Magistratura məRKƏZİ


Xarici investisiya qoyuluşunun nəzəri metadoloji əsasları



Yüklə 0,62 Mb.
səhifə2/6
tarix26.09.2017
ölçüsü0,62 Mb.
#1690
1   2   3   4   5   6

1.3 Xarici investisiya qoyuluşunun nəzəri metadoloji əsasları

Bazarların inkişafı nəticəsində beynəlxalq əmtəə dövrüyyəsi sistemi qlobal səviyyəyədə fəaliyyət göstərməyə başlamışdır. Ölkələrin əmtəə dövriyyəsi mərkəzlərini birləşdirən vahid əmtəə dövrüyyəsi şəbəkəsini yaratmışdır. Qlobal səviyyədə capital daxili bazardan dünya əmtəə dövrüyyəsi bazarına və əksinə hərəkət etmək imkanı qazanmışdır. Məlumdur ki, beynəlxalq kapital gəlir və məhsuldarlıqın milli səviyyədən yüksək olan yerə axır. İqtisaçılar hazırda kapitalın beynəlxalq hərəkətinin indiyə qədər olan hər hansı dövürdəkindən yüksək olduğununu qeyd edirlər.

Kapitalın, texnologiyanın, istehsal müəssisəsinin başqa ölkə ərazisində yerləşdirilməsi uzaq keçmişdə risk dərəcəsini artırırdı. Buna baxmayaraq, beynəlxalq ticarət mövcud olmuş, bir sıra hallarda xaricə investisiya qoyuluşu, kapitalı, texnologiyanı xaricə ixrac etmək zərurəti özünü göstərmişdir. Bu, daha çox ölkədən kənarda müəyyən kənd təsətüfatı məhsullarının (çay, kofe,ekzotik meyvələr və s.) istehsalına həmin məhsulların xaricdən gətirilməsinə yönəldilmişdir. Oxşar vəziyyət faydalı qazıntıların çıxarılması, ilkin emalı və daşınması sahələrində də mövcud olmuşdur.

Kapitalın beynəlxalq hərəkətinin neoklassik nəzəriyyəsi B.Olindən sonra R.Nurkse və K.İserven tərəfindən inkişaf etdirilmişdir.

Beynəlxalq kapital hərəkətinin tədqiqi sahəsində onun makro nəzəriyyəsi xüsusi yer tutur. Beynəlxalq kapital hərəkətinin makro nəzəriyyəsi dörd istiqaməti əhatə edir:


  1. Kapital hərəkətinin daxili investisiyalara təsiri;

  2. Kapital hərəkətinin milli gəlirə təsiri;

  3. Kapital hərəkətinin konyukturasının dövri dəyişmələrinə təsiri;

  4. Kapital hərəkətinin ödəniş balansına təsiri.

D.M.Klarkın akselator modeli də beynəlxalq kapital hərəkətinin öyrənilməsində xüsusi əhəmiyyəti ilə seçilir. Klarka görə investisiyalar iqtisadiyyatda akselerator rolunu oynayır.

XX əsrin birinci yarısında inkişaf etmiş ölkələrdən kapital ixracı artdıqca, eyni zamanda bir sıra aparıcı ölkələrdə baş vermiş böhranlar iqtisadi prosesin dövlət tərəfindən tənzimlənməsizərurətini ortaya çıxardı. Bu tənzimləmə nəzəri cəhətdən əsaslandırıldıqdan sonra həyata keçirilə bilər. Keyinsin “Ümumi nəzəriyyəsi” iqtisadi sistemin özü-özünü tənzimləməsi haqqında fikirlərin üstündən xətt çəkdi və iqtisadi sistemdə tarazlıqın yaradılması üçün dövlətin fəal müdaxiləsininin vacibliyi tədqiqini tapdı. Bu iqtisadçı alimlərin uzunmüddətli birbaşa xarici investisiyaların milli iqtisadiyyata təsiri məsələlərini öyrənməsinə marağını gücləndirdi. Beləliklə, beynəlxalq kapital hərəkəti nəzəriyyəsinin yeni istiqaməti Keyns nəzəriyyəsi yarandı.

Bu modelə görə investisiyanın artım tempi istehsal olunan məhsulun həcm dəyişmələri arasında qarşılıqlı əlaqə vardır. Bu zaman iqtisadiyyatın yerli müəssisə sektoru üçün investisiya akseleratoru ilə xarici və birgə müəssisələr sektoru üçün investisiya akseleratoru arasında fərq özünü göstərir.

Makroiqtisadi istiqamətdə aparılan tədqiqatlarda əsas yerlərdən birini investisiya hərəkətinin ölkənin ödəniş balansına təsiri, eləcədə investisiya hərəkəti ilə iqtisadi inkişafın dövrü xarakteri arasındakı əlaqələr tuturdu. Hələ ötən əsrin qırxıncı illərində Amerika alimləri L.Matsler və F.Maklup öz nəzəriyyələrində kapital ixracının çox variantlı ixracından bəhs etmişlər. Onların bu məsələyə toxunduqu dövürdə birbaşa xarici investisyalar geniş yayılmışdır. L.Matsler kapital idxalının həm idxalçı, həm də ixracatçı ölkədə daxili investisiyyaların həcminə və beləliklə, onun ölkənin milli gəlirinə təsirini üzə çıxartmağa cəhd göstərmişdir. Lakin bu məsələyə birmənalı cavab vermək o qədər də sadə deyildi. Ona görə də tədqiqat və təhlil bir neçə istiqamətdə aparılırdı. Həmin istiqamətləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür: kapital ixracı ixracatçı ölkədə investisiya həcminin azalması, idxalçı ölkədə isə artması ilə müşaiyət olunur; kapital ixracı ixracatçı ölkədə investisiya artımı ilə müşaiyət olunur və bu zaman idxalçı ölkədə investisiyanı artırmır; kapital ixracı idxalçı ölkədə investisiya həcminin artırır və bu zaman idxalçı ölkədə investisiya həcmini azaltmır.

Göstərilən variantların araşdırılmasının əsasında da müəyyən fərziyyələr dururdu: kapital ixracı istifadə olunmayan ehtiyatlar hesabına həyata keçirildiyi üçün daxili investisiyaları azaltmır; xarici investisiyalar daxili investisiyaları sıxışdırmır, əksinə, onları tamamlayır; ölkədə ümumi investisiya həcmi artmır.

C.Keyns nəzəryəsinə görəmakroiqtisadiyyatın mərkəzi problemi milli gəlirin bölüşdürülməsidir. T.Hüseynov C.Keyns nəzəriyyəsini müxtəlif aspektlərdən xülasəni verərək, investisiyaların həcmini dəyişməsinin iqtisadi inkişafın hərəkətverici qüvvəsi olmasını nəzərdə tutmasını, bu nəzəriyyəyə görə investisiyanın səviyyəsinin ən çox qənaətə meyilliyə əsaslanmasını ön plana çəkərək yazır: “Azərbaycan və bəzi digər ölkələrin təcrübəsi göstərir ki, qənaətə meyilliyin yüksək olması heç də qənaətin əsas kapitala investisiyası kimi istifadəsinə gətirib çıxartmır. Azərbaycanda qənaət çox hallarda əmtəə dövriyyəsi kapitalına, bank əmanətlərinə, nağd xarici valyutalara çevrilir“.

İnvestisiya ixracının milli iqtisadi proseslərlə qarşılıqlı əlaqəsinin digər nəzəri məsələsi kapital ixracı ilə konyukturanın dövrü dəyişmələrinin qarşılıqlı əlaqəsidir.

Iqdisadi tənəzzül dövründə Alman alimi X.Kalli kapital ixracının daxili investisiyaları azaltmadığını qeyd etdikdən sonra kapitalın mənfətli qoyuluşu üçün əlverişli şərtlərlə xaricdə yerləşdiriləcəyini söyləyir. Təbi ki, onun bu iki fikiri arasında ziddiyyət aşkar şəkildə hiss olunur.

Kapital ixracı kapitalı ixrac edən ölkənin iqtisadi yüksəlişi dövründə daha səmərəli olur. Çünki bu dövrdə ölkədə yüksək məşğulluq hökm sürür investisiyanın azaldılması konyukturanın ifrat inkişafına mane olur. İqtisadi tənəzzül dövründə isə kapital ixracı məşğulluğun aşağı düşməsinə, milli gəlirin azalmasına səbəb olur.

Iqtisadi çaxnaşma dövründə kapitalın idxalı milli investisiyanı artırır, iqtisadi təkanı gücləndirir, böhran və natamam məşğulluq şəraitində xarici investisiya idxalı dövrü tənəzzülün neqativ təsirini azaldır. Bir sıra Alman alimləri X.E.Şerrer, K.Brandi, D.Haubold təsdiq edirlər ki, bibaşa investisiyaların idxalı müəyyən səviyyədə antistik təsirə malikdir. Iqtisadi tənəzzül dövründə investisiya axını zəifləyir, iqtisadi yüksəliş dövründə isə artır. Idxal isə belə təsirlərə malik deyil.

Xarici investisiyanın milli iqtisadiyyata təsirini təhlil edərkən kapital hərəkətinin əks istiqaməti də nəzərə alınmalıdır. Xaricdə investisiya qoyuluşu bu qoyuluşdan əldə olunmuş mənfətin ölkəyə gəlməsinə imkan verir. Bu həmdə başqa pul və əmtəə axınına şərait yaradır. Uzun müddət tədqiqatçılar bu məsələyə kifayət qədər diqqət vermişlər.

C.Keyns beynəxalq ticarət və kapitalın beynəlxalq hərəkətinin alternativliyi haqqında mühüm bir fikir irəli sürmüşdür. Bu fikirə görə müəyyən şərtlər daxilində istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu nəzəriyyə tərəfdarlarının, marjinalizmin əsasını qoyan K.Manger, U.Cevons, E.Bem-Baverkin son səmərəlik amillərinə maraqlarıda burdan yaranmışdır.

XX əsrin ikinci yarısında trans milli korparasiyaların fəaliyyətinin sürətlə artması onları iqtisadi nəzəriyyədə əsas diqqət mərkəzinə çevirdi. İlk dövrlərdə TMK-lar ancaq firma nəzəriyyəsi çərçivəsi daxilində öyrənilirdi., sonralar onlar üçün müstəqil konsepsiyalar ayrı şəkildə işlənib hazırlanmaqa başlandı. Işlənmiş bu konsepsiyaların da daha çox Amerika iqtisasçılarının ideyaları dururdu. S.Haymerin birbaşa xariçi investisyaların həyata keçirilməsi baxımından firmaların yerli rəqiblər arasında üstünlüyə malik olmasının zəruriliyi nəzəriyyəsi, R.Kouzun iri korparasiya daxilində spesfik bazarın mövcudluğu və R.Vernonun “əmtəənin həyat dövrü” konsepsiyası bu qəbildəndir. Həmin konsepsiyalar barədə yuxarıda qismən bəhs olunub.

TMK-ların əsas xüsusiyyəti- əmtəə və xidmətlərin xaricdə istehsalı, yəni birbaşa investisiyaların mövcudluğudur. Bu səbəbdən də TMK konsepsiyası çərçivəsində bir neçə birbaşa investisiya modelləri hazırlanmışdır:



  • inhisarçı üstünlüklər modeli;

  • əmtəənin həyat dövrü modeli;

  • olikopolist müdafiə;

  • beynəlmiləşmə modeli;

  • eklektik model;

  • kapital qaçışı nəzəriyyəsi.

Inhisarçı üstünlüklər modeli – bu model S.Haymer tərəfindən hazırlanmışdır. Ona görə xarici investor yerli investora nisbətən daha az əlverişli şəraitdə olur. O ölkənin bazarını və konyukturasını zəif bilir, geniş əlaqələrə malik olmur, əlavə nəqliyyat xərcləri çəkir və risklə üzləşir. Bu səbəbdəndə ona yerli rəqiblərə nisbətən əlavə inhisarçı üstünlük əldə etməsi lazım gəlir ki, daha yüksək gəlir götürə bilsin. Bu gəlir inhisarçı rəqabət şəraitində mövcud üstünlüklər hesabına investisiya riskinə görə əldə edilən gəlirdir. S.Haymer inhisarçı üstünlüklər sırasında texnologiya və investisiyaları ön plana çəkmişdir.

Nəzəriyyənin əhatəsinin ölçüsü, vertikal inteqrasiyası, əmtəə nomeneklaturasının differensasiyası, texnoloji üstünlük və korporativ strategiya amilləri əsasında da inkişaf etdirilmişdir. Keçid dövrü iqtisadiyyatı ilə səciyələnən ölkələr, o cümlədən Azərbaycan üçün bu nəzəriyyə aşağıdakı nəticələri çıxartmaqa imkan yaradır: 1. Xarici investorlar ciddi şəkildə öyrənilməli. Bu zaman investorların korparativ aktivlərinə, yüksək texnologiyanı və nou-haunu ölkəyə gətirməsinə sövq etdirən mümkün imkanlara, kompaniyanın investisiya yatırımına hazırlığını müəyyənləşdirən spesfik üstünlüklərinə, investisiya qoyma formasına diqqət yetirilməlidir; 2. Xarici kampaniyanın uğurunun mühüm amilləri resipient ölkənin inkişaf strategiyası ilə müqayisə edilməsi zəruridir.

Hökümətlərin iqtisadiyyatda oynadığı rol da investorların qərarlarına ciddi təsir göstərir. Bu gün bir çox TMK-lar eyni zamanda bir neçə ölkədə ticarər və ivestisiya siyasəti həyata keçirərək korparasiya daxili əməliyyatlar sistemi yaradırlar.

Oliqopolistik müdafiə yüksək rəqabətin mövcud olduğu sahələrdə bazar strukturu və liderin davranışı rəqabətin transmilliləşməsi prosesinin mahiyyəti və sürətinin müəyyənləşdirə bilər. 1948-87-ci illər ərzində Amerikanın 187 şirkətinin beynəlxalq fəaliyyətini tətqiq edən Nikkerbokker (1973) müəyyənləşdirmişdir ki, oliqopolistik sahələrdə xarici investisiya qoyuluşu həyata keçirən müəssisələri qoyulduğu müddətdən sonra bir neçə il davam edir. Lakin energetika, metallurgiya kimi sahələrdə belə investisiya strategiyalarına daha az rast gəlmək olar. Ondan irəli gəlir ki,izləmə strategiyası qiymətin ümumi aşağı düşməsinə, oliqopolistlər üçün itkilərə səbəb olur. Nəticədə onlar bazarın sadə bölgüsünə üstünlük verirlər. Belə təcrübəni Avropa investorları ABŞ-da və yapon şirkətləri Avropa və ABŞ-da tətbiq etmişlər.

Beynəlmiləşmə modeli 70-ci illərin II yarısında P.Bakkli və M.Kasson tərəfindən işlənmişdir. Bu nəzəriyyə əsasən müəssisələr mükəmməl daxili struktura malik olmalıdırlar. Mükəmməl daxili struktur bütün texnologiyaları və “nou-hau”ları kompaniyada birləşdirməyi nəzərdə tutur. Belə olduqda kompaniya fəaliyyətini genişləndirməklə yanaşı, özünün “nou-hau”larını rəqiblərdən gizləmiş olacaq.

Beynəlxalq ticarət və investisiyaların köməkliyi ilə əldə olunan qlobal strategiya mənfəətinin maksimallaşdırılmasının, beynəlxalq əhatə miqyasının genişləndirilmənin və bazarda liderliyin ələ keçirilməsinin yeganə vasitəsidir. TMK-lar beynəlmiləşdirmənin müxtəlif strategiyalarından istifadə edirlər. Korperativ maraqları dövlətin maraqları (yerli sənayenin, ətraf mühitin, əmək qanunvericiliyinin müdafəsi) ilə qarşılaşa bilir. Bundan başqa, iri oliqopoliya (məsələn, kimya, avtomobil, neft-qaz nəhəngləri, beynəlxalq) əhəmiyyətli güzəştlər əldə etmək üşün dövlətə əmtəə dövriyyəsi və texnoloji təziq göstərmək imkanına malikdirlər. Belə güzəştlərin verilməsi zamanı sosial sahəyə, ətraf müddətə neqativ təsirlər mütləq nəzərə alınmalıdır.

Eklektik model birbaşa investisyaların yuxarıda qısaca şərh olunmuş modelləri birtərəfliyi və məhdudluğu ilə diqqəti cəlb edir. Məhz bu cəhət ingilis iqtisadçısı C.Danninqin eklektik modelinin meydana çıxmasına səbəb olmuşdur. Danninq modeli digər modellərin təcrübədən çıxmış müsbət cəhətlərini birləşdirir. Ona görə də model eklektik və ya OLİ modeli adlanır. OLİ modelin əsasında duranüç amilin ilk həriflərindən düzəldilmiş abbreviaturadır. Həmin amillər aşağıdakılardır; firma ölkədə fəaliyyət göstərən digər firmalar ilə müqayisədə üstünlüklərə malikdir (mülkiyyətin spesfik üstünlükləri, ing. Oünership-spesific advantages); firma bəzi resuslar üzrə xaricdə öz ölkəsi ilə müqayisədə üstünlük əldə edə bilər. Məs., yerli işçi qüvvəsinin və xammalın daha ucuz olması, yerli bazarın böyük ölçüsü, yaxşı yerli infrastruktur, əlverişli satış imkanı (yerləşmə yerinin imkanları, ing. Location-specific adventages); bir sıra hallarda şirkətə öz üstünlüklərini (texnoloji yeniliklər, nou-hau vəs.) əmtəə və xidmət ixracı, yaxud öz birliklərini lisenziya şəklində yerli şirkətlərə satmaq əvəzinə, onları xaricdə özünün istifadə etməsi daha əlverişlidir (beynəlmiləşmənin üstünlükləri, ing. Internalization advantages).

Müasir dövrdə birbaşa investisiyaların ekletik modeli daha populyardır. TMK nəzəriyyələri ilə yanaşı iqtisadiyyatda portfel investisyalar üzrə nəzəriyyələr və modellərdə yaradılmışdır.

Portfel investisiyaları nəzəriyyələrində isə göstərilir ki, portfel investoru xarici ölkələrdəki dörd məqam maraqlıdır;


  1. Xarici qiymətli kağızların gəlirlik səviyyəsi;

  2. Qoyuluşlar üzrə riskin səviyyəsi;

  3. Xarici qiymətli kağızların likvidlik səviyyəsi;

  4. Öz qiymətli kağızlar portfelini xarici mənşəli kağızların hesabına diversifikasiya etmək arzusu.

Bu dörd məqamın kombinasiyası ona gətirib çıxardır ki, portel investisiyaları siyasi və iqtisadi konyukturada baş verən dəyişiklərə daha çox məruz qalırlar.

Ümumiyyətlə kapital ixracı üçün əsas səbəblər aşağıdakıdır:



  • dünya təsərrüfatının müxtəlif sahələrində kapitala olan tələb ilə onun təklifinin üst-üstə düşməsi;

  • yerli əmtə bazarlarının mənimsənilməsi və ya yenilərinin yaradılması imkanının mövcudluğu. Bu zaman kapital məhsulunun ixracına yol açmaq, ona tələbi stimullaşdırmaq məqsədilə ixrac olunur;

  • kapital qəbul edən ölkədə stabil siyasi şərait, əlverişli investisiya iqlimi, azad iqtisadi zonalarda güzəştli investisiya rejimi və s.;

  • kapital qəbul edən ölkədə ucuz xammal və işçi qüvvəsinin mövcudluğu (Məs. Emaledici sənaye üzrə alman işçisinin dəyəri Tayvan işçisinin dəyərindən 4, brazilyadan 9, meksikadan 54 dəfə artıqdır);

  • kapital qəbul edən ölkədə “donor” ölkədəkinə nisbətən daha aşağı ekoloji standartların mövcudluğu;

  • müəyyən beynəlxalq korparasiyaların, məhsullara yüksək tarif və qeyri-tarif məhdudiyyətlər tətbiq edən III dünya ölkələrininbazarlarına daxil olması həvəsi (Məs. İsrail və Cənubi Koreya yapon avtomobillərinin idxalına qadağa qoyulub. Lakin ABŞ-da fəaliyyət göstərən yapon avtomobil müəssisələrinin məhsulları üçün belə məhdudiyyət yoxdur).

1970-ci illərin əvvəllərindən aktivləşən və getdikcə güclənən kapital bazarlarının beynəlmiləşməsi prosesi özünü bazar iqtisadiyyatlı ölkələr arasında kapitalın artan miqrasiyası prosesində büruzə verir: birbaşa və portfel investisiyaların həcmi artır, uzun müddətli və qısa müddətli kreditlərin, avrovalyuta bazarlarında əməliyyatların miqyası getdikcə genişlənir və s.

BİM sistemində mühüm yer tutan kapitalın beynəlxalq hərəkəti dünya iqtisadiyyatına aşağıdakı kimi təsir göstərir:



  • dünya iqtisadiyyatının inkişaf templərini sürətləndirir. Kapital dünya miqyasında daha gəlirli sahələrə yatırılmaq və artırılmaq məqsədilə ölkə sərhədlərindən kənara çıxarılır. Kapital idxal edən ölkələrdə isə o, kapital çatışmamazlığı problemini həll etməyə yardım edir, investisiya qabiliyyətini artırır, iqtisadi artım tempini sürətləndirir;

  • beynəlxalq əməkdaşlığı və beynəlxalq əmək bölgüsünü dərinləşdirir. Kapital ixracı BƏB-in inkişafı üçün əsas amillərdən biridir. Kapitalın ölkələrarası qarşılıqlı hərəkəti iqtisadi əlaqələri və əməkdaşlığı möhkəmləndirir, beynəlxalq ixtisaslaşma və kooperasiyanı dərinləşdirir;

  • ölkələrarası qarşılıqlı əmtəə mübadiləsinin həcminin artmasına səbəb olur (həmçinin-beynəlxalq korparasiyanın filialları arasında aralıq məhsulların həcmini artırmaqla dünya ticarətinin inkişafını stimullaşdırır).

Dünya iqtisadiyyatının inkişafını stimullaşdıran kapitalın beynəlxalq hərəkəti ixracatçı və idxalçı ölkələr üçün müxtəlif nəticələrə səbəb olur. İxracatçı ölkələr üçün bu nəticələr aşağıdakılardır:

  • xarici investisyaların cəlb edilməsinə adekvat olmayan kapital ixracı bu ölkələrin iqtisadi inkişafını müəyyən qədər zəifləyir;

  • ğlkədə məşğulluğun səviyyəsinə mənfi təsir edir;

  • ölkənin tədiyə balansına pis təsir edir.

Kapital idxal edən ölkələr üçün bunun mübət nəticələri aşağıdakılardır:

  • tənzimlənən kapital idxalı iqtisadi inkişafa stimullaşdırıcı təsir göstərir;

  • ölkədə yeni iş yerlərinin açılmasına səbəb olur;

  • ölkədə yeni texnologiya, effektiv menecement gətirir, ETT-nin sürətləndirir;

  • ölkənin tədiyyə balansını yaxşılaşdırır.


II FƏSİL

AZƏRBAYCANDA XARİCİ İNVESTİSİYA QOYULUŞUNUN VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

2.1 Azərbaycanda xarici investisiyya qoyuluşunun mövcut vəziyyətinin qiymətləndirilməsi

Investisiyyanın inkişaf eetdirilməsi üçün maliyyə mənbələrinin rolu olduqca böyükdür. Tərkibi və quruluşundan aslı olaraq onları iki yerə ayırmaq olar: xarici və daxili investisiyya mənbələrinə.

Investisiyya Fəaliyyəti haqqında Azərbaycan Resbublikasının 13 yanvar 1995-ci il tarixli qanunda göstərilir ki, investisiyya aşağıdakı daxili mənbələr hesabına müəyyənləşdirilə bilər:


  • investorun özünün maddi və intelektual sərvətləri, maliyyə vəsaitləri və təsərüffat daxili ehtiyyatları. Təsərrüfat daxili ehtiyyatlara isə mənfəət, amortizasiyya ayırmaları,fiziki və hüquqi şəxslərin pul yığımları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta ödənişləri və sair daxildir;

  • investorun borcu maliyyə vəsaitləri, yəni bank və büdcə kreditləri, istiqrazlar və digər vəsaitlər;

  • investorun cəlb olunmuş maliyyə vəsaiti. Bura əmək kollektivlərinin vətəndaşların, hüquqi şəxslərin pyları və digər haqları, səhmlərin satışından əldə olunan vəsait aiddir;

  • büdcədən və büdcədən kənar fondlardan investisihya məqsədli təxsisatlar, yəni prezidentin xüsusi fondu, müxtəli humanitar və digər təyinatlı fondlar;

  • müəssisələrin, təşkliatların və vətəndaşların əvəzsiz və xeyriyyə haqları, ianələr və sair.

Xarici investisiyya mənbələrinə isə aşağıdakılar daxildir:

  • xarici dövlətlərin büdcə vəsaitləri;

  • xarici hüquqi və fiziki şəxslərin vəsaitləri;

  • beynəlxalq təşkilatların maliyyə vəsaitləri;

  • dövlətlərarası kreditlər, qrant və texniki yardımlar;

  • beynəlxalq maliyyə təşkilatlarının maliyyə vəsaitləri, kreditlər və qrantlar.

Yuxarıda sadalanan investisiyanın maliyyələşmə mənbələrindən biz yalnız xarici investisiyya layihələrinin Azərbaycan iqtisadiyyatında iştirakını qeyd edəcəyik.

Belə ki, müasir şəraitdə ölkəmizin iqtisadiyyatına xarici kapital axını artmaqda davam edir, eyni zamanda bir çox sahələrin maliyyələşdirilməsində həm daxili, həmdə xarici mənbələrdən eyni vaxtda istifadə olunur. Xarici mənbələr hesabına maliyyələşmədə əsas yeri alınmış kreditlər tutur. Bu kreditlər konkret bir layihənin həyata keçirilməsi üçün alınır və adətən aşağı faizlə və uzun müddətə ödənilir.

Azərbaycanda regional (Cəmilə Namaz “İnvestisiya dərslik” səh 199) sahələrdə aparılan quruculuq işlərini iki mərhələyə ayırmaq olar. Birinci mərhələ 1969-1982-ci illər, ikinci mərhələ isə Azərbaycan müstəqillik qazandıqdan sonra, 1994 və sonrakı illəri əhatə edir.

Birinci mərhələdə Azərbaycanda iqtisadi siyasətin əsas mahiyyəti respublikamızın təbii və əmək resuslarının istehsal dövriyyəsinə cəlb edilməsi və bu əsasda iqtisadiyyatın dinamik inkişafına nail olmaq idi. Həmin dövr ərzində qazanılmış nailiyyətlər onun aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsinə əlverişli şərait yaratmışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə 1994-cü ildən başlayan inkişaf tempi sonrakı illərdə ölkə iqtisadiyyatının surətli inkişafına nail olması, neft və qeyri neft sektorunun inkişaf etməsinə böyük imkanlar açıldı. 2004-cü ildən isə regionların sosial iqtisadi inkişafını gücləndirmək əqsədi ilə yeni tədbirlər planı təstiq edildi. Plana uyğun olaraq bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşlarını regionlara istiqamətləndirilməklə yeni istehsal və xidmət sahələrinin yaradılmasına başlanıldı.

Milli iqtisadiyyatın formalaşmasında və inkişafında xarici investisiyalar mühüm struktur yaradan funksyaları yerinə yetirirlər. Ölkənin bütün sahə sahə strukturunun, o cümlədən texnoloji və təkrar istehsal sturukturunun inkişafı onun hansı sahələrinə vəsait qoyuluşunun tətbiqindən aslıdır. Məlum olduğu kimi xüsusi təyinatlı investisiyyalar əsasən gəlir əldə etmək imkanı daşıyır. Deməli milli iqtisadiyyatın hər hansı bir sahəsinin mənfətlilik səvyəsilə həmin sahənin və ya bölmənin investisiya üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Hər hansı iqtisadi bölmənin mənfətlilik səviyyəsi tətbiq olunacaq investisiyyaların üstünlüyünü müəyyən mühüm sturuktur yaradıcı meyardır. Ona görə də milli iqtisadiyyatın inkişafına yönəldilən investisiyyaların təyinatından aslı olaraq onlar müxtəlif mənfəətlilik səviyyəsinə malik olurlar. Belə ki, dövlət və qeyri-dövlət mənbələrindən tətbiq olunan investisiyyalar hər şeydən əvvəl öz sürət dövrüyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcəkdir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli dövrüyyəsilə seçilən yüksək rentabelli sahələrdir. Məhz bu amil xarici investisiyaların həcminə təsir göstərir. İqtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda olaraq investisiyalar, əsasən xarici investisiyyatarın tətbiq olunması həyata keçirilmir. Lakin buna baxmayaraq investisiyyaların tətbiqi və onların həddi milli mənafelərin reallaşması ilə uzlaşmamalıdır. Belə ki, həddindən artıq investisiyyaların cəlb edilməsi infilasiyya prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb olur. Digər tərəfdən isə lazım olduğundan az investisiyya qoyuluşu isə defilasiyaya gətirib çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyyatın inkişafı və formalaşması ilə əlaqədar həyata keçirilən iqtisadi siyasət tətbiq olunacaq investisiyaların xarici mənbələr hesabına optimal həcmini müəyyənləşdirilməlidir. Belə şəraitdə dövlət tərəfindən tətbiq olunan vergi dərəcələri, dövlət məsrəfləri, pul-kredit və büdcə-vergi sahəsində həyata keçirilən tədbirlərin səmərəli strategiyası ilə milli iqtisadiyyatın miqyası tənzimlənməlidir.

Azərbaycanda həyata keçirilən islahatlar cərçivəsində vergi sisteminin liberallaşdırılması, bu sahədə dövlət siyasətinin sahibkarlıqın inkişafı, daxili və xarici investisiyaların ölkənin iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, vergi qanunvericiliyinin daim təkmilləşdirilməsi zəruriliyi yaranır.

Digər tərəfdən pul-kredit siyasətinin əsas amili olan məcburi ehtiyyatlar siyasətini, açıq bazara çıxmaq əməliyyatını həyata keçirmək zəruridir. Aparılan düzgün büdcə-vergi siyasətinin əsas məsələlərindən biri makroiqtisadi göstəricilərin daha sürətli iqtisadi artımın əldə edilməsini, sahibkarlığın və regionlrın, ümumiyyətlə ölkə iqtisadiyyatının inkişafı üçün maliyyə imkanlarının yaradılmasını təmin etməkdir.

Milli iqtisadiyyatın inkişaf prosesində xarici investisiyalar mərkəzi rol oynayır və iqtisadi artım sürəti haqqında əvvəlcədən informasiya verir. Milli iqtisadiyyatın investisiya prosesivasitəsilə inkişaf etdirilməsi milli gəlirin yüksəldilməsinə və bir sıra əmtəə və xidmətlər üzrə olan təlabatı ödəməklə rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Belə şəraitdə milli gəlirin həm yığım, həmdə istehlak fondlarına yönəldilən vəsaitlərin həcmi artır. Bu prosesin fasiləsizliyinin təmin olunması yığım və istehlak fondlarına yönəldilən vəsaitlərdən səmərəli istehlak olunmasını tələb edir. Milli gəlir hesabına yaranmış investisiyyalar həm yığım, həm də gəlir formasını alaraq istehsal olunması nəticəsində bir tərəfdən öz artımlarına, digər tərəfdən isə geniş təkrar istehsalı şərtləndirmək ilə milli iqtisadiyyatın miqyasının artmasına səbəb olur. Bu zaman investisiyaların nə qədər səmərəli tətbiq olunursa milli gəlirin artım sürəti bir o qədər yüksək olar, nəticədə isə istehlaka yönəldilən yığımın həm mütləq, həm də nisbi həcmi yüksələr. İnvestisiyanın kifayət qədər yüksək səmərəliyinə nail olunması milli iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun ğartırılmasını təmin etmiş olur.

2004-2013-cü illərdə ölkəmizin ümumi daxili məhsulu ümumilikdə, o cümlədən adambaşına düşən ümumi daxili məhsulun dinamikası aşağıdakı diaqramlarda xarakterizə edilir (şəkil 2.1və 2.2)



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə