Magistratura məRKƏZİ



Yüklə 0,67 Mb.
səhifə8/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
1   2   3   4   5   6   7   8

İqtisadi tədqiqatlarda qiymət siyasətinin nəzəri və praktiki məsəllərinə geniş yer verilmişdir. Bu istiqamətdə həm xarici, həm də yerli alimlər tərəfindən tədqiqat işləri apa­rılmışdır. X.Bermanın, S.Smitin, S.Şmidtin, U.F.Şarpın, C.B.Beylinin və başqalarının əsərlərində bu məsələlər araşdırılmışdır. MDB mə­ka­nı­nda iqtisadçı alimlərindən V.D.Adrianov, V.S.Bard, L.A.Boça­rov, İ.A.Buzov, P.Vaxrin, P.L.Vilenson, V.N.Livşits, V.V.Kovalyov, İ.M.Volkov, M.V.Qraçev, B.A.Koltınyuk, R.R.Marenkov, N.A.Novitski, İ.A.Blank, E.K.Txakuşinov, V.V.Şeremet və digərləri öz tədqiqat işlərində investisiya fəaliy­yətilə bağlı mə­sə­lələr geniş yer vermişlər. Azərbaycanda iqtisadçı alimlərdən prof. Z.Məmmədov, Z.Ə.Səmədzadə, A.A. Nadirov,M.Həsənli,prof.M.Əhmədov, X.H.Kazımlı, N.Rzayev, Ə.İ.Bayramov, R.A.Quliyev, T.H.Hüseynov, A.H.Abbasov və başqaları tərəfindən qiymətlərin tənzimlənməsi məsələləri tədqiq edilmişdir.

Qiymətlərin tənzimlənməsi ilə bağlı çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq bir sıra araşdırmalarda qiymətlərin sabitliyinin təmin edilməsi infilyasiya tempinin dəyişkənliy iqtisad elminin mübahisəli və mürəkkəb məsələlərindən biri kimi qalmaqdadır. Belə hal qiymətlər daha çox iqtisa­diy­ya­tın statik tərəfini deyil, dinamik tərəfini əks etdirməsi ilə əlaqədardır. Xüsusilə, öl­kədə qiymət siyasətinin formalaşdırılması və ondan istifadənin nəzəri və prak­tiki məsələləri kifayət qədər öyrə­nil­məyib. Bu baxımdan, Azər­bay­canda qiymətlərin obyektiv və subyektiv qiymətləndirilməsi, ondan istifadə səviyyəsinin artırılması məsə­lə­ləri­nə aid elmi araş­­­­dırmaların aparılmasının mü­hüm əhəmiyyəti vardır.

Beləliklə, ölkədə qeyd edilən probleminin aktuallığı və kifa­yət qədər öyrə­nil­mə­məsi dissertasiya mövzusunun seçilməsini şərtləndir­miş­dir. Dissertasiya işində qiymətlərin formalaşması və onlardan istifadəsinin metodoloji və prak­tiki mə­sə­lə­ləri kom­pleks şəkildə tədqiq edil­mişdir. Bu da yerinə yetirilmiş tədqiqat işinin el­mi yeniliyini müəyyən edən amillərdən biridir.

Dissertasiya işinin məqsədi ölkədə iqtisadi sistemin tarazlı inkişafında və makroiqtisadi sabitliyin təmin olunmasında qiymət amilindən istifadənin zəruriliyinin əsaslandırılmasından və maddi istifadə variantlarının müəyyən edilməsindən ibarətdir. Başlıca vəzifə olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qiymətlərlə digər iqtisadi tənzimləyicilərin qarşılıqlı əlaqələrinin tənzimlənməsi seçilməsidir.

Dissertasiyada qarşıya qoyulmuş məqsəd nəzəri və praktiki cəhətdən konkret vəzifələrin yerinə yetirilməsini nəzərə alır ki, bu da aşağıdakı kimi həyata keçirilir:

- Qloballaşma şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və inkişaf mərhələləri, meyarları və prinsipləri, mexanizmlər və göstəricilər sistemi müəyyənləşdirilmək və dəyərləndirmək;

- İqtisadi tənzimləmədə qiymət amilindən istifadənin zəruri ilkin şərtləri tətqinin konseptual əsasları və ona daim təkamülünü tətbiq etməklə, onların müqayisəli təhlilini müvafiq qanunların uyğunluqları və spesifik cəhətlərini aşkara çıxarmaq;

- Qiymətlərin tənzimlənməsinin dünya təcrübəsi və onların Azərbaycana tətbiqinin imkanları, effektivliyinin təmin edilməsi və qiymətləndirilməsi;

- Azərbaycanda davamlı olaraq iqtisadi inkişafın həyata keçirilməsinin qiymətlərin tənzimlənməsinin mövcud vəziyyətinin təhlili zamanı milli iqtisadi inkişafın amillərinin nəzərə alınması xüsusiyyətlərinin qiymətləndirilməsi;

- Azərbaycanda qiymətlərin dövlət tənzimlənməsində pul-kredit vasitələrindən istifadənin xüsusiyyətləri, spesifik cəhətləri və mexanizmlərini araşdırmaq, onların səmərəli fəaliyyətinin konkret istiqamətlərini müəyyənləşdirmək;

- Müasir dövrdə dövlətin ictimai və dövlət tənzimlənməsinin sosial inkişaf və əhalinin həyat səviyyəsinin təsirinin təhlili və müasir mərhələdə qiymətlərin iqtisadi inkişaf strategiyasının uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müəyyənləşdirilməsi;

- Digər iqtisadi tənzimləyicilərlə qiymətlərin qarşılıqlı əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsi yolları;

- Ölkədə həyata keçirilən makroiqtisadi tənzimləmə sistemində onun yerini müəyyənləşdi

- Qiymətlərin tənzimlənməsində institusional bazası və onun normal fəaliyyətinin təmin edilməsinin normativ-hüquqi qanunverici bazasını reallaşdırmaq;

- Azərbaycanda pul sektoru və bank siyasətinin reallaşma yolları;

-Azərbaycanda qiymətlərin tənzimləmə mexanizminin təkmilləşdirilməsinin əsas istiqamətlərinin və prioritetlərini müəyyənləşdirmək onun yaxın gələcək üçün milli iqtisadiyyatın inkişafına təsirinin makroiqtisadi səviyyədə dəyərləndirmək;

- Milli iqtisadiyyat və onun əsas sektoru üzrə strateji yol xəritəsinin əsas istiqamətlərinin reallaşması baxımından qiymətlərin tənzimləmənin prioritetlərini dəqiqləşdirmək.

Magistr dissertasiya işinin başlıca tədqiqat obyekti müasir dövrdə milli iqtisadiyyatın formalaşması və inkişafının qiymət tənzimlənməsinin konseptual əsaslarını həyata keçirilən məqsədyönlü tədbirlər həyata keçirilməsi, qeyri-neft sahələrində və bütövlükdə regionların tarazlı inkişafı qiymətlərin tənzimlənməsi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə istifadə edilməsində əməli problemlərinin GİZİT təhlilini aparmaq, dəyərləndirmək, ümumi qanunauyğunluqları müəyyənləşdirmək, xüsusiyyətləri aşkara çıxarmaq və bütünlükdə bu prosesin təkmilləşdirilməsi ilə bağlı konkret təklif və tövsiyyələr verməkdən ibarətdir.

Tədqiqatın obyekti respublikanın mövcud qanunvericilik və beynəlxalq standartlar üzrə dinamik inkişaf edən milli iqtisadiyyatıdır. Azərbaycan Respublikasında qiymətlərin tənzimləmə sisteminin təşkili, milli iqtisadiyyatın inkişafının bu tənzimləmə sisteminin çatışmamazlıqlarını, üstünlüklərini müəyyənləşdirmək, qloballaşma proseslərinin qiymət tənzimləmə sisteminin xarakterindən meydana çıxartdığı xüsusiyyətlər.

Tədqiqat işi müasir dövrdə Azərbayjanda qiymət tənzimləmə mexanizminin formalaşmasının konseptual əsasları, dünya təjrübəsi və milli reallıqlar nəzərə alınaraq iqtisadi tənzimləmədə qiymətlərdən istifadə sferaları və hədləri müəyyən edilmişdir. Dissertasi işində makrotənzimləmənin başlıja yolları, reallaşma mexanizmləri aşkarlanır, ümumi qanunauyğunluqlar, habelə qiymət tənzimləməsinin milli iqtisadiyyatın inkişafında müsbət və neqativ təsirləri dəyərləndirilərək vurğulanır. Bu baxımdan tədqiqatın elmi yeniliyi xarici təcrübədə sınaqdan keçirilmiş optimal tənzimləmə metod və qaydalarının milli iqtisadiyyatda tətbiqi variantlarının müəyyən edilməklə, aşağıdakılar aid etmək olar:

-qiymətlərin tənzimlənməsinin mahiyyəti və inkişaf mərhələləri meyarları, prinsipləri, mexanizmləri və göstəricilər sistemini müəyyənləşdirilmiş və dəyərləndirilmişdir;



  • qiymət amilini zəruri ilkin şərtləri tədqiqinin kоnseptual əsasları və оna dair baxışların təkamülünü tədqiq olunmuş, оnların müqayisəli təhlilini verməklə müvafiq qanunau yğunluqları və spesifik cəhətləri aşkara çıxarılmış;

  • qiymətlərin dövlət tənzimlənməsində pul-kredit vasitələritndən istifadənin xüsusiyyətləri, spesifik cəhətləri və mexanizmlərini araşdırılmış, оnun səmərəli fəaliyyətinin kоnkret istiqamətləri verilmişdi;

  • qiymətlərin ictimai və dövlət tənzimlənməsinin sosial inkışaf və əhalinin həyat səviyyəsinə təsiri təhlil olunaraq qiymətlər sisteminin iqtisadi inkişaf strategiyasının uyğunlaşdırılması istiqamətlərini məyyənləşdirilmiş və digər iqtisadi tənzimləyicilərlə qiymətlərin qarşılıqlı əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsi yolları açıqlanmışdır.

Azərbaycanda son illərdə iqtisadiyyatın və pul-kredit sisteminin yüksək dollarlaşma dərəcəsi nəzərə alınaraq makroiqtisadi səviyyədə milli valyutanın dönərliliyinin artırılması ilə bağlı konkret təkliflər irəli sürülməlidir. Yaxın gələcək üçün ölkəmizdə müəyyənləşdirilən makroiqtisadi tənzimlənmə siyasətinin dəyişən şərait, tələb və habelə «Milli iqtisadiyyat və onun əsas sektorlarında inkişafın strateji yol xəritəsinin əsas istiqamətləri»nin güclü, zəif tərəflərinin, onun real imkanlarının və mövcud ola biləcək təhlükələrin müəyyən edilməsi, metodologiyasını, paradiqmasını, prioritetlərinə uyğun olaraq səmərəli monetar siyasət həyata keçirmək üçün onun normativ-hüquqi bazası təkmilləşdirilməlidir.

Magistr dissertasiya işinin əməli əhəmiyyəti ondan ibarətdir ki, orada aşkara çıxarılan ümumiqanunauyğunluqlar, xüsusiyyətlər, əldə olunan nəticələr və aparılan tədqiqata uyğun olaraq irəli sürülən təklif və nəticələr ölkəmizdə qiymət siyasətin təkmilləşdirilməsi ilə bağlı hazırlanan konsepsiyalarda və məqsədli proqramlarda istifadə oluna bilər.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə