«magistratura mərkəzi»


Naxışların qruplaşdırılması



Yüklə 397,1 Kb.
səhifə5/5
tarix30.12.2017
ölçüsü397,1 Kb.
#18746
1   2   3   4   5

Naxışların qruplaşdırılması. Çini və kaşı qabların bütün naxışları mürəkkəbliyinə görə qruplara ayrılır. Məsələn 094-01 №-li preyskurant üzrə çini qablar 10, kaşı qablar isə 7 qrupa ayrılır [1,2].

Naxış qrupu əsas naxışın mürəkkəblik dərəcəsindən, naxış növlərinin mövcud olmasından və tətbiq olunan boyaqların növündən asılı olur.

Əsas naxış növləri trafaret, örtmə naxışı, peçət, dekalkomaniya, boya naxışı, fotokeramika və habelə tel, cızıq, lent və möhür naxışlarından ibarətdir; lakin tel, cızıq, lent və möhür naxışları o zaman əsas naxış növləri sırasına daxil olur ki, müstəqil yer tutaraq digər naxış nöxlərinə köməkçi olmasın [32].

Xarakterinə görə naxışlar (trafaret, peçət, dekol və boya naxışları) dəstəgül, dağınıq haşıyəvari və sıx olur. Dəstəgül naxışı üç ədədə qədər ayrı-ayrı yaxud bir yerdə olan güllərə deyilir; dağınıq naxış isə beş və daha çox güllərdən ibarət olur; haşıyəvarı naxışlar isə məmulatın zahiri yaxud daxili səthini əhatə edən bütöv naxışlardan ibarətdir (fincanlarda və digər içi oyuq məmulatda sıx naxış aşağıya, yəni ayaq hissəsinə qədər yayılır; nəlbəki, boşqab və digər yastı məmulatda sıx naxış məmulatın bütün kənarı boyu yayılır). Iri gül dəstəsi olan dağınıq naxışda məmulatın mərkəzində bir iri gül dəstəsi və məmulatın qeyri yerlərimdə isə dörd ədəd ayrı-ayrı xırda güllər yaxud yonmalar yerləşdirilir [5].

Portret, emblema, peyzaj, arxitektura heykəli və insan fiqurası şəklində olan dekol və peçət naxışlarına tematik naxış deyilir.

əlavə naxış növlərinə ala-bəzək, əlvan, bilik, medalyon naxışı sirovka və sair naxışlar və haqbelə əsas naxışları tamamlayan tel, cızıq, lent və möhür naxışları daxildir [19].

Tətbiq olunan boyalar növlərinə görə adi boyadan, kobalt boyasından və yaxud duzlardan və qızıldan ibarətdir.
Silikat qabların çeşid ekspertizası.

Silikar qablar təyinatına, növünə, fasonuna, ölçüsünə, naxışının xarakterinə və dəst olmasına görə çeşidə bölünür.

Təyinatına görə silikat qablar, bir dərəcə şərti olaraq çay qablarına, qəhvə qablarına və xörək qablarına ayrılır [8].

Silikat qabları növ cəhətcə çox müxtəlifdir. Məsələn, çay qablarının əsas növləri fincan, nəlbəki, tayqulp, bokal, stəkan, çaynik, qənddan, yağ qabı, qaymaq qabı, süd qabı, yaxalama qabı, suxari qabı, meyvə vazı, peçenye vazı, konfet vazı, mürəbbə vazı və yumurta rumkasından ibarətdir [46].

Aşxana qablarının çeşidinə boşqablar, iri nimçələr, bulyon qabları, sup vazaları, sous qabları, salat qabları, ərinmiş yağ qabları, siyənək qabları, xardal qabları, duz qabları, istiot qabları və sair qablar daxildir. Qabların fasonu ya sıra nömrəsi ilə, ya da xüsusi adlarla (silindrik serviz, “Şimal”, “halqa”, “Moskva”, “Kiyev”, “rus”, “sever”, “Dalğa” və s.) işarələnir.

Çini və kaşı qabların ölçüsü ya tutumuna (içi oyuq qablar), yaxud da diametrinə (yastı qablar) görə gösətrilir [40].

Bəzək xarakterinə görə qablar trafaret naxışlı, peçət naxışlı, dekol naxışlı olur və s.

Dəst olmasına görə çini və kaşı qablar ya ayrl-ayrı məmulatdan, yaxud da serviz, qarnitur və nabor komplektlərindən ibarətdir.

Qabların çoxusu həm çinidən, həm də kaşıdan istehsal edilir. Lakin bəzi məmulat yalnız çinidən, yaxud yalnız kaşıdan hazırlanır. Məsələn, çaynik, yalnız çinidən, kasalar və plov qabları isə-yalnız kaşıdan olur.

Qabların əsas növləri aşağıda təsvir edilir [42].



Fincan. Qabların içində fincan ən şox yayılmışdır; fincan çox zaman çinidən istehsal edilərək nəlbəki ilə birlikdə buraxılır.

Təyinatına görə çini fincanlar çay fincanına və kofe fincanına bölünür.

Çay servizləri müxtəlif həcmlərdə olur və tutumuna görə iştaha fincanı (375 sm3 və daha artıq), yarımiştaha fincanı (275-350 sm3) və çay fincanı (200-250 sm3) adlanır.

Iri ölçüdə fincanlar (iştaha fincanları) mürəkkəb naxışlı olanda çox zaman hədiyyə fincanı adlanır [34].

Qəhvə fincanlarının tutumu adətən 100 sm3 və 60 sm3 olur.

Silikat fincanlar müxtəlif fasonlarda buraxılır və bu fasonlara sıra nömrələri (1, 2,3, 4, 39, 40, 51, 54 və s.) qoyulur və yaxud şərti adlarda (“silindrik”, “Moskva”, “Liliya” və s.) buraxılır.

Çay fincanlarının fasonları xüsusilə müxtəlifdir; ən çox yayılmış fasonlarda olan çay fincanları var.

Nəlbəki. Nəlbəkilər həm çinidən, həm də kaşıdan hazırlanır [35,36].

Silikat nəlbəkilər istifadəsinə görə çay, qəhvə və limon nəlbəkisinə bölünür.

Çay nəlbəkiləri fincanların ölçüsünə müvafiq olur; bunların diametri 160-170 mm (iştaha fincanı üçün) 150-160 mm (yarımiştaha fincanı üçün) və 120-130 mm (çay fincanı üçün) olur. Ən çox yayılmış nəlbəki – diametri 135-140mm olan nəlbəkilərdir. Bu nəlbəkilər formasına görə adi və tas formalı (konusvarı və dərin) olur [38].

Qəhvə nəlbəkilərinin diametri 110-120 mm olur və satışa adətən fincansız buraxılmır.

Mürəbbə nəlbəkisi, çox zaman pozetka adlanır; bunlar müxtəlif formada olur və diametri təxmini100 mm olur.

Silikat nəlbəkilər çay və mürəbbə üçün buraxılır [29].

Çay üçün olan kaşı nəlbəkilər adi və tas fasonunda buraxılır; bunların diametri 135-140 mm və 150-155 mm olur.

Mürəbbə üçün olan kaşı nəlbəkilər 90-100 mm diametrdə buraxılır [24].

Silikat stəkanlar silindrik və konusvarı formada, qulplu və qulpsuz, 240-250 sm3 tutumda buraxılır.

Bakal – fiqur formalı, qulplu, 375-400 sm3 və 600 sm3 tutumlu məmulatdır.

Tayqulp – həm çinidən, həm də kaşıdan ola bilər.

Silikat tayqulp bir neçə tipdə, o cümlədən 90-400 sm3 tutumlu qalın divarlı silindrik, 400-500 sm3 tutumlu qalın divarlı silindrik, 250-300 sm3 tutumlu, mineral sular üçün, qulpu deşik yastı formalarda buraxılır [33,34].

Silikat tayqulplar bir tipdə olaraq, 200, 300 və 400 sm3 tutumluqda buraxılır.

Çaynik. Çayniklər yalnız çinidən hazırlanır, çünki bunlar isidilməsi üçün qızdırıcı cihazlar üzərinə qoyulmalı olur və beləliklə də başqa məmulatdan daha çox temperatur tərəddüdünə məruz qalır [35].

Çayniklərin fasonuna da çox zaman, fincanlarda olduğu kimi nömrələr qoyulur. Belə çayniklərə, adətən serviz çayniki deyilir. Bununla bərabər fason cəhətcə fincanlara müvafiq olmayan çayniklər də buraxılır. Belə hallarda ya bunlara fincanlarda rast gəlməyən xüsusi nömrələr qoyulur yaxud da xüsusi adlar verilir, məsələn fason “turp”, fason “Şərq” yaxud “Qoşa – deyilir [25,26].

Çayniklərin tutumu 250-dən 1400 sm3-dək ola bilər. Çayniklər, adətən 550 sm3, yerdə qalan çayniklər isə müxtəlif tutumluqda buraxılır. “Şərq” fasonda olan çaynikin ölçüsü, adətən şərti olaraq doldurulması nəzərdə tutulmuş fincanların cüt sayına görə göstərilir; bunlar 250 sm3 tutumluqda (iki cütlük), 350-375 sm3 tutumluqda buraxılır. “Şərq” fasonda olan çaynikin ölçüsü, adətən şərti olaraq doldurulması nəzərdə tutulmuş fincanların cüt sayına görə göstərilir; tutumu 1400 sm3 olan çaynikə əlavə su çayniki deyilir [22,24].

Piala (yarımfincan). Piala girdə fincan formasında qulpsuz, alçaq ayaqlı çini qabdan ibarətdir. Piala, əksəriyyətcə Orta Asiya və Zaqafqaziya respublikalrında tətbiq edilir. Pialaların tutumu 220-250 və 350-400 sm3 olur [21].



Qəhvədan. Çayniklərdən fərqli olaraq qəhvədan çox uca və burnu uzun olur. Qəhvədan müxtəlif fasonda yalnız çinidən hazırlanır. Bunların tutumu 500-dən 1400 sm3-dək olur.

Qənddan. Qənddanlar yalnız çinidən hazırlanır; bunlar fincanlara müvafiq olaraq müxtəlif fasonlarda və 250-dən-600 sm3-dək tutumluqda buraxılır [17].

Silikatdan olan yağ qabları nimçəli yaxud nimçəsiz buraxılır. Bunlar müxtəlif formalarda 100 və 200 sm3 tutumluqda olur.

Silikatdan olan yağ qabları əksəriyyətcə nimçəsiz və 250 qram tutumluqda buraxılır [18,19].

Suxarı qabı. Suxarı qabları çinidən istehsal edilir və iki tipdə buraxılır; bunların biri boşqabvarı yastı, iki balaca qulplu, diametri 240-270 mm, ikincisi isə oval formalı dərin, diqmetri 310-335 mm olur [21].

Suxarı qabları hörmə səbət şəklində və ayaqlı olur; bunların diametri 210-265 mm təşkil edir.



Yaxalama qabı. Yaxalama qabı həm çinidən, həm kaşıdan istehsal edilir [5].

Silikatdan olan yaxalama qabları çox müxtəlif fasonlarda olur, çünki bunlar servizlərin tərkibinə daxil edilir; yaxalama qabları 500-750 sm3 tutumda buraxılır.

Yarımkürəcik formasında, ayaqlı yaxaıama qabları (kasa yaxud şərq) olur. Çini yaxalama qabların (kasanın) tutumu 900-dən 1200 sm3-dək təşkil edir [4].

Silikatdan olan yaxalama qabları yarımkürəcik formada buraxılır. Bunların diametri 95-dən 215 mm-dək təşkil edir.



Süd qabı. Süd qabları çinidən hazırlanır və iri (500-dən 1000 sm3-dək tutumluqda) və burnu başqa şəkildə olmaqla qaymaq boşqabından fərqlənir.

Dolça. Dolçalar həm çinidən, həm də kaşıdan hazırlanır [3].

Silikat dolçalar müxtəlif fasonlarda (fason 95, 96, 97 və s.) və müxtəlif tutumluqda (750, 900, 1000 və 1400 sm3) buraxılır.

Silikat dolçalar forma cəhətcə, nisbətən məhduddur4 bunlar 500-1500 sm3 tutumluqda buraxılır [22].

Vazlar. Vazlar təyinatına görə meyvə və mürəbbə vazlarına bölünür.

Meyvə vazları (uca ayaqlı) həm çinidən həm də kaşıdan buraxılır; bunların diametri 270 mm olur [7,8].

Mürəbbə vazları xırda ölçüdə olmaqla meyvə vazlarından fərqlənir; bunların diametri 120 mm olur və necə bir qayda olaraq çinidən hazırlanır.

Konfet qabı. Konfet qabları kaşıdan hazırlanır və alçaq ayaqlı vazlara bənzəyir; bunların tutumu 200-500 sm3 olur [6,].

Boşqab. Boşqablar çinidən və kaşıdan istehsal edilir.

Silikat boşqablar həcminə görə - dərin və dayaz, formasına görə - yastı kənarlı və dilikli kənarlı, kənar səthinin xarakterinə görə-hamar və kənarı qabarıq naxışlı olur [4].

Silikatdan olan dərin qablar 200 və 230 mm (uşaq üçün) diametr, dayaz boşqablar isə 240, 200, 175 və 150 mm diamertdə istehsal edilir. 240 mm diametrdə olan dayaz boşqablara ticarətdə altlıq, 200 mm diamertdə olanlara-qəlyanaltı boşqabı, 175 mm diametrdə olanlara isə pirojok boşqabı deyilir [5,6].

Silikat boşqablar da tutumuna, kənarının formasına və qıraq səthlərinin xarakterinə görə çini boşqablar kimi çeşidlərə bölünür.



Silikatdan olan dərin boşqablar 255, 240, 220 və 200 mm diametrdə, dayaz boşqablar isə 240, 220, 200 və 175-180 mm diametrdə buraxılır [8].

İri nimçə (bulud). Çini və kaşı iri nimçələr formasına görə oval və girdə olur. Girdə iri nimçələr kənarı hamar və yaxud dilikli, düz və tilli olur. Oval iri nimçələr müxtəlif fasonda buraxılır. Adətən girdə iri nimçələrin diametri 250 və 300 mm, oval buludların isə 300-350 mm olur [47].

Bulyon qabı. Bulyon qabı girdə formada, iki qulplu və qapaqlı olur; qapaqda buxar çıxması üçün bir neçə deşik açılır. Bulyon qabları çinidən və kaşıdan hazırlanır və tutumu 0,6 litrdən 2,4 litrə qədər olur [8].

Şorba vazı. Şorba vazı çinidən və kaşıdan hazırlanır və bulyon qabından fərqli olaraq oval formada buraxılır. Bunun qapağında bir tərəfdən çömçənin qulpuna deşik qoyulur. Bunların həcmi təxminən 3 litr olur.

Soua qabı. Sous qabı çinidən və kaşıdan olaraq şorba vazından xırda ölçüdə (0,8 litr) buraxılır [45].

Salat qabı. Çinidən və kaşıdan olan salat qabı forma cəhətcə dördkünc formada vfə serviz fasonlarında buraxılır. Bunların ölçüsü kubik santimetr (120-dən 1400 sm3-dək) hesabilə göstərilir.

Ərinmiş yağ qabı. Silikatdan hazırlanan ərinmiş yağ qabları altı boşqablı və altı boşqabsız 30-dan 400 sm3-dək tutumluqda olaraq müxtəlif formalarda buraxılır. Silikatdan hazırlanan ərinmiş yağ qabları, adətən altı boşqabsız olur və 400-450 sm3 tutumluqda buraxılır [44].

Siyənək qabı. Siyənək qabları çinidən və kaşıdan olaraq müxtəlif fasonlarda (oval, dördkünc və s.) hazırlanır; bunların diametri 135-dən 300 mm-dək olur.

Kasa. Kasalar kaşıdan hazırlanır və çox dərin boşqablara bənzəyir. Kasalar adi fasonda və qalın kənarlı olur. Bunların diametri 190-265 mm təşkil edir [36].

Plov qabı. Plov qabı kaşıdan hazırlanır və forma etibarılə yarımdərin boşqabları xatırladır. Bunlar 215-265 mm diametrdə buraxılır.

Qıtığotu qabı. Qıtığotu qabı çinidən və kaşıdan hazırlanır. Bunlar qapaqlı xırda qabdan ibarət olmaqla qapağında qaşıq üçün yuva qoyulur. Qığığotu qabları müxtəlif fasonlarda (qulpsuz, yaxud iki qulplu) olur və tutumu isə adətən 200-400 sm3 təşkil edir [31].

Xardal qabı. Xardal qabı da qıtığotu qabı kimi qapaqlı, gövdəsində qaşıq deşiyi olan və digər formalarda hazırlanır. Bunlar həm çinidən, həm də kaşıdan 35-50 sm3 tutumluqda olur.

İstiot qabı. İstiot qabı həm çinidən, həm də kaşıdan hazırlanır. Bunların gövdəsində içindən istiotun tökülməsi üçün bir neçə deşik açılır; istiot qabının altında xırda yuvalar açılır və bu da tıxacla qapanır [22].

Duz qabı. Duz qabı çinidən və kaşıdan olaraq müxtəlif fasonlarda buraxılır. Pendir lövhəsi. Pendir lövhəsi düzbucaq çini yaxud kaşı qabdan ibarətdir; bunun bir tərəfi yaraşiğa salinir və burada asmaq üçün yuvalar açılır. Çinidən olan pendir lövhəsinin ölçüsü 270X180 mm və kaşıdan olanın isə-245x160 mm təşkil edir [24].

Serviz, nabor və və qarniturlar. Bu qablar fason, naxış və keyfiyyətcə bir növdə olur.



Serviz. Serviz tam dəst olan müəyyən təyinatlı qablardan ibarətdir. Servizlər çay, qəhvə, çay-qəhvə və süfrə üçün olur. Bunlar 6 adamlıq və 12 adamlıq olaraq buraxılır. Çay servizi yalnız çinidən istehsal edilir. Ən çox yayılmış çay servizinin tərkibinə 6 yaxud 12 fincan-nəlbəki, çaynik, qənddan, qaymaq qabı və yaxalama qabı daxil olur [30].

Silikatdan olan qəhvə servizinə 6 yaxud 12 ədəd fincan-nəlbəki, qəhvədan, qaymaq qabı, qənddan və 6 yaxud 12 ədəd 150 ya 175 mm diametrdə dayaz boşqab daxil olur.

Çay-qəhvə servizinə 6 çay fincanı və 6 qəhvə fincanı, çaynik, qəhvədan, qaymaq qabı, suxarı qabı, gül vazı və 6 dayaz boşqab daxil olur [20].

Süfrə servizi çinidən və kaşıdan ola bilər. Çinidən olan 6 adamlıq süfrə servizi 35 ədəd qabdan ibarətdir. Bura 24 boşqab, 2 iri nimçə, şorba vazı, salat qabı, ərinmiş yağ qabı, siyənək qabı, qıtığotu qabı, xardal qabı, istiot qabı, duz qabı və yastı suxarı qabı daxil olur [47].

Kaşıdan olan 6 adamlıq süfrə servizinin tərkibində suxarı qabı yoxdur, ona görə də kaşıdan olan 6 adamlıq süfrə servizi 34 ədəd qabdan ibarət olur. Çinidən olan 12 adamlıq süfrə servizi 68 ədəd qabdan ibarətdir; burada 48 boşqab vardır; kaşıdan olan 12 adamlıq süfrə servizi 66 ədəd qabdan ibarətdir. Bu servizdə boşqabdan başqa 6 adamlıq serviz kimi eyni qablar mövcud olur, lakin sayı artıq olur [21].

Nabor. Naborun tərkibində servizə nisbətən məmulat az olur. Nabor çay üçün, süfrə üçün, uşaq üçün və digər təyinat üçün ola bilər. Naborların tərkini müxtəlifdir.

Qarnitur. Qarniturda qabların sayı servizdən çox olur. Qarniturların tərkibinə 16 yaxud 28 ədəd qabdan ibarət çay servizi və bundan da başqa qarnitura 175 mm diametrdə 6 yaxud 12 ədəd dayaz boşqab, 6 yaxud 12 ədəd mürəbbə nəlbəkisi, yağqabı, qənddan, meyvə vazı və mürəbbə vazı daxil olur [5].

Silikat qabların artikulu

Silikat qabların artikulu sıra nömrəsi ilə işarələnir; məsələn 094-01 №-li preyskurantı üzrə çini qablara 1-dən 588-ə qədər,kaşı qablara isə 4001-dən 4476-a qədər nömrə qoyulmuşdur. Preyskurantda məmulat əlifba qaydasında yerləşdirilmişdir [8,9].

Artikula əlavə olaraq məmulatın naxış qrupu və şəkil nömrəsi də göstərilir.

Silikat qabların keyfiyyət işarələri

Sortlaşdırma prinsipi. PSFSR texniki şərtlərinə əsasən silikat qablar hazırda üç sortda, yəni 1-ci, 2-ci və 3-cü sortlara bölünür.

Silikat qablar onlarda müşahidə edilən qüsurlara görə sortlaşdırılır. Burada qüsurun növü, ölçüsü, harada yerləşmiş olduğu məmulatın özünün ölçüsü, eyni qüsurların miqdarları nəzərə alınır [47].

Silikat qabların qüsurları. Qüsurlar çini və kaşı qabda müxtəlif səbəblərdən, məsələn ilk materaialların pis keyfiyyətdə olmasından, çini və kaşı kütləsinin qeyri düzgün tərkib təşkil etməsindən, pis qəliblənməsindən, pis bişirilməsindən, pis cilalanmasından və sair hallardan baş verə bilər. Aşağıda ən çox yayılan qüsurların xarakteristikası dərc edilir [34].



Silikat qabların ümumi keyfiyyət şərtləri. Silikat qablar düzgün formada, davamlı, qulpları və ayaqları düzgün yapışdırılmış və cilası isə bir bərabər yayılmış, hamar və güzgü kimi parlaq olmalıdır [32].

Qablarda deşik (ikitərəfli), ikitərəfli çat, cila selikli, tilişkəli zibil, iri qovluq, nazik cila və solğun boyalra yol verilmir. Qabların habelə gövdəsi ilə qapağının arasında boşluq qalmamalıdır [47].



NƏTİCƏ VƏ TƏKLİFLƏR


  1. respublikamizda yerli xammal əsasinda iri şəhərlərdə o cümlədən bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və digər şəhərlərdə şüşə zavodlarının tikilməsini təklif edirik.

  2. Respublikamızda mövcud olan yataqlarda qurğuşun oksidi də vardır. Buna görə büllur istehsalının yaradılması vaxtı gəlib çatmışdır.

  3. Yeni naxışlı şüşə qabların istehsalına başlanılmalıdır.

  4. Şüşə mallarının istehsalı üçün əsas xammal sayılan kvars qumudur. Yerli yataqlardan əldə olunmuş kvars qumunun tərkibi normotiv tələblərə tam cavab verir. Ona görə ondan şüşə istehsalında geniş miqyasda istifadə etmək olar.

  5. Yerli yataqlardan əldə olunmuş şüşə xammalının laboratoriya sınaqları göstərdi ki, bu xammalar fiziki-mexaniki xassələrinə görə normativ tələblərinə uyğundur.


Ədəbiyyat

        1. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatları, Bakı 2001.

  1. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı, Bakı 1987.

  2. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Əmtəəşünaslığın nəzəri əssaları, Bakı 2003.

  3. Həsənov Ə.P. T.R.Osmanov və başqaları. Qeyri ərzaq mallarının ekspertizası, II hissə, Bakı 2006.

  4. Həsənov Ə.P. T.R.Osmanov və başqaları. Mədəni-məişət təyinatlı malların ekspertizası. Bakı, 2014

  5. Ж.Нурийев вя башг. Эюмрцк експертизасы. Бакы, 2003.

  6. И.И.Китайгородский и др. Технология стекла. М.; 1998.

  7. В.В.Варгин. Физико-химические стекла. М.; 2002.

  8. О.К.Ботвинкин. Физическая химия силикатов. М.; 1997.

  9. Б.Лонг. Физические свойства и варка стекла. М.; 2000.

  10. А.И.Августиник. Физическая химия силикатов. М.; 1990.

  11. Н.Н.Качалов. Основы процессов шлифовки и полировка стекла. М.; 1995.

  12. Р.Дралле. Производство стекла. М.; 2000.

  13. П.С.Мамыкин.Огнеупорные изделия. М.; 1999.

  14. Д.С.Белянкин. Физико-химические системы силикатной технологии. М.; 2000.

  15. Д.Б.Гинзбург. Стекловаренные печи. М.; 2002.

  16. М.С.Асланова. Волокно, нити вя ткани и стекла. М.; 2001.

  17. Б.С.Темкин. Производство полированного стекла. М.; 1995.

  18. В.В.Варгин. Производство цветного стекла. М.; 2002.

  19. А.Н.Даувальтер. Хрустальные, цветные стекла. М.; 1998.

  20. И.Б.Шлайн. Минеральное сырье для стекловарения. М.; 1995.

  21. В.Вау. Справочник по стеклу. Нью-Йорк. 1995.

  22. С.М.Бреховских. Стекло зарубежом. М.; 1998.

  23. А.П.Патенко. Стекло в строительстве. М.; 2001.

  24. О.Б.Зелинский, К.Н.Марышев. Стеклянная посуда и хрустальные изделия. М.; 1984.

  25. Товароведение промышленных товаров (общий курс). М.; 1979.

  26. И.Е.Гурфинкель, Д.Я.Бойко и др. Товароведение силикатных, мебельных и строительных товаров. М.; 1959.

  27. Л.М.Шеглов, В.Х.Ливинц. Товароведение керамических, стеклянных и металлохозяйственных оваров. М.; 1971.

  28. Справочник товароведа промышленными товарами. М.; 1977.

  29. Химико-мосхательные и силикатные товары. М.; 1959.

  30. С.М.Качолов. Стекло. М.; 1959.

  31. Справочник товароведа непродовольственных товаров. Т-3. М.; 1984.

  32. О.В.Зелинский, А.П.Тотаринов. Товароведение промышленных товаров (металлохоз. стеклянные, керамические, строиетльные, мебельные). М.; 1969.

  33. Д.Ч.Бразовский, Г.А.Демидова и др. Товароведение промышленных товаров. М.; 1979.

  34. Н.С.Алексеев. Товароведение хозяйственных товаров. Т-1. М.; 1984.

  35. Ю.М.Бутт, В.В.Поляк. Технология стекла. Изд. 2-е. Стройиздат. 1971.

  36. Лабораторные и практические работы по товароведению. М.; 1970.

  37. Азярбайжан Республикасынын статистик рягямляри. Бакы, 2003.

  38. О.К.Ботвинкин. Строение стекла. М.; 1998.

  39. А.А.Аппен. Некоторые общие закономерности изменения свойств силикатных стекол в зависимости от их состава, докторская диссертация. 1992.

  40. В.В.Тарасов. Новые вопросы физики стекла. М.; 2001.

  41. Е.Ф.Пичугин. Стекло и керамика. М.; 2003.

  42. Л.А.Шрейнер. Твердость хрупких тел. М.; 1998.

  43. Т.Е.Голба. Выветривание стекла. М.; 1995.

  44. Л.Н.Демкина. Влияние окиси алюминия и окиси магния на кристаллизационную способность стекла. М.; 2001.

  45. В.В.Поляк. Интенсификация варки стекла. М.; 1998.

  46. С.А.Вилкова: «Экспертиза потребительских товаров», М,2007


REFERAT
Hazırda hər bir müəssisə rəqabətə davam gətirə biləcək, dünya bazarında dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli istehlak çalları istehsal etməyə çalışır. Bunun üçün isə dövlət müəssisələrinin özəlləşdirilməsinin, xüsusi sahibkarlığın inkişaf etdirilməsinin, bazar iqtisadiyyatı şəraitinə uyğun gələn texnologiyanın əldə edilməsinə nail olmaqdır. Istehsal olunan məhsula yerli xammal sərf olunarsa, alınan məhsulun keyfiyyəti daha da yüksək olar. Elə buna görədə yerli xammal hesabına keyfiyyətli məhsul istehsal etmək məsələsi günün vacib məsələlərindən biri olmalıdır. Məhz bunun üçün də bütün istehsalat sahələrində olduğu kimi şüşə sənayesinə də xüsusi diqqət yetirmək vacibdir.

Şüşə-amorf maddə olub turşu, qələvi torpaq və qələvi oksidlərindən ibarət ərintinin soyudulması yolu ilə əldə edilən, tədricən özlülüyün artması hesabına bərk maddələrə məxsus mexaniki xassəyə malikdir. Şüşə dünya xalqlarının məişətinə, mədəniyyətinə, texnikasına daxil olmuş ən mühüm kimyəvi materiallarındandır. 50 il bundan qabaq şüşədən yalnız qabqacaq, pəncərə üçün şüşə, bəzək əşyaları, eynək, optik şüşələr və digər cihazlar üçün şüşələr hazırlanırdı. Hal-hazırda isə onun tətbiqinin yeni sahələri yaranmışdır. Əsasən refrakto-metrlərdə, optimetrlərdə, profilli proyektorlarda, ölçü mikroskoplarda, interferometrlərdə və s. cihazlarda tətbiq olunan optik şüşələri misal göstərə bilərik. Bütün bunlar şüşənin tərkibinin dəyişməsi, onun bişirilməsi və işlənməsi hesabına alim və mühəndislərin əldə etdikləri yüksək nailiyyətlərin əsasında alınmışdır.

Son zamanlar qələvilərlə yüksək davamlı şüşələr istehsal olunmuş və onlar kimya sənayesində geniş tətbiq olunmaqdadırlar.

Şüşə plyonkaları və lifləri termosəs və elektroizolyasiya üçün istifadə olunur. Indi istehsal olunan şüşə plaslar öz möhkəmliyinə görə poladdan geri qalmırlar və daha yüngül olurlar. Onlardan qayıq və gəmilərin gövdəsi, maşın banlarının (kusazının), tikinti və maşın detalları istehsal olunur. Onlar bir və çox xassələrinə görə ağacı və qara metalı üstələyir, demək olar ki, onlar əvəzsizdirlər.

Hal-hazırda keyfiyyətli şüşə məmulatları istehsal etmək mümkündür. Müəssisə qarşısında duran problemlərdən biri xammaldır. Iqtisadi əlaqələrin pozulduğu bu zamanda bu problemi həll etmək üçün büllur sənaye sexlərində artıq yerli xammaldan istifadəyə keçirilmişdir. Yerli xammal əsasında istehsal olunan şüşə məmulatlarının istehlak xassələrinin, keyfiyyət göstəricilərinin təhlil olunması, keyfiyyətinin ekspertizası məmulatın istehsalına sərf olunan xammalın xüsusiyyətləri öyrənilmişdir. Məhz hələ bi baxımdan üfürmə üsulu ilə istehsal olunan şüşə mallarının istehlak xassələrinin ekspertizasına həsr olunmuş dissertasiya işi dövrün tələblərinə cavab verir və aktual bir mövzu olduğunu bir daha təsdiqləyir.

Məqsəd və vəzifələri.

Müasir dissertasiyanın əsas məqsədi üfürmə üsulu ilə istehsal olunan şüşə mallarının istehlak xassələrinin ekspertizasının öytənilməsinə həsr olunmuşdur.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilmişdir.


  • üfürmə üsulu ilə istehsal olunan şüşə mallarının istehlak xassələrinin ekspertizasının öyrənilməsi;

  • yerli xammal əsasında istehsal olunan şüşə mallarının keyfiyyətinə verilən tələblərin öyrənilməsi;

  • şüşə mallarının müasir ekspertiza metodlarının öyrənilməsi;

  • nəticə və təkliflərin işlənib hazırlanması.

Tədqiqat obyekti.

Magistr dissertasiya işində tədqiqat obyekti kimi yerli xammal əsasında istehsal olunan üfürmə üsulu şüşə mallar öyrənilmişdir.



Tədqiqatın metodu.

Dissertasiya işində tədqiqat metodu kimi orqanoleptiki, laboratoriya, ekspert riyazi-statistik metodlardan istifadə olunmuşdur. Həmçinin dissertasiya işində üfürmə üsulu ilə istehsal olunan şüşə malları. Sınaq metodları standartından istifadə olunmuşdur.





Yüklə 397,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə