«magistratura mərkəzi»


ÜFÜRMƏ ÜSULU İLƏ İSTEHSAL OLUNAN ŞÜŞƏ QABLARIN KEYFİYYƏTƏ TƏSİRİ



Yüklə 397,1 Kb.
səhifə2/5
tarix30.12.2017
ölçüsü397,1 Kb.
#18746
1   2   3   4   5

1.3. ÜFÜRMƏ ÜSULU İLƏ İSTEHSAL OLUNAN ŞÜŞƏ QABLARIN KEYFİYYƏTƏ TƏSİRİ
Üfürmə qablarının naxışı. Üfürmə qablar həm istehsal prosesində, həm də hazır olduqdan və kənarı və dibi emaldan çıxdıqdan sonra naxışlanır.

İstehsal prosesindəki naxışların ən çox yayılmış növləri əlvan qatlı şüşədən, dolaşıq yaxud sarınmış saplardan, “mərmər” naxışından, daxili spiraldan ibarətdir. Hazır olan üfürmə məmulat tutqun lent yaxud tutqun naxış dekorativ yonma, həkkaş naxış, aşındırma naxışı, boyaq naxışı və digər üsullarla bəzədilir [28].

Əlvan qatlı şüşə bir neçə daha çox qat şüşədən olur; bu qatlar ağ və müəyyən rənglərə boyanmış olur. Belə şüşə hazırlamaq üçün qabaqca şəffaf şüşə kütləsindən məmulatın bankası üfürülür və sonra bu bankanın üstünə nazik rəngli material material hamısı birlikdə emal edilir. Bankanın üzərinə rəngli şüşə əlavə edilməsi əməliyyatı müxtəlif üsullarda aparılır [29,30].

Dolaşıq yaxud sarınmış sap naxışlı məmulatın gövdəsindəki qabarıq torlardan (dolaşıq sap), yaxud da rəngli şüşənin nazik tellərindən əmələ gətirilən spirallardan (sarınmış sap) ibarətdir. Belə məmulat hazırlamaq üçün, çox zaman əlvan şüşə kütləsindən nisbətən nazik bir sap rəngsiz bankaya yaxud rəngsiz məmulata sarınır [45,47].

Daxili spiral formalı məmulat çox mürəkkəb metodlarla hazırlanır. Burada nazik şüşə çöpləri (adətən rəngli) xüsusi qəlibin divarlarına düzülür və sonra həmin qəlibə şəffaf şüşədən banka salınır; qəlibin divarlarına düzülmüş şüşə çöpləri əriyib bankaya yapışandan sonra həmin banka qəlibdən çıxarılır və tutqac ilə tutulub öz oxu ətrafında fırlanır; bunun nəticəsində şüşə çöpləri spiral şəklini alır; axırda da bankanın üstünə peçdən rəngsiz şüşə kütləsi bulaşdırırlıb üfürülür və şüşə şəklinə salınır [32,33].

“Mərmər” forma iki qatdan ibarət (ağ süd rəngində və rəngsiz şəffaf) olur; bu və qatların arasına müxtəlif formada əlvan şüşə qırıntıları tökülür. Mərmər formalı şüşə əldə edilməsi ağ rəngli bankanın üstünə döyülmüş əlvan şüşə qırıntıları səpilir və sonra üzərinə peçdən rəngsiz şüşə kütləsi bulaşdırılıb qəlibdə emal edilir [34,35].

Son zamanlar sənayedə üfürmə prosesində sulfid şüşəsi deyilən yeni qab bəzəyi tətbiq edilməyə başlanmışdır. Bu bəzəyin əmələ gətirilməsi üçün şüşə kütləsinin tərkibinə sink sulfidi vurulur və nəticədə o, rəngbərəng çalır [36].

Tutqun lent naxışı məmulatın gövdəsini əhatə edən tutqun zolaqlardan ibarətdir. Tutqun lent naxışı vurmaq üçün şüşə xüsusi dəzgahda yerləşdirilir və iti fırlandırılaraq ona polad lövhəciyi toxundurulur. Həmin lövhəciyin altına isə qızmasın deyə, daima qum və sudan ibarət horra verilir. Burada qum şüşənin üstünə səpələnir və polad plastinkanın eni qədər məmulatın səthində tutqun zolaqlar salır [30].

Dekorativ yonma – naxışında məmulat iti fırlana müxtəlif profilli yonucu təkərə yapışdırırlır və təkərə isə daima su tökülür. Bu təkərlər şüşənin üst qatını kəsir və nəticədə müxtəlif formada və ölçüdə tillər əmələ gəlir. Şəffaf olsun deyə tillər narın yonucu materiallar vasitəsilə pardaxlanır [33].

Tillərin xarakterindən və mürəkkəblik dərəcəsindən asılı olaraq dekorativ yonma naxışı sadə yaxud ümumi, nömrəli, almas və şayba (enli) naxışlarına bölünür [22].

Sadə yaxud ümumi yonma naxışı dağınıq girdə yaxud oval oyuqlardan ibarət olur; bu naxışlar bir, iki və bəzən də üç sıra düzülür.

Nömrəli yonma naxışı ona deyilir ki, müxtəlif formalı oymalar, necə bir qayda olaraq nicbətən sadə yaraşıq (gül naxışı, vinyetka və s.) təşkil edir. Bəzi hallarda nömrəli yonma naxışı pardaxlanmayaraq tutqun saxlanır [20].

Almas naxışı (almas tipli) müxtəlif və çox zaman şüa dəstəsinə yaxud ulduza bənzər dərin novçalardan ibarət olur. bu naxışlar pardaxlanıb şəffaf hala gətirilir. Bu naxışların mürəkkəbliyi çox müxtəlif olur, ona görə də almas naxışının növləri bir neçə qrupa bölünür. Məsələn 093-01 №-li preskurant üzrə 15 qrup almas naxışı nəzərdə tutulmuşdur [19].

Büllur şüşədən olan qablarda almas naxışından, habelə əlvan qatlı şüşədəki yonmalardan əlvan qatları kəsəndə xüsusilə xoş yaraşıq törənir və rəngli fonda naxış şəffaf görünür [17].

Şayba naxışı məmulatın uzunu boyu yerləşən və tam şəffaf olunca pardaxlanan enli tillərə deyilir.

Belə tillərin yaradılması üçün məmulatın səthi şaybalar vasitəsilə yonulur. Işin bir qədər sadələşdirilməsi üçün burada məmulat fırlanmadan içəri tərəfində uzunasına tilləri olan qəlibdə üfürülür [15].

Həkkaş naxışı fırlanan mis disklər vasitəsilə məmulatın üzərinə vurulur; həmin disklərə isə xüsusi yonucu pasta sürtülür. Həkkaş naxışları, adətən tutqun olur, lakin ayrı-ayrı hallarda pardaxlanır. Həkkaş naxışları çox hallarda nəbatat motivlərinə aid edilir. Həkkaş naxışı mürəkkəblik dərəcəsinə görə qruplara bölünür və qruplar qiymət etibarilə almas naxışının müvafiq qruplarına bərabərləşdirilir. Həkkaş naxışı qab-qacağı bəzəmək üçün həm müstəqil, həm də almas naxışı ilə birlikdə tətbiq edilir [23,24].

Aşındırma naxışı məmulatın üzərinə fluorid turşusu vasitəsilə vurulur; həmin turşu şüşəni əritmək qabiliyyətinə malikdir. Şüşə qablara üç növ aşındırma naxışı vurula bilər; bunlar sadə (qilyoşir) pantoqraf və dərin (bədii) aşındırma naxışlarından ibarətdir [47].

Sadə aşındırmada qabaqca məmulatın üzərinə mum və parafindən ibarət nazik qat mastika sürtülür, sonra isə həmin mastika xüsusi (qilyoşir) maşınında iynələr vasitəsilə şüşənin üstü açılanadək cızılır. Bundan sonra məmulat bir neçə dəqiqə fluorid turşusundan ibarət aşındırıcı maye içərisinə salınır. Fluorid turşusu mum mastikasına təsir yetirə bilmədiyi üçün, məmulatın üzərində yalnız iynə vasitəsilə cızılıb mastikadan azad edilmiş yerlərdə naxış düşür. Aşındırmadan sonra məmulat suda yuyulub turşu qalığından və ən sonra da qaynar suya salınıb mastikadan azad edilir. Belə naxışıar nisbətən sadə olur, çünki cızan dəzgah mürəkkəb naxış yarada bilmir [17,19].

Pantoqraf aşındırması (dəzgahın adı) qilyoşir aşındırmasından öz daha mürəkkəb naxışlar ilə fərqlənir. Bu üsulda nazik divarlı məmulatın çox mürəkkəb naxışlarla bəzədilməsi mümkün olur. Halbuki almas naxışı üçün məmulatın divarları qalın olmalıdır.

Dərin (bədii) aşındırma şəffaf qatlı şüşələrdə tətbiq edilir. Burada şüşənin üzərində fırça vasitəsilə aşındırılası olmayan yerlərə mastika sürtülür, sonra məmulat flüorid turşusu içərisinə salınır. Sonda şüşənin mastika sürtülməmiş yerləri yenilənir və məmulatın üzərində qabarıq izlər qalır. Forma bir dəfədə deyil hissə-hissə vurulursa, məmulat hər mastika sürtüldükdən sonra xüsusi məhlula salınır və beləliklə də şəffaf qatlı məmulatın bəzi sahələrində bəzi qalınlıq çıxır. Bundan başqa belə naxış nəticəsində məmulatda pər-pər çalmaq xassəsi əmələ gəlir [9,11].

Boyaq naxışı məmulatın üzərinə əl vasitəsilə vurulur. Silikat boyaqları skipidar yaxud digər asanlıqla buxarlanan maye içərisində əridilmiş metal oksidlərilə flüs qatışığından yaxud da narın döyülmüş tezəriyən əlvan şüşədən ibarətdir. Boyağın möhkəmlənməsi üçün məmulat xüsusi peçlərdə 600 dərəcəyə yaxın temperaturda bişirilir. Bu bişmə nəticəsində zəng əriyib möhkəm surətdə məmulatın üstünə yapışır [10].

Yuxarıda göstərilən üsullardan başqa üfürmə qablar naxışlananda son zamanlar çini-kaşı qablarında olduğu kimi qızılı bəzək (gövdəsində zolaqlar şəklində, peçət, dekol və foto-naxış bəzəkləri) tətbiq edilir [6].

Presləmə qabların naxışlanması. Presləmə qablar nisbətən az hallarda xüsusi forma əməliyyatından keçirilir. Qeyd etdiyimiz kimi presləmə şüşənin səthinə presləmə prosesi əsasında müxtəlif tellər və naxışlar vurulur; xırda kələ-kötürlüklər isə məmulatın od vasitəsilə pardaxlanması yolu ilə rədd edilir [1].

Presləmə şüşənin ən çox yayılmış forma üsulları yonma və aşındırma formalarından ibarətdir.

Çay və şərab stəkanları çox zaman başdan-başa yonulur (sonra pardaxlamaq şərtilə) və beləliklə də şayba naxışlı üfürmə stəkanlara bənzədilir. Duzqabı, salatqabı, külqabı və bıçaqaltlıqlar da habelə yonma emalından keçirilir [3].

Iri nimçə, boşqab, nimçə, qənddan, gül vazı və sair bu kimi məmulatın ancaq dibi, kənarları və ayaqları yonma emalından keçirilir, yəni belə hallarda qismən yonma emalı tətbiq edilir [7].

Presləmə salatqabı, gül vazı və sair belə məmulatın bütün səthinə yaxud da ayrı-ayrı sahələrinə aşındırma naxışı vurulur.

Qab naxışlarının nömrələnməsi. Üfürmə qablarda hər naxışın özünə məxsus şərti nömrəsi vardır. Çox zaman həmin nömrənin yüzlük rəqəmi məmulatın naxışının qrupunu xarakterizə edir. Məsələn 093-01 №-li preyskurant üzrə 100 №-li (tutqun lenta), 101-109 №-li (nömrəli yonma), 110-114 №-li aşındırma naxışlar 1-cı qrupa, 200-221 №-li naxışlar isə 2-ci qrupa aid sayılır və s [47].

Müxtəlif növ naxışlı qabların qiymətləndirilməsi. Qabların və birinci növbədə üfürmə qabların qiyməti başlıca olaraq, naxış növündən asılıdır. Bunu qeyd etmək kifayətdir ki, birinci qrup mürəkkəblikdə olan 093-01 №-li preyskurant üzrə almas naxışlı üfürmə çay stəkanı hamar stəkandan təxminən bir yarım dəfə, 7-ci qrup mürəkkəblikdə olan almas naxışlı üfürmə çay stəkanı isə təxminən 9 dəfə bahadır. Xüsusi naxış emalından, məsələn yonma naxış emalından keçirilən presləmə qabların da qiyməti xeyli yüksəkdir [37,38].

II FƏSİL

2.1. ŞÜŞƏ QABLARIN ÇEŞİD EKSPERTİZASI

Təyinatına görə şüşə qablar təsərrüfat qablarına və aşxana (sortlu) qablarına bölünür.



Təsərrüfat qabları. Məhsul saxlanılması və hazırlanması üçün tətbiq edilən qablar təsərrüfat qabları qrupuna daxil edilir. Bu qabların çeşidi nisbətən məhduddur [22,24].

Təsərrüfat qabları yeyinti məhsul saxlanan qablara və xörək bişirilən mətbəx qablarına bölünür.



Yeyinti məhsul saxlanan qablar. Bu qablar adi tərkibli rəngsiz şüşə kütləsindən üfürmə vasitəsilə istehsal edilir. Bu qabların üstünə naxış vurulmur. Adi şüşədən olan qabların əsas çeşidi mürəbbə və turşu bankasından, süd bankasından (krınka), qapaqlı şüşə boçkacıqdan və kvas butılkasından ibarətdir.

Mürəbbə bankası silindrik formada və yuxarısı boğulmuş olur. bankanın ağızı həmin boğulmuş yerdən iplə bağlanır; ip bağlanan yerə “brılo” deyilir; “brılo” sapı sürüşməyə qoymur. Mürəbbə bankası 1-dən 6 kiloqrama qədər tutumda olur [39,42].

Turşü bankasının yuxarısı bir qədər dar olur; həmin dar yer məhsulu üzə çıxmağa qoymur və bununla da onu xarab olmaqdan mühafizə edir. Turşu bankalarının standart tutumu 6 və 8 litrdir [40].

Krınka süd üçün tətbiq edilir; bu qabın boğazı azacıq daraldılmış və tutumu isə 1,0; 1,5; 1,8; 2,4 və 3,0 litr olur.

Qapaqlı boçkacıq çox zaman mağazalarda tətbiq olunur; bunlarda bal, xama və sair məhsul saxlanır və bunların tutumu 3, 6 və 12 litr təşkil edir.

Kvas butılkaları ağzının daha geniş olması və tutumu ilə adi butılkalardan fərqlənir; kvas butılkalarının tutumu 2, 3, 4, 6 və 8 l. təşkil edir. Bu qrup qablarda evdə məhsul konservləşdirilməsi üçün qab, termoslar və termos kolbaları da daxil edilir [25,29].



Xörək bişirilən mətbəx qabları. Bu qabların xüsusiyyəti ondan ibarətdir ki, bunlar xörək saxlanan qablardan daha yaxşı temperatur tərəddüdlərinə dözür və mexaniki cəhətdən daha davamlı olur. Həmin xassələr nəticəsində bu qablar qızdırıcı cihazlar üzərində xörək bişirilməsi üçün tətbiq edilə bilər. Bu qablar xüsusi tərkibli şüşədən presləmə vasitəsilə hazırlanır və ona lazımi xassələr verilməsi üçün sulama deyilən müəyyən emaldan keçirilir; sulama emalı məmulatın bütünlüklə birdən soyudulmasına deyilir [32,34].

Odadavamlı qab çeşidinə aşağıdakı məmulat daxil olur;

Qapaqlı qazan; bunun iki qulpu olur və tutumu isə 500-dən 3000 sm2-dək təşkil edir;

Girdə tava; bunun diametri 160-dan 185 mm-dək olur;

Girdə, oval və düzbucaq formalı qızartma qabları; bunların tutumu 250-dən 3000 sm2-dək olur [36,37].

Aşxana (sortlu) qabları. Aşxana qabları bir sıra əlamətlərə, yəni şüşə kütləsinin tərkibinə, istehsal üsuluna, növünə, fasonuna, ölçüsünə və naxış üsuluna görə bir-birindən fərqlənir [38].

Şüşə kütləsinin xarakterinə görə qablar adi rəngsiz, əlvan və büllur şüşədən olur.

Adi rəngsiz şüşə rəngsiz natrium-kalsium və natrium-kalsium-kalsium şüşələrinə deyilir. Bu şüşə xeyli şəffaf və parlaq olmaqla aşxana qabları istehsalında hamıdan çox tətbiq edilir [39,40].

Əlvan şüşələr ya öz rənginə görə yaxud da şixtasına vurulan boya maddəsinin adına görə göstərilir.

Preyskurant üzrə aşağıdakı növlərdə əlvan şüşələr nəzərdə tutulur:


  1. kobalt (lacivərd) rəngi;

  2. uran (yaşıltəhər-sarı) rəngi;

  3. rubin (qırmızı) rəngi;

  4. pozalin (çəhrayı) rəngi;

  5. yaşıl bənövşəyi rəngi;

  6. koral (açıq qırmızı) rəngi;

  7. firuzə (mavi-göy) rəngi;

  8. sarı rəng;

  9. sapfir rəng;

  10. zümrüd (tünd yaşıl) rəngi;

  11. topaz (tüstü) rəngi;

  12. marblit (qara) rəngi;

  13. süd rəngi;

  14. malaxit rəngi.

Əlvan şüşədən istehsal edilən bəzi məmulat aşağıdakılardır:



  1. Zümrüd rəngli məmulat

  2. Rubin rəngli məmulat

  3. Koral rəngli məmulat

  4. Kobalt rəngli məmulat

  5. Sapfir rəngli məmulat

  6. Pozalin rəngli məmulat

  7. Firuzə rəngli məmulat

  8. Malaxit rəngli məmulat

Kalium-qurğuşun şüşələrinə büllur deyilir. Büllur məmulat öz xüsusi parıltısı, tillərinin pər-pər çalması və boş olan məmulatın kənarına toxunduqda uzun cingilti verməsilə xarakterizə edilir [11, 22].

Istehsal üsuluna görə aşxana qabları üfürmə, presləmə və presləmə-üfürmə qruplarına bölünür.

Növünə görə aşxana qabları çox müxtəlif olur, bura stəkanlar, nəlbəkilər, qrafinlər, dolçalar, süd qabları, vazlar və sair qablar daxil edilir. Bunların xarakteristikası aşağıda dərc olunur [47].

Fason cəhətcə də qablar çox müxtəlifdir. Qabların fasonu konstruksiyasından və ya formasından müəyyənləşdirilir. Məsələn, konstruksiyasına görə qrafinlər qulplu, qulpsuz, ayaqlı və ayaqsız, formasına görə isə kürə, oval, konus və sair fasonlarda olur [15].

Qabın ölçüsü tutumuna görə (stəkan, qrafin, dolça və s.), diametrinə görə (boşqab, nəlbəki və sair yastı məmulat), ucalığına görə (gül vazaları) və bəzən də həm diametr, həm də ucalığına görə (gül vazaları, mürəbbə vazaları və s.) göstərilir [6,7].

Naxış üsuluna görə qablar ya hamar olur, yaxud da qablarda dolaşıq sap, daxili spiral, mərmər naxışı, aşındırma və sair naxışlar olur.

Stəkan. Stəkan ən çox yayılmış şüşə qab növlərindən biridir; stəkan ya üfürmə və yaxud da presləmə üsulu ilə istehsal edilir [9].

Üfürmə stəkanlar təyinat cəhətcə çay və şərab üçün, su üçün və yol üçün istehsal edilir.

Çay stəkanları silindrik formada olur və tutumu 250 sm3 təşkil edir; çay stəkanı, necə bir qayda olaraq rəngsiz şüşədən hazırlanır və buna müxtəlif naxışlar vurulur.

Şərab stəkanları müxtəlif formalarda (silindrik, konusvari, fiqurlu, qalındib və i.a) olur. Silindrik stəkanların tutumu , adətən 35, 50, 75 və 100 sm3 təşkil edir. Çay stəkanlarından fərqli olaraq bunlar nəinki təkcə rəngsiz şüşədən, hətta əlvan şüşədən də hazırlanır [3,4].

Konusvari stəkanlar 100-dən 250 sm3-a qədər tutumda olur. Şərab üçün 100 və 125 sm3 tutumlu stəkanlardan istifadə olunur.

Qalındib stəkanlar müxtəlif formada, müxtəlif ölçüdə və müxtəlif təyinat üçün olur. Tutumu 30-35 və 50 sm3 olan stəkanlar tünd spirtli içki üçün buraxılır və araq priborlarının tərkibinə daxil edilir. Tutumu 75, 100 və 125 sm3 olan stəkanlar şərab üçündür; su üçün isə 200-250 sm3 tutumlu konusvari stəkanlardan, habelə 200, 250 və 300 sm3 tutumlu qalındib stəkanlardan istifadə edilir [6,7].

Yol stəkanlarının forması yastı, divarları qalın, tutumu isə 100-150 sm3 olur.

Presləmə stəkanlar təyinatına görə çay, şərab və mineral suyu stəkanlarına ayrılır [8,9].

Çay stəkanları yuxarıya doğru bir qədər gen olur və bunlarda necə bir qayda olaraq uzununa tillər yaradılır. Çay stəkanları 200 sm3 tutumluqda buraxılır; bunların bir hissəsinə şayba vurulur [9,10].

Şərab stəkanları (qədəhlər) silindrik və konusvari formada olmaqla öz az tutumu ilə çay stəkanlarından fərqlənir; bunlar 50-100 sm3 tutumluqda buraxılır, bu stəkanların bir hissəsi şayba naxışı ilə yonulur [21,22].

Mədən suyu stəkanları qalın divarlı olur və 200, 250 və 300 sm3 tutumluqda buraxılır.

Nəlbəki az yayılmış şüşə qab növüdür; nəlbəkilər ya üfürmə yaxud da presləmə üsulunda istehsal edilir.

Üfürmə nəlbəkilər təyinatına görə çay nəlbəkisinə (diametri 130mm) və mürəbbə nəlbəkisinə (diametri 90-100 mm) bölünür [4].

Çay nəlbəkisi adətən rəngsiz şüşədən, mürəbbə nəlbəkisi isə həm rəngsiz, həm də rəngli şüşədən hazırlanır. Presləmə nəlbəkilər də üfürmə nəlbəkilər kimi çay nəlbəkisinə (diametri 130 mm) və mürəbbə nəlbəkisinə (diametri 90-100 mm) ayrılır. Çay nəlbəkisi rəngsiz şüşədən, mürəbbə nəlbəkisi isə həm rəngsiz, həm də rəngli şüşədən istehsal edilir [43,44].

Qənddan həm üfürmə, həm də presləmə üsulunda istehsal edilir.

Üfürmə qənddanlar həmişə qapaqlı olur və müxtəlif fasonlarda (girdə, konusvarı, fiqurlu) buraxılır. Bunlar kimsəsiz yaxud da nimçəli və habelə müxtılif naxışlarda olur. Qənddanın tutumu 250-600 sm3 təşkil edir. Qənddanların bir hissəsi metal qapaqlı və metal çərçivəli buraxılır [41].

Presləmə qənddanlar iki növdə istehsal edilir; bunların biri ayaqsız və qapaqlı və ikincisi isə ayaqlı və qapaqsız olur. Ayaqsız və qapaqlı qənddanlar müxtəlif formada və ölçüdə buraxılır ki, bu da diametrinə və ucalığına görə göstərilir. Ayaqlı qənddanlar açıq xırda vazlara bənzəyir. Bunların ölçüsü yuxarı hissəsinin diametrinə və ucalığına görə göstərilir. Presləmə qənddanların çoxusu rəngli şüşədən hazırlanır. [45]

Yağ qabları da qənddan kimi həm üfürmə, həm də presləmə üsulunda istehsal edilə bilər.

Üfürmə yağ qabları iki əsas növdə istehsal edilir; bunların biri yanı çıxıntılı və qapaqlı, ikincisi isə altı boşqablı və qapaqlı olur. Altı boşqablı yağ qabları qapağının forması ilə bir-birindən fəqrlənir. Yağ qabları 250-500 sm3 tutumluqda buraxılır [45,46].

Presləmə üsulda istehsal edilən yağ qabları üfürülmüş yağ qabları kimi həm ağzı qapaqlı və həm də altı boşqablı olur. Yağ qablarının ölçüsü, diametri və ucalığı (mm) ilə göstərilir [44].

Qrafinlər həm üfürmə, həm də presləmə-üfürmə üsulda istehsal edilə bilər. Təyinatına görə qrafinlər su qrafinlərinə və şərab qrafinlərinə bölünür.

Su qrafini çox zaman konus formasında istehsal edilir; bunların boğazı dar və tıxaclı olur. Su qrafini 1500-2000 sm3 tutumlarda olur [17].

Xüsusi qrafin növünü təşkil edən tıxacsız (gecə qrafini) və tutumu 500 sm3 olan qrafindir; bu qrafinə tıxac əvəzinə stəkan əlavə edilir və həmin stəkan qrafinin boğazına geydirilir [26,27].

Şərab qrafinləri forma və ölçü cəhətcə çox müxtəlif olur. Gövdəsinin formasına görə bunlar kürə, oval, rombik, konusvarı, cüt konuslu və sıxlaşmış kürə formasında olur [28].

Kürə formasında olan qrafinlər ya altə nimçəli yaxud da nimçəsiz istehsal edilir; bunlar ya qulplu ya da qulpsuz olur.

Oval formalı qrafinlər altı nimçəsiz, ayaqlı, qulpsuz və qulplu buraxılır. Konusvarı, rombik və digər fasonlarda olan qrafinlərin adətən qulpu olmur.

Şərab qrafinləri 250-350, 400-500, 600-800, 1000-1200 və 1500 sm3 (büllur) tutumluqda buraxılır [24].

Tutumu 250 və 400 sm3 olan kürə formalı yonma tıxaclı qrafinlərə rom qrafini deyilir.

Dolçalar – adətən qapaqlı üfürmə məmulatdır. Formasına görə dolçalar kürə formasında, konusvarı və fasonlu olur.

Kürəvarı və konusvarı dolçalar nimçəli və nimçəsiz, nimçəli və ayaqlı olur.

Dolçaların tutumu 800-dən 2750 sm3-ə qədər olur. [42]

Ən çox rast gələn tutumu 1200-1500 və 1750-2000 sm3 olan dolçalardır. Fasonlu dolçaların bir hissəsi qapaqsız, boğazı dar və 1500-1750 sm3 tutumda buraxılır [31].

Dolçalar ya rəngsiz yaxud da rəngli şüşədən hazırlanır və üzərinə müxtəlif naxışlar vurulur.

Suddanlar qapaqsız xırda dolça deməkdir; bunlar üfürmə və presləmə üsulda istehsal edilir [17,18].

Üfürmə suddanların gövdəsi müxtəlif formalarda, yəni silindrik, armudvarı, aşağısı kürə formasında və kəsik konus formasında buraxılır. Dolçaların tutumu 350-750 sm3 təşkil edir [2,3].

Presləmə suddanlar üfürmə suddanlardan az yayılmışdır; bunlar 100-dən 190 sm3-dək tutumluqda buraxılır.

Fujer üfürmə məmulat olub iri rumkaya oxşayır. Fujerlərin tutumu 200-250 sm3 olur; bunlar əsasən, alkoqolsuz və zəif alkoqollu içkilər üçün buraxılır. Fujerlər yuxarısının formasına (konusvarı, boçkavarı), ayağının formasına (düz, sütunvarı, tilli və s.) və naxış xarakterinə görə (yonulmamış, yonulmuş) bir-birindən fərqlənir [11,14].

Bokal və bokalcıqlar fujer kimi üfürmə məmulat olmaqla yuxarı hissəsinin uzunsovluğu ilə fərqlənir. Bokalların tutumu 100-dən 150 sm3-dək olur; bunlar başlıca olaraq köpüklü şərablar üçündür. Buynuz formalı bokalın divarları qalın, tutumu isə 200-250 sm3 olur. Bokalcıqlar xırda, yəni 25 sm3 tutumda buraxılır və əksəriyyətlə likor üçün tətbiq edilir [24,28].

Bokallar və bokalcıqlar da fujerlər kimi yuxarı hissəsinin formasına, ayağının formasına və naxış xarakterinə görə növlərə bölünür.

Rumkalar fujerlərdən, bokallardan və bokalcıqlardan fərqli olaraq həm üfürmə həm də presləmə üsulda hazırlanır. [32,33]

Üfürmə rumkaların yuxarısı müxtəlif formalarda (konusvarı, boçkavarı və s.) və ayaqları isə duz, sütunvarı və sair formada olur. 30-40 sm3 tutumluqda olan rumkalar konyak, 50-60 sm3 tutumluqda olanlar – araq, 75 və 100 sm3 tutumluqda olanlar isə üzüm şərabı üçündür.

Presləmə rumkalar 25-50 sm3 tutumluqda olaraq uca və alçaq, hamar və tilli buraxılır [44,46].

Şüşə vazlar xeyli müxtəlif çeşiddə buraxılır. Bunlar üfürmə və presləmə üsullarda istehsal edilir.

Üfürmə vazlar təyinatına görə meyvə, peçenye, krem, konfet, mürəbbə və gül üçün olur [23,24].

Meyvə vazı açıq və çox zaman uca ayaqlı (180-360 mm), yaxud qısa ayaqlı (100-110 mm) müxtəlif formalarda buraxılır; bunların yuxarılarının diametri 200 mm və daha çox olur. Meyvə vazı həm də ayaqsız və altı dərin nimçəli olaraq buraxılır; bunların diametri 200 mm və daha çox təşkil edir [16,17].

Meyvə vazı ayaqsız və nimçəli də buraxılır, belə vazlar dərin boşqaba və ya salat qabına bənzəyir; bu vazlar diametri 190-310 mm, ucalığı isə 50-140 mm olur.

Peçenye vazı uca ayaqlı olur. meyvə vazından bunun fərqi ondan ibarətdir ki, yuxarısı bir qədər yastı və ölçüsü nisbətən xırda olur; bunlar 110-150 mm diametrdə buraxılır [4,5].

Krem vazı peçenye vazından fərqlənir; bunun yuxarısı bir qədər dərin və diametri isə 90-140 mm təşkil edir.

Konfet vazı uca ya alçaq ayaqlı və ayaqsız-nimçəli olur. uca ayqlı vazların yuxarısının diametri 120-175 mm, alçaq ayaqlı vazların diametri 170-195 mm, ayaqsızların diametri isə 110-200 mm təşkil edir [7,8].

Mürəbbə vazı ağzı qapaqlı və uca ayaqlı olur; bunların yuxarısının diametri 120-160 mm təşkil edir.

Gül vazı ya dartma, yaxud da fiqurlu olur. [7]

Dartma vazların oturacağı massiv düzbucaq formada, gövdəsi isə uzun və yenə düzbucaq, adətən ortadan daraldılmış formada istehsal edilir.

Bunlar hamar və vazın böyründən bütün uzunu boyunca yaxud yuxarıya qədər kərtik naxışlı olur [9,11].

Fiqurlu vazlar müxtəlif formalarda buraxılır və formasından asılı olaraq üç fason qrupuna bölünür. 1-ci qrupa – qısaboğaz yaxud ucaboğaz (40 mm-ə qədər) və kənarlarının xətti səlis olan vazlar, 2-ci qrupa üfürmə nimçə üzərində ucaboğaz, habelə nimçəsiz və daha ucaboğaz (50 mm və daha çox), gövdəsi qabarıq və birləşdirilmiş nimçəsi olan vazlar, 3-cü qrupa isə nisbətən mürəkkəb fiqurlu sonradan birləşdirmə yaxud üfürmə ayaqlı, qalın nimçəli, habelə gövdəsində əl yeri olan və əlavə birləşdirmə qulpu olan vazlar daxildir [10].

Gül üçün fiqurlu vazların ölçüsü ucalığına (50mm və daha yuxarı) və diametrinə (40 mm və daha yuxarı) görə göstərilir.

Presləmə vazlar təyinatına görə meyvə, peçenye, tort və gül vazlarına bölünür [15,17].

Meyvə və peçenye vazlarının yuxarısı müxtəlif formada və kənarları isə çox zaman diş-diş olur. bu vazların yuxarısının diametri 140-dan 250 mm-ə qədər olur.

Tort vazının yuxarısı yastı olur və diametri 240-dan 395 mm-ə qədər olur.

Presləmə üsulda istehsal edilmiş gül vazları müxtəlif formalarda, lakin bunların hamısının yuxarısı gen olur. Bu vazların bir miqdarı ayaqlı buraxılır.

Salatqabı üfürmə və presləmə üsulunda buraxılır [7,8].

Üfürmə salatqabıları forma üzrə müxtəlifdirlər. Bunlar kənarları kərtik, girdə; gəmiyəbənzər və kənarları diş-diş və qayığabənzər kənarları diş-diş formalarda buraxılır. Salatqabılarının ölçüsü yuxarısının diametrindən göstərilir və 130-dan 340 mm-ə qədər təşkil edir [2].

Presləmə üsulda istehsal edilən salatqabıları müxtəlif fasonlarda və ölçülərdə olur. konstruksiyasına görə salatqabları qulpsuz və qulplu, ayaqsız və ayaqlı olur. forma cəhətcə salatqabları girdə, oval və sair formalarda buraxılır. Presləmə salatqabların dibi hamar və müxtəlif basma naxışlı (“ulduz”, “gün” və s.) olur.

Presləmə salatqablarının ölçüsü çox müxtəlif olmaqla diametrini və ucalığını (80x20-dən 330x120 mm-ə qədər) göstərir [31,35].

Suxarıqabı üfürmə və presləmə məmulatıdır; suxarıqabı forma cəhətcə girdə salatqabına bənzəyir; presləmə suxarıqabının üç ya dörd xırda fiqurlu ayağı vardır. Suxarıqabının ölçüsü yuxarısının diametrinə və ucalığına görə göstərilir. Suxarıqabıları habelə xırda fiqurlu formada və qulplu istehsal edilir [3, 5].

Siyənəkqabı presləmə üsulu vasitəsilə, rəngsiz və rəngli şüşədən hazırlanır; bunlar müxtəlif formada, oval, balıq şəklində və s. buraxılır. Siyənəkqabılarının ölçüsü enini və uzununu göstərir [7,8].

Siyənəkqabıları ya emaldan keçilməmiş (kənarları hamarlanmış), ya dibinin kənarları yonulmuş, ya dibi tam yonulmuş və yaxud da aşındırılmış naxışlı olaraq buraxılır [11].

Boşqablar həm üfürmə, həm də presləmə üsulunda hazırlanır. Presləmə üsulunda hazırlanan boşqablar çox cürbəcür olur, bunlar girdə və oval formada, kənarları isə hamar, diş-diş və qalın şəkildə istehsal edilir [12,13].

Boşqabların dibi salatqabıların dibi kimi ya hamar, yaxud da müxtəlif presləmə naxışı ilə (“ulduz”, “gül”, “gilənar”, “üzüm” və i.a.) buraxılır.

Boşqablar müxtəlif ölçülərdə (100 mm-dən 305 mm-ə qədər) istehsal edilir.

Bulud (iri boşqab) əksəriyyətlə üfürmə üsulunda buraxılır [16,17].

Üfürmə buludlar, adətən girdə formada və diametri isə 275-420 mm olur. bunların kənarları ya hamar, yaxud da diş-diş olur.

Presləmə üsulunda istehsal edilən buludlar necə bir qayda olaraq oval formada, qulpsuz yaxud da iki qulplu buraxılır [47].

Nimçələr (podnoslar) həm üfürmə, həm də presləmə üsulunda istehsal edilir.

Üfürmə nimçələr nisbətən az yayılmışdır; bunlar adətən girdə formada olaraq buraxılır. Bunların diametri 250-dən 350 mm-ə qədər olur [26].

Presləmə üsulu ilə istehsal edilən nimçələr girdə, oval və düzbucaq formada (bucaqları yuvarlaq), müxtəlif ölçüdə buraxılır, girdə nimçələr, adətən, bir priborun tərkibinə daxil olur (likyor, araq və s.) [36,37].

Qarnir priboru iki yaxud daha çox şöbəli dərin nimçəni xatırladır. Bunun ortasında, bəzən qapaqlı yağqabı yerləşir.

Qıtıqotu qabı presləmə üsulunda istehsal edilir və qapaqlı xırda tayqulpa bənzəyir [45,46].

Xardalqabı üfürmə və presləmə üsulda istehsal edilir. Üfürmə üsulda istehsal edilən xardalqabıları, adətən pastutmayan poladdan ibarət qapaqlı olur və tutumu 150 sm3 təşkil edir [44].

Presləmə xardalqabıları nəlbəkili və qapaqlı olaraq diametri 64 mm və ucalığı 81 mm ölçüdə buraxılır.

Duzqabı əksəriyyətlə presləmə üsulda istehsal edilir.

Duzqabıları ya təkgözlü yaxud da ikigözlü və müxtəlif formalarda (girdə, düzbucaq və s.) və bəzən də xardalqabı ilə birlikdə buraxılır.

Külqabıları üfürmə və presləmə üsulunda hazırlanır. Üfürmə külqabıları az yayılmışdır; bunlar dördbucaq yaxud altıbucaq formada və adətən naxışlı olur.

Presləmə külqabıları müxtəlif formada, yəni girdə, oval, dördbucaq, rombik, üçbucaq və s. formalarda olur. presləmə külqabılarının ölçüsü onların diametri və ucalığına görə göstərilir [2,4].

Çay qabları – üfürmə məmulatdır; bunlar xüsusi tıxaclı yaxud ikiqat metal qapaqlı olur, çay saxlanılması üçün tətbiq edilir və tutumu isə 150 – 300 sm3 təşkil edir.

Aşxana sudkisi – iki flakondan (sirkə və yağ üçün), xardalqabından və presləmə üsulunda istehsal edilmiş nimçədən ibarətdir [1].

Kryuşon priboru doqquz predmetdən ibarət məmulatdır; buna müxtəlif formada 3000 sm3 tutumlu kryuşon qabı, altı ədəd tayqulp, şüşə çömçə və nimçə daxil olur.

Likör və şərab priborları hərəsi adətən yeddi-səkkiz predmetdən ibarət məmulatdır; bura qrafin, altı ədəd rumka yaxud qədəh və presləmə üsulunda istehsal edilmiş nimçə daxil olur (nimçə ola bilər olmasın).

Su priboru adətən üç, dörd ya beş predmetdən ibarət olur; bura qrafin ya dolça, 2 stəkan, nimçə (podnos) və yaxalama qabı daxil olur [5].

Tualet priboru 3 – 6 predmetdən ibarət olur. Tualet priborunun tərkibini müxtəlif birləşmələr təşkil etməklə bura ətir və odekolon flakonları, pudraqabı, tualet ləvazimatı lövhəcikləri və gül vazları daxil olur [7,8].

Bu priborlar rəngsiz və əlvan qatlı şüşədən istehsal edilir və üzərinə almas naxışı yaxud şayba naxışı vurulur [13,14].

Müxtəlif məmulat. Yuxarıda təsvir edilən məmulatdan başqa şüşədən 250 – 500 sm3 tutumluqda presləmə üsulu üzrə istehsal edilmiş pivə təkqulpu, üfürmə və presləmə üsulunda hazırlanmış qapaqlı pendir boşqabları, presləmə bıçaqaltıları, presləmə lumusıxanları, presləmə qulplu səbətlər, üfürmə bombanyerkalar, presləmə qaşıq və çəngəllər, karandaş üçün üfürmə stəkanlar da hazırlanır [8].


Yüklə 397,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə