Magistratura məRKƏZİ


FƏSİL II. DAVAMLI İNKİŞAFDA QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ



Yüklə 0,67 Mb.
səhifə3/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
1   2   3   4   5   6   7   8

FƏSİL II. DAVAMLI İNKİŞAFDA QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

2.1. Dövlətin qiymət siyasəti və qiymətlərin tənzimlənməsinin hüquqi bazası
Qiymətlərin yaranması, formalaşması və dinamikasının dövlət tənzimlənməsi strateji məqsəd daşımaqla bərabər, dövlətin qiymət siyasətini tənzimləyir. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq qiymət siyasəti Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilir. Qiymət siyasəti – dövlət hakimiyyəti, yerli idarəetmə orqanlarının və qiymətəmələgəlməsi istiqamətlərində həyata keçirilir və onların fəaliyyəti üzərində nəzarətin tətbiqini tənzimləyir. Qiymətlər tələb və təklifin nizamnaməsinin əsas aləti kimi sosial funksiyanı – sərvət və xidmətləri, istehlakçı strukturları və həcminə, xərclərə, həyat səviyyəsinə, yaşayış minimumuna, ailənin istehlak səbətinə təsirini yerinə yetirir.

Qiymət siyasətinin tərkib hissəsi olmaqla bazar münasibətləri şəraitində mühüm əhəmiyyətə malikdir. O, bazar münasibətlərinin inkişafına imkan yaradır, xüsusi dövlət, bələdiyyə və digər mülkiyyət formalarının qorunması vasitəsi kimi çıxış edir, inflyasiyanın ləngiməsi və onun mənfi sosial iqtisadi nəticələrini yumşaldılmasına səbəb olur, eyni zamanda rəqabətin inkişafına, əmtəə xidmətin, maliyyə resurslarının sərbəst hərəkətinə, azad iqtisadi fəaliyyətə şərait yaradır.

Azərbaycan Respublikasının qiymət siyasətinin İcra Hakimiyyət Orqanları, Maliyyə və İqtisadiyyat Nazirliyi və onun tərkibinə daxil olan Tarif (Qiymət) Şurası formalaşdırır. «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli fərmanının 4.2 bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası haqqında əsasnamə təsdiq edilmiş və Tarif (Qiymət) Şurasının dövlət tənzimlənməsinin tətbiq edilən qiymətləri (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən Kollegial İcra Hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir.

Əsasnaməyə görə bütün hallarda qiymətlərin tənzimlənməsi ilə qəbul edilən qərarlar, hazırlanan normativ-hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı müqayisə və ziddiyyətlərin həlli vasitəsilə istiqamətləndirilmiş işlər birbaşa və dolayı vasitələrlə həyata keçirilir. Şura həm də qiymətlərin tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirak etməklə Azərbaycan Respublikasının Beynəlxalq və Regional qurumlarını təmsil edir. Şura öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan respublikası Nazirlər kabinetinin qərar və sərəncamlarını və o cümlədən, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini əsas tutaraq həyata keçirir.

Azərbaycan Respublikası prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanın 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2 ay müddətində Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etmək, müasir dövlət orqanları ilə birlikdə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və onların üzərində dövlət nəzarətinin təmin edilməsi qaydalarını» təsdiq etməklə tətbiq olunur. Bu tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 30 dekabr 247 nömrəli qərarı ilə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin), formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi qaydaları», Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 9 mart 68 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının katibliyi haqqında» sənəd təşkil edilmiş, Şuranın katibliyinin strukturu müəyyən olunmuş və rəhbərlik tərəfindən müəyyən edilmişdir.

Hazırda Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş «Qiymətlərin (Tariflərin) dövlət tərəfindən tənzimlənən malların (işçilərin, xidmətlərin) siyahısı»na müvafiq olaraq qiymətlərin dövlət tənzimlənməsini həyata keçirir. Bu da iqtisadiyyatın müxtəlif sahələri üzrə təbii inhisar, dövlət inhisarı və inhisarçı təsərrüfat subyektlərini əhatə edən 38 istiqamət daxil edilmişdir.(19)

Qiymətlərin (Tariflərin) dövlət tərəfindən tənzimlənən malların (işlərin və xidmətlərin) siyahısı aşağıdakı qaydada aparılır:

- Elektrik enerjisi;

- Xam neft və neftdən emal olunan əsas məhsullar;

- Təbii qaz;

- Maye qaz;

- Mənzil kirayəsi (dövlət fondu üzrə);

- Daşınmaz əmlak və dövlət torpaqlarının kadastr xidmətləri, dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri;

- İçməli və texniki su;

- İstilik enerjisi;

- İsti su və istilik təchizatı xidmətləri;

- Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri;

- Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanılması və paylanılması xidmətləri;

- Bütöv növ nəqliyyat xidmətləri; (magistral və yerli dəmir yol xətlərinin, yol, qurğu və tikintinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizlik fəaliyyəti, dəmiryolu stansiyaları və sərnişin vağzalları, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, aeroport xidmətləri, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri, su limanı sahəsində xidmətlər, yükaşırma və hərəkət təhlükəsizliyi);

- Rabitə sahəsində xidmətlər (ümumi istifadə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbul edici və verici radio və televiziya stansiyaları, yüksək tezliklə qurğuların istismarı və nəzarəti, beynəlxalq sahələrarası və sahələrdaxili və rayon telefon rabitəsi və s.);

- Dövlətə məxsus kommunal təsərrüfat sahəsində əsas xidmətlər (mənzil, məhəllə-daxili fərdi qarajlar və qeyri-yaşayış sahələrinin istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması, çirkab sularının axıdılması və s.);

- Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və stasionar xidmətlər;

- Təbii sərvətlər və bu sahədə əsas xidmətlər;

- Hidrometiroloji xidmətlər;

- Standartlaşdırma, sertifikatlaşdırma və potentləşdirmə xidmətləri;

- Karantin tədbirlərinin keçirilməsi qiymətləri;

- Baytarlıq sahəsində əsas xidmətlər;

- Dövlətə məxsus laboratorimya xidmətləri;

- Meşə təsərrüfatı sahəsində əsas xidmətlər;

- Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər;

- Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri;

- Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər;

- Dərman preparatlarının sınağının keçirilməsi xidmətləri;

- Dövlət yollarının salınması və saxlanılması xidmətləri;

- torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri;

- Ovçuluq sahəsində xidmətlər;

- Banklar və digər kredit təşkilatlarının GQK – nin reyestrinə salınması;

- DYP-nin xidmətləri;

- Xüsusi rabitə xidmətləri;

- Dövlətə məxsus protez və ortopedik mərkəzi xidmətləri;

- Dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi;

- Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklamın tarifi;

- Gəmilərə texniki baxış xidmətləri;

- Büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatları göstərdikləri xidmətlərdən.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi qaydaları ilə təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövrü olaraq hər il hesabatlar Tarif (Qiymət) Şurasına təqdim edilir və materialların təhlili aparılır, aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir.

- obyektiv səbəblərdən malların (xidmətətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;

- qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırdığı halda;

- dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq.

Zəruri hallarda Şuranın təşəbbüsü ilə qiymətlərin tənzimlənməsi aparıla bilər. Subyektlər malın (xidmətlərin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə göstərilən qaydalar, yerinə yetirilən istiqamət üzrə sənədlərin və məlumatların normativ-hüquqi aktlarla müəyyən olunması, hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edir. Belə bir qaydalarla müəyyən olunmuş qiymətlərin tənzimlənməsi subyektlər tərəfindən təqdim olunan materiallara baxılmaqla, müvafiq qərarların təsdiq edilməsi, onların xüsusiyyətlərindən, həcmindən, zəruriliyindən və digər amillərdən asılı olaraq tarif tərəfindən müəyyən edilmiş təlimata əsasən həyata keçirilir.

Qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə təqdim olunmuş layihələr əsasında qiymətlərin sayından asılı olaraq bir ay müddətində ərizələrə baxılaraq münasibət bildirilir və qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır.

Layihənin baxılması üçün tələb olunan sənədlər və məlumatlar təqdim etməklə Şuranın katibliyinə müraciət olunur və bu barədə hər hansı bir çatışmamazlıqları subyektlərə yazılı məlumat verilir. Çatışmayan sənədləri və məlumatları subyektlər tərəfindən 5 iş günü müddətində rəsmi qaydada təqdim edilir.

Qiymət layihələrinin iqtisadi cəhətdən düzgün yerinə yetirilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələr, vergilər, mənfəət və digər elementlər dəqiq araşdırmalıdır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır, onlar əsaslı olduqda nəzərə alınır. Verilmiş layihələrin katibliyin təklifləri əsasında şura üzvləri müraciət edərək gündəliyə daxil edirlər və bu sənədlərə baxılması şuranın əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir.

Subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin tənzimlənməsinə zəruriyyət yarandıqda şura bui şin icrasını qısa müddətdə təmin edərək cədvəl şəklində sənədləşdirir və ümumi göstəricilər bölməsində məhsulun satış şərtlərini və xüsusiyyətlərini əks etdirir. Müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitəsilə elan edilir. (21)

2.2. Qiymətlərin tənzimlənməsinin beynəlxalq təcrübəsi
Xarici ölkələrin qiymətqoyma təcrübəsinin öyrənilməsi üçün onun tendensiyalarını və qanunauyğunluqlarını başa düşmək ən vacib məqsədlərdən biridir. Bunun üçün müxtəlif ölkələrdə qiymətlərin tənzimlənməsinin hansı tədbir və metodlarla aparılmasına nəzər yetirməliyik.

Almaniyada dövlət qiymətin tənzim olunmasını və nazərəti həyata keçirməklə ilk növbədə tələbat və inhisarlaşdırılmış məhsullar üzərində dövrü olaraq onların məhsullarının çıxarışı bülletenlərdə dərc olunur. Dövlət tərəfindən tənzimlənən qiymətlərin xüsusi çəkisi 10 faiz təşkil edir ki, bu da qiyməti tənzimləyən dövlət orqanı Kral Dekreti ilə müəyyən olunmuş İqtisadiyyat Nazirliyinin Ali Şurası hesab olunur.

Qiymətlərin tənzimlənməsinin dövlət mexanizmi Almaniyada aşağıdakı formalarda tətbiq olunur:

İcazə verilən qiymətlər. Dövlət və xüsusi kompaniyalar nəzərdə tutulan məhsulun qiymətinin yüksəldilməsi haqqında Ali Şuraya təqdimat verirlər və bu təqdimatlar dövlət komissiyasının icazəsi ilə məhsulun qiymətinin yüksəldilməsinə şərait yaradır.

Xəbərdar edici qiymətlər. Müəyyən məhsullara qiymət Ali Şuraya bir ay əvvəl xəbərdarlıq ediləndən sonra yüksəldilir.

Yerli qiymətlər. Bu qiymətlər yerli orqanlar tərəfindən yüksəldilə bilər ki, bu zaman yerli komissiyalar aşağıdakı elementləri nəzərə alır:



  1. Qiyməti yüksəldiləsi məhsulun və xidmətin tam şərh olunması.

  2. Məhsulun istehsal xərclərinin strukturu haqqında tam məlumat;

  3. Məhsulun reallaşdırma qaydası;

  4. Qiymət yüksəldikdən sonra onların vəziyyəti;

  5. İstehsal xərclərinin əsaslandırılması və həmin əsasda qiymətin yüksəldilməsi.

İtaliyada qiymət üzrə nəzarət sistemi 1944-cü ildən həyata keçirilir. Burada əsasən idarələrarası Qiymət Komitəsi Sənaye Nazirliyinə tabedir. Bu komitə istehsalın inkişafına şərait yaradan məhsulların qiymətlərin müəyyənləşdirir ki, bu da ilk növbədə tələbat məhsullarının qiymətlərini müəyyən etməklə həyata keçirir. Belə bir sistem daxilində ölkə iqtisadiyyatında hər bir məhsulun qiymətlərinin tənzim olunması və onun hər bir sahədə qiymət siyasətinin həyata keçirilməsi tətbiq olunur. Qiymət üzrə nəzarət praktiki olaraq inflyasiyanı saxlamaq məqsədini güdür.

Fransa iqtisadiyyatında dövlət bölməsi bir o qədər də xüsusi çəkiyə malik deyildir. Belə ki, dövlətin əlində əsasən inhisarçı sahələr cəmləşdirilir ki, yəni qaz, enerji, nəqliyyat bu da əlavə olaraq dövlət bazar rəqabəti şəraitində fəaliyyət göstərməklə onlara nəzarət edir. Əlavə olaraq dövlət bazar rəqabəti şəraitində fəaliyyət göstərən sahələrdə, yəni milli, kommersiya bankları – sığorta kompaniyaları nəzarət edir.

Birinci halda dövlət bütün iqtisadi parametrlərin inhisarçı sahələr üzrə investisiyaların həcmini, əmək haqqını və hazır məhsula qiymətinə nəzarət qoyur.

İkinci halda isə dövlət iqtisadi parametrlərə minimum təsir göstərməklə dövlət sahələrini xüsusi bölmə ilə raqəbətə hazırlayır. Bu xüsusiyyət nəzərə alınaraq ölkədə qiymətlərin 20 faizi dövlət tərəfindən tənzim olunur.

İsveçrədə. Qiymətlərin tənzim olunması təcrübəsi normativ sənədlərlə qəbul edilir ki, bu da dövlət qiymətqoyma prosesinə təsir göstərir. Federal dövlət 1961-ci ildən qərar qəbul etmişdir ki, həmin qərar da ölkədə kənd təsərrüfatı məhsullarına qiymətlərin 50 faizə qədərinə nəzarət aparır. Ölkədə bazar şəraitini təmin etmək üçün dövlət 30 faizə qədər subsidiyalar verir. Bu da onun 30 faizinin nəqliyyat, 27 faizi isə kənd təsərrüfatı, 16 faizi təhsil, 13 faizi isə səhiyyənin payına düşür.

İsveçrədə qiymət üzərində dövlət tənzimetmə nəzarətindən başqa ictimai nəzarətdəndə istifadə olunur. Bunun üçün istehlakçının mənafeini qorumaq məqsədilə müdafiə fondu yaradılır ki, bu fond da qiymətlərin tənzim olunan səviyyəsini pozan, hər bir kəs sahibkar və digərləri 100 min İsveçrə frankında cərimə olunurlar. Federal idarə hər həftə ölkə üzrə 80 adda məhsulun qiymətləri haqqında bülleten nəşr edilir. Bu qiymətlər regionlar üzrə differensiallaşdırılır.

İsveçdə müharibə və müharibədən sonrakı dövrlərdə qiymət üzərində nazərət çox geniş yayılmışdır. Həmin dövrlərdə daima qiymət nəzarəti idarəsi fəaliyyət göstərmişdir. 1956-cı ildə qiymətə daimi nəzarət sistemi ləğv edildi. Ölkədə qiymət səviyyəsinin yüksəldilməsinin qarşısının alınması üçün qiymətlərin dondurulması sistemindən istifadə olunmaqla onların iki halda həyata keçirilməsi müəyyənləşdirildi:

Birinci, müharibə vəziyyətində;

İkinci – qiymətlər ümumi səviyyəsinin yüksəldilməsi təhlükəsi yaratdığı halda

Dövlət selektiv qiymət sistemindən istifadə etmək hüququna da malikdir.

Norveç dövlətində qiymət və ticarət rəqabəti 1953-cü ildə təsdiq edilmiş qanun əsasında tənzimlənmişdir. Kral qərarına əsasən 1957-ci ildə istehsalçılarla satıcılar arasında fərdi qiymət razılığına icazə verilmirdi. Çünki, onların razılaşması qiymətin yüksək olmasını və bu vasitələrlə öz gəlirlərini çoxaltmaq məqsədini güdə bilərlər. Qiymət və digər normativ aktların tənzimlənməsinin pozulması haqqında dövlət ciddi sanksiyalar tətbiq edir. Hətta, cərimədən əlavə məsuliyyətə də cəlb oluna bilərlər. Qiymətin tənzim olunması Əmək və İnzibati Nazirlik, Qiymət üzrə Dövlət Təftiş Komissiyası və sairə həyata keçirir.

Norveçdə daxili qiymətqoyma dünya bazar qiymətinə əsaslanır.

Kanadada qiymətin tənzim olunmasının vahid sistemi yoxdur. Belə ki, qiymətlər əsasən tələb və təklifdən asılı olaraq müəyyən olunur. Bu dövlətdə qiymət siyasəti əsasən qiyməti dəstəkləmək siyasətidir ki, burada kənd təsərrüfatı məhsulları və fermer təsərrüfatının gəlirliliyini müəyyən etməklə həyata keçirilməsi məqsədə uyğun hesab edilir.

Kanadada ağır vəziyyətdə olan sahələr dövlət tərəfindən subsidiyalaşdırılır. Ölkədə 1986-cı ildə rəqabət aktı qəbul edilmişdir. Bu akta əsasən ölkədə iki tipdə «Dartıcı-talanedici» qiymətdən istifadə edilir.

Birinci, «qiymət coğrafi mövqedə əmələ gəlmə» formalaşır ki, bu da ticarətçilərə bir regiona məhsulu digər regiona nisbətən aşağı qiymətlə satmağa icazə verilməməsi kimi istiqamətlərdə tətbiq olunur. Belə bir rəqabətin tam dəf etmək məqsədini birinci qiymətlərin aktında özünü göstərir.

İkincisi isə «əsaslandırılmış aşağı qiymətin» müəyyənləşdirilməsidir ki, burada da rəqabətin əhəmiyyətli dərəcədə aşağı salmağa xidmt göstərən qiymət siyasətinin həyata keçirilməsi məqsədəuyğundur.

ABŞ-da qiymətin əsas hissəsi kompaniyalar tərəfindən rəqabətli bazar mexanizmi əsasında həyata keçirilir. Bununla yanaşı təbii inhisar sahəsində dövlət qiymətləri elə saxlayır ki, bu qiymətlər 5-10 faiz arası tənzim olunur. ABŞ ştatlarının bəzilərində elektro enerji, sahələrarası avtomobil və dəmir yol tarifləri ştat idarəsi tərəfindən qoyulmasına icazə verilmişdir. Kompaniyalarda qiymətqoymanın müxtəlif formalardan istifadə edilir ki, bu da bir neçə məhsulun bir hissəsinin alıcıların ala biləcəyi səviyyədə qoyulmasına gətirib çıxarır.

Digərləri isə qiymətləri uzun müddətə tətbiq olunur ki, burada da həmin şəxsin müəyən etdiyi qiymətlərlə tətbiq olunması həyata keçirilir. ABŞ_da faiz stavkası dövlət nəzarətindədir. Bu istehsal gərclərinin yüksəlməsinə imkan vermir. Müəyyən olunmuşdur ki, 1993-cü ildən ABŞ-da fermer məhsullarının qiymətlərinin tənzimlənməsi həyata keçirilir və girov qiymətindən də istifadə olunur. Girov qiyməti minimumzəmanətli qiymət funksiyasını yerinə yetirir. Onun məqsədi fermer məhsulları qiymətinin bazar qiymətindən aşağı düşməsinə imkan verməməkdir ki, bu da fermerlərə dəyən ziyanın aradan qaldırılması kimi qiymətləndirilir. ABŞ-da 160 kənd təsərrüfatı üçün paritet qiymətlər qoyulmuşdur.

Yaponiyada qiymətqoyma sahəsi dövlətin ən minimum müdaxiləsi sahəsində tətbiq olunur ki, burada da dövlət orqanları qiymət üzərində nəzarət etmir, çünki, bunun əksi ölkədə mövcud olan liberal – demokratif partiyanın nizamnaməsinin əleyhinə olardı.

Ölkədə antiinhisar qanunları 1977-ci ildən fəaliyyətə başlamışdır ki, bu qanunlar da «Ərzaq məhsulları bazarının tənzimlənməsi qanunu», «Heyvandarlıq məhsullarına qiymətlərin stabilləşməsi» qanunu ölkədə hüquqi sənədlər sayılır. Bu sənədlərlə «Ədalətli bağlaşma komissiyası» məşğul olur. Həmin komissiya həyata keçirilən bütün işlərin göstərilən hüquqi normativ əsasında tətbiq olunmasına nəzarət edir ki, komissiyada qanunu pozan subyektlər üzrə məhsuliyyət qaldırmaq hüququna malik olurlar. Lakin bu heç də o demək deyil ki, qiymət tənzimlənməsində tamamilə imtina etmişdir. Ölkədə istehlak məhsullarının 20 faizi dövlət tərəfindən tənzim olunur.

Bir qayda olaraq hökumət borclanmaları pul təklifinin artmasına gətirib çıxarma meyllərinə malikdir. Belə bir şəraitdə bunu aradan qaldırmaq üçün dövlət sektoru vasitələrinə xalis tələbatı (PSNCR) isteqrazların satışı hesabına maliyyələşdirilməlidir. Bank sektoru trəfindən aktiv olaraq alına bilən və pul təklifinin artımına kömək məqsədilə hər bir şəraiti nəzərə almaqla veksellərə qarşı yönəldilmiş və əlavə istiqrazları satmaq üçün hökumət bir daha yüksək faiz dərəcələri təklif edə biləcəklər.

Özəl sektorda faiz dərəcələri üçün sarsıdıcı nəticələrə malik dövlət borcları özəl sektorların borclanmalarını və investisiyalarını sıxışdırmaqla hökumət pul kütləsinin artımını azaldacaq və bununla da maliyyə sıxışdırmalarının effektindən qaçmaq istəsə də müvafiq olaraq PSNCR- in səviyyəsini azaltmalıdır.

İngiltərədə 1980-ci ildə öz yüksək nüfuzunun zirvəsinə çatmış monetaristlər təsdiq edirlər ki, hökumətlə orta müddətli və uzun müddətli pul-kredit strategiyasının mərkəzi hissəsində PSNCR-də ixtisaslar aparılması vacib hesab edilir. Bununla belə, dövlət xərclərinin ixtisarına (vergilərin artırılmasının əksini) səbəb olduğunu görməklə, həm də iqtisadiyyatın ictimai sektoruna nisbətən özəl sektorun payını artırmaq baxımından pul təklifi artımının məhdudlaşdırılması vasitəsilə arzu olunan təkliflər müəyyənləşdirilir. Onu da qeyd etmək lazımdır ki, monetaristlər məhz özəl sektora istehsalın və məşğulluğun uzun müddətli artımının başlıca mənbəyi kimi baxırlar.

Böyük Britaniyada 1980-ci ildə mühafizəkərlərin hökuməti tərəfindən qəbul edilən orta müddətli maliyyə strategiyası məhz İngiltərə hökumətindəki kimi həyata keçirməyə cəhd göstərirlər. Pul kütləsi artımı üçün məqsədli arientirlər müəyyən etməklə o, həm də PSNCR ÜDM-də faizlərlə kontral rəqəmlər verir.

Dünya təcrübəsində pul təklifi üzərində nəzarət aşağıdakı iki yanaşma kimi mövcuddur.

Birinci, bank sistemində likvidlik səviyyəni dəyişdirməklə mərkəzdə kredit yaradılmasına təklif verilir.

İkinci yanaşma isə ehtiyalranın həcminin depozitlərə nisbətən dəyişdirilməsi və bank multiplikatorunun kəmiyyətini dəyişdirməkdən ibarət olur.

Beləliklə, əgər bank multiplikatorunun azaltmaq mümkün olarsa, onda istənilən ehtiyat bazasında kredit həcmini də ixtisar etmək olar.

Beləliklə, bütün sivil ölkələrdə daxili bazarda qiymətlərə nəzarət və səmərəli tənzimləmə həyata keçirilir, bu da müxtəlif ölkələrdə müxtəlif metodlar və vasitələrlə bazar iqtisadiyyatının inkişafına ziyan vurmadan, əksinə ona kömək göstərməklə yerinə yetirilir. Bu baxımdan qiymətlərə dövlət tənzimlənməsinin nə vaxt və hansı metodlarla aparılmasının ən əsas şərti onun həm tarixi, həm də məntiqi ardıcıllıqla nəzərdən keçirilməsinin məqsədəuyğun yerinə yetirilməsi sayılır.(26)

2.3. Azərbaycanda qiymətlərin tənzimlənməsinin dinamikasının müəyyən edən amillərin təhlili

Müasir dövrdə bazrar münasibətləri xalq təsərrüfatının bütün sahələrinə şaxalənmişdir. Bazar iqtisadiyyatının ən mühüm xüsusiyyətlərindən biri də qiymətlərin azad və ya tam olmayan rəqabət şəraitində bazarda tələb və təklif amillərinin təsiri altında formalaşmasıdır. Ölkəmizdə bazar münasibətlərinin qurulması iqtisasdiyyatın hər sahəsinə təsir göstərməklə onların biri-biri ilə qarşılıqlı əlaqəli şəkilldə qiymətəmələgəlməsində aparıcı rol oynamağa başlamışdır. Planlı iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatının daha dinamik xüsusiyyətlərə və amillərə malik olması hər sanə üzrə əsasəndə qeyri-neft sektorunda qiymətlərin formalaşması öz kəskin təsirini göstərmişdir.

Dünya təcrübəsi göstərir ki, monetar siyasət aşağıdakı üç ümumi formalardan birini qəbul edə bilər:


  1. pul təklifinə nəzarət;

  2. faiz dərəcəsinə nəzarət;

  3. bank krediti həcmlərinin rasionallaşdırılması.

Əvvəlcə orta və qısa müddətli perspektivdə pul təklifinə nəzar yetirsək görərik ki, pul təklifi artımının üç mümkün mənbəyi mövcuddur: a)daha az likvidlik əmsalına malik olmağı qərara olan banklar (ola bilsin ki, bu, kreditə olan tələbin artmasına cavab kimi nəzərdə tutulsun), b)ödəniş balansının profisiti;v)bank sektorundan kreditləşmə yolu ilə maliyyələşdirilən dövlət sektorunun borclanması.

Əgər hökumət uzun müddət ərzində pul təklifi artımını məhdudlaşdırılmasını istəyirsə, onda o, nəzəri olaraq üç mənbədən birinə nəzarət etməyə cəhd göstərə bilər. Mərkəzi bank banklar üçün mütləq minimal ehtiyatlar norması tətbiq edə bilər ki, bu da həmin bankların əks halda seçə biləcəkləri səviyyədən yüksəkdir. Bu normativlər müxtəlif formalarda mövcuddurlar. Onlardan ən sadəsi banklardan müəyyən minimal faizi Mərkəzi Bankda nəğd və ya depozitlər şəklində depozitlərin məbləğindən tutmağı tələb edir. Digər hallarda banklardan hər bir konkret növ üzrə müxtəlif likvid aktivləri şəklində müəyyən minimal faiz tutmaq tələb olunur.

Son illər ölkələrin əksəriyyətində minimal ehtiyat tələblərini ya tamamilə dayandırıblar, ya da ki, onların kəmiyyətini aşağı salıblar. Müvafiq olaraq hansı ölkələrdə ki, onları hələ də saxlayıblar, indi onlar keçmişdə olduğuna nisbətən pul ekspansiyası üçün daha az maneə yaradırlar.

Daha yüksək uzunmüddətli faiz dərəcələrindən başqa hökumət daha hansı yolla bankları kreditləşmə həcmlərini artırmaqdan və müvafiq olaraq daha aşağı likvidlik əmsalını yerinə yetirməkdən saxlaya bilər. Bunun üçün pula uzunmüddətli tələbin qarşısı alınmalıdır. Ona görə ki, tələb adətən uzunmüddətli faiz dərəcələrinin yüksək səviyyədə saxlanmasına səbəb olur. Lakin bu tədbir də öz növbəsində valyuta məzənnəsini yuxarı qaldırmaqla firmaların ixrac fəallığını çətinləşdirər.

Mərkəzi bankın pul təklifi üzərində nəzarət etməsi üçün dörd metod mövcuddur. Fərz edək ki, hər bir halda mərkəzi bank pul kütləsini ixtisar etmək istəyir. Əvvəlcə açıq bazarda əməliyyatlar metoduna baxaq. Bu metodlar arasında daha geniş istifadə olunan metoddur. Onlar açıq bazarda mərkəzi bank tərəfindən dövlət qiymətli kağızlarının(istiqraz və ya veksel) alışı və ya satışını göstərirlər. Bu alış və ya satışlar PSNCR-in dəyişməsinə cavab kimi həyata keçirilir və hər şeydən yaxşı, dəyişməz PSNCR-ə konteksdə başa düşülməlidir.

Əgər mərkəzi bank pul kütləsini ixtisar etmək istəyirsə, o daha çox qiymətli kağızlar satmalıdır. İnsanlar bu kağızları əldə etdikləri vaxt onlar öz banklarına yazılış çeklərə görə pul ödəyirlər. Əgər bu hərəkətlər bank ehtiyatlarını onların mümkün səviyyəsindən aşağı salırsa, onda banklar kreditləşməni azaldacaqlar. Kreditin, buna müvafiq olaraq isə pul kütləsinin çoxqat ixtisarı baş verəcəkdir.

Əgər əlavə qiymətli kağızlar veksel sayılırsa və bunlardan bir hissəsi banklar tərəfindən alınacaqsa, onda effekt məhdud olacaqdır. Bir likvid aktivinin ixtisarı(mərkəzi bankın hesablarında qalıqlar) müəyyən dərəcəyə qədər digər likvid aktivinin(veksel) artırılması ilə kompensasiya olunacaqdır. Beləliklə, açıq bazarda əməliyyatlar pul təklifinin ixtisarı baxımından istiqraz bazarında aparıldığı vaxt səmərəli olacaqdır.

Pul təklifi üzərində nəzarətin ikinci metodu mərkəzi bank tərəfindən bankların kreditləşdirilməsinin ixtisarı sayılır. Ölkələrin əksəriyyətində mərkəzi bank banklara əlavə pullar təklif etməyə hazırdırlar(vekselin yenidən uçotu, dövlət kağızlarına malik repo sövdələşmələri və ya birbaşa kreditlər vasitəsilə). Əgər banklar bu üsulla az pul alırlarsa, onda onlar kreditləşməni ixtisar edəcəklər. Az kreditlər veriləcək və pul təklifi geniş mənada azalacaqdır.

Mərkəzi bankdan əlavə pulların alınmasında bankların imkanlarının olub-olmaması aşağıdakılardan asılıdır: a)mərkəzi bank tərəfindən ayrılan vergi dərəcəsindən(daha doğrusu, uçot dərəcəsindən, repo dərəcəsindən və ya kreditə görə dərəcədən); b)onun kredit vermək arzusundan və yaxud qiymətli kağızlar almaq istəyindən.

Uzunmüddətli kreditləşmə banklarına passiv və aktiv xarakterli əməliyyatlar aparmağa icazə verilir. Passiv əməliyyatlar iri müəssisələrə uzunmüddətli kreditlərin verilməsindən, aktiv əməliyyatlar isə əsasən uzunmüddətli borc öhdəliklərinin buraxılışı hesabına resursları formalaşdırmaqdan ibarətdir. Eyni zamanda uzunmüddətli kredit bankları təkrar bazarlarda qiymətli kağızların alqı-satqısının həyata keçirilməsində məhdudlaşırlar.

Bankların etibarlı və sağlam fəaliyyətinin təmin edilməsinə nail olmaq üçün onların zəruri həcmdə resurslara malik olması son dərəcə vacibdir. Etibarlı bank sisteminin formalaşması zəruriliyi isə manatın sabitliyinin təmin olunması, rəsmi qızıl-valyuta ehtiyatlarının azalmasına imkan verilməməsi, bank əmanətçilərinin maraqlarının müdaifə olunması, eləcə də etibarlı hesablaşma sisteminin və kassa xidmətinin təşkili ilə şərtlənir.(16)

Ölkədə pul tədavülü mexanizmini formalaşdırarkən əsas məsələ iqtisadi artımın təmin edilməsi üçün ölkə iqtisadiyyatına nə qədər və hansı pulların lazım olmasını müəyyən etməkdən ibarətdir. Bu zaman pul kütləsi artımının tənzimlənməsinin və maliyyə-pul sisteminin fəaliyyətinin məqsədli istiqamətlərinin seçilməsi əsas xətt kimi götürülməlidir. Son illərin əsas makroiqtisadi göstəricilərinin dinamikasının təhlili göstərir ki, pul kütləsi həcminin iqtisadiyyatın tələbatına uyğunluğu problemini həll etmədən iqtisadi artımın dayanıqlı olması problemini də sona qədər həll etmək mümkün deyildir. Lakin belə bir arqument gətirmək olar ki, əmtəə-pul tarazlığının təmin edilməsi üçün pul kütləsinin həcmi bütün əmtəə və xidmətlərin dəyərinə uyğun olmalıdır, yəni dövriyyədə əmtəə və xidmətlərin dəyəri həcmində pul olmalıdır. Elə bu müddəadan da başlıca paradoks yaranır.

Əgər pul kütləsi qiymətlərin artım sürətinə uyğun nisbətlərdə artırılarsa, onda iqtisadi mexanizm sürətlə hiperinflyasiya spiralına daxil olacaqdır. Lakin dövriyyədəki pulun həcmi artırılmazsa, onda aşağı inflyasiya şəraitində istehsalın uzunmüddətli və dərin tənəzzülü baş verəcəkdir. Təkrar istehsal prosesinin fasiləsizliyini təmin edən pula (əmtəə dəyərinin ekvivalenti kimi) son vaxtlar bir sıra aparıcı iqtisadçılar tərəfindən iqtisadiyyatın əsas tənzimləyicisi funksiyası verildi ki, bunun köməyilə də bazar təsərrüfatının avtomatik fəaliyyəti baş verir. Onu da qeyd edək ki, qərb mütəxəssisləri pulun tərifinə daha konkret yanaşırlar və göstərirlər ki, pulda pul sisteminin işləyə bilmədiyi bir sira xassələrin mövcudluğu məcburidir. Belə ki, ingilis mənbələrində pulun və pul siteminin funkisayalar kimi aşağıdakılar əsas götürülür:


  • alıcılıq qabiliyyətinin daşınması, daha doğrusu, sövdələşmələrin örtülməsi üçün ödənişlərin həyata keçirilməsi;

  • etibarlı dəyər vahidinin təmin edilməsi;

  • təxirəsalınmış ödənişlər standartı.

Pullar əmtəə və xidmətlərin alqısı zamanı öhdəlik ödəməyə imkan verirlər.Bunun üçün də onlar öz alıcılıq qabiliyyətinə görə dayanıqlı olmalıdırlar. Bu dayanıqlıq nəinki sövdələşmənin aparılması anında, həm də gələcəkdə də təmin edilməlidir. Çünki sövdələşmələrin əksəriyyəti əmtəələrin göndərişini və ya onlara görə hesablaşmaları yalnız müəyyən, bəzən kifayət qədər uzun müddətə nəzərdə tuturlar.

Son iki funksiya əmtəə və xidmətlərə pul kütləsi və qiymətlərin əsassız artımı səbəbindən baş verən mümkün inflyasiyaya, pulların dəyərsizləşməsinə və onların alıcılıq qabiliyyətinin aşağı düşməsinə aiddir. Elə buradan da dövriyyədə yerləşən pul kütləsinin həcminə belə bir tələb yaranır: o, bazarda təmsil olunan bütün əmtəə və xidmətlərin tədavül tsiklinin uzunluğuna və təxirəsalınmış istehlak tələbinin həcminə(daha doğrusu, gələcək xərclər üçün nəzərdə tutulan yığılmış pul vəsaitləri) uyğun artırılmış qiymətlərin cəminə bərabər olmalıdır.

Pulun miqdar nəzəriyyəsinə, daha dəqiq desək, mübadilə tənliyinə görə pul kütləsi pulun dövriyyəsi sürətindən asılıdır: bütun digər bərabər şəraitlərdə (qiymətlərin səviyyəsi və ÜDM-in real həcmi) pulun dövriyyə sürəti nə qədər yüksək olarsa, illik ÜDM istehsalına xidmət üçün bir o qədər az pul kütləsi lazım olacaqdır. (18)

Dövriyyə sürəti özündə il ərzində pul kütləsi dövrlərinin sayını əks etdirir və hər bir dövr gəlirlərinin xərclənməsinə xidmət edir. Ona görə də P. Samuelson belə hesab edir ki, pulun dövretmə sürəti gəlirin dövretmə sürətini göstərir. Pulun dövriyyə sürəti maliyyə sistemindəki fasilələrdən, gələcək vərdiş, mülahizə və məqsədlərdən, eləcə də müxtəlif təşkilat növləri və müxtəlif gəlirli əhali qrupları arasında pul kütləsinin bölüşdürülməsindən asılı olaraq dəyişir.

Pulun döriyyə sürəti amillərinin çoxluğu və onların qarşılıqlı asılılığı haqqında iqtisadi ədəbiyyatda coxlu mübahisələrə rast gəlinsə də qeyd etməliyik ki, bu göstəricinin dinamikasına xeyli sayda təkcə obyektiv deyil, həm də subyektiv amillər təsir gostərir. Beynəlxalq müqayisələrdə pulun dövriyyə sürəti müəyyən vaxt, məsələn, il ərzində pul vahidi ilə xidmət göstərilən transaksiyanın miqdarı(daha dəqiq desək, ÜDM vahidinin miqdarı) kimi müəyyən edilir.

2016-cı ildə müdaxilə nəticəsində artan pul kütləsinin inflyasiya yaradan hissəsi notlar vasitəsilə sterilizasiya edilmiş, habelə bank sisteminin qısamüddətli likvidliyinin tənzimlənməsində REPO əməliyyatlarından istifadə edilmişdir. Nəticədə pul bazası 2016-ci ilin 10 ayı ərzində cəmi 14,99 faiz artmışdır ki, bu da 2014-ci ilin müvafiq göstəricisindən 15,9 faiz bəndi azdır.

Respublikamızda pul aqreqatlarının ayrı- ayrı növlərinin dinamikasının təhlili göstərir ki, 2014-ci il və 2016-ci ilin 10 ayı ərzində M3 (M2+SDV depozitləri) və M0(dövriyyədə olan nağd pul) aqreqatları M1(M0+tələb olunanadək depozitlər) və M2(M1+müddətli depozitlər) aqreqatlarına nisbətən daha yüksək templə artmışlar. Belə ki, həmin dövrdə M3 və M0 aqreqatları müvafiq olaraq 9,3 və 5,6 dəfə artmışsa, M1və M2 aqreqatları uyğun olaraq 6,3 və 6,1 dəfə artmışlar. Cədvəl 2.1.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə