Magistratura məRKƏZİ



Yüklə 0,62 Mb.
səhifə1/6
tarix26.09.2017
ölçüsü0,62 Mb.
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ



Əlyazması hüququnda

Şirinov İlkin Fəhrad oğlu


“Azərbaycanda xarici investisiya qoyuluşunun iqtisadi səmərəliliyinin artırılması yollarımövzusunda

MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060401 “Dünya iqtisadiyyatı”

İxtisaslaşma: “Beynəlxalq İqtisadi Münasibətlər”


Elmi rəhbər:

dos. M.Q.Məmmədov



Magistr proqramının rəhbəri:

dos. M.R.Cəmilov



Kafedra müdiri : prof. Ş.H.Hacıyev

BAKI - 2016


Giriş.........................................................................................................................3

  1. FƏSİL Bazar iqtisadiyyatı şəraitində xarici investisiya qoyuluşunun nəzəri-metadoloji əsasları.

    1. İnvestisiya qoyuluşunun mahiyyəti və onun ölkənin iqtisadi inkişafında rolu.................................................................................................................8

    2. Bazar iqtisadiyyatında xarici investisiya fəaliyyətinin təzimlənməsi mexanizmi və investisiya siyasətinin formalaşması xüsusiyyətləri...............................................................................................13

    3. Xarici investisiya qoyuluşunun nəzəri metodoloji əsasları................... 19

  2. FƏSİL Azərbaycanda xarici investisiya qoyuluşunun vəziyyətinin qiymətləndirilməsi.

    1. Azərbaycanda xarici investisiya qoyuluşunun mövcud vəziyyətinin təhlili............................................................................................................28

    2. Azərbaycanda xarici investisiya mühitinin qiymətləndirilməsi............40

    3. Xarici investisiya fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmi. .....44

  3. FƏSİL Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri.

    1. Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması istiqamətləri.................................................................................................51

    2. Xarici investisiya qoyuluşunun iqtisadi səmərəliyinin yüksəldilməsi yolları...........................................................................................................55

    3. Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri.................................................................................................74

Nəticə və təkliflər............................................................................................................89

Istifadə olunmuş ədəbiyyat............................................................................................92

Резюме/resume…………………………………………………….............................94

GİRİŞ

Mövzunun aktuallığı. İtifaqın dağılması müstəqil dövlətlərin meydana gəlməsi, yeni iqtisadi sistemə keçid üçün ölkəmizdə hüquqi baza yaradılmış, təşkilati-idarəetmə strukturları formalaşdırılmış, istehlak bazarında anti inhisar tədbirləri görülmüş, iqtisadi idarəetmənin bazar vasitələrindən geniş istifadə olunmasına başlanmışdır. Son 16 ildə həyata keçirilən iqtisadi islahatlar ölkənin planlı sosializim iqtisadi sistemindən bazar iqtisadiyyatı sisteminə keçidi üçün labüd olan maddi-texniki bazanın yaradılması üçün iqtisadiyyata böyük həcmdə investisiya cəlb edilməsinə şərait yaratdı. Əldə edilmiş bütün uğurlarla yanaşı ölkəmizin iqtisadiyyatının müasir durumunun iddiaçı qiymətləndirilməsi göstərir ki, iqtisadiyyatda öz həllini gözləyən problemlərdə meydana gəlmişdir.

Azərbaycan xalqının ümum milli lideri Heydər Əliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Unversitetində çıxışında demişdir: “Bazar iqtisadiyyatına keçid uzun bir prosesdir... Eyni zamanda bu, nəzəriyyə ilə bağlıdır, dünya təcrübəsi ilə bağlıdır. Dünya təcrübəsini siz – bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçilərini toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur –ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir. ... İqtisadçılar gərək apardığınız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həmdə nəticələrini təhlil etsinlər. Ola bilər, bundan yaxşı əsərlərdə yaza bilərsiniz. Bu da sizin elmi əsərləriniz olacaqır”

Azərbaycan Respublikası Prezdenti cənab Ilham Əliyevin dediyi kimi “Bizə çoxşaxəli iqtisadiyyat – yalnız nefdən və neftin qiymətlərindən aslı olmayan iqtisadiyyat lazımdır” Göstərilən uyğunsuzluqların aradan qaldırılmasını və iqtisadi tarazlıqın yaradılmasının bərpa olunmasının əsas vasitələrindən biri məhz investisiyalar və onlardan səmərəli istifadədir. Investisiyalarla bağlı digər mühüm məsələ böyük miqyaslı investisyalardan adekvat iqtisadi səmərə əldə edilməməsidir. sənaye üzrə bir manat investisiyaya görə əldə edilən mənfəət normativlə müqayiədə on dəfələrlə azdır.

Milli iqtisadi inkişafın təcrid olunmuş halda həyata keçirilməsinin qeyri mümkünlüyü faktı istər-istəməz xarici amillərin tam ciddiliklə nəzərə alınmasını tələb edir. Başqa sözlə, qapalı iqtisadi məkandan dünya təsərrüfatına inteqrasiya edilməsi artıq ümumbəşəri problemə çevrilmişdir. Milli dövlət mənafelərinin birbaşa regional və qlobal mənafelərdən asılılığı isə iqtisadi inteqrasiyanı zəruri bir amilə çevirir. Resursların məhdudluğu və onlara olan tələbatın durmadan inkişafı istənilən cəmiyyəti xarici resursların ölkəyə cəlb olunması üsullarını axtarmağa məcbur edir. Xüsusən bazar münasibətlərinə keçid şəraitində müxtəlif layihələrə investisiya qoyuluşu çox böyük əhəmiyyətə malikdir. Onsuz əsas istehsal fondlarının təzələnməsi, geniş təkrar istehsalı və onunla əlaqədar rəqabət qabiliyyətli məhsul istehsalı, deməli, ölkənin inkişafının sosial-iqtisadi problemlərinin həlli mümkün deyildir.

Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təlabatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsi, ETT-nin nailiyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisiya qoyuluşlarından asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının əhə-miyyəti və rolu son dərəcə artmış olur. Mütəxəssislərin hesablamalarına görə ölkəmizin iqtisadiyyatının inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırmaq üçün yaxın 15 ildə təqribən 20-22 mlrd dollar (neft-qaz sektoru və işgal olunmuş 20% ərazilərin bərpası nəzərə alınmadan) investisiya tələb olunur. Ölkə əhalisinin yoxsulluq səviyyəsinin yüksək olması, gəlirlərin azlığı və digər iqtisadi və hüquqi amillər ölkədə daxil olan investisiyaların həcminə mənfi təsir edir.

Bəzilərin fikirincə ölkədə iqtisadi inkişafı xarici investisiya və xarici texnologiya, yeni təşkilati idarəetmə strukturları və sərt büdcə məhdudiyyəti mövcud olduqda mümkündür. Bu şərtlər o zaman optimal səmərə verir ki, onlar yerli xüsusiyyətləri nəzərə alırlar, o xüsusiyyətlərlə birlikdə həyata keçirilirlər.

Iqtisadi islahatlar dövründə Azərbaycan Respublikasında investisiyaların iqtisadi və sosial səmərəliliyinin nəzəri aspektlərinə təhlilinə və qiymətləndirilməsinə, dövlət tənzimləmə vasitələrinə ölkədə iqtisadi tarazlığın yaradılmasında investisiyaların roluna, daxili və xarici investisiyaların əhəmiyyətli dərəcədə artırılması ehtiyyatlarının aşkar edilməsinə həsr olunmuş kompleks elmi – tədqiqat işi aparılmışdır. Bazar iqtisadiyyatı sistemində investisiyaların sosial-iqtisadi səmərəliliyinin metodologiyası hal-hazırda iqtisadi ədəbiyyatda mübahisə mövzusudur. Iddiaçının fikirincə, onun hazırladığı disertasiya bu boşluğun müəyyən qədər doldurulmasına kömək edəcəkdir.

Odur ki, məhz ölkəmizin iqtisadiyyatında yaranmış durumu və yerli xüsusiyyətləri nəzərə almaqla, xarici investisyaların iqtisadi səmərəliliyinin artırılmasına iqtisadi tarazlığa və iqtisadi artma təsirinin tədqiqinə bütünlükdə iqtisadi islahatların tərkib hissəsi kimi yanaşır və onu qiymətləndirir.



Tədqiqtın məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi xarici investisiyya qoyuluşunun iqtisadi səmərəliyinin artırılması yollarının müəyyənləşdirilməsindən və onun formalaşdırılmasının zəruriliyinin əsaslandırılmasından xarici investisiyaların artım ehtiyatlarını aşkarlamaqdan və Azərbaycanda milli iqtisadiyyatın formalaşmasına yönəldilmiş investisyaların iqtisadi səmərəliyini təhlil etmək və qiymətləndirməkdən onların yüksəldilməsinin təmin edən tövsüyələrin işlənib hazırlanmasından ibarətdir. Işdə qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutulmuşdur:

  • investisiya qoyuluşunun mahiyyəti və onun ölkənin iqtisadi inkişafında rolunu xarakterizə etmək;

  • bazar iqtisadiyyatında xarici investisiya fəailyyətinin tənzimlənməsi mexanizmi və investisiya siyasətinin formalaşması xüsusiyyətləri müəyyən etmək;

  • xarici investisiya qoyuluşunun nəzəri metodoloji əsaslarını araşdırmaq;

  • Azərbaycan xarici investisiya qoyuluşunun mövcud vəziyyətinin təhlil etmək;

  • Azərbaycan xarici investisiya mühitinin qiymətləndirilməsini araşdırmaq;

  • xarici investisiya fəaliyyətinin tənzimlənməsi mexanizmində dövlət tədbirlərini xarakterizə etmək;

  • Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması istiqamətlərinin xüsusiyyətlərini müəyyən etmək;

  • xarici investisiya qoyuluşunun iqtisadi səmərəliyinin yüksəldilməsi yollarını xarakterizə etmək;

  • Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətlərini müəyyən etmək.

Tədqiqatın metodologiyası və nəzəri əsasları. Tədqiqatın məqsəd və vəzifələrinə uyğun onun metodu və inistumentariyası seçilmişdir. İqtisadi fikir inkişaf edir və yeni nəzəri fikirlərin meydana gəlməsini müəyyən dövrdə bu və ya digər ölkədə yaranmış iqtisadi vəziyyət şərtləndirilir. Ölkənin iqtisadi artımında investisiya qoyuluşuna tədqiqat həlledici rola mənsub olduğuna görə, xarici investisiyaların tənzimlənməsi, nəzarəti, cəlbi, metodologiyası, qiymətləndirilməsi, yatırımın prioritet istiqamətlərini əhatə edir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış və təsdiq edilmiş metodoloji normativ materiallardan geniş istifadə olunmuşdur. Milli hesablar sisteminin materialları tətbiq edilməklə investisiya resuslarının yaranması, istifadəsi, iqtisadi səmərəliyi və onların iqtisadi artıma təsiri müəyyən edilmişdir. Ölkə iqtisadiyyatını son on bir ildə inkişafının kompleks təhlili aparılmışdır.

Ölkəmizdə aparılan iqtisadi islahatların kompleksliyi və idarəolunması mexanizmləri, habelə onların nəticələri müasir iqtisadi nəzəriyyələrin tələbləri baxımından ətraflı müqayisə edilir, iqtisadi nəzəriyyədən kənarlaşmalar, uyğunsuzluqlar və fərqlər aşkarlanır.

Milli iqtisadiyyatın investisiya təminatının xüsusiyyətlərini və yollarını aşkar etmək üçün Azərbaycanda yeni sistemin yaranması və problemləri tarazlı inkişafın tələbləri baxımından tədqiq edilməsi baza kimi qəbul edilmişdir.

Tədqiqatın İnformasiya bazası. Disertasiya işində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarından, Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Kənd Təsərüffatı Nazirliyi, iqtisadi ədəbiyatlar və kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlardan istifadə edilmişdir.

Tədqiqatın elmi yenilikləri.


  • hazırki iqtisadi vəziyyəti vəziyyəti nəzərə alaraq investisiya qoyuluşlarında istehlak mallarının və emal sənayesinin prioritetliyinin qəbul edilməsi və dövlətin investisiyaları bu sahələrə yönəldilməsinin zəruriliyi əsaslandırılmışdır;

  • iqtisadi siyasətdə xarici investisiyaların roluna yenidən baxılması və onların sənayenin qeyri-neft sektoruna və kənd təsərüfatına yatırılması nəzəri praktiki cəhətdən əsaslandırılmışdır;

  • xarici investisiyaların artırılmasının real ehtiyyatları aşkar edilmiş və onların stimullaşdırılması yolları barədə təkliflər hazırlanmışdır;

  • ölkəmizdə iqtisadiyyatın xarici investisiyaların iqtisadi və sosial səmərəliliyini əks etdirən göstəricilər sistemi əsaslandırılmış və faktiki materiallar əsasında onların hesablanması həyata keçirilmişdir.

İşin quruluşu və həcmi. Disertasiya işi giriş, 3 fəsil, 9 paraqraf, nəticə cə təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısı və xülasədən ibarətdir.

Birinci fəsildə bazar iqtisadiyyatı şəraitində xarici investisiya qoyuluşunun nəzəri-metodoloji əsasları tədqiq edilmişdir.

İkinci fəsildə Azərbaycanda xarici investisiya qoyuluşunun vəziyyətinin qiymətləndirilməsi tədqiq edilmişdir.

Üçüncü fəsildə Azərbaycanda xarici investisiyya qoyuluşlarının prioritet istiqamətləri araşdırılmışdır.



I FƏSİL

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ XARİCİ İNVESTİSİYA QOYULUŞUNUN NƏZƏRİ-MEDADOLOJİ ƏSASLARI

    1. İnvestisiya qoyuluşunun mahiyyəti və onun ölkənin iqtisadi inkişafında rolu

Respublikamızın iqtisadiyyatının sürətli inkişafının səbəblərindən birini ölkəyə daxil olan xarici investisiyaların və büdcə gəlirlərinin səmərəli yerləçdirilməsini hesab etmək olar. İnvestisiya siyasətinin uğurla həyata keçirilməsi nəticəsində davamlı iqtisadi artıma nail olunmuş, əhalinin həyat səviyyəsinin yaxşılasdırılmasında nəzərə çarpacaq nəticələr əldə olunmuşdur. İnvestisiya qoyuluşlarının reallasdırılması mürəkkəb bir proses olmaqla ciddi yanaşma tələb edir. Bu baxımdan investisiya anlayısını bir iqtisadi kateqoriya kimi nəzərdən keçirmək və onun mahiyyətini arasdırmaq məqsədəuyğun sayılardı.

İnvestisiya (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır :

  • pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;

  • daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nau-hau”);

  • torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

  • başqa sərvətlər.

Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir – vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. Əslində investisiya anlayışına münasibət hələ də bir mənalı deyildir. İnvestisiya qoyuluşu nəğd pulun və ya gerbli kağızda əks olunmuş bank hesabının mübadiləsi üzrə xalis maliyyə əməliyyatı yox, maşın avadanlıq və yeni fabrik binası tikintisi kimi real aktivlərin alınması deməkdir. Təbii ki, investisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.

İnvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın tempini təmin edir. İnvestisiyalar elə kapitaldır ki, onun köməyi ilə milli sərvət artırılır. İnvestisiya sabaha qoyulan vəsaitdir və mahiyyət etibarilə insan kapitalına yönəldilir. Xalq arasında investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir, iş mühitində investisiya maliyyə vasitələrinin genişlətmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir.

İnvestisiya iqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarının uzunmüddətli kapital qoyuluşları proseslərini əks etdirir. Müəyyən qeyd – şərtlərlə investisiyaları aşağıdakı kimi qruplaşdırmaq olar:


  • istehsalın genişlənməsi və modernləşdirilməsinə investisiyalar;

  • istehsal infrastrukturunun yaradılmasına investisiyalar;

  • mal – material ehtiyatlarının yaradılmasına investisiyalar;

  • sosial infrastrukturun yaradılmasına investisiyalar;

  • işçi heyətin hazırlanması və yenidən hazırlanmasına investisiyalar;

  • elm və elmi xidmət.

İnkişaf etmiş ölkələrin iri şirkətləri kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına yönəldilən investisiyalara mühüm əhəmiyyət verir və bunu dünya bazarında mövqelərinin möhkəmləndirilməsinin mühüm istiqaməti hesab edirlər. Get-gedə daha dərindən anlaşılır ki, iqtisadi inkişafın əsas amili olan intellektual məhsul – ona yönəldilən investisiyalardan asılıdır.

İnvestisiya fəaliyyəti anlayışına gəldikdə isə onu demək olar ki, ən ümumi halda bu, vəsait qoyuluşu və həmin vəsaitin reallaşması üçün həyata keçirilən praktiki fəaliyyətin məcmusu sayıla bilər. Əsas fondların yaradılmasına və geniş təkrar istehsalına investisiya kapital qoyuluşu şəklində həyata keçirilir. Bu əsas kapitala investisiya adlanır.

İqtisadi sistemlərdə investisiyaların icra etdiyi əsas funksiyalara - əsas kapitalın artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması; mütərəqqi struktur dəyişikliklərinin dəstəklənməsi; müxtəlif səviyyələrdə istehsalın səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.

İnvestisiya qoyuluşunda yol verilən yalnışlıq, bir sıra hallarda informasiya təminatındakı problemlərlə əlaqədar olur. “Səhv” investisiya resurslarının səpələnməsinə səbəb olur, proqnozlaşdırılan iqtisadi artımı şərtləndirməyən layihələrdə vəsaitin “batıb qalması” ilə nəticələnir. Odur ki, konyukturanın öyrənilməsinə yönəldilmiş tədqiqatlar investisiyanın səmərəliliyini şərtləndirən əsas amillərdən hesab olunmalıdır.

İnvestisiya fəaliyyətinin subyektləri tərkibcə müxtəlifdir. Bu tərkibə aşağıdakılar aiddir : investorlar, sifarişçilər, iş icraçıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, malgöndərənlər və s. Bu siyahıda hüquqi şəxsləri ayrıca qeyd etmək lazımdır. Hüquqi şəxslərə banklar, sığorta və vasitəçi təşkilatlar, investisiya fondları aid edilir.

Sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər.

Bəzən bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz.

İnvestorlar və ya investorların müvəkkili olan fiziki və hüquqi şəxslər sifarişçilər ola bilər. İnvestisiya layihəsinin həyata keçirilməsində bu şəxslər iştirak edir və müqavilədə nəzərdə tutulmamışdırsa, digər iştirakçılar sahibkarlıq fəaliyyətinə qarışmırlar.

İnvestisiya bazarının dinamikliyi də onun səmərəliliyini şərtləndirir. Məlumdur ki, investisiyalar, digər şərtlər bərabər olduqda tənəzzül edən müəssisələrdən (sahələrdən) çox səmərə verən müəssisələrə axır. Odur ki, daim risklə əlaqədar və uzunmüddətli dövrü əhatə edən istehsala investisiyaların əlverişli olması təmin edilməlidir. Məsələn, elə mühit yaradılmalıdır ki, istehsala investisiyalardan gəlirlər alternativ qoyuluşlardan (bank əmanətlərinə, ləl-cəvahirata qoyuluşlardan və s.) yüksək olsun.

İnvestorlar azad iqtisadiyyatın prinsiplərinə uyğun olaraq, investisiya fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. İnvestisiyanın həcmi, istiqaməti və səmərəliliyinin müəyyənləşdirilməsində investor, məlum dərəcədə sərbəstdir. Belə ki, investor özünə sərf edən formada investisiyanın reallaşdırılması üçün lazım olan hüquqi və fiziki şəxsləri müqavilə və müsabiqə yolu ilə cəlb edə bilər. Öz vəsaiti və ya cəlb edilmiş vəsait olmasından asılı olmayaraq investor qoyduğu vəsaitin məqsədli tətbiqini tələb etmək hüququndan demək olar ki, həmişə istifadə edir.

İnvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir :

- qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.);

- iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaiti ;

- məqsədli pul əmanətləri ;

- elmi – texniki məhsul və mülkiyyətin digər obyektləri ;

- əmlak hüququ və intellektual mülkiyyət hüququ.

Beynəlxalq təcrübədə investisiyanın iki əsas forması fəarqləndirilir : birbaşa və portfel investisiyalar. Bəzən real investisiyalar adlanan birbaşa investisiyalar kapitalın sənaye, ticarət, xidmət və digər sahələrin müəssisələrinə bilavasitə yerləşdirilməsini nəzərdə tutur. Portfel (və ya maliyyə) investisiyaları isə məlum olduğu kimi, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.

Açıq iqtisadiyyat şəraitində mühüm investisiya fəaliyyəti obyekti ölkə qanunvericiliyinə zidd olmayan xarici investisiyalardır. Xarici investisiyalar milli iqtisadiyyata qabaqcıl texnologiyalar gətirməklə, onun elmi potensialını fəallaşdırır.

Ölkənin elmi potensialının bir qayda olaraq cəmləşdiyi, elmtutumlu və yüksək texnoloji sahələrdə tənəzzül, istehsal komplekslərində həmin sahələrin payının azalması iqtisadiyyatın “primitivləşməsi” adını almışdır. Primitivləşmə meylinə qarşı təsirli vasitə olmaqla, xarici investisiyaların keçid iqtisadiyyatlı ölkələrdə normal bazar münasibətlərinin formalaşması proseslərinə müsbət təsir imkanları genişlənir. Rəqabət qabiliyyətli texnoloji mühitin təşkili, bir çox hallarda xarici kapitalın təsir dairəsində olur. İdarəetmənin qabaqcıl təcrübəsi baxımından da anoloji proseslərin şahidi olmaq mümkündür.

Investisiyasız hər hansı bir dövlətin iqtisadiyyatının normal inkişafı qeyri mümkündür. Makro səviyyədə investisiya aşağıdakılar üçün əsas hesab edilir:



  • geniş təkrar istehsal siyasətinin həyata keçirilməsi;

  • ictimai istehsalın strukturca yenidən qurulması və xalq təsərüfatının bütün sahələrinin proporsianal inkişafı;

  • elmi-texniki tərəqqinin surətləndirilməsi, ölkə məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətliyinin təmin edilməsi;

  • sənayenin zəruri xammal bazasının yaradılması;

  • mülki tikinti, səhiyyənin, mədəniyyətin, ali və orta təhsilin inkişafı və habelə digər sosial problemlərin həlli;

  • işsizlik probleminin qismən və ya tamamilə yumşaldılmasının həlli;

  • ətraf mühitin mühafizəsi;

  • dövlətin müdafiə qabiliyyətinin təmin edilməsi və bir sıra digər məsələlər.

Biz həmişə bu günki istehlak ilə sabahkı istehlak arasında “yol ayrıcında”-yıq. Əgər biz istehsal etdiklərimizi çox hissəsini yığsaq və investisiya etsək, sabah daha çox istehlak etməyə imkanımız olacaqdır. Əksinə, indiki resusların nə qədər çox hissəsini istehlaka istifadə etsək, sabah daha yüksək istehlak səviyyəsinə şansımız bir o qədər az olacaqdır.

1.2 İnvestisiya fəaliyyətinin təzimlənməsi mexanizmi və investisiya siyasətinin formalaşması xüsusiyyətləri Bazar iqtisadiyyatında xarici

Qloballaşma və onun ilkin nəticələri belə göstərir ki, XXI əsrdə dünya təsərrüfat sisteminin dinamik inkişafında mühüm rol oynayacaq investisiya axınlarının dövlət və regionlararası idarəedilməsi mühüm rol oynayacaqdır.

İnvestisiyalar mühüm struktur əmələgətirmə vəzifəsini yerinə yetirir və görmək çətin deyildir ki, investisiya siyasəti iqtisadiyyatın perspektiv strukturunun formalaşmasında aparıcı rola malikdir.

Kapital qoyuluşlarının təmərküzləşməsi, müxtəlif maliyyələşdirmə mənbələrinin səfərbər edilərək daha əhəmiyyətli və təxirəsalınmaz regional problemlərin həllinə yönəldilməsi struktur – investisiya siyasətinin əsas elementlərindəndir.

Xarici investorlara münasibət çoxsaylı və müxtəlif səviyyəli amillərin təsiri altında formalaşır. Lakin dünyada hazırki iqtisadi reallıq inteqrativ əlaqələrin xüsusilə kapital axını baxımından əlaqələrin intensivləşdirilməsinin əlverişliliyi haqqında arqumentlərə malikdir. Belə ki, xarici şirkətlərin iştirakı ölkəyə ən müasir texnologiyanı və müvafiq idarəetmə vərdişlərini gətirir. Bu, xarici bazara çıxmağı da asanlaşdırır, məşğulluğu artırır və yerli istehsalın inkişafına səbəb olur.

Müasir dünyada investisiya prosesi transmilli korporasiyaların iştirakı olmadan demək olar ki, baş vermir. Hazırda investisiya proseslərinin xüsusiyyətlərindən biri odur ki, istehsalat və kommersiya fəaliyyəti üçün sadəcə investisiyalar deyil, elmi-texniki innovasiya nailiyyətləri, ətraf-mühitə zərər verməyən tullantılarsız texnologiyaları reallaşdıran investisiyalar tələb olunur. Təsadüfi deyildir ki, investisiya siyasəti elm və texnikanın ən mühüm nailiyyətlərinə əsaslanır. Məhz buna görə də investisiyaların cəlb edilməsi ümumi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sayılır.

Ölkəmizin iqtisadi təhlükəsizliyi və tərəqqisi xeyli dərəcədə neft sektoru ilə əlaqədardır və bu sahənin inkişafı böyük xarici investisiya qoyuluşları ilə təmin edir. Neft bölməsində layihələrin reallaşdırılması üçün ayrılan böyük maliyyə qoyuluşları zəngin karbohidrogen resursları hasilatı hesabına ödəniləcəkdir. Təbii ki bu sahə daha çox investisiyaları geri qaytarmaq imkanındadır. Lakin təbii sərvətlərin hesabına əlvetrişli investisiya siyasəti yeritmək iddiası həmişə özünü doğrultmur. Buna mane olan əhəmiyyətli amillərə : investisiya bazarında kredit riskini aşağı salan qanunvericilik sistemində boşluqları, maliyyə vəsaiti kasadlığını və s. aid etmək olar.

İnvestisiya siyasəti investisiyaların təhlükəsizliyinə yönəldilir ki, bu təhlükəsizlik, investisiyaların investisiya bazarında baş verən proseslərdən asılı olmamasını və gəlirin sabitliyini nəzərdə tutur.

İnvestisiya proseslərində qarşıya çıxan maliyyə risklərinin minimumlaşdırılması, investisiya siyasətində elmi əsaslandırılmış və reallığa adekvat müddəaların olmasını tələb edir.

Keçid dövrü elementləri kimi bu halda maliyyə intizamının bütün maddələrinə ciddi riayət edilməsi, “centlmen sazişləri”nin istisna olunması və s. aid edilə bilər.

İqtisadi risk, məlum olduğu kimi qiymətlərin, inflyasiyanın, tələb və təklif nisbətinin və s. proqnozların əsasında hesablanır. İnvestisiya siyasətində həmin proqnozların metodikası və nəticələrində tənqidi yanaşma təmin edilməlidir.

Siyasi, iqtisadi və maliyyə risk göstəriciləri sosial-iqtisadi risk adını almışdır. Sosial – iqtisadi risk aşağıdakı kimi qruplaşdırılır: Çox yüksək risk 0-dan 50 bala qədər; Orta yüksək risk 50 – 60 bal; Mötədil risk 60 – 70 bal; Aşağı risk 70 – 85bal.

Qeyri – neft sektoruna diqqəti artırmaq istiqamətində görülən tədbirlərə baxmayaraq Azərbaycanın investisiya siyasətində energetika kompleksinin (xüsusilə neft – qaz bölməsinin) aparıcı mövqeyi qalmaqdadır. Yanacaq – energetika kompleksi siyasi təsirlərə daha çox məruz qalır. Odur ki, bu kompleksin inkişafı nəinki iqtisadi, həmçinin siyasi konsepsiyanın önəmli müddəalarından biri sayılır.

İnteqrasiya proseslərinin səmərəliliyi və intensivliyi tərəfdaşlara münasibətdə xoş məram və qarşılıqlı fayda güdməklə yanaşı, həmçinin əsaslandırılmış siyasət, o cümlədən investisiya siyasəti, mükəmməl hüquqi baza, əlverişli mühitin təşəkkülü üçün digər hazırlıq tədbirləri tələb edir. Məhz bu halda investisiya siyasətinin reallaşdırılacağını, xarici investisiyaların daha əlverişli şərtlərlə cəlb ediləcəyini gözləmək olar.

Təsadüfi deyildir ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı qanunların və normativ aktların qəbul edilməsi iqtisadiyyata qoyulan xarici investisiyaların həcmini artırmışdır. Lakin bu prosesdə görülən işlər kifayət səviyyədə deyildir. Vəsait qoyuluşunun çatışmaması üzündən köhnə yataqlarda hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll edilməsində bir sıra çətinliklər mövcuddur.

Hal-hazırkı dövrdə ölkəmizin investisiya siyasəti məşğulluq mexanizmi ilə bilavasitə əlaqədar olmalıdır. İşsizliyin, xüsusilə gizli işsizliyin yüksək ixtisaslı neftçi fəhlə və mütəxəssislər arasında arzuolunmaz səviyyəsi şəraitində xarici investisiyaların müvafiq imkanları tam gerçəkləşdirilmir.

İqtisadi siyasətin tərkib hissəsi kimi xarici investisiyaların cəlb edilməsi siyasəti daxili potensialı fəallaşdırmalıdır. Bazar münasibətlərinin təşəkkülünün müxtəlif mərhələlərində bu potensialın gerçəkləşməsinə yanaşma müxtəlif olsa da, ümumi metodoloji yanaşma elementləri də yox deyildir. Xarici investisiyaların cəlb olunması sahəsində iqtisadi siyasətin əsas istiqamətləri aşağıdakı təxirəsalınmaz vəzifələrin həll edilməsinin zəruriliyindən asılı olmalıdır :


  • xarici investorlar üçün əsas hissəsi vergi rejiminin sabitliyi olan hüquqi və təşkilati şəraitin yaradılması;

  • kommersiya risklərinin azaldılması hesabına ölkənin nüfuzunun yüksəldilməsi;

  • potensial xarici investorların axtarılması və cəlb olunması üzrə təşkilatların funksiyalarının vahid dövlət orqanında toplanması və s.

Vergi rejiminin sabitliyini hüquqi və təşkilati şəraitin əsas tərkib hissəsi kimi, yalnız normal bazar mühitində, özü də ciddi qeyd şərtlərlə qəbul etmək olar. Ölkənin nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və səciyyəsindən asılıdır. Bütün kommersiya əməliyyatları üçün dövlət zəmanəti və ona yaxın təminatı nəzərdə tutmaq isə keçid dövründə qeyri – real və azad iqtisadiyyat prinsiplərinə ziddir.

İnvestisiya siyasətində dövlətin üstünlük verəcəyi istiqamətlər aşağıdakılardır :



  • xammalın daha dərindən emalı, az tullantılı və tullantısız texnologiyaların geniş tətbiqinə vəsait qoyuluşu;

  • yüksək texnoloji məhsul istehsalında və müasir infrasturkturun inkişafında ölkənin rolunun artırılmasına investisiyaların cəlb edilməsi;

  • xidmət sahələrinin kompleks inkişafının investisiyalaşdırılması və s.

Sözü gedən istiqamətlər milli iqtisadiyyatda həyata keçirilən islahatların səmərəliliyindən, o cümlədən dövlətin investisiya siyasətinin əsaslandırma səviyyəsindən və təminatından asılı olaraq reallaşdırılacaqdır.

Milli iqtisadiyyatda xarici kapitalın cəlb olunması sahəsində dövlətin investisiya siyasətində rolu aşağıdakı əsas prinsip və istiqamətlər üzrə reallaşdırılmalıdır :



  • konkret layihə üçün xarici investisiyaların cəlb olunmasının daha səmərəli formalarının istifadə edilməsi;

  • ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi;

  • xarici investisiyalar üzrə girov əməliyyatının təşkili;

  • xarici investorlara investisiyalaşma şəraiti haqqıında sorğu materiallarının çatdırılması, mövcud investisiya layihələri üzrə məlumat bankının formalaşması;

  • xarici investisiyaların cəlb olunması üçün beynəlxalq konsorsiumlar, vauçer fondları və lizinq şirkətlərinin yaradılması;

  • beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya əməkdaşlığının inkişafı;

  • ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını təmin edən əlverişli şəraitin yaradılması;

  • ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması üzrə dövlət proqramının işlənməsi;

  • gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə yetirilməsinin norma və qaydalarının liberallaşdırılması;

  • regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması;

  • xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq bank ictimaiyyətinə çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.

İnvestisiya portfelinin idarə edilməsi, bankların investisiya siyasətinin mühüm tərkib elementidir. Bunula yanaşı həmin siyasət adı altında, birbaşa və portfel investisiyalarının optimal nisbətinin təmin edilməsi, mənfəətliliyin artırılması, risk və likvidlik səviyyələrinin saxlanılması ilə bağlı əməliyyatlarının reallaşdırılması istiqamətləri əhatə olunur.

Bankların investisiya siyasəti, iqtisadiyyatın idarə edilməsində onların rolunun artmasının müşahidə olunduğu indiki dövrdə həm makro, həm də mikro iqtisadi baxımdan əhəmiyyətlidir.

Milli iqtisadiyyatda xarici investisiyaların axının gücləndirilməsi və onların beynəlxalq standartlara müvafiq şəkildə qorunması üçün əlverişli şəraitin yaradılması ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir və strateji əhəmiyyətli bir istiqamət kimi diqqqət mərkəzində olmalıdır.

İnvestisiya siyasətinin əsas elementlərindən biri elm tutumlu sahələrin inkişafının intensivləşdirilməsi, başqa sözlə, innovasiyaların dəstəklənməsidir.

İnvestisiya siyasətinin səmərəliliyi qarşı tərəfin, yəni investisiya yönəldən dövlət xarici maliyyə institutlarının məqsədlərindən bilavasitə asılıdır. İnvestisiya siyasəti təbii ki, yığım normasına etnasız qala bilməz.

Azərbaycan sənayesinin çoxsahəli olmasını nəzərə alaraq, burada struktur – investisiya siyasətinin aparıcı meyli, xammal – material resurslarının ən yeni texnika və texnologiya əsasında emal olunaraq, dünya standartlarına cavab verən yüksək keyfiyyətli, dünya bazarında rəqabətə tab gətirə bilən son hazır məhsul şəkilində ixrac potensialını artırmağa istiqamətləndirilməlidir.

Əlbəttə, belə yanaşma təbii ehtiyatlardan istifadənin səmərəliliyi problemini xüsusilə aktuallaşdırır. İnvestisiya siyasəti həmin problemi həll etmək üçün ekoloji təmiz texnologiyaların tətbiqinə təkan verir.

Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə investisiya siyasətinin sosial yönümündə təzahür edir. Xarici investisiyaların ölkəmizin təbii ehtiyatlarının istifadəsində iştirakının əsas istiqamətlərindən biri kimi əldə edilən mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir.


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə