Magistratura məRKƏZİ


Azərbaycan Respublikasında pul aqreqatlarının ayrı-ayrı növlərinin dinamikası (manatla və SDV depozitləri ilə)



Yüklə 0,67 Mb.
səhifə4/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
1   2   3   4   5   6   7   8

Azərbaycan Respublikasında pul aqreqatlarının ayrı-ayrı növlərinin dinamikası (manatla və SDV depozitləri ilə)

Pul aqreqatlarının növləri

İLLƏR üzrə, mlrd. Manatla

2014

2015

10-2016

1.M0(dövriyyədə olan nağd pul)

10152,5

4775,9

5742,3

2.M1(M0+tələb olunanadək depozitlər)

12820,4

6897,2

8157,7

3.M2(M1+müddətli depozitlər)

17435,8

8678,3

10679,0

4.M3(M2+SDV depozitləri)

21566,4

21286,9

20122,6

Ümumi qiymət indeksi

100,0

101,2

-

Lakin 2016-ci ilin 10 ayı 2014-cı ilə nisbətən M3- ün artım tempi 4,7 dəfə təşkil etməsinə baxmayaraq, M1 və M2- nin artım templəri (hər ikisi 2,6 dəfə) M0- ın artım tempindən(2,7 dəfə) üstün olmuşlar. Ölkə iqtisadiyyatında aparılan struktur dəyişiklikləri, bank sisteminin və maliyyə investisiyalarının inkişafı monetar ekspansiyanın keyfiyyət parametrlərinə də müsbət təsir göstərmişdir. Təhlil onu göstərir ki, son dövrlərdə ölkədə bank infrastrukturunun sürətli inkişafı qeyri- nağd pul kütləsinin artmasına əlavə stimul yaradan əsas amil kimi çıxış edir. Bu da özünü əsasən aşağıdakılarda ifadə edir:

- mütərəqqi ödəniş sistemlərinin tətbiqi;

- iri və xırda ödənişlər üzrə banklararası elektron hesablaşmalar sisteminin yaradılması;

- plastik kart dövriyyəsinin sürətlə genişlənməsi.

Pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunur ki, pul kütləsinin dəyişimində faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artım bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilmişdir.

2015-cı il və 2014-ci illərdə manatla tələb olunanadək əmanət və depozitlər 1,96 və 1,74 dəfə, müddətli əmanət və depozitlər isə 1,42 və 1,39 dəfə artmışdır. Fikrimizcə, ölkə iqtisadiyyatının hazırkı inkişaf durumunda Azərbaycan hökuməti investisiyaların artırılmasından və tənzimləmə vasitəsi kimi iqtisadiyyatın pul kütləsi ilə təminatının tarazlaşdırılmasından istifadə etməlidir. Beynəlxalq təcrübəyə görə investisiyaların artımı xeyli dərəcədə pul kütləsinin təklifindən asılıdır. (1)

Keçən əsrin 50- ci illərində meydana gələn monetarizm nəzəriyyəsinin nümayəndələri də belə hesab edirlər ki, iqtisadi inkişafı müəyyən edən birinci vasitə puldur. Monitarizmdə pul kütləsinə təsərrüfat konyunkturuna güclü təsir göstərən amil kimi baxırlar. Onların fikirincə, tədavüldə olan pul kütləsi qiymətlərin və milli gəlirin dinamikasına birbaşa uyğun gəlməlidir, onların arasındakı nisbət düz mütənasib asılılığa malikdir.



Təhlil gostərir ki, 2005-2015-ci illərdə ölkəmizdə cari qiymətlərlə ÜDM 7,6 dəfə, məcmu pul kütləsi 5,2 dəfə artmışdır. Onu da qeyd edək ki, pul kütləsinin artımı həm vaxt etibarı ilə, həm də ÜDM- ə nisbətdə çox qeyri-bərabər olmuşdur.

Cədvəl 2.2





2005

2009

2010

2011

2012

2013

2014

2015

1. ÜDM- in artım tempi, keçən ilə nisbətən, %- lə

88,2

111,1

109,9

110,6

111,2

110,2

126,4

101,1

2. Pul kütləsi(M2) keçən ilə nisbətən, %- lə

222,2

116,0

107,8

115,4

128,0

131,9

116,5

112,2

3. Monetizasiya səviyyəsi, %- lə

9,0

7,0

6,0

6,8

7,4

8,2

6,5

6,3

4. Pulun dövretmə sürəti, dəfə

11,1

14,3

16,7

14,7

13,5

12,2

14,9

15,5

Ümumi qiymət indeksi

100,

114,9

116,6

119,9

122,5

130,8

137,8

104,0
2005-2015-ci illərdə Azərbaycan Respublikasında pulla təminatı xarakterizə edən əsas göstəricilərin dinamikası
2.2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, 2005-2015-ci illərdə ÜDM və məcmu pul kütləsi bu iki göstərici arasında müəyyən qədər kənarlaşma yaransa da, onların arasında daha böyük fərq 2010-2013-cü illərdə müşahidə olunmuşdur. Belə ki, pul kütləsinin artım tempi ÜDM- in artım tempindən 2009 - cu ildə 16,8 faiz bəndi, 2013 - cü ildə isə 21,7, 2014-ci ildə 9,9 faiz və 2015-ci ildə isə 10,2 faiz bəndi yüksək olmuşdur. Nəticədə iqtisadi artıma uyğun olaraq monetizasiya səviyyəsi 2008-2013-cü illərdə daha da yüksəlmiş, 2015-ci ildə isə yenidən aşağı düşmüşdür. Belə ki, pul kütləsinin ÜDM- dəki xüsusi çəkisi 2011-ci ildə 2010-ci ilə nisbətən 0,6 faiz bəndi, 2012-ci ildə isə 2011-ci ilə nisbətən 0,8 faiz bəndi artmaqla, 8,2%-ə çatmışdır ki, bu da son yeddi ildə (2003-cü ildən bəri) ən yüksək göstərici hesab edilir. 2009-ci ildə isə bu göstərici azalaraq 6,7%-ə enmişdir. Eyni zamanda 2010-ci ildən 2013-ci ilə kimi pulun dövriyyə sürəti də azalmağa meyl etmişdir ki, bu da iqtisadiyyatın pulla təminatı səviyyəsinin yaxşılaşmasını ifadə edən ən mühüm amillərdən biridir. Belə ki, 2015-ci ildə bu göstərici yenidən artaraq 15,6 dəfə təşkil etmişdir.

AR Milli Bankının hesablamalarına görə, uzunmüddətli investisiya qoyuluşlarının mühüm mənbəyi olan “uzun pulların” cəmi pul kütləsində payı(uzunmüddətli depozitlərin M3- də xüsusi çəkisi) 2013-cü ildə 2012-cı ilə nisbətən 2,5 dəfə artaraq 12,3%- ə, 2015-ci ildə isə 2009-cı ilə nisbətən 1,8 faiz bəndi artaraq 14,2%-ə çatmışdır. Onu da qeyd edək ki, bu proseslərin sürətlənməsinə təsir edən ən mühüm amillərdən biri də tədricən ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşmasıdır. Belə ki, əgər 2013-cü ildə əhalinin nominal pul gəlirləri 14,1%, orta aylıq əmək haqqı 21,5% artmışdırsa, bu göstəricilərin 2015-ci ildə müvafiq olaraq 21,3% və 27,2% təşkil etməsi ölkədə pul kütləsinin yığım bazasının xeyli genişlənməsini təmin etmişdir.

2015-ci ildə isə pul gəlirləri 2014-ci illə müqayisədə 27,0%, orta aylıq əmək haqqı 25,3%, adambaşına düşən pul məbləği isə 25,7% artmışdır. Nəticədə əhalinin pul gəlirlərinin artım sürəti inflyasiyanın səviyyəsini 3,8 dəfə üstələyir. Bu isə o deməkdir ki, 2014-ci ildə əhalinin pul gəlirlərinin real artımı 16% təşkil etmişdir. (24)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 31 may 2005- ci tarixli Fərmanı ilə ölkənin mərkəzi bankına tapşırılmışdır ki, dövriyyədə olan pul kütləsinin həcmini tənzimləmək, qiymətli kağızlar bazarını genişləndirmək və ona məxsus notların satışını artırmaq məqsədilə əlavə tədbirlər keçirsin. Bununla yanaşı, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin müəyyənləşdirilməsi mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin görulməsi, habelə, əhalinin mənzil şəraitini yaxşılaşdırmaq və sərbəst pul kütləsini daşınmaz əmlak bazarına yönəltmək məqsədilə ipoteka kreditinin yaradılması və inkişafı üzrə dövlət proqramının işlənib hazırlanması nəzərdə tutulmuşdur. Bundan əlavə, ölkədə həyata keçirilən alqı-satqi əməliyyatlarında, o cümlədən ticarət şəbəkələrində xarici valyutalarla hesablaşmaların qarşısını almaq məqsədilə hüquqi, inzibati və təşkilati tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi zərurəti əsaslandırılmışdır.

Beləliklə, yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ölkədə iqtisadi artım sürətinin dayanıqlı olmasını təmin etməyin əsası ÜDM- in pul kütləsinin həcminə uyğunluğunun tənzimlənməsindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, dövriyyədəki pul kütləsi həcminin dəyişməsinə ani müddətdə reaksiya verən qiymətlərin nəzarətsiz yüksəlişi şəraitində pulun dövretmə sürətinin nizamlanması tədbirləri yalnız qısamüddətli səmərə verə bilər.

Odur ki, ölkədə pul kütləsinin tənzimlənməsi və dövlətin maliyyə-pul sisteminin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:



  1. Pul tədavülünün normallaşdırılması;

  2. Ölkədaxili qarşılıqlı ödəməmələrin “bağlanması”;

  3. Mərkəzdə və yerlərdə səmərəli və dayanıqlı fəaliyyət göstərən kredit- hesablaşma bazasının yaradılması;

  4. İqtisadiyyatın monetizasiyası;

  5. Maliyyə- pul tədavülü vasitəsilə barterin sıxışdırılması;

  6. Kapitalın dövriyyəsinin normallaşdırılması və iqtisadiyyatda pul dövriyyəsinin sürətinin ləngidilməsi. Bunun üçün əsas amillər ödəməmələrin səviyyəsinin aşağı salınmasından, barterin və pul bədəllərinin sıxışdırılmasından ibarət olmalıdır.

  7. Manat kütləsi üzrə bazar məkanının və ona olan tələbin genişləndirilməsi siyasətinin reallaşdırılması çərçivəsində pul emissiyasının dayanıqlı və taraz artımının təmin edilməsi və mötədil aşağı inflyasiya və pul kütləsi səviyyəsinin aşağı templəri və real müddətləri zamanı istehsal dinamikasına nisbətən tarazlıq iqtisadi artımın qarşıya qoyulmuş strateji məqsədlərinə adekvat nail olmasına köməklik göstərilməsi.

  8. Maliyyə-kredit-pul emissiyasının qabaqcadan baş verməsi mümkünlüyündən istifadə etməklə AR Milli Bankının pul kütləsinə dövriyyə tələbatının ödənilməsi.

  9. Pul kütləsinin və kredit qoyuluşlarının tətbiqi sinxronluğunun əldə edilməsi.

  10. Pul ötürmə sistemi mexanizminin yenidən tənzimlənməsi.

  11. Pul və kredit sahəsində nəzəri işləmələrin fəallaşdırılması, bank sisteminin müasir elmi alətlər əsasında fəaliyyətinin qurulması.

  12. İqtisadiyyatın real sektoruna dövlət investisiyalarının artırılması.

  13. İqtisadi cinayətkarlıqla mübarizənin sərtləşdirilməsi.

  14. Siyasi sabitliyin əldə edilməsi.

  15. Veksel tədavülünün inkişafı və bank sisteminin gələcək təkamülünün, qiymətli kağızlar və fond bazarlarının stimullaşdırılması.

Bütün bunlar nəticə etibarilə dövriyyədən ödəmələri, barter və nağdlaşdırmanı aradan qaldıracaqdır.

Cədvəl 2.3.

Azərbaycan Respublikası üzrə kredit qoyuluşlarının strukturu və inkişaf dinamikası




2000

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

İqtisadiyyata kredit qoyuluşları

466,4

1440.9

2362.7

4681.8

7191,3

8407.5

9163,4

9850,3

12243,7

15422,9

18542,6

21718,0

onlardan:





































qısa müddətli

336,4

913,2

1142

1649.5

2295.9

2360.0

2567.1

2951,2

3508,3

3335,5

3931,4

5300,8

yekuna görə, faizlə

72,0

63,4

48,3

35,2

32,1

28,1

28,0

30,0

28,7

21,6

21,2

24,4

uzun müddətli

130,0

527,7

1220.7

3032.3

4895,4

6 047.5

6596.3

6899,1

8735,4

12087,5

14611,2

16417,2

yekuna görə, faizlə

28,0

36,6

51,7

64,8

67,9

71,9

72,0

70,0

71,3

78,4

78,8

75,6

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə