəsinin müəyyən edilməsi;

e) inhisar qiymətləri üzərində dövlət nəzarəti;

f) dövlət müəssisələri tərəfindən qiymət qoyulması yolu ilə bazar qiymətlərinin tənzimlənməsi

3. Sərbəst (müqavilə) qiymətlərinin qoyulması. Bu zaman dövlət ədalətsiz rəqabətə və bazarın inhisarlaşdırılmasına müəyyən qadağalar tətbiq etməklə bazarda oyun qaydasını müəyyən edir. Həmin qadağalar aşağıdakılardır:

a) qiymətlərin üfiqi təsbit olunmasına qadağa

b) qiymətlərin şaquli təsbit olunmasına qadağa

c) qiymət ayrı seçkiliyinə qadağa

d) dempinqlərə qadağa

e) ədalətsiz qiymət reklamına qadağa

Dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin müəyyən edilməsi iqtisadiyyatın başlıca problemidir. bu gün həyata keçirilən bazar iqtisadiyyatı sistemi ictimai tərəqqi və iqtisadiyyatın səmərəli inkişafına nail olmaqla, hər bir sistemin fəaliyyətində mühüm rol oynayır. İqtisadiyyata dövlətin təsiri, azad sahibkarlığın rolunu artırır və müxtəlif tədbirlərin həyata keçirilməsində bir sıra dövlət müəssisələri özəlləşdirilir, iqtisadiyyatın planlaşdırılması məhdudlaşdırılır və müəyyən sosial vəzifələrə ayrılan vəsaitlərin həcmi azaldılır.

Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə obyektinə aiddir:


  1. İqtisadi tsikllər.

  2. İqtisadiyyatın strukturu

  3. Kapitalın yığım şəraiti

  4. Məşğulluq

  5. Pul dövriyyəsi

  6. Tədiyyə balansı

  7. Qiymətlər

  8. Elmi tədqiqat və təcrübə layihələri işləri

  9. Rəqabət şəraiti

  10. Sosial münasibətlər

  11. Kadrların hazırlanması

  12. Ətraf mühit

  13. Xarici-iqtisadi əlaqələr

  14. İqtisadiyyatın dövlət tənzimlənməsi

Dövlətin iqtisadiyyata təsirinin başlıca növlərindən biri də qiymətlərin tənzimlənməsidir. Qiymətlərin tənzimlənməsi dövlət tərəfindən onun səviyyə və nisbətlərinin ölçülməsi ilə və yaxud müxtəlif vasitələrlə onların hüquqlarından və maddi imkanlarından istifadə edilməsindən asılıdır. Ümumiyyətlə, qiymət sistemi elə bir vacib bir sahədir ki, onun iqtisadi mexanizm kimi formalaşmasında böyük rol oynayır. (14)

Qiymət vasitəsilə istehlakçı ilə içtehlakçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə idarədarlar, müəssisə ilə müəssisə arasında iqtisadi münasibətləri formalaşdırır və inkişaf etdirir. Qiymət istehsalın öz nəticələrini qiymətləndirir. Bir sistem kimi onun səviyyəsinin elmi əsasları üzrə müəyyənləşdirilməsi iqtisadi siyasətin mərkəzi nöqtələrindən biri olmaqla əmtəə dəyərinin pulla ifadəsi kimi hər bir ictimai zəruri əməyin kütləsinə uyğun olmalıdır. Bazar münasibətləri şəraitində «qiymətin əmələ gəlməsi» anlayışına üstünlük verilir ki, bu da qiymətqoyma prosesinin həyata keçirilməsində inzibati amillərin rolunu yüksək olması ilə əlaqədardır.

Həmçinin, iqtisadi idarəetmə metodlarına keçid dövrünün qiymətin əmələgəlməsi prosesinin daha üstün forması malik olmalıdır.

Dəyər qanunu tələb təklif qanunu və pul tədavülü qanununun bir biri ilə qarşılıqlı fəaliyyətində və asılılıqda qiymətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edir. Yuxarıda qeyd olunan iqtisadi qanunların qarşılıqlı fəaliyyəti və onların asılılığı dəyər qanununun əmtəə istehsalına sərf olunan ictimai zəruri xərcləri əks etdirir. Tələb təklif arasında qiymətlərin həmin xərclərdən kənarlaşmasını müəyyən edir. Buna görə də pul tədavülü qanununun iqtisadi ədəbiyyatlarda tədavül üçün zəruri olan pul kütləsinin miqdarının tənzimləyən qanun aşağıdakı kimi ifadə olunur:



N=QP/V

Burada N-tədavül üçün zəruri olan pul kütləsinin miqdarıdır



Q- dövr ərzində istehsal edilən məhsul, iş və xidmətlərin həcmidir

P – məhsul, iş və xidmətlərin bir vahidinin qiymətidir

V – pulun dövriyyə sürətidir.

Hazırki şəraitdə qiymətlərin dövlət tənzimlənməsi ziddiyyətli məsələlərdən biridir. Bir tərəfdən Dövlət orqanları daxili sosial vəziyyəti kəskinləşdirən və ölkənin xarici-iqtisadi əlaqələrində mənafeyinə mənfi təsir göstərən inflyasiya prosesinin inkişafını cilovlamağa çalışırlar, digər tərəfdən isə inhisarların mənafeyinin ifadəçisi kimi onların maraqlarını müdafiə edirlər. Ümumən, qiymətlərin dövlət tənzimlənməsi dövlətin qanunvericilik, inzibati-və büdcə, maliyyə tədbirlərinin köməyi ilə qiymətlərə təsir edir və bu yolla dövlət iqtisadi sistemin sabit inkişafına qiymətlər vasitəsilə təkrar istehsalın nizamnaməsinə nail olmağa çalışır.

Qiymətlərin tənzimlənməsi inhisarlaşma dərəcəsinin aşağı olduğu və milli inhisarların mənafelərinin bir-birinə zəif ziddiyyət təşkil etdiyi sahələrdə daha geniş tətbiq olunur. Onlara əsasən kənd təsərrüfatı, elektroenergetika və emaledici sənayenin bəzi sahələri aid edilir. (17)

1.3. İqtisadiyytada qiymət amilindən istifadənin zəzuri ilkin şərtləri.

Hazırki dövr Azərbaycan iqtisadiyyatının yenidən qurulması və bazar iqtisadi münasibətlərinin formalaşması dövrü olub xalqımızın inkişafı tarixində çox böyük məsuliyyətli və həm də şərəfli bir dövrdür. Azərbaycan suveren bir dövlət olaraq müstəqillik prinsipləri əsasında öz iqtisadi siyasətini qurur və iqtisadi-sosial inkişafını müəyyənləşdirərək dünya iqtisadi svilizasiyasına qoşulmuşdur. Bu, ölkədə aparılan radikal iqtisadi islahatlar, onların elmi əsaslarını təşkil edən geniş hüquqi-normativ bazanın yaradılması və qanunvericilik aktlarının qəbulu nəticəsində mümkün olmuşdur.

Ölkənin yeni iqtisadi inkişaf konsepsiyası iqtisadi inkişafın subyektiv amillərlə idarə edilməsini yox, obyektiv amillərlə, onun əsas təzahür forması olan iqtisadi mexanizm, iqtisadi rıçaqların köməyi ilə idarə edilməsini tələb edir. 70 illik inzibati idarəetmə təcrübəsi göstərdi ki, ölkə iqtisadiyyatını inzibati metodlarla idarə etmək istənilən nəticəni vermir. Hazırda Azərbaycan iqtisadiyyatı müxtəlif mülkiyyət formalarına əsaslanan bazar yönümlü çox ukladlı bir iqtisadiyyatdır. Və həm də ukladlar arasında nisbət getdikcə dəyişərək onun bazar yönümlüyü daha da güclənir. Bu qeyd edildiyi kimi günün tələbidir və respublikada bazar münasibətlərinin daha geniş miqyasda formalaşması deməkdir.

Ölkədə nəzərdə tutulan ikinci özəlləşdirmə proqramının həyata keçirilməsi təbii ki, bu prosesi daha da sürətləndirəcəkdir. Belə ki, ikinci özəlləşdirmə proqramı üzrə nəzərdə tutulan respublika iqtisadiyyatının özəyini təşkil edən aparıcı müəssisələrin və xalq təsərrüfatı obyektlərinin özəlləşdirilməsi ölkə iqtisadiyyatında xüsusi sektorun əsaslı şəkildə inkişafına səbəb olacaq və bütövlükdə iqtisadi-sosial inkişafı sürətləndirməyə geniş imkanlar yaradacaqdır. Hazırda ölkə iqtisadiyyatında xüsusi sektorun çəkisi təbii ki, istənilən səviyyədə deyil.

Statistik mənbələrin göstərdiyi kimi hazırda özəl sektorun xüsusi çəkisi ölkə üzrə ÜDM-da 80%, təşkil edir. Təbii ki, bu imkanlarla müqayisədə azdır və özəl sektor gələcəkdə daha sürətlə inkişaf edəcəkdir. Xüsusilə bu işdə ölkə prezidenti İ.Əliyev cənablarının sahibkarlarla görüşündə meydana çıxan problemlərin həlli böyük rol oynayacaqdır. Belə ki, bu görüşdə ölkədə sahibkarlığın inkişafında külli problemlərin olduğu, onlara lazımi şəraitin yaradılmadığı meydana çıxdı. Ölkə Prezidentinin göstərişi ilə tez bir zamanda meydana çıxan problemləri həll etmək, sahibkarlara hər cür lazımi şəraitin yaradılması üçün konkret tapşırıqlar verildi və geniş tədbirlər planı hazırlanması tövsiyyə edildi.(13)

Istər ölkədə sahibkarlığın, istərsə də bütövlükdə milli iqtisadiyyatımızın formalaşması və inkişafında ən vacib problemlərdən biri qiymət mexanizminin düzgün qurulması və dövlətin qiymət siyasətidir. Qiymət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsi olub iqtisadi və sosial inkişafın son dərəcə vacib amillərindəndir. Qiymət elə bir iqtisadi rıçaqdır ki, onun vasitəsilə ölkədə iqtisadi və sosial inkişaf daim tənzimlənir, mənafelər uzlaşdırılır və məhsuldar qüvvələrin regional və sahəvi inkişafı üçün lazımi şərait yaradılır. Qiymət, iqtisadi və sosial inkişafı sürətləndirə də bilər, onu ləngidə də bilər. Ona görə də qiymət siyasətinin düzgün aparılması və mexanizmin düzgün qurulması son dərəcə vacib şərtdir. Qiymət, onu əmələ gətirən obyektiv amillərə əsaslanmalı və konkret reallığa söykənməlidir. Yalnız bu əsasda formalaşan qiymətlər real ola bilər və iqtisadi-sosial inkişafa müsbət təsir göstərər.

Fikrimizcə, qiymət mexnizmi daim dövlətin nəzarətində olmalı və hər bir dövlətin özünün qiymət siyasəti olmalıdır. Qiymət siyasəti ölkədə mənafelərin uzlaşdırılması, maliyyə resurslarının formalaşdırılması, bölüşdürülməsi və istifadəsinin balanslaşdırılması, sahələr və subyektlərin iqtisadi əlaqələndirilməsi və bütövlükdə ölkə iqtisadiyyatının kompleks inkişafında strateci amil kimi iqtisadi siyasətin ən vacib tərkib hissəsi kimi həyata keçirilməlidir.

Məhz təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz iqtisadi siyasətini qurarkən apardığı ən birinci tədbirlərdən biri qiymətlə bağlı müəyyən qanunların qəbul edilməsi və hüquqi-normativ aktların hazırlanmasıdır. "Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında", "Resuplikada daxili bazarın iqtisadi mühafizəsi haqqında", "Inhisarçı birlik və müəssisələrin məhsularının qiymət və tariflərinin dövlət tənzimlənməsi haqqında" qərar, 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Resupblikasında təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi haqqında" qəbul etdiyi əsasnamə, Milli Məclis tərəfindən qəbul edilmiş "Dövlət qiymət siyasəti haqqında" qanun və digər qəbul edilmiş hüquqi normativ sənədlər məhz bu qəbildəndir.(1)

Əlbəttə, bütün bunlarla yanaşı digər dövlət əhəmiyyətli qərarlar və hüquqi normativ aktlar da qəbul edilmişdir. Təbii ki, gələcəkdə də konkret reallıqlardan asılı olaraq yeni-yeni qanunlar və qərarlar qəbul ediləcəkdir. Bu obyektiv qanunauyğunluqdur və belə də olmalıdır. Qəbul edilmiş qanun, qərar və normativ aktlar, birinci növbədə obyektiv reallıqlara əsaslanmalı, respublika iqtisadiyyatının xarakterinə uyğun olmalı və digər tərəfdən beynəlxalq standartlara cavab verməlidir. Bunu da bilmək lazımdır ki, müasir Azərbaycan iqtisadiyyatı öz spesifikliyi ilə yanaşı, o dünya iqtisadiyyatının vacib bir tərkib hissəsinə çevrilmişdir. Indi Azərbaycan iqtisadiyyatı onlarca ölkələrin iqtisadiyyatı ilə bu və ya digər dərəcədə bağlıdır və bu bağlılıq getdikcə daha da güclənir.

Bəzən mətbuatda və bəzi iqtisadi ədəbiyyatlarda belə fikirlər səslənir ki, milli iqtisadiyyatımız bazar qanunları ilə tənzimlənən iqtisadiyyat olmalıdır, hər şey tələb-təkliflə tənzimlənməli və bu prinsip iqtisadi inkişafımızın əsası olmalıdır. Bizim fikrimizcə bu düzgün fikir deyil. Bazar iqtisadiyyatı modelini kortəbii inkişaf, xalis bazar qanunları əsasında tənzimlənən, hər şeyin tələb-təklif prinsipinə tabe etdirilməsi və bu əsasda inkişaf etdirilən bir iqtisadiyyat kimi düşünmək səhvdir. Bazar iqtisadiyyatını yelkənsiz və sükansız gəmiyə bənzətmək olmaz.

Bazar iqtisadiyyatı ümumi inkişaf modeli kimi cəmiyyət tərəfindən tənzimlənən bir iqtisadiyyatdır. Onun üzərində ictimai və dövlət nəzarəti olmalıdır. Dünyanın hər bir ölkəsində belədir. Iqtisadi və sosial inkişaf dövlətin və ictimayətin nəzarətində olmaqla ümumi inkişaf prinsiplərinə uyğun tənzimlənir. Yuxarıda deyildiyi kimi tənzimləmənin ən vacib atributlarından biri də qiymət mexanizmidir. Hər bir ölkə digər iqtisadi rıçaqlarla yanaşı qiymət mexanizmi və müəyyənləşdirildiyi qiymət siyasəti vasitəsilə ümumi iqtisadi-sosial vəziyyəti tənzimləyir və inkişaf etdirir.

Bir sıra ölkələrdə qiymətlərin dövlət tənzimlənməsi


Ölkələr

Tənzimlənən qiymətlərin xüsusi çəkisi

Tənzimlənmə sferası

Dövlət tənzimləmə orqanları

Amerika Birləşmiş Ştatları

5-10%

Buğda, qarğıdalı, tütün, pambıq, süd məhsulları

Kənd Təsərrüfatı Nazirliyi, Federal Ticarət şirkəti, Antitrest idarəsi

Avstriya

10%

Tütün, duz, rabitə xidmətləri, dəmir yolu xidmətləri və spirtli içkilər üzərində dövlət inhisarı

Parlament, Təbii resurslar agentliyi, Iqtisadi Inkişaf Idarəsinin Qiymət bürosu

Yaponiya

20%

Buğda, düyü, ət, süd, elektrik enerjisi, qaz və su təchizatı, dəmir yolu, təhsil və səhiyyə xidmətləri

Iqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi

Isveçrə

50%

Taxıl, kartof, ət, çuğundur, toxuculuq məhsullarının, musiqi adətlərinin və oyuncaqların qiymətlərinin məhdud tənzimlənməsi

Qiymətlər üzrə federal idarə, istehlakçıların hüquqlarının müdafiəsi fondu

Bazar iqtisadiyyatının ən inkişaf etmiş ölkəsi olan ABŞ-da qiymət mexanizmi daim nəzarətdədir, o müəyyən sahələrdə birbaşa (inzibati qaydada), müəyyən sahələrdə isə dolayısı (iqtisadi rıçaqlar vasitəsilə) tənzimlənir və ölkədə bütövlükdə mənafelər balanslaşdırılır. Burada dövlət inhisar qiymətləri üzərində bilavasitə nəzarət etməklə, dövlət müəssisələri məhsullarına qiymət qoymaq yolu ilə, ədalətsiz rəqabətə və bazarların inhisarlaşmasına müəyyən qadağalar qoymaqla, bəzi məhsulların - xüsusilə kənd təsərrüfatı məhsulları qiymətlərinin daim nəzarətdə saxlanması və onların aşağı hədd səviyyəsinin müəyyən edilməsi, maliyyə - kredit və pul siyasəti ilə qiymətlərin səviyyəsinə təsir etmək yolu ilə ölkədə iqtisadi-sosial inkişafı tənzimləyir və tarazlaşdırır.

ABŞ-da eyni zamanda fermerlərin gəlirlərini müəyyən səviyyədə saxlamaq, onların mənafelərini qorumaq üçün bir başa məqsədli qiymətlər tətbiq edilir və lazım olduqda qiymət əlavəsi müəyyənləşdirilir.

Yaponiyada qiymətlərin təqribən 20%-i birbaşa dövlət tərəfindən tənzimlənir. Əksər məhsullar üzrə qiymətlərin minimum səviyyəsi müəyyənləşdirilir və müntəzəm dövlət tərəfindən təhlil edilir. Burada inhisar qiymətləri daim dövlət nəzarətindədir. Yapon iqtisadçı alimlərinin fikrincə əgər iqtisadi inkişafda dövlət tənzimlənməsi olmasa tələb-təklif arasındakı ziddiyyət daha da dərinləşər və böhran vəziyyəti yarana bilər.

Norveçdə yüksək inhisar qiymətləri haqqında razılaşmalar qanunla qadağan edilir. Dövlət, qiymətlərin maksimum və minimum səviyyələrini müəyyən edən və hamı üçün mütləq olan qayda və qanunlar vermək hüququna malikdir. Isveçdə iqtisadi inhisarçılığa qarşı müəyyən qadağalar qoyulur və qiymətlər müəyyən dərəcədə tənzimlənir. Məsələn, kənd təsərrüfatı məhsullarına qiymətlər onların təkrar istehsalını təmin edəcək rentabellik səviyyəsində nəzərdə tutulur. Qiymətlərin səviyyəsində eyni zamanda kənd təsərrüfatı işçilərinin gəlirlərinin istehsalın digər sahələrində çalışan insanların gəlirlərindən aşağı olmaması nəzərdə tutulur. Bəzi kənd təsərrüfatı məhsullarına isə (məsələn südə və süd məhsullarına) istehsalın həcmi ilə yanaşı əvvəlcədən müəyyənləşdirilmiş sabit qiymətlər nəzərdə tutulur. Digər Avropa ölkələri üzrə də təqribən buna uyğun vəziyyətdir. Yəni, bazar münasibətləri nə qədər inkişaf etmiş olsa belə, tələb-təklif prinsipi nə qədər geniş fəaliyyət göstərsə belə qiymət mexanizmi makroiqtisadi siyasətin tərkib hissəsi kimi daim dövlətin nəzarətindədir.

Qiymətlərin dövlət tərəfindən nəzarətsiz buraxılması, onun yalnız bazar münasibətləri əsasında formalaşması və tənzimlənməsi təbii ki, çox ağır nəticələrə gətirib çıxara bilər, iqtisadi böhran vəziyyəti yaradar. Ona görə də hər bir cəmiyyətdə bu məsələ ictimai və dövlət nəzarətində olmalı və tənzimlənməlidir. Tənzimləmə yuxarıda qeyd edildiyi kimi 2 istiqamətdə - birbaşa və ya inzibati; daloyı və ya iqtisadi metodlarla aparılır. Hər bir ölkənin inkişaf səviyyəsindən, mülkiyyət münasibətlərinin xarakterindən, millətin mentalitetindən və digər spesifik cəhətlərdən asılı olaraq bu metodların tətbiq və təsir dairəsi müxtəlif ola bilər. Inkişaf etmiş ölkələrdə bir qayda olaraq ikinci metoda daha çox üstünlük verilir və iqtisadi metodlarla tənzimləmənin fəaliyyət dairəsi daha geniş olur.

Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə, iqtisadi və sosial inkişaf gücləndikcə bütün ölkələrdə ikinci metoda meyl daha güclü olur və iqtisadi tənzimləmə əsasən bu istiqamətdə aparılır. Çünki iqtisadi metodlarla tənzimləmə daha obyektiv, elmi cəhətdən daha əsaslandırılmış, ümumi iqtisadi inkişaf fonunda qiymət mexanizminin balanslaşdırılmış və bütövlükdə iqtisadi inkişafın daha sivil yoludur. Burada demək olar ki, iqtisadi və sosial inkişafın əksər iqtisadi rıçaqlarından istifadə olunur, onların ümumi iqtisadi inkişafa, o cümlədən qiymət mexanizminə təsiri kompleks qaydada nəzərə alınır.

Başqa sözlə dövlət bu metodla qiymətin tərkib elementlərinə bilavasitə təsir etməklə tələb-təklif arasındakı nisbəti və ictimai mənafeləri nizamlayır. Məsələn, dövlət əsaslandırılmış pul-kredit və valyuta siyasəti yürütməklə, düzgün vergi siyasəti aparmaqla, dövlət tədarükü, xərclərin tənzimlənməsi, dövlət əsaslı vəsait qoyuluşu siyasəti və düzgün amartizasiya normaları tətbiq etməklə məcmuu tələb-təklif nisbətinə və qiymətlərin səviyyəsinə bilavasitə təsir göstərir və cəmiyyət miqyasında onu tənzimləyir. Eyni zamanda əksər bazar iqtisadiyyatı ölkələrində həmçinin torpaq rentası, əmək haqqı sistemi, gömrük rüsumları, konyunktura dəyişiklikləri, reklam xərcləri və s. kimi iqtisadi faktorların qiymətlərin səviyyəsinə təsiri nəzərə alınır və tələb-təklif arasında tarazlığın əldə edilməsinə istiqamətləndirilir.

Deməli, qiymət mexanizmi və dövlətin qiymət siyasəti iqtisadi və sosial inkişafın bütün vacib iqtisadi inkişaf atributları ilə bilavasitə əlaqədardır və dövlətin ümumi iqtisadi inkişaf strategiyası və siyasətinin ən dominal tərkib hissəsidir. Iqtisadi təhlil göstərir ki, respublikamızda da bu məsələlərə xüsusi diqqət yetirilir və qiymət mexanizminin iqtisadi metodlarla tənzimlənməsinə iqtisadi siyasətdə böyük yer verilir.

Qiymətləri tənzimləməyin birbaşa metodu da iqtisadi-sosial inkişafın tənzimlənməsi və ölkədə sosial ədalətin qorunmasında böyük rol oynayır. Burada qiymətlərin inzibati qaydada birbaşa dövlət tərəfindən müəyyən olunmasından söhbət gedir. Beləki, dövlət xırda istehsalçıları iri inhisarlardan qorumaq, onlarda təkrar istehsala və inkişafa şərait yaratmaq, iri inhisarları müəyyən qədər cilovlamaq və əsaslandırılmış yüksək inhisar qiymətlərinin tətbiqinə yol verməmək, əhalinin tədiyyə qabiliyyəti ilə qiymətlərin səviyyəsini balanslaşdırmaq, bəzi məhsulların qiymətlərinə maksimum və minimum hədd qoymaq yolu ilə ictimai tənzimləməni həyata keçirir.

Ümumiyyətlə, qiymətlərin dövlət tənzimlənməsi ölkədə makroiqtisadi siyasətin vacib tərkib hissəsi kimi daim nəzarətdə olmalıdır. Qiymət mexaniz­minin fəaliyyətində maraqlı cəhətlərdən biri də budur ki, qiymət bir tərəfdən dövlət tərəfindən tənzimlənirsə, digər tərəfdən o özü tənzimləyici bir iqtisadi rıçaqdır. Onun vasitəsilə ölkədə gəlir və resursların ədalətli və səmərəli bölgüsü, əhalinin ictimai qrupları arasında sosial ədalətin gözlənilməsi, regional, sahə və mikrosahələrin mənafe və maraqlarının uzlaşdırılması, mülkiyyətçilər arasında iqtisadi münasibətlərin tarazlaşdırılması həyata keçirilir. (17)

Təbii ki, bu proseslərdə digər iqtisadi rıçaqların təsiri də nəzərə alınır və qiymət əsas atributlardan biri kimi götürülür. Göründüyü kimi qiymət hərtərəfli təsir göstərən, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı və tənzimlənməsində xüsusi rol oynayan ən vacib elementlərdən biridir. O, həm tənzim olunur, həm də tənzim edir. Onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının formalaşması və inkişafı ilə əlaqədar qiymətin tənzimləyici funksiyası daha da güclənir və ölkə iqtisadi siyasətində bu xüsusi nəzərə alınmalıdır. Yeni, qiymət mexanizmi istər birbaşa, istərsə də dolayı yolla daim dövlətin nəzarətində olmalıdır. Dövlət iqtisadi inkişafın digər sahələrində olduğu kimi qiymət siyasəti sahəsində də öz iqtisadi funksiyasını yerinə yetirməlidir.

Azərbaycan iqtisadiyyatı hazırda islahatlar dövrünü yaşayır, bazar iqti­sadiyyatı istiqamətində formalaşır və inkişaf edir. Başqa sözlə, ölkə iqtisadiyyatı yeni əsasda qurulur və yeni iqtisadi münasibətlər formalaşır. Təbii ki, bu istiqamətdə düzgün iqtisadi siyasətə, düzgün iqtisadi mexanizmə böyük ehtiyac vardır. Iqtisadi siyasət və islahatlar bazar iqtisadiyyatının ümumi prinsiplərinə uyğun və Azərbaycan reallığı əsasında aparılmalıdır. Çünki hər bir ölkənin, o cümlədən Azərbaycanın öz spesifik xüsusiyyətləri vardır ki, bu da iqtisadi-sosial inkişafda nəzərə alınmalı və milli iqtisadi inkişaf konsepsiyamızın əsasını təşkil etməlidir. Bu baxımdan 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» və 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər), (2009-2013-cü illər) və (2014-2018-ci illər) təsdiq edilməsi haqqında» prezident fərmanları böyük əhəmiyyət kəsb edir.(5)

Birinci sənəddə ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətləri və dinamik inkişafının təmin edilməsi, özəl sektorun inkişafına lazımi şərait yaradılması, radikal islahatların davam etdirilməsi və investisiya siyasətinin düzgün qurulması, ölkədə maliyyə-pul-kredit siyasətinin Azərbaycan reallığı əsasında təşkili və bütün bunlar əsasında ölkədə düzgün sosial siyasətin aparılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Təbii ki, bu məsələlərin həlli ölkədə kompleks və sistemli şəkildə iri miqyaslı işlərin aparılmasını tələb edir. Ikinci sənəd birinci fərmanda qarşıya qoyulan məsələlərin həllində başlıca rol oynayan, ölkədə regional siyasətin düzgün qurulması və məhsuldar qüvvələrin ərazi üzrə kompleks inkişafının təmin edilməsi, regional sosial – iqtisadi inkişafda mövcud ciddi regional fərqlərin aradan götürülməsi və yerli iqtisadi – sosial potensialların hərəkətə gətirilməsi və səmərəli istifadəsi istiqamətində qəbul edilmiş çox vacib bir dövlət sənədidir. Burada ölkədə səmərəli sosial – iqtisadi islahatların aparılması istiqamətində müvafiq orqanlardan kompleks tədbirlər planının hazırlanması tələb olunur. Ücüncü sənəd isi hər iki proqramın ardı olaraq iqtisadiyyatın hər tərəfli inkişafını sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempi, hər il olduğu kimi sahibkarlığı dəstəkləmək və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan infrastrukturun yaradılması üçün başlıca istiqamətlərin reallaşdırılmasıdır. Bu tədbirlərin həyata keçirilməsində təbii ki, ən vacib problemlərdən biri ölkədə qiymət siyasətinin düzgün qurulması və bazar münasibətlərinin xarakterinə uyğun yeni qiymət mexanizminin formalaşmasıdır.

Qiymət iqtisadi və sosial inkişafın ən vacib atributlarından biri olmaq etibarilə cəmiyyətdə iqtisadi mənafelərin toqquşma və uzlaşdırılması nöqtəsidir. Başqa sözlə, qiymət siyasəti hər bir ölkədə makroiqtisadi siyasətin ən vacib tərkib hissələrindən biri olmaq etibarilə cəmiyyətin dinamik və taraz inkişafının ən əsas şərtlərindəndir. Bu baxımdan qiymət siyasətinin düzgün aparılmasından və bu əsasda formalaşan qiymət mexanizminin mahiyyətindən çox şey asılıdır. Əgər qiymət mexanizmi obyektiv və subyektiv amillərin kompleks məcmuu əsasında qurulursa, ölkə reallığına uyğun spesifik xüsusiyyətləri nəzərə alırsa, təbii ki, bu sosial – iqtisadi inkişafa öz müsbət təsirini göstərəcək və ölkədə məhsuldar qüvvələrin sürətli inkişafının ən vacib iqtisadi rıçaqlarından birinə çevriləcəkdir. (5)

Çünki, qiymət istehsalçı və istehlakçı maraqlarını ifadə edən, cəmiyyət miqyasında bütün mənafeləri uzlaşdıran və tarazlaşdıran ən güclü iqtisadi mexanizmdir. Bu baxımdan qiymət mexanizmini iqtisadi və sosial inkişafın onurğa sütunlarından biri və ölkədə iqtisadi subyektlər və regionlar arasında ədalətli iqtisadi münaisbətlərin təşkilinin ən vacib şərtlərindən biri kimi qiymətləndirmək olar. Ona görə də, hər bir ölkədə iqtisadi və sosial inkişaf proqramı hazırlanarkən, ayrı-ayrı iqtisadi subyektlər və regionlar üzrə perspektiv inkişaf parametrləri müəyyənləşdirilərkən qiymət siyasəti xüsusi diqqət mərkəzində olmalı və dövlətin iqtisadi siyasətinin vacib tərkib hissəsini təşkil etməlidir. Yalnız bu şəraitdə normal sosial-iqtisadi inkişafdan, ümumi iqtisadi tənzimləmədən və iqtisadi mənafelərin düzgün uzlaşdırılmasından söhbət gedə bilər. Qiymət bütün hallarda öz stimullaşdırıcı və tənzimləyici funksiyasını yerinə yetirməli və digər iqtisadi rıçaqlarla kompleks şəkildə ümumi inkişafa təkan verməlidir.

Ümumiyyətlə, cəmiyyətdə və sosial – iqtisadi inkişafda elə bir sahə, elə bir subyekt və obyekt, elə bir qrup və şəxs yoxdur ki, qiymətdə onun mənafeyi təmsil olunmasın, qiymət onun iqtisadi və sosial durumuna təsir etməsin. Deməli, qiymət son dərəcə geniş, hərtərəfli fəaliyyət göstərən iqtisadi bir rıçaqdır. Bu baxımdan təbii ki, yuxarıda göstərilən prezident fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsində ölkədəki qiymət siyasəti və bu əsasda formalaşan qiymət mexanizmindən çox şey asılıdır. Hazırda ölkədə qiymət siyasəti bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulmuş, qiymətlər əsasən liberallaşdırılmış və onların səviyyəsi müəyyənləşdirilərkən tələb – təklif prinsipinə geniş yer verilir. Indi köhnə sovet qiymət siyasətindən fərqli olaraq bazar münasibətləri əsasında formalaşan yeni qiymət növləri fəaliyyət göstərir ki, əksər əmtəə kütləsi məhz bu qiymətlər əsasında reallaşır. Bu belə də olmalıdır.

Belə ki, bazar iqtisadiyyatı əsasən azad, sərbəst insani fəaliyyətlər əsasında formalaşan iqtisadi inkişaf formasıdır. Burada qiymət siyasətində sərsəbt qiymətlərə geniş yer verilir. Məhz elə bunun nəticəsidir ki, müstəqilliyimizin ilk illərindən qiymətlərin liberallaşdırılması və azad sahibkarlığın inkişafı ilə bağlı qanunlar və qərarlar qəbul edilmiş və yeni bazar münasibətlərinin formalaşmasına xüsusi diqqət yetirilmişdir. Qiymətlərin sərbəstləşdirilməsinə, onların əsasən tələb-təklif və digər marketinq elementləri əsasında müəyyənləşməsinə ölkədə bazar iqtisadiyyatının formalaşmasının əsas əlamətlərindən biri kimi baxılmışdır.

Istehlak bazarında qiymətlərin dəyişini 2016-cı ildə oktyabr ayında 2016-cı ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 104.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4.4 faiz artmışdır. Bu da istehlak qiymətləri ötən aylara nisbətən kəskin surətdə artımışdır. Belə ki, bu dövrdə aylıq IQI-nin artımı 4,4% təşkil etmişdir. Bu aylıq inflyasiyanın ötən səkkiz il ərzində müşahidə olunmuş ən yüksək səviyyəsidir. Qeyd edək ki, ötən ilin müvafiq dövründə aylıq inflyasiya 1% təşkil etmişdi.

Aylıq inflyasiyanın kəskin artımı istehlak qiymətlərinin ötən ilin dekabr və oktyabr ayına nisbətən müvafiq olaraq 6,1% və 8,5% yüksək olmasını şərtləndirmişdir.

Ötən aylardan fərqli olaraq, hesabat ayında qiymətlərin aylıq bahalaşması təkcə ərzaq məhsullarını deyil, qeyri-ərzaq məhsullarını da əhatə etmişdir. Ərzaq məhsulları üzrə qiymətlər ötən ayla müqayisədə 6,5% , qeyri-ərzaq məhsulları üzrə isə 1,1% artmışdır. Xidmətlər üzrə qiymətlər isə bütün dövrlərdə olduğu kimi dəyişməz qalmışdır. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri ilin əvvəlinə nisbətən müvafiq olaraq 9,3% və 1%, ötən ilin müvafiq ayına nisbətən isə 13% və 1,7% yüksək olmuşdur. Xidmətlər üzrə qiymətlər ilin əvvəli ilə müqayisədə 0,2%, ötən ilin müvafiq ayına nisbətən isə 0,3% aşağı düşmüşdür.

Hazırda iqtisadiyyatda müşahidə edilməkdə olan inflyasiya proseslərinin təhlili göstərir ki, oktyabr ayında IQI-nin kəskin artımı qiymətlərə artırıcı yöndə təsir göstərən bir sıra amillərin eyni zamanda fəallaşması ilə bağlı olmuşdur. Istehlak tələbində baş verən canlanma, hökumət tərəfindən enerji daşıyıcılarının qiymətlərinin yüksəldilməsi üzrə müzakirələrin aparılması ilə əlaqədar olaraq istehlakçıların inflyasiya üzrə gözləmələrin xeyli artması və nəhayət, dünya bazarında neft qiymətlərinin ortamüddətli dövrdə yüksək səviyyədə qalması nəticəsində ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin artması kimi aparıcı çoxsaylı amillər hazırda iqtisadiyyatda inflyasiya proseslərinin fəallaşmasını şərtləndirməkdədir. Bundan əlavə, yaranmış vəziyyətdə qeyri-rəsmi inhisarçı subyektlərin daxili və xarici dəyişikliklərə qiymətləri artırmaqla reaksiya vermələrinin də inflyasiyaya təsiri ehtimal olunur. (24)



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə